Məhkəmə qərarları › İş №2(102)-3763/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-3763/2022

04.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3763/2022 04.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh4 və Cavabdeh5 qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə, "xxxx" MMC-yə, Cavabdeh4 və Cavabdeh5 qarşı “tikilinin sökülməsi, əmlakın qaytarılması, maddi ziyan” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-329/2019 nömrəli mülki iş üzrə 09 yanvar 2019-ci il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdə keçirərək, MÜƏYYƏN ETDİ:

1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə marciət edərək, cavabdehlərdən müştərək qaydada 1.344.000 manat və 526.656 manat vurulmuş zərər, 200.000 manat pozulmuş hüquqla əlaqədar əldə edəcəyi gəlir, 100.000 manat mənəvi ziyan olmaqla, ümumilikdə 2.170.656 manatın onun xeyrinə tutulması və mülkiyyətində olan mübahisəli torpaq sahəsində qanunsuz inşa edilmiş tikilinin cavabdehlərin hesabına sökülərək ilkin vəziyyətinə qaytarılması, həmin torpaq sahəsinin MMC-nin, birinci və ikinci cavabdehin qeyri-qanuni sahibliyindən və istifadəsindən alınaraq onun sahibliyinə və istifadəsinə verilməsi, cavabdehlərdən ümumilikdə 1.644.000 manatın tutulmasının və mübahisəli torpaq sahəsində qanunsuz inşa edilmiş tikilinin sökülməsinin eyni vaxtda icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-463/2017 nömrəli iş üzrə 20 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim S.Quliyeva) iddia qismən təmin olunaraq, iddiaçının mülkiyyətində olan mübahisəli torpaq sahəsində cavabdehlər "xxxx" MMC (bundan sonra – birinci cavabdeh və ya MMC), Cavabdeh4 Əlisəfa oğlu (bundan sonra – ikinci cavabdeh) və Cavabdeh5 (bundan sonra – üçüncü cavabdeh) tərəfindən qan unsuz inşa edilmiş tikilinin həmin cavabdehlərin hesabına sökülərək, torpaq sahəsinin ilkin vəziyyətə qaytarılması, torpaq sahəsinin onların qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçının sahibliyinə və istifadəsinə verilməsi, həmin cavabdehlərdən müştərək qaydada 2013-cü ilin iyun ayında verilmiş 644.000 manat, 2014-cü ilin aprel ayında verilmiş 200.000 manat, xx.xx.2015-ci il tarixdə verilmiş 500.000 manat olmaqla, cəmi 1.344.000 manat və həmin məbləğin ödənilməməsi nəticəsində əldən çıxmış fayda kimi 366.600 manat olmaqla, cəmi 1.710.600 manat tutularaq iddiaçıya verilməsi, iddianın qalan hissədə əsassız olduğundan və iddiaya cavab verməli olmayan şəxslərə qarşı yönəldildiyindən rədd olunması qət edilmişdir.

3. İkinci və üçüncü cavabdeh ayrı-ayrılıqda apellyasiya şika yəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-329/2019 nömrəli iş üzrə 09 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – S.Qafari (sədrlik edən və məruzəçi), L.Məmmədova və F.Məmmədov) apellyasiya şikayətləri qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilməklə, iddiaçının mülkiyyətində olan mübahisəli torpaq sahəsində MMC, ikinci və üçüncü cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin həmin cavabdehlərin hesabına sökülərək, torpaq sahəsinin onların qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçının sahibliyinə və istifadəsinə ver ilməsi, həmin cavabdehlərdən müştərək qaydada 500.000 manat və iddianın qaldırılması ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya verilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

5. İddiaçının həmin qətnamədən verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-4676/2019 nömrəli iş üzrə 25 iyun 2019-cu il tarixli qərarı ilə (hakimlər – Q.Allahverdiyev (sədrlik edən və məruzəçi), İ.Xələfov və Ə.Şadıyev) kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

6. Bundan sonra, üçüncü cavabdeh də apellyasiya instansiya məhkəməsinin 09 yanvar 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş və kassasiya instansiyası məhkəməsinin 2(102)-3603/ 2020 nömrəli iş üzrə 08 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər – Q.Allahverdiyev (sədrlik edən və məruzəçi), İ.Xələfov və Ə.Şadıyev) şikayəti təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, yəni iddianın ikinci cavabdehə münasibətdə təmin olunmuş hissəsində ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsinin 2(105)-407/2021 nömrəli iş üzrə 18 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abbasov və Z.Məmmədov) üçüncü cavabdehin apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın həmin cavabdehə münasibətdə təmin olunmuş hissələrində ləğv edilmiş, həmin hissələrdə iddia rədd olunmuşdur.

