Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3765/2019 03.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, Cavabdeh vəkili X3 iştirakı ilə. Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki 07 iyul 2018-ci tarixli qətnaməsindən verdiyi kassasiya şikayətləri üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 may 2017-ci il tarixli qətnaməsi ilə (hakim: N.A.Bağırov; 2(009)-97/2018) iddia qismən təmin edilmiş, İddiaçı ASC ilə C avabdeh arasında bağlanmış 28.08.2015-ci il tarixli ******** №-li “Kredit müqaviləsi” üzrə yaranmış 28789 ( iyirmi səkkiz min yedi yüz səksən doqquz) ABŞ dolları əsas, 6914,16 (altı min doqquz yüz on dörd dollar on altı sent) ABŞ dolları hesablanmış faiz və 10 (on) ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 37,713,16(otuz beş min yeddi yüz on üç dollar on altı sent) ABŞ dolları məbləğinin ödəniş günü üçün Azərbycan Respublikası Mərkəzi Bankının müəyyən etiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti və iddianın qaldırılması ilə bağlı ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin 20 (iyirmi) manat hissəsinin Cavabdeh tutulub İddiaçı ASC-nin hesabına köçrülməsi, ödəmə İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh (ipoteka qoyan) arasında bağlanmış 28.08.2015- ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü eilmiş Cavabdeh məxsus ünvan 1 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 100.000 (bir yüz min) manat müəyyən edilməsi, mənzilin həmin ilkin satış qiyməti ilə satılması üçün açıq hərraca çıxarılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsi Cavabdeh verilməsi, ipoteka predmet olan ünvan 1 ünvanında istifadədə olan 28,6 kv.m yaşayış,13.1 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı mənzil açıq hərrac yolu ilə satıldıqdan sonra 1(bir) ay ərzində boşaldılması, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat pul vəsaitinin 25 (iyirmi beş) manat hissəsinin İddiaçı ASC-dən, 25 (iyirmi beş) manat hissəsinin isə Cavabdeh tutularaq ƏN Məhkəmə Ekspertiza MərkəziNİN hesabına ( hesab: Az.MEM VÖEN **********;AZ 34CTRE********************, X1,KOD 210005;VÖEN **********; müxbir hesab Az41**********,S.W.İ.F.T. BİK:CTREAZ 22) köçrülməsi) “X4” MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manat pul vəsaitinin 150 manat hissəsinin İddiaçı ASC-dən, 150 manat məbləğində hissəsinin isə cavabdeh Cavabdeh tutulub “X4” MMC-nin hesabına (VÖEN: **********; hesab N AZ****************;BANK: “Nikoyl” İKB,Müxbir hesab: AZ*******************4; kod:510277; S.W.İ.F.T. BİK:NİC****) köçrülməsi qət etmişdir. Bakı Apellyasiy a Məhkəməsinin Mülki Kollegiyasının 07 iyul 2018-ci tarixli qətnaməsi ilə (hakimlər:M.AMəmmədov (sədrlik edən və məruzəçi) X.A.Mərdanova və X.Ə.Sarıyev; 2(103)-9419/2018) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Səbail Rayon Məhkəməsinin 24 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh arasında 28.08.2015-ci il tarixdə bağlanmış, ******** №-li “Kredit müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 28.789 ABŞ dolları, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 8.575 ABŞ dolları, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 800 ABŞ dolları, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi, tələbin ipoteka predmetinə - cavabdehə məxsus olan və Bakı şəhəri, ***************************** №-li mənzilə (bundan sonra – mənzil) yönəldilməsi; mənzilin açıq hərracdan satılması; satışdan əldə oluna biləcək pul vəsait hesabına cavabdehin Banka olan borcunun ödənilməsi; mənzildə qeydiyyatda olanların mənzildən istifadə hüququnun ləğv edilməsi, satıldıqdan sonra ən geci 1 ay ərzində mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bankın “Azadlıq” filialı ilə cavabdeh arasında 28.08.2015-ci il tarixdə bağlanmış “Kredit müqaviləsinə” əsasən Bank tərəfindən cavabdehə kreditdən istifadəyə görə illik 22 fa iz dərəcəsi ilə, 36 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit verilmişdır. “Kredit müqaviləsindən” irəli gələn öhdəliyin icrasının təminatı olaraq, cavabdeh, özünə məxsus mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bu barədə 28.08.2015-ci il tarixdə onunla Bank arasında “İpoteka müqaviləsi” bağlanmışdır. Qeyd edilənlərə baxmayaraq, cavabdeh, Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş – Banka olan borcunu tam ödəməmişdir. Nəticədə, cavabdehin, Banka borcu yaranmışdır ki, əsas kredit borcu 28.789 ABŞ dolları, kreditdən istifadəyə görə hesablanmış faiz borcu 8.575 ABŞ dolları təşkil edir. Ödənişin gecikdirilməsinə görə Bank tərəfindən cavabdehə cərimə (dəbbə) tətbiq olunmuşdur ki, bu cərimənin məbləği 800 ABŞ dolları təşkil edir. Bank borcun ödənilməsin i cavabdehdən dəfələrlə tələb etsə də, cavabdeh borcu ödəməkdən yayınmışdır. Bu səbəbdən, Bank, hazırki iddia ilə məhkəməyə müraciət etmək və iddianın verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəflərin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14,88-ci maddələrinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439,557-ci maddələrinin, Azərbycan Respublikası Konstitusiyasının 60,125-ci maddələrinin tələbləri pozulmuş, birinci instansiya məhkəməsinin səhfini təkrarlayaraq işin mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmadan maddi normaların tətbiqində səhvə yol verilməklə, əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəmə kоllеgiyаsının iclаsındа Cavabdeh vəkili X3 kаssаsiyа şikаyətinə uyğun izahat verərək, şikayətin təmin еdilməməsini хаhiş еtdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instans iyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş iş materiallarından, o cümlədən Bank ilə cavabdeh arasında 28.08.2015-ci il tarixdə bağlanmış “Kredit müqaviləsindən” görünür ki, Bank tərəfindən cavabdehə kreditdən istifadəyə görə illik 22 faiz dərəcəsi ilə, 36 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit verilmiş, cavabdeh isə ona verilmiş krediti ödəniş cədvəlinə uyğun olaraq qaytarmağı öhdəsinə götürmüşdür. 01.12.2016-cı il tarixli “Maliyyə arayışından” görünü r ki, cavabdehin Banka olan əsas borcu 28.789 ABŞ dolları, faiz borcu 8.575 ABŞ dolları, cərimə borcu isə 800 ABŞ dolları təşkil edir. Məktublardan görünür ki, borcun ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş üzrə məhkəmə -mühasibatlıq ekspertizasının 07.11.2017-ci il tarixli 10218 nömrəli rəyindən görünür ki, cavabdehin 01.12.2016-cı il tarixə Banka olan əsas borcu 28.789 ABŞ dolları, faiz borcu isə 6.914,16 ABŞ dolları məbləğindədir. İşin hallarından müəyyən edilir ki, cavabdeh, iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, Banka olan borcunu qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. - 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. - 439.2-ci maddəsinə əsasən əgər xarici valyut ada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. - 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 445.2.1-ci maddəsinin tələbinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecik dirməsi sayılır. - 448-ci maddəsinə görə əgər, bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. - 739.1-ci mаddəsinə görə müəyyən edilmişdir ki, bоrc müqаviləsinə görə iştirаkçılаrdаn biri (bоrc verən) pulа və yа digər əvəz edilən əşyаlаrа mülkiyyət hüququnu digər iştirаkçıyа (bоrc аlаnа) keçirməyi öhdəsinə götürür, digər iştirаkçı (bоrc аlаn) isə аldıqlаrını müvаfiq оlаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа оlаn eyni növlü əşyаlаr şəklində bоrc verənə qаytаrmаğı öhdəsinə götürür. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, Banka olan borcunu qaytarmamışdır. Cavabdeh öhdəliyi vaxtında və lazımi qaydada icra etdiyini sübut edə bilmir və ümumiyyətlə, bu halı mübahisələndirmir. Cavabdeh ödənişin devalvasiya səbəbi ilə həyata keçirilmədiyini bildirir və o hesab edir ki, ondan tələb olunan borc məbləği krediti götürdüyü zaman mövcud olan məzənnə ilə, yəni 1 ABŞ dolları 1,05 Azərbaycan manatına bərabər tutulmaqla ödənilməlidir. cavabdehin maddi durumunun ağırlaşması onu müqavilə üzrə öhdəliklərin icrasından azad etmir. Cavabdehə göstərdiyi əsasa görə o zaman güzəşt oluna bilərdi ki, tərəflər arasında bağlanmış “Kredit müqaviləsində” maddi vəziyyətinin aşağı düşməsi halında borcalanın məsuliyyətdən azad edilməsi və ya ona digə r şəkildə güzəştin tətbiq olunması barədə şərt nəzərdə tutulmuş olsun. Lakin iş materiallarına əlavə edilmiş 28.08.2015-ci il tarixli “Kredit müqaviləsində” belə bir bənd mövcud deyil. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab etmişdir ki, Bank cavabdeh tərəfindən ödənilməmiş qalan borc məbləğini ABŞ dolları ilə tələb etməkdə, Rayon Məhkəməsi isə bu tələbi təmin edərək, borc məbləğinin, ödənişin həyata keçiriləcəyi tarixdə müəyyən olunacaq rəsmi məzənnə ilə tutulmasını qət etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri müzakirə olunan hissədə əsassızdır. bazar iqtisadiyyatı şəraitində istənilən valyutanın, o cümlədən Azərbaycan manatının devalvasiyaya uğraması hər zaman gözlənilən bir hadisə hesab olunmalıdır. Yəni, mövcud vəziyyətdə devalvasiya əvvəlcədən proqn ozlaşdırıla bilərdi. Bu səbəbdən, Məhkəmə, manatın devalvasiyaya uğramasını şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab etmir və bildirir ki, bu əsasla, cavabdehə hər hansı bir güzəşt tətbiq oluna bilməz. O, müqavilə üzrə hesablanmış qalıq borcunu Banka ödəməlidir. Cavabdeh iddiaçı Bank qarşısında vaxtında və lazımi qaydada icra edilməmiş öhdəlikləri mövcuddur və o, bu öhdəliklərin icra edilməməsinə görə məsuliyyət daşıyır. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin Bank qarşısında icra edilməmiş öhdəliklərinin olması müəyyən edildiyindən 28.789 ABŞ dolları məbləğində əsas borc və iş üzrə verilmiş ekspert rəyi əsas götürülməklə 6.914,16 ABŞ dolları məbləğində faiz borcu ondan tutularaq Banka ödənilməsi, tərəflər arasın da bağlanmış “Kredit müqaviləsinin” şərtlərini əsas götürərək, cavabdehə borcun ödənilməsini gecikdirdiyi üçün 800 ABŞ dolları məbləğində tətbiq etmiş cərimə borcunu 10 ABŞ dolları məbləğində müəyyən edilməsi ilə əlaqədar iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq iddia tələbinin qismən təmin olunması barədə həmin məhkəmənin qətnaməsini dəyişdirmədən saxla mışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 07 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən
Məhkəmə qərarları › İş №2(102)-3765/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3765/2019
03.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver