Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3764/2020 11.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ağdam Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(013)-1233/2019 nömrəli (hakim M.Niftəliyev) qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1, Cavabdeh2 Ocaxverdi oğlu, X4, Cavabdeh3 və Balakişiyev X2 müştərək qaydada qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə 7512,38 ABŞ dolları əsas, 1700,29 ABŞ dolları faiz, 10 ABŞ dolları cərimə-cəmi 9222 (doqquz min iki yüz iyirmi iki) ABŞ dolları 67 (altmış yeddi) sent və ödənilmiş dövlət rüsumunun əvəzində 20 manat “xxxxxxxxxx” X1 xeyrinə tutulması; Cavabdeh1, Cavabdeh2 Ocaxverdi oğlu, X4, Cavabdeh3 və Balakişiyev X2 müştərək qaydada 10 manat dövlət rüsumu tutulması; Cavabdeh1, Cavabdeh2 Ocaxverdi oğlu, X4, Cavabdeh3 və Balakişiyev X2 müştərək qaydada150 manat ekspertiza xərci tutulması; İddianın əsas borca görə 3,28 ABŞ dolları, faiz borcuna görə 91 ABŞ dolları, cərimə borcuna görə 741,56 ABŞ dolları tələbinə dair hissəsinin rədd edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2 019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Muradov (sədrlik edən, məruzəçi), Ş.Əliyeva və L.Süleymanov, 2(104)3796/2019 saylı mülki iş) hazırkı iş üzrə Ağdam Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(013)-1233/2019 nömrəli qətnaməsi ona aid hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Kreditor “xxxxxxxxxx” X5 borclular Cavabdeh1, X4, Cavabdeh2 Ocaxverdi oğlu, Cavabdeh3 və Cavabdeh4 qarşı Ağdam Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, borclulardan müştərək qaydada 02R000034522 nömrəli kredit razılaşması üzrə 7515,67 ABŞ dolları əsas, 1791,29 ABŞ dolları faiz və 751,56 ABŞ dolları cərimə olmaqla, cəmi 10058,52 ABŞ dolları borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq “xxxxxxxxxx” QSC-nin xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Bank tərəfindən kredit müqaviləsi üzrə etdiyi ödənişlər nəzərə alınmamış, əsas faiz və cərimə borcu duzgun hesablanmamışdır. Ekspertiza Mərkəzinin xx.xx.2019cu il tarixli Rəyi ilə də razı deyil. Prosessual məsələlər və tərəflərin izahatları: Cavabdeh1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. İddiaçı və digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kolle giyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2. maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Mübahisə ilə bağlı məhk əmənin mövqeyi: Apeyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “xxxxxxxxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli 02L000001358 nömrəli kredit xətti müqaviləsindən görünür ki, Cavabdeh1 60 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır; xx xxxxxxxx 2011-ci il tarixli 1358 nömrəli sazişdən görünür ki, “xxxxxxxxxx” QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır; xx xxxxxxxx 2014-cü il tarixli 02R000034522 nömrəli kredit razılaşmasından görünür ki, “xxxxxxxxxx” QSC tərəfindən Cavabdeh1 24 ay müddətinə aylıq 2,1667 faiz olmaqla 13000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxx 2015-ci il tarixli 02R000034522S nömrəli, xx xxxxxx 2015-ci il tarixli 02R000034522SA nömrəli, xx xxxx 2016-cı il tarixli 02R000034522SB nömrəli, xx xxxx 2016-cı il tarixli 02R000034522SC nömrəli və xx xxxxxxxx 2016-cı il tarixli 02R000034522SD nömrəli sazişlərdən görünür ki, “xxxxxxxxxx” QSC ilə Cavabdeh1 arasında kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında bağlanmış sazişlərə əsasən borclu götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməyi öz öhdəsinə götürmüşdür. xx xxxxxx 2008-ci il tarixli 02S000001350 nömrəli və xx xxxxxxxx 2011-ci il tarixli 1350 nömrəli saziş, xx xxxxxxxx 2011 il tarixli 02S000015171 nömrəli, xx xxxxxx 2012-ci il tarixli 02S000016169 nömrəli və xx xxxx 2013-cü il tarixli 02S000021007 nömrəli zaminlik müqavilələrindən görünür ki, xx xxxxxx 2008-ci il tarixli 02L000001358 nömrəli kredit xətti müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq “xxxxxxxxxx” QSC ilə Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 Ocaxverdi oğlu və X3rasında zaminlik müqavilələri bağlanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2019-cu il tarixli 22115 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, “kreditin statusu” vərəqəsi məlumatları, ödəniş qəbzləri, xx xxxxxxxx 2014-cü il tarixli 02R000034522 nömrəli kredit razılaşmasının və həmin razılşamaya əlavə olunan “Saziş”-in şərtlərinə müvafiq olaraq Cavabdeh1 xx xxxx 2017-ci il tarixinə banka 7515,38 ABŞ dolları əsas, 1700,29 ABŞ dolları faiz borcu olmaqla cəmi 9212,67 ABŞ dolları borc müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mül ki Məcəlləsinin 385, 439, 467, 470, 472 və 739 maddələrinə istinadən iddia tələbini qismən təmin etmişdir. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşaraq, hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1. maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385. 1. maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 425.1. maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 443-cü maddəsinə görə, öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş z ərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Məhkəmə kollegiyası qeyd edir ki, borcun məbləğinin müəyyən edilməsi ilə bağlı bu sahədə xüsusi biliyə malik olan mütəxəssisin rəyi alınmışdır. Cavabdeh tərəf borcun məbləğinin düzgün hesablanmadığına istinad edirsə həmin ekspert rəyini şübhə altına alan sübutlar təqdim etməli idi. Apellyasiya icraatı zamanı cavabdeh belə sübutlar təqdim etməmişdir. Ekspert rəyinin düzgün olmaması barədə bəyanat özlüyündə həmin rəyin doğruluğunu qüvvədən salmır. Onu qəbul etməyən tərəf rəyi şübhə altına alan konkret dəlillər irəli sürməlidir. Hazırkı icraatda isə, işin faktiki halları ilə bağlı məsələlər yoxlanılmır, işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmaması yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3764/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3764/2020
11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver