Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3767/2020 23.07.2020 ALİ MƏHKƏMƏ İddiaçı: “xxxx” X8 X5 Cəmiyyəti (hüquqi sələfi «xxxxxxxx» X6) Cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 İddia tələbi: borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi Açar sözlər: borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, kassasiya şikayətinin ekspert (mütəxəssis) rəyi ilə bağlı dəlilləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1392/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərə findən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları «xxxxxxxx» X6 (bundan sonra – Bank) ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 790/13 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 36 ay müddətinə illik 6 % olmaqla 15.000 manat məbləğində kredit verilmişdir. Bankla Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli, 1018/13 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 12 ay müddətinə illik 34 % olmaqla evin təmiri məqsədilə 5.000 manat məbləğində kredit verilmişdir. Bankla Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli 787/14 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 24 ay m üddətinə illik 25 % olmaqla 12.000 manat məbləğində kredit verilmişdir. xx.xx.2010-cu il tarixli, 196/10 saylı ipoteka müqaviləsi və ona 3, 4 və 5 nömrəli əlavələrə əsasən Cavabdeh1 mülkiyyətində olan, Şəmkir şəhəri, İ.XXX küçəsində 0,06 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 164.2 kv.m ümumi, 108.6 kv.m yardımçı, 55.6 kv.m yaşayış sahəsindən ibarət olan, 4 otaqlı, 38 nömrəli fərdi yaşayış evi və onun tərkibindəki (Liter B) əl damı 1 mərtəbəli 11.3 kv.m, (Liter 1) darvaza 1,8 kv.m, (Liter 2) hasar 39.8 kv.m, cəmi 52.9 kv.m tikinti altı sahədən ibarət həyətyanı tikili və qurğular (bundan sonra – ipoteka predmeti) xx xxxxxx 2013–cü il tarixli, 790/13 nömrəli, xx xxxxxxx 2013–cü il tarixli, 1018/13 nömrəli və xx xxxxx 2014–cü il tarixli 787/14 nömrəli kredit müqavilələrinin təminatı kimi Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. Cavabdeh1 arvadı Cavabdeh2 notarial qaydada təsdiq edilmiş xx.xx.2013-cü il tarixli və xx.xx.2014-cü tarixli razılıq ərizələri verərək Şəmkir şəhəri, İ.XXX küçəsində yerləşən 38 saylı fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə etiraz etmədiyini, ipoteka predmetinə tutma yönəldikdə, onu dərhal tərk edəcəyi barədə öhdəlik götürmüşdür. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat Bank cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək, Cavabdeh1 xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən 6965,04 manat əsas kredit borcu, 2551,63 manat faiz borcu, 4471,12 manat dəbbə pulunun, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən 4998,09 manat əsas kredit borcu, 2700,22 manat faiz borcu, 24 manat dəbbə pulunun, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 6872,67 manat əsas kredit borcu, 3350,24 manat faiz borcu, 4097,71 manat dəbbə pulunun, hüquqi yardıma görə ödənilmiş xərcin əvəzi olaraq 2000 manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tələbin ilkin satış dəyəri 43.000 manat müəyyən edilməklə, Cavabdeh1 mülkiyyətində olan ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin Banka olan borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti satıldıqda, cavabdehlərin həmin fərdi yaşayış evindən çıxarılması, evin, həyətyanı tikili və qurğuların boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyini vaxtında və lazımınca icra etməmiş, krediti və hesablanmış faizləri ödəməkdən yayınmışdır. Dəfələrlə cavabdehə xəbərdarlıq edilmiş və bildiriş göndərilmişdir. Hazırki iddianın məhkəmədə qaldırılması üçün bank hüquqi yardıma görə 2.000 manat vəsait ödənilmişdir. İşə baxılarkən təyin edilmiş qiymətləndirmə üzrə «xxxxxxxxxxx» MMC-nin xx xxxxxx 2016-cı il tarixli, 34 nömrəli rəyində qeyd olunmuşdur ki, Şəmkir şəhəri, İ.XXX küçəsi 38 saylı fərdi yaşayış evinin dəyəri 45.000 manat təşkil edir. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(076)88/2017 nömrəli iş üzrə xx xxxxxx 2017-cı il tarixli qətnaməsi ilə (hakim N.Paşayev) iddia qismən təmin edilmiş, Bankla Cavab deh1 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 790/13 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 əsas kredit borcu üzrə 6.965,04 manat, faiz borcu üzrə 2.551,63 manat, dəbbə pulu üzrə 471 manat olmaqla, cəmi 9987,67 manat məbləğində; xx xxxxxxx 2013-cü il tarixli, 1018/13 saylı kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 4998,09 manat, faiz borcu üzrə 2700,22 manat, dəbbə pulu üzrə 24 manat olmaqla, cəmi 7674,31 manat məbləğində; xx xxxxx 2014-cü il tarixli, 787/14 saylı kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 6872,67 manat, faiz borcu üzrə 3350,24 manat, dəbbə pulu üzrə 497 manat olmaqla, cəmi 10719,91 manat məbləğində pulun alınıb «xxxxxxxx» ASC-nin ləğvedicisi X2 verilməsi, tələbin ipoteka ilə yüklü edilmiş, ilkin satış qiyməti 45.000 manat qiymətləndirilmiş, Cava bdeh1 mülkiyyətində olan fərdi yaşayış evinə və onun tərkibindəki əl damı, darvaza, hasar, tikinti altı sahədən ibarət həyətyanı tikili və qurğulara yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına Banka olan borcun ödənilməsi, ipoteka predmeti olan fərdi yaşayış evi satıldıqdan sonra cavabdehlərin həmin fərdi yaşayış evindən çıxarılması, ev və onun tərkibindəki həyətyanı tikili və qurğuların boşaldılması, Cavabdeh1 iddiaçı «xxxxxxxx» ASC-nin ləğvedicisi X1 xeyrinə hüquqi yardıma görə xərcin əvəzi olaraq 30 manat məbləğində pulun tutulması, iş üzrə ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi və Cavabdeh1 30 manat pulun alınıb «xxxxxxxx» ASC-nin ləğvedicisi X2 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh1 aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 manat məhkəmə xərcinin alınıb, «xxxxxxxxxxx» MMC-yə verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(104)-216/2018 nömrəli iş üzrə xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Mehtiyev (sədrlik edən və məruzəçi), Ş.Rzaquliyev və N.Quliyev) cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi xx xxxxxx 2013-cü il tarixli, 790/13 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 əsas kredit borcu üzrə 6965,04 manat, faiz borcu üzrə 2.551,63 manat pulun alınıb iddiaçı «xxxxxxxx» ASC-nin ləğvedicisi X2 verilməsi və xx xxxxx 2014cü il tarixli, 787/14 saylı kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 6.872,67 manat, faiz b orcu üzrə 3.350,24 manat pulun alınıb iddiaçı «xxxxxxxx» ASC-nin ləğvedicisi X2 verilməsi hissəsində dəyişdirilərək, Cavabdeh1 xx xxxxxx 2013-cü il tarixli, 790/13 saylı kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 6623,81 manat, faiz borcu üzrə 269,37 manat və dəbbə pulu üzrə 471 manat, cəmi 7.364,18 manat pulun və xx xxxxx 2014-cü il tarixli 787/14 saylı kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 6858,2 manat, faiz borcu üzrə 1233,52 manat və dəbbə pulu üzrə 497 manat, cəmi 8588,72 manat pulun alınıb iddiaçı «xxxxxxxx» ASC-nin ləğvedicisi X2 verilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə borcun məbləğini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli, 18467 nömrəli ekspert rəyinə ist inadla əsaslandırmışdır. Həmin rəydə qeyd olunmuşdur ki, xx xxxxxx 2013-cü il tarixli, 790/13 saylı kredit müqaviləsi üzrə xx xxx 2016-cı il tarixə olan borc 6623,81 manat əsas borc, faiz üzrə 269,37 manat olmaqla, cəmi 5893,18 manat təşkil etmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 270 manat təşkil etmişdir. Azərbaycan Resplikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-7135/18 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər – Ə.Mirzəliyev (sədrlik edən və məruzəçi), İ.Xələfov və G.Quliyev) cavabdehlərin kassasiya şikayəti təmin edilmiş, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yeni apelyasiya baxışına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, apelyasiya i nstansiyası məhkəməsinin qətnaməsi borcun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edilmişdir. Yeni apelyasiya baxışı zamanı iş üzrə əmlakın yenidən qiymətləndirilməsi və məhkəmə-mühaisbatlıq ekspertizası keçirilmişdir. “xxxxxxxxxxxxxxx” MMC-nin xx xxx 2019-cu il tarixli, 0340/19 PBOKT saylı rəyi ilə müəyyən edilmişdir ki, ipoteka predmetinin torpaq sahəsi ilə birlikdə hazırkı bazar dəyəri 130000 manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli, 10401 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 Banka xx xxxxxxx 2013-cü il tarixli, 1018/13 kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixə əsas borc üzrə 3800,81 manat, faiz üzrə 0,00 m anat olmaqla, cəmi 3800,81 manat borcu olmuşdur. xx xxxxx 2014-cü il tarixli, 787/14 kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə əsas borc üzrə 6858,20 manat, faiz üzrə 1133,51 manat olmaqla, cəmi 7991,70 manat borc yaranmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil etmişdir. Apelyasiya instansiyası məhkəməsinin 2(104)-1392/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – A.Hüseynzadə (sədrlik edən və məruzəçi), L.Süleymanov və R.Muradov) cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin edilmişdir. Qətnamə ilə Cavabdeh1 xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 6623,81 manat, faiz üz rə 269,37 manat, dəbbə pulu üzrə 300 manat olmaqla, cəmi 7193,18 manat; xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 3800,81 manat, dəbbə pulu üzrə 24 manat olmaqla, cəmi 3824,81 manat və xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 6858,2 manat, faiz üzrə 1133,51 manat, dəbbə pulu üzrə 300 manat olmaqla, cəmi 8291,71 manat, ümumilikdə kredit müqavilələri üzrə cəmi 19309,7 manatın tutularaq, iddiaçı “xxxx” X8 Təşkilatı ASC-yə (bundan sonra – iddiaçı) verilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılaraq əldə edilmiş vəsait hesabına borc tələbinin təmin edilməsi, ipoteka predmeti açıq hərracdan satıldıqdan ən geci 1 ay ərzində cavabdehlərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayı ş evi, həyətyanı tikililər və qurğuların boşaldılması, ipoteka predmetinin açıq hərracdan ilkin satış qiymətinin 130000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh1 məhkəmə xərci qismində iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və hüquqi yardıma görə 30 manatın tutularaq iddiaçıya, ekspertiza tədqiqatlarının dəyəri qismində 415 manatın tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, mütəxəssis rəyinin dəyəri qismində 300 manatın tutularaq, "xxxxxxxxxxx" MMC-yə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, apelyasiya şikayətinin qalan hissədə təmin olunmaması qət edilmişdir. İşə yenidən baxan apelyasiya instansiyası məhkəməsi işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 386.1, 442, 467, 739, 317.1, 319.1, 319.6- cı maddələrini, “İpoteka haqqında” Qanunun 36, 39.3, 39.3.3, 59.3-cü maddələrini tətbiq edərək ilk öncə qeyd etmişdir ki, iş üzrə iddiaçı «xxxxxxxx» ASC olsa da birinci instansiya məhkəməsi borc məbləğini cavabdehdən tutularaq sonradan ləğv edilmiş Ləğv prosesində olan «xxxxxxxx» ASC-yə ödənilməli olmasını qət etmək əvəzinə, borc məbləğinin Bankın ləğvedicisi olan X2 ödənilməsini qət etmişdir. Hazırda isə «xxxxxxxx» ASC yenidən təşkil olunmaqla, “xxxx” X8 Təşkilatı ASC kimi fəaliyyət göstərdiyindən borc məbləği də həmin hüquqi şəxsə ödənilməlidir. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə faizlər bir il müddətinə, xx.xx.2014-cü il tarixə kimi tutulmalı olduğu halda, müqavilə müddəti qurtardıqdan sonra da xx.xx.2016-cı il tarixə kimi olan dövr üçün, həmçinin xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə faizlər xx.xx.2016-cı il tarixinə kimi tutulmalı olduğu halda, müqavilə müddəti qurtardıqdan sonra da xx.xx.2016-cı il tarixə kimi olan dövr üçün tutulmuşdur. Halbuki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək olan faiz məbləğləri hissəsində iddianı təmin edilməli idi. Məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilərək borcun məbləği xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli ekspert rəylərinə müvafiq müəyyən olunmalı, iddia qalan hissədə təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tutulmalı olan əsas borc məbləğlərinə münasibətdə tənasüblük nəzərə alınmaqla, dəbbə pulunu azaldaraq xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 300 manat, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi 300 manat müəyyən etmişdir. Məhkəmə ipoteka predmetinin bazar dəyəri üzrə “xxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli rəyini daha əsaslı və ağlaban hesab etmiş və ipoteka predmetinin açıq hərracdan ilkin satış qiymətini həmin rəyə uyğun olaraq 130000 manat müəyyən etmişdir. Apelyasiya instansiyası məhkəməsi iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 manat dövlət rüsumundan, hüquqi yardıma görə çəkilmiş 2000 manat xərcdən, iş üzrə keçirilmiş ekspertiza təqdqiqatlarının dəyəri qismində 415 manat və mütəxəssisə ödənilməli o lan 300 manat xərclərdən ibarət olmuş məhkəmə xərcləri ilə əlaqədar hesab etmişdir ki, iddiaçının iddiası müəyyən istisnalarla qismən təmin edildiyindən, iddianın təmin edilməyən hissələri isə məhz hüququn tətbiqi ilə bağlı olduğundan məhkəmə xərcləri də Cavabdeh1 aid edilməlidir. Hüquqi yardım yalnız iddia ərizəsinin hazırlanmasından ibarət olduğu üçün məhkəmə göstərilmiş hüquqi yardıma görə 30 manat məbləği ağlabatan hesab etmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh1 (vəkil X4) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsas landırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul olunmuşdur. Əvvəla, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən Cavabdeh1 borcu da restrukturizasiya edilmiş və həmin məbləğ məhkəmənin müəyyən etdiyi məbləğdən aşağı olmuşdur. Məhkəmə tərəfindən 19309.70 manatın tutularaq iddiaçıya verilməsi qət olunmuş, lakin elektron portaldan çıxarış əsasında Cavabdeh1 18763.55 manat borcunun olduğu müəyyən edilmişdir. Bundan başqa, mütəxəssis rəyi kassatora təqdim olunmamış və həmin rəyə onun münasibəti bildirilmədən əmlakın ilkin satış qiyməti 130000 manat müəyyən edilmişdir. Məhkəmə ipoteka predmetinin boşaldılması hissəsində də maddi hüquq normaları pozmuşdur. Bundan başqa, ekspertiza xərci - ekspertiza tədqiqatlarının dəyəri qismində 415 manat və mütəxəssis rəyinin dəyəri qismində 300 manat tutulması hissəsində də hüquq normaları pozulmuşdur. Beləliklə, məhkəmə tərəfindən cavabdeh tərəfin iştirakı təmin olunmadığına görə elektron portaldan çıxarış təqdim olunmamış, evin dəyəri qat-qat aşağı qiymətləndirildiyi halda yenidən qiymətləndirmə barədə vəsatət təqdim olunmamış və ümumilikdə hüquq normalarının tələbləri pozulmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə iddiaçının nümayəndəsi və cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubl ikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ni yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh1 kassasiya şikayəti verdiyindən qətnamə həmin cavabdehə aid hissədə yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (739-cu maddə). Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxl ayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır (269.1, 295, 317, 319.1 və 319.6-cı maddələr). “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu t ərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanı
8. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün: 8.1. fiziki şəxslərin xarici valyutada 10 000 (on min) ABŞ dollarınadək və ya milli valyutada 17 000 (on yeddi min) manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 8.2. 10 000 (on min) ABŞ dollarınadək və ya 17 000 (on yeddi min) manatadək məbləğ dedikdə müvafiq olaraq 10 000 (on min) ABŞ dollarının və ya 17 000 (on yeddi min) manatın da daxil olduğu məbləğ... nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarı Kredito r kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 aid hissədə apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnam əsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində kassator apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olması ilə bağlı mövqeyini ümumiyyətlə əsaslandırmamışdır. Baxılan iş üzrə Cavabdeh1 kredit borcunun "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşdüyü barədə məsələ müzakirə predmeti olmamış, sonuncu tərəfindən işə birinci və apelyasiya instansiyası məhkəmələrində baxılarkən bununla bağlı hər hansı dəlil irəli sürülməmişdir. İddia tələbi ilə kredit müqavilələrinə əsasən Cavabdeh1 tələb olunan və apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş yekun əsas borcun məbləği 17000 manatdan artıq olmuşdur. MPM-ə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına istinad etməyə yol verilmədiyi, habelə kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxladığından Məhkəmə kolegiyası kassasiya şikayətinə əlavə olumuş sənədə hüquqi qiymət verilməsini qeyri-mümkün hesab edir. Eyni zamanda cavabdehlərin məhkəmə iclasında iştirakının təmin olunmaması barədə kassasiya şikayətinin dəlili əsassızdır. Belə ki, apelyasiya instansiyası məhkəməsinin iclası barədə cavabdehlərə lazımi qaydada məlumat verilmiş, hətta Cavabdeh1 məhkəmə iclasında iştirak etmişdir. Kassasiya şikayətinin digər dəlili iş üzrə verilmiş ekspert və mütəxəssis rəyinin əsassız olması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. İş üzrə məhkəm ə xərclərinin müəyyən edilməsi zamanı apelyasiya instansiya məhkəməsi tərəfindən MPM-in 119-124-cü maddələrinin tələblərinin pozulduğu da müəyyən edilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1392/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə min