Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3764/2024 19.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun qaytarılması tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-531/2024 nömrəli, 10 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı və Cavabdeh arasında bağlanmış 7 iyul 2021-ci il tarixli, 3M-527 reyestr n ömrəli kredit müqaviləsi ilə borc verən (iddiaçı) borc alana (cavabdehə) 17.000 manat məbləğində borc pul vermişdir.
2. Müqavilənin 2-ci bəndi ilə borc alan krediti 7 iyul 2022-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh 7 iyul 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 17000 manat məbləğində pulun və ödənilmiş 141 manat dövlət rüsumunun onun ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında kredit müqaviləsi bağlanılmışdır. Həmin müqavilə, Bakı şəhəri, 26 saylı notariat ofisnin xüsusi notariusu X1 tərəfi ndən təsdiq edilmişdir. Lakin borc uzun müddət keçməsinə baxmayaraq əsassız olaraq geri qaytarılmamışdır. Cavabdeh öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildiriş ilə edilən xəbərdarlıqlara baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün heç bir ödəniş etməmişdir.
5. Şəki Rayon Məhkəməsinin e-2(075)2201/2023 nömrəli 20 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Elşən Vəliyev) iddia təmin edilmişdir.
6. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinad edərək iddianı təmin edərkən belə qənaətə gəlmişdir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini id diaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı 17.000 manat məbləğində pulun cavabdehə verilməsini təsdiq edən sübutu, yəni notarial qaydada bağlanmış müqaviləni məhkəməyə təqdim etmişdir. Cavabdeh isə iddiaçıya olan 17.000 manat borcunu və ya onun bir hissəsini qaytarması barədə sübutlarını məhkəməyə təqdim etməmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 739.1, 739.2, 740.1, 740.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla ə saslandırılmışdır ki, işə baxan məhkəmə iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi Bakı şəhəri 26 saylı notariat ofisində İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsini əsas götürərək əlavə araşdırma aparmadan iddianı təmin etmişdir. Həmin kredit müqaviləsi bağlanılarkən cavabdeh “X3” şərab zavodunda rəsmi olaraq region satış müdürü olaraq işləmişdir. Vüqar Mikaylov həmin zavoda direktor təyin olunduqdan sonra cavabdehi və onun kimi onlarla digər şəxsləri də məhz müqavilə bağlanan tarixə notariat ofisinə çağıraraq formal olaraq qeyd olunan müqaviləni iddiaçı və digər şəxslərlə bağlasa da, pulun depozitə qoyulması və ya cavabdeh tərəfindən götürülməsi halları baş verməmişdir. Cavabdeh məhkəmə iclaslarında üzürlü səbəbdən iştrak e də bilmədiyi üçün Bakı şəhəri 26 saylı notariat ofisində tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə aparılmış materialın alınması barədə vəsatət vermə bilməmişdir, işə baxan məhkəmə isə qeyd olunan məbləğdə pulun cavabdeh tərəfindən qəbul edilib edilməməsini araşdırmamış, notariusdan bağlanmış müqavilə üzrə materialı tələb edib araşdırmadan ədalətsiz qərar qəbul etmişdir. Müqavilənin olması heç də pulun alınmasını və ya iddiaçının cavabdehə pul verməsini təsdiq edə bilməz.
10. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-531/2024 nömrəli, 10 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Günay Cavadova - sədrlik edən və məruzəçi, Elçin Hüseynov və Tural Həsənov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işdə olan sənədlərə əsasən tərəflər arasında kredit müqaviləsi imzalanmış, iddiaçı cavabdehə 17.000 manat pulu borc vermiş, cavabdeh isə həmin pulu xx.xx.2022-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür.
12. Cavabdeh apellyasiya şikayətində 17.000 manat pulun ona verilmədiyini bildirmişdir.Bu dəlilinin araşdırılması məqsədi ilə apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən müvafiq orqanlara sorğular verilmiş, kredit müqaviləsinin təsdiq edildiyi Bakı şəhəri 26 saylı notariat ofisi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən(mədaxil orderi) müəyyən olunmuşdur ki, kredit müqaviləsi üzrə ödənilməli olan 17.000 manat pul iddiaçı tərəfindən Maraqlı şəxs1 ASC-nin Binəqədi filialının müvafiq bank hesabına mədaxil edilmişdir.
13. Maraqlı şəxs1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Məhkəməyə təqdim edilmiş 7 iyul 2021-ci il tarixli, 591005 nömrəli qəbz(Çek Muğ) ilə müəyyən olunmuşdur ki, cavavdeh Cavabdeh 17.000 manat məbləğində pulu kassadan məxaric etmişdir.
14. Bununla da müəyyən olunmuşdur ki, iş üzrə tərəflər arasında bağlanmış 3M-527 reyestr nömrəli kredit müqaviləsi ilə iddiaçı 17.000 manat pulu cavabdehə vermiş, lakin borc cavabdeh tərəfindən ödənilməmişdir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 739.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib mülki işi yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası 17.000 manat pulun kim tərəfindən məxaric edilməsi barədə məlumatı tələb etsə də, zəruri sənədləri almamışdır. Eyni tarixdə onunla bərabər işləmiş və İddiaçıla kredit müqaviləsi bağlamış telefon nömrələri, adları və ünvanları məlum olan həmin şəxslər şahid qismində dindirilməmiş, verdiyi vəsatətlərə münasibət bildirmədən qətnamədə qeyd olunmuş, Maraqlı şəxs1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Məhkəməyə təqdim edilmiş 7 iyul 2021-ci il tarixli, 591005 nömrəli qəbzə(Çek Muğ) əsaslanaraq qətnamə qəbul edilmişdir.
18. Kassator şikayət ini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.3, 14.2, 77.1, 88-ci maddələrinə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli 365 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların bəndlərinə, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
24. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bo rclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
25. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
26. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdi kləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayə tində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya inst ansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdeh bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliyi yerinə yetirməmişdir. Cavabdehin etirazında istinad etdiyi hallar iddianın rədd edilməsinə əsas verməm işdir.
36. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
37. Belə ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır (§ 23-26).
38. Qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya ş ikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
40. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-531/2024 nömrəli, 10 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.