Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3768/2019 31.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi iştirakı ilə, İddiaçı “xxxx” (Azərbaycan) ASC –nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 26 dekabr 2018-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 01 may 2018-cı il tarixli qətnaməsi ilə (hakim Ş.Məhərrəmova) iddiaçı “xxxx” (Azərbaycan) ASC –nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilmiş, “xxxx” (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış 07.01.2016-cı il tarixli 142913-CNS-196961 saylı nağd pul krediti müqaviləsinə əsasən Cavabdeh 12532 (on iki min beş yüz otuz iki) manat 79 (yetmiş doqquz) qəpik əsas borc, 1945 (min doqquz yüz qırx beş) manat 26 (iyirmi altı) qəpik faiz borcu, 837 (səkkiz yüz otuz yeddi) manat 85 (səksən beş) qəpik cərimə, ümumilikdə 15315 (on beş min üç yüz on beş) manat 90 (doxsan) qəpik məbləğində pulun və ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən tutulub “xxxx” (Azərbaycan) ASC-nin xeyrinə verilməsi,10 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən A.İmanov, hakimlər E.Nəbiyev və R.Qurbanov) Binəqədi rayon Məhkəməsinin 01 may 2018-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 26 dekabr 2018-ci il tarixli qərardadı ilə (sədrlik edən A.İmanov, hakimlər A.Hüseynov və V.Sadıqov) Bakı Apellyasiya Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh oğlu kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MKya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 26 dekabr 2018-ci il tarixli qərardadının ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı “xxxx” (Azərbaycan) ASC Cavabdeh qarşı pul tələbinə dair iddia vermişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 01 may 2018-cı il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” (Azərbaycan) ASC –nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilmiş, “xxxx” (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış 07.01.2016-cı il tarixli 142913-CNS-196961 saylı nağd pul krediti müqaviləsinə əsasən Cavabdeh 12532 (on iki min beş yüz otuz iki) manat 79 (yetmiş doqquz) qəpik əsas borc, 1945 (min doqquz yüz qırx beş) manat 26 (iyirmi altı) qəpik faiz borcu, 837 (səkkiz yüz otuz yeddi) manat 85 (səksən beş) qəpik cərimə, ümumilikdə 15315 (on beş min üç yüz on beş) manat 90 (doxsan) qəpik məbləğində pulun və ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən tutulub “xxxx” (Azərbaycan) ASC-nin xeyrinə verilməsi,10 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Binəqədi rayon Məhkəməsinin 01 may 2018-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh kassasiya şikayəti vermişdir. Həmin kassasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən məhkəmə aktını qəbul etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kas sasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir (maddə 67.1). Kassasiya şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalı, şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunmalıdır (maddə 407.3, 407.4). Kassasiya şikayətinə vəkilin orderi əlavə edilməmişsə kassasiya şikayəti geri qaytarılır (maddə 408.1.3). “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.4-cü maddəsinə əsasən apellyasiya və kassasiya şikayətlərindən birinci instansiya məhkəməsinə müraciət edilərkən bu Qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Məcəllənin 407-ci maddəsinin tələblərinə görə kassasiya şikayəti onu verən şəxslə bərabər şikayəti tərtib etmiş vəkil tərəfindən də imzalanmalı, şikayətə vəkilin orderi də əlavə olunmalı və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunmalıdır. Kassasiya şikayəti verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir. Hazırki halda isə kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, vəkil tərəfindən imzalanmamış, şikayətə vəkilin orderi əlavə edilməmişdir. Bununla yanaşı iş ma teriallarından görünür ki, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 20.06.2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsinə dair sənəd əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin kassasiya şikayətinin qaytarılmasını əsaslarını müəyyən edən 408-ci maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə və bu Məcəllənin 408.1.1. və 408.1.3.-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən geri qaytarılır. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardadın ləğv edilməsinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmə diyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 26 dekabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3768/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3768/2019
31.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver