Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-377/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) 18.03.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdehin vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1545/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları xx xxxxx 2018-ci və xx xxxx 2018-ci il tarixli borc müqavilələri ilə İddiaçı Cavabdeh hər bir müqavilə üzrə 3000 manat olmaqla, 12 ay müddətinə illik 50 % ödəmək şərtilə cəmi 6000 manat məbləğində pul vermişdir. xx xxxx 2018-ci il tarixli qəbzlə müəyyən olunur ki, cavabdeh iddiaçıdan 1120 manat pul götürməsini və 3 ay müddətinə qaytaracağını qeyd etmişdir. xx xxxx 2019-cu il tarixli qəbzlə müəyyən edilir ki, iddiaçıya olan borcuna görə cavabdeh özünə məxsus əmək haqqı kartını iddiaçıya verməklə, onun bağlamayacağı barədə öhdəlik götürmüşdür. Azərbaycan Beynəlxaq Bankının Cavabdeh məxsus xx xxxxxx 2019-cu il tarixli hesab çıxarışından görünür ki, cavabdehə məxsus əmək haqqı kartından xx xxxx 2019-cu il tarixdə 100 manat, xx xxxxx 2019-cu il tarixdə 500 manat və 380 manat, xx xxx 2019-cu il tarixdə isə 635 manat olmaqla, cəmi 1615 manat məbləğində pul məxaric olunmuş və xx xxx 2019-cu il tarixdə həmin kart itirilmiş kimi qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 30465 nömrəli ekspert rəyində qeyd olunur ki, ekspertizaya təqdim edilmiş, mülki işin 44-cü vərəqəsində olan xx xxxx 2018-ci il tarixli borc müqaviləsində borcalan qrafasındakı “Üç min manat pul aldım” “Cavabdeh” əlyazmaları və həmin əlyazmaların qarşısındakı imzalar, eləcə də 45-ci vərəqəsində olan xx xxxxx 2018ci il tarixli borc müqaviləsində borcalan qrafasındakı “Üç min manat pul aldım” “Cavabdeh Əsədylla qızı” əlyazmaları və həmin əlyazmaların qarşısındakı imzalar Cavabdeh tərəfindən icra o lunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7120 manat əsas, 3000 manat faiz borcu olmaqla, ümumilikdə 10120 manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 2018-ci il tarixdə Cavabdeh onun yanına gəlmiş, xəstə uşağının müalicəsi üçün pul lazım olduğunu bildirərək 3 ay müddətinə qaytarmaq şərti ilə ondan 1120 manat məbləğində borc pul almışdır. Bununla bağlı Cavabdeh ilə aralarında sadə yazılı razılaşma da vardır. xx xxxxx 2018-ci il tarixdə cavabdeh ondan borc müqaviləsi əsasında yenid ən 12 ay müddətinə, yəni xx xxxxx 2019cu il tarixədək birdəfəlik qaytarmaq və əsas məbləğin illik 50%-ni əlavə ödəmək şərti ilə 3000 manat məbləğində borc pul almışdır. Bir müddət sonra yəni, xx xxxx 2018-ci il tarixdə cavabdeh borc müqaviləsi əsasında yenidən 12 ay müddətinə, yəni xx xxxx 2019-cu il tarixədək birdəfəlik qaytarmaq və əsas məbləğin illik 50%-ni əlavə ödəmək şərti ilə ondan 3000 manat məbləğində borc pul almışdır. Aralarında bağlanmış borc müqavilələrinə və razılığa baxmayaraq, cavabdeh hal-hazıradək borcundan heç bir ödəniş etməmiş, ona olan borcunu ödəməmiş və müxtəlif bəhanələr gətirərək borc pulu qaytarmaqdan yayınmışdır ki, bu da onun maddi vəziyyətinin pisləşməsinə səbəb olmuşdur. Cavabdeh xx xxxx 2019-cu il tarixdə özünə məxsus pensiya kartını ona versə də, xx xxx 201 9-cu il tarixdə kartı bankomata saldıqda, kartın bloklandığı məlum olmuş, nəticədə o, cavabdehin pensiya kartından hər hansı məbləğində pul çıxarmamışdır. Həmçinin, cavabdeh qeyd etdiyi kimi, xəstə uşağına məxsus olan pensiya kartını da ona verməmişdir Siyəzən rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim B.Ələkbərov, iş № 2(059)-29/2020) iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 5505 manat əsas, 300 manat faiz borcu olmaqla, cəmi 5805 (beş min səkkiz yüz beş) manat borc, eləcə də, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 57 %-i, yəni 17,10 (on yeddi manat 10 qəpik) manatı tutulması, aparılmış məhkəməxətşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 138 manatın 43%-i, yəni 59,34 (əlli doqquz manat 34 qəpik) manatı İddiaçı, 57%-i, yəni 78,66 (yetmiş səkkiz manat 66 qəpik) manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Cavabdeh ümumilikdə 7120 manat pulu borc verməsini, həmçinin cavabdeh də, öz növbəsində həmin puldan 1615 manat hissəsini iddiaçıya qaytarmasını sübut edə bilmişdir. Çünki, cavabdeh iddiaçıdan borc məbləğlərini aldıqdan sonra xx xxxx 2019-cu il tarixdə özünə məxsus əmək haqqı kartını iddiaçıya vermiş, həmin kart xx xxx 2019-cu il tarixə kimi sonuncuda olmuş və sonuncu mütəmadi olaraq, həmin kartdan götürülmüş borcun əvəzi kimi xx xxxx 2019-cu il tarixdən xx xxx 2019-cu il tarixə kimi cəmi 1615 manat məbləğində pul məxaric etmişdir. Bundan əlavə, c avabdeh iddiaçıya hər hansı bir məbləğdə borcunun olmadığını qeyd etsə də, o, istinad etdiyi bu halı təsdiq edəcək hər hansı bir mötəbər sübutu və ya sənədi məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçıdan aldığı borca görə xx xxxxx 2018-ci il və xx xxxx 2018-ci il tarixli müqavilələr üzrə sonuncuya faiz ödəməli olsa da, müqavilədə qoyulmuş faiz məbləği mülki hüquq subyektlərinin bərabərliyi baxımından ağlabatan və ədalətli hesab edilə bilməz. Çünki, tərəflər müqavilələr azadlığı prinsipinə (MM 6.1.5-ci maddəsi) əsaslanaraq, bu müqavilələri bağlamaqla, müqavilənin mühüm şərtləri ilə bağlı razılığa gəlsələr də, faizlə bağlı gəlinmiş bu razılıq etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi, yəni cavabdeh üçün zərərli olmuş, habelə həmin şərtin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmamışdır. Belə ki, cavabdehin iddiaçıdan müxtəlif vaxtlarda pul almasına zərurət və məcburiyyət xəstə uşağını müalicə etdirməsi olmuş, iddiaçı isə borc pulu cavabdehə verərkən sonuncunun maddi, əmlak və digər əsaslı mənafeyini gözləmədən, onları nəzərə almadan bəlkə də, ehtimal olunan zərərini qarşılamaq üçün tənasübsüz olaraq yüksək məbləğdə faiz məbləğini razılaşdırmaqla, cavabdehi əlverişsiz vəziyyətə salmış, o cümlədən bu müqavilələrin 4-cü bəndində faiz məbləğinin borc məbləği ilə bir vaxtda birdəfəyə ödənilməsi cavabdehin üzərinə öhdəlik kimi qoyulmuşdur. Bununla əlaqədar qeyd olunur ki, qeyd olunan məbləğlərin cəmi hesablandıqda, bu ümumilikdə 9000 manat təşkil edir ki, b u da 12 ay ərzində hər ay üçün 750 manat deməkdir. Bu isə əlavə gəliri olmayan (bu halı istinad edəcək mötəbər sübut və ya sənəd iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir), habelə iş günlərinin sayından asılı olaraq ayda 500-700 manat əmək haqqı alan mülki dövriyyənin iştirakçısının hüquqlarının, ümumiyyətlə, mülki qanunvericiliyin məqsəd və prinsiplərinin pozulması deməkdir. Çünki, ilk növbədə bu tipli məsələlərdə ilk növbədə öhdəlik götürən tərəfin yaşayış minimumunun təmin edilməsi zərurəti, daha sonra kreditorun maraqları əsas tutulur. Lakin, xx xxxxx 2018-ci il və xx xxxx 2018-ci il tarixli müqavilələr daha çox kreditorun maraqlarından irəli gələrək sonuncunun yüksək gəlirliliyinin təmin edilməsi üçün bağlanmasına inam yaradır. Bununla belə, cavabdeh onun üçün əlverişsiz olan ş ərtlərlə bağlanmış müqavilələrin etibarlılığını bağlandığı andan hazırkı vaxtadək bu və ya digər formada mübahisələndirməmiş, həmin vaxt onun şərtlərinə etiraz etməmişdir. Amma, mənəvi nöqteyi nəzərdən çıxış edilsə, maddi ehtiyacı olan şəxs onun üçün əlverişliliyindən asılı olmayaraq istənilən formada sənədə imza etməsi ehtimalı daha yüksəkdir ki, hazırda da, bu müqavilələrlə qeyd edilən halın baş verməsi reallığı daha aydın görünür. Digər tərəfdən, sözügedən müqavilələrdə borcun üstünə faizlərin hesablanması nəzərdə tutulmuş və faizlərin qaytarılması şərtləşdirilmişdir. Belə olan təqdirdə isə faiz dərəcəsinə münasibətdə tənasüb müəyyənləşdirilərkən tərəflərin həm əmlak mənafeləri, həm bütün əsaslı mənafeləri, həm də ədalətli balans prinsipi nəzərə alınmalı, o cümlədən əsas borcun üstünə i llik 5 % hesablanması tərəflərin mənafeyi baxımından daha ağlabatan, ədalətli və məqsədəmüvafiq hesab edilməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi), Ş.Abasov və T.Məmmədov, iş № 2(105)-1545/2020) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Siyəzən rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında xx xxxxx 2018-ci il və xx xxxx 2018-ci il tarixlərdə cavabdehlə borc müqavilələri bağlanmış, müqavilənin şərtlərinə əsasən 12 ay müddətinə 3000 manat, iddiaçıdan ümumilikdə 6000 manat o lmaqla borc götürmüş, əsas borcun üzərinə faiz ödənilməsi ilə bağlı öhdəlik müəyyən edilmişdir. Cavabdehə məxsus əmək haqqı kartı iddiaçıda olduğundan, sonuncu mütəmadi olaraq, həmin kartdan götürülmüş borcun əvəzi kimi xx xxxx 2019-cu il tarixdən xx xxx 2019-cu il tarixə kimi cəmi 1615 manat məbləğində pul məxaric etmiş, habelə məxaric edilmiş məbləği cavabdeh borcunu ödəmişdir. Cavabdeh borc məbləğindən 1615 manatını iddiaçıya qaytarsa da, o, iddiaçı qarşısında olan öhdəliyini lazımınca icra etməmiş, borclu olduğu qalıq 5505 manat pulu qaytarmamışdır. Həmçinin cavabdehin faiz məbləği üzrə 300 manat məbləğində faiz borcu qalmışdır. Hazırda cavabdehin iddiaçıya 5805 manat məbləğində borcu qalmış, cavabdehin öz borcunu qaytarmaması səbəbindən iddiaçının hüquqları pozulmuş və bununla da tə ləb etmə hüququ yaranmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)1545/2020 nömrəli iş üzrə 10 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kasasiya şikayətində göstərilmişdir ki, bağlanmış müqavilələrin bir gündə, yoxsa ayrı-ayrı aylarda tərtib olunub-olunmadığı yazılan xx.xx.2018 və xx.xx.2018-ci il tarixlərinin müqavilədə yazılan yazı, hərf və rəqəmlərlə uyğun olub- olmadığını müəyyənləşdirmək üçün xətşünaslıq ekspertizasının keçirilməsi zəruridir. 1120 manat məbləğində pulun alınması ilə bağlı müqavilə yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1545/2020 nömrəli iş üzrə 10 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olun ması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya baş qaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389. 1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə işt irakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissəhissə qəbul etdiyini təsdiqləyən sən əd verməlidir. 529.2-ci maddəsinin tələbinə əsasən öhdəliyinin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və lazımi öhdəlik deyildir. 529.3-cü maddəsinin tələbinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Azərbaycan Res publikasının Mülki Prosessual Məcəlləsi 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Maddə 7 7.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Maddə 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq no rmalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğvinin əsası kimi ona istinad etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, buna zərurət olmasına baxmayaraq, məhkəmə xətşünaslıq ekspertizası keçirməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz tə şəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutların kifayətedici hesab edib, təkrar ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Apellyaiya instansiyası məhkəməsi digər dəlillərlə bağlı haqlı olaraq hesab etmişdir ki, «… cavabdeh borc məbləğindən 1615 manatını iddiaçıya qaytarsa da, o, iddiaçı qarşısında olan öhdəliyini lazımınca icra etməmiş, borclu olduğu qalıq 5505 manat pulu qaytarmamışdır. Həmçinin cavabdehin faiz məbləği üzrə 300 manat məbləğində faiz borcu qalmışdır. Hazırda cavabdehin iddiaçıya 5805 manat məbləğində borcu qalmış, cavabdehin öz borcunu qaytarmaması səbəbindən iddiaçının hüquqları pozulmuş və bununla da tələb etmə hüququ yaranmışdır. » Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cav abdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1545/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.