8. Hazırda isə apellyasiya instansiyası məhk əməsinin 09 yanvar 2019-cu il tarixli qətnaməsindən ikinci cavabdeh (Vəkil1) kassasiya şikayəti vermiş və apellyasiya instansiyası məhkəməsinin 2(105)-329/2019 nömrəli iş üzrə 13 aprel 2022-ci il tarixli qərardadı ilə (hakimlər – S.Qafari (sədrlik edən və məruzəçi), Ş.Abasov və T.Məmmədov) şikayət baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilmişdir.

9. Kassasiya şikayəti 03 iyun 2022-ci il tarixli qərardadla icraata qəbul edilmiş, lakin sonradan müəyyən edilmişdir ki, iddiaçının kassasiya şikayəti mümkünlük baxımından mülki prosessual qanunvericiliyin tələblərinə zidd olaraq icraata qəbul edilmişdir.

10. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 405.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak e dən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

11. Həmin Məcəllənin 130.1 və 130.3-cü maddələrinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

12. MPM-in 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

13. Baxılan işdən görünür ki, apellyasiya instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin ikinci cavabdehə ünvan üzrə çatdırılması bar ədə poçt sənədləri iş materiallarına əlavə olunmasa da, ikinci cavabdeh həmin qətnamədən üçüncü cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti əsasında kassasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən işə yeni apellyasiya qaydasında baxılarkən xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iştirak etmişdir.

14. Bundan sonra xx.xx.2021-ci il tarixli ərizəsi əsasında işin birinci apellyasiya icaatında qəbul edilmiş xx.xx.2019-cu il tarixli qətnamənin surəti xx.xx.2021-ci il tarixdə ikinci cavabdehə təqdim olunmuş və o, həmin qətnamədən 06 yanvar 2022-ci il tarixdə kassasiya şikayəti vermişdir.

15. Göründüyü kimi, cavabdeh apellyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən təxminən iki il müddət keçdikdən sonra kassasiya şikayəti vermiş, laki n buraxılmış prosessual müddətin bərpasına dair ərizə təqdim etməmişdir.

16. Apellyasiya instansiya məhkəməsi isə kassasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu açıq məhkəmə iclası qaydasında yoxlasa da, kassasiya şikayətinin verilməsi ilə bağlı prosessual müddətlə bağlı məsələni (müddətin axımının hansı tarixdən hesablanması, cavabdehin qətnamə barədə nə vaxtdan məlumatlı olması və s. barədə) iclasda iştirak edən cavabdehlə müzakirə etməmiş və bu barədə qəbul etdiyi qərardadında yalnız şikayətin forma və məzmuna riayət edilməklə elektron kabinet vasitəsilə verildiyini qeyd edərək, şikayəti baxılması üçün kassasiya instansiyasına göndərmişdir.

17. MPM-ə uyğun olaraq kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək, işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər (maddə 417.1.7).

18. Beləliklə, hazırkı kassasiya icraatı üzrə iddiaçının kassasiya şikayəti MPM-in tələblərinə zidd olaraq səhvən icraata qəbul olunduğu üçün Məcəllənin 417.1.7-ci maddəsinə əsasən həmin şikayətin icraata qəbul qərardadı ləğv edilməli və şikayət kassasiya baxışından çıxarılmalıdır.

19. Qeyd olunanlara əsasən və MPM-nin 402.1, 406, 409 və 417-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hazırkı iş üzrə 03 iyun 2022-ci il tarixli qərardadı ləğv edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-329/2019 nömrəli iş üzrə 09 yanvar 2019-cu il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti kassasiya baxışından çıxarılsın və iş Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar