Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3764/2021 22.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-252/2021 nömrəli, 16 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh İddiaçı qarşı dələduzluq etmiş və Mingəçevir şəhər məhkəməsinin 1(051)-16/2019 saylı 11.04.2019-cu il tarixli hökmü ilə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmlə cavabdeh iddiaçıya 11663 manat ziyan vurmuşdur. Belə ki, cavabdeh iddiaçını ona və ailə üzvlərinə sosial kart düzəltmək, sayğacın güzəştli ödənişini həyata keçirmək və.s. bu kimi yalanlar danışaraq etibarəndan sui-istifadə edərək aldatmışdır. Cinayət mühakimə icraatı zamanı mülki iddia məsələsi həll edilməmişdir. Eyni zamanda iddiaçı hökmlə müəyyən edilmiş zərərin məbləği ilə də razılaşmır və zərərin daha artıq olduğunu israr edir. Ona görə idiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı 76430 manat pul tələbinə və 18 adda qızıl-zinət əşyaları tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddia tələbinnin həcminin artırılması barədə ərizə verərək maddi zərərin əvəzi olaraq 76430 manat, mənəvi zərərin əvəzi olaraq 50000 manat, 18 adda qızıl-zinət əşyalarının cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2015-ci ilin yay aylarında Mingəçevir şəhəri, Az.Dres qəsəbəsidə tərəvəz və paltar mağazası işlədən zaman tanış olmuş və ticarət əlaqələri yaranmışdır. Cavabdeh ondan paltar götürüb satmaq üçün aparırdı. Beləliklə, cavabdehlə yaxın münasibətləri yaranmışdır. Söhbət əsnasında cavabdeh ona sosial müdafiə şöbəsində tanışlarının olduğunu, özünün də s osial yardım düzəltməklə məşğul olduğunu, indiyə qədər çoxlarına sosial yardım düzəltdiyini, ona və ailə üzvlərinə də sosial yardım düzəldə biləcəyini bildirmişdir. 2015-ci ilin sentyabr ayından etibarən cavabdeh ondan xeyli miqdarda pul alaraq mənimsəmişdir. Belə ki, 2015-ci ilin sentyabr ayının ortalarında nəvələrinə sosial yardım düzəltmək adı ilə 360 manat məbləğində pul almışdır. Bundan başqa, cavabdeh onu və ailə üzvlərini məşğulluq xidmətində yeni açılmış iş yerlərinə işə düzəltmək adl ilə 5640 manat məbləğində pul almışdır. Bundan başqa, cavabdeh ona işıq sayğacından güzəştil şərtlərlə istifadə edə bilmək üçün sayğac qoyduracağı vədi ilə 1350 manat məbləğində pul almışdır. Bundan əlavə cavabdeh məşğulluq mərkəzində dondurulmuş pulun alınması üçün ondan 795 manat məbləğində pul almı şdır. Cavabdeh onun və ərinin pensiya kartını götürərək kartda olan 573 manat məbləğində pulu çıxarmışdır. Cavabdehə qızı Ləmanın yanında 1400 manat məbləğində pul vermişdir. Bundan başqa Cavabdeh onu aldadaraq ondan mağazada satıcı kimi işləyən Sevda Həsənovanın yanında ondan 50000-60000 manat, ümumilikdə 76430 manat məbləğində pulunu alaraq mənimsəmişdir. Bundan başqa, cavabdeh onun 18 adda, 6116 manat məbləğində qızıl-zinət əşyalarını mənimsəyərək ələ keçirmişdir. Cavabdeh pulu ələ keçirib qaytarmadığı üçün hüquq mühafizə orqanlarına şikayət ərizələri ilə müraciət etmişdir. Mingəçevir şəhər məhkəməsinin 1(051)-16/2019 saylı 11.04.2019-cu il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bi linib 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.
4. Mingəçevir Şəhər Məhkəməsinin 01 sentyabr 2020-ci il tаrixli, 2(051)668/2020 saylı (hakim M.Kərimova) qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 11663 manat pulun alınıb İddiaçı verilməsi, iddianın 18 adda qızıl-zinət əşyaları və mənəvi zərərin əvəzi olaraq 50000 manat tələbinə dair hissədə təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə iddia tələblərini qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 78.1, 88, 82.4, Mülki Məcəllənin 1097-ci maddələrinə istinad etmişdir.
6. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Şəki Apelyasiya Məhkəməsi MK-nın 16 fevral 2021-ci il tarixl i qətnaməsi ilə (hakimlər- E.Hüseynov (sərlik edən və məruzəçi), M.Hüseynov və G.Abbasovi) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş; Mingəçevir Şəhər Məhkəməsinin 01 sentyabr 2020-ci il tаrixli, 2(051)-668/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Apelyasiya instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Konstitusiyanın 60; İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsi; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2, 181.1, 181.1.1, 181.1.2ci maddələri, Mülki Prosessual Məcəllənin 82.4, 14.2, 77.1, 88-ci maddələri ilə əsaslandırmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı kassasiya şikayəti vermişdir.
7. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
10. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Məhkəmə şahid ifadələrinə düzgün qiymət verməmiş, sübutların toplanması üçün verdiyi vəsatətləri nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və onun vəkili Vəkil2 kassasiya şikayətini müdafiə edərək ona uyğun izahat vermişlər.
14. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə i clasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
13. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi
16. Maddə 1097.1. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 76.1 və 76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Həmin Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
22. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məh kəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
23. Maddə 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hall arına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:
26. Maddə 180.2. Şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Kassasiya baxışının hədləri
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
29. Əvvəla, işin faktiki hallarının ətraflı araşdırılmaması, şahidlər və.s barədə dəlillər əsaslı hesab oluna bilməz. Ona görə ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına istinad oluna bilməz (MPM-nin 407.2. maddəsi). Qeyd olunmalıdır ki, kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır, işin faktiki hallarını araşdırmır.
30. Məhkəmələr müəyyən etmişlər ki, cavabdeh iddiaçıya 11663 ma nat miqdarında maddi zərər vurmuşdur. Bu hal qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir. İddiaçıya daha artıq zərər vurulması ilə bağlı mötəbər sübutlar təqdim edilməmişdir. Çünki tərəflər arasında biznes münasibətləri, pul alış-verişi qeyri-rəsmi baş tutmuş, müvafiq rəsmiləşmələr aparılmamışdır. Tərəflər həmin faktı şahid ifadələri ilə təsdiq etdirməyə çalışmışlar. Lakin nəzərə almaq lazımdır ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
31. Məhkəmə iclasında dindirilmiş şahid ifadələri qeyd edilənlərlə bağlı qəti qənaətə gəlməyə kifayət edəcək sübut hesab oluna bilməz. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə iza hatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Lakin tərəflərin pul borcunu təsdiq edən heç bir mötəbər sübut növü mövcud deyil.
32. Mingəçevir şəhər məhkəməsinin 1(051)-16/2019 saylı 11.04.2019-cu il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökmlə İddiaçı cavabdeh tərəfindən 11663 manat miqdarında ziyan dəyməsi müəyyən edilmişdir.
33. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məc buridir (qərarın 22-ci bəndindəki norma).
34. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
35. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-252/2021 nömrəli, 16 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.