Məhkəmə qərarları › İş №2(102)-3773/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3773/2019

13.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3773/2019 13.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, İddiaçı-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 yanvar 2019-cu il tarixli 2(103)-60/2019 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı ərizə ilə müraciət edərək borclu Cavabdeh 1483 manat 20 qəpik əsas, 738 manat 68 qəpik faiz, 59 manat 99 qəpik cərimə, cəmi 2281 manat 87 qəpik məbləğində pul vəsaiti borcun və ödənilmiş 20 manat dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Şəlalə Həsənova) 15 noyabr 2017-ci il tarixli məhkəmə əmri ilə xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh İddiaçı-nin xeyrinə 2281 manat 87 qəpik məbləğində pul vəsaiti və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması əmr edilmişdir. Borclu Cavabdeh etiraz ərizəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 avqust 2018-ci il tarixli qərardadı ilə məhkəmənin 15 noyabr 2017-ci il tarixli məhkəmə əmri lə ğv edilərək materiallar üzrə iddia icraatına keçirilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim Natavan Tağıyeva) 2(006)-5373/2018 saylı iş üzrə qəbul etdiyi 08 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1483 manat 20 qəpik əsas, 738 manat 68 qəpik faiz borcu 5 manat dəbbə borcu olmaqla cəmi 2226 manat 88 qəpik məbləğində pul vəsaiti tutulmuş, Cavabdeh iddıaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən və məruzəçi Şeyda Məhərrəmova, hakimlər Elşad Şamayev və Xəyal Sarıyev) 14 yanvar 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Ray on Məhkəməsinin 2(006)-5373/2018 saylı iş üzrə qəbul etdiyi 08 oktyabr 2018-ci il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı, 738 manat 68 qəpik faiz borcunun tutulması barədə iddia tələbinin təmin edilməməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə qəbul edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.01.2019-cu il tarixli 2(103)-60/2019 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdir ki, Cavabdeh ilə İddiaçı arasında b ağlanmış 23.12.2013-cü il tarixli, BAL242234/13 saylı kredit müqaviləsinin 2.1-ci maddəsinə əsasən bank kredit alana 31.12.2016-cı il tarixinədək bankın bolkart layihəsinə qoşulmuş satış və xidmət şəbəkələrindən alman malların və göstərilən xidmətlərin dəyərinin ödənilməsi, bankın müəyyən etdiyi dövrlərdə isə banka və ya digər banklara aid POS terminal və ATM-lər vasitəsilə nağd pul vəsaitini çıxarmaq və digər formada nağdsız hesablaşmalar aparmaq məqsədilə maksimal məbləği 500 (beş yüz) manat olan bərpa olunan kredit xətti açır. Sonradan bağlanılmış 10.06.2014-cü il tarixli kredit sazişinə əsasən kredit limiti 1500 (min beş yüz) manata artırılmışdır. Həmin müqavilə 10 (on) il müddətinə bağlanmışdır. Yuxarıda göstərilmiş, müqavilənin 2.1-ci maddəsindəki 31.12.2016-cı il tarixi, kredit ka rtından POS terminal və ATM-lər vasitəsilə nağd pul vəsaitini çıxarmaq və digər formada nağdsız hesablaşmalar aparmaq üçün nəzərdə tutulmuş son müddətdir. Müqavilənin 3.4.2-ci maddəsinə əsasən aylıq hesablanmış komisyon haqları normal ödənildikdə, lakin istifadə edilmiş məbləğ qaytarılmadıqda komisyon haqqının hesablanması ən geci bu müqavilənin 2.1.1-ci yarımbəndində göstərilən eyni zamanda, müqavilənin 3.4-cü maddəsinə əsasən 1 aylıq ödəniş növü ilə nağdsız hesablaşma formasında istifadə edilmiş məbləğ, həmçinin bankın ATM və POS terminalları vasitəsi nağdlaşdırılmış məbləğlər növbəti təqvim ayının ilk 10 günü ərzində ödənilməlidir. İstifadə edilmiş məbləğ növbəti təqvim ayının ilk 10 günü ərzində ödənilmədikdə təqvim ayının 11-ci günündən etibarən hər növbəti təqvim ayının 10dək istifad ə olunmuş məbləğin qalıq hissəsinə 2.5 faiz hesabı ilə komisyon haqq hesablanır. Müqavilənin bu maddəsindən göründüyü kimi İddiaçı ilə cavabdeh kredit məbləğinin gecikdirilməsinə görə ödəniləcək komisyon haqqı (faiz) borcunu razılaşdırmışlar. Məhkəmə isə komisyon haqqı və faiz borcunu fərqli anlayış olaraq qəbul etməklə, əslində söz oyunundan istifadə etməklə əsassız olaraq kredit borcunun gecikdirilməsinə görə ödənilməli komisyon haqqı (faiz) məbləğinin cavabdehdən tutulmaması qənaətinə gəlmişdir. Belə ki, hamıya bəllidir ki, banklar müştərilərinə pul vəsaitlərini (kreditləri) hər hansı faiz müqabilində yəni gəlir əldə etmək üçün verirlər. İddiaçı də müqaviləsində istifadə olunmuş və gecikdirilmiş məbləğə görə ödənilməli faiz məbləğini açıq və aydın göstərmişdir. Məhkəmənin, faiz borcunu istisna edən, qeyri-obyektiv, heç bir sübuta əsaslanmayan formal nəticəsi birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı sübutunu tapmış halların ziddinə görüntü üçün irəli sürülmüşdür. Faiz və komisyon haqq eyni anlayışlardır və onlara fərqli prizmadan yanaşan məhkəmə, qanunun yuxarıdakı normasına riayət etməməklə müqavilə şərtlərini və qanunvericiliyin normalarını kobudcasına pozmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Tərəflərə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏ R: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Mülki işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış BAL242234/13 saylı 23 dekabr 2013-cü il tarixli Plastik kart üzrə Kredit Xətti Müqaviləsinə əsasən bank tərəfındən Cavabdeh 5000 manat məbləğində kredit xətti açılmışdır. İddiaçı tərəfindən verilmiş 23.12.2013-cü il tarixli balansdan kənar məxaric orderinə əsasən Cavabdeh İddiaçı-dən 01 (bir) ədəd Bolcards kartı almışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh arasında bağlanmış BAL2422234/13 saylı, 10 iyun 2014-cü il tarixli Kredit Sazişinə əsasən bank t ərəfindən Cavabdeh 10 il müddətinə 10000 manat məbləğində kredit limiti ayrılmış, kredit xəttindən istifadə olunması ilkin olaraq 1500 manat göstərilmişdir. İddiaçı-nin 08.10.2018-ci il tarıxli maliyyə arayışına əsasən cavabdehin İddiaçı-nə 1483 manat 02 qəpik əsas, 738 manat 68 qəpik faiz və 59 manat 59 qəpik cərimə borcu vardır. Birinci instansiya məhkəməsi Cavabdeh kredit müqaviləsi üzrə borcun müqavilə ilə müəyyənləşdirilmiş müddətdə ödənilməsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən icranı gecikdirdiyini əsas götürərək iddianı əsas və faiz borcu hissəsində tam təmin etmiş, dəbbə borcunu isə tənasübsüz surətdə yüksək olduğundan azaldaraq 5 manat məbləğində müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaş araq qeyd etmişdir ki, işdə olan mübahisəli 23.12.2013-cü il tarixli BAL242234/13 saylı 23 dekabr 2013-cü il tarixli Plastik kart üzrə kredit Xətti Müqaviləsinin 3.1-ci bəndinə əsasən növbəti təqvim ayının 10-dək aylıq ödəniş həyata keçirilmədikdə müqavilənin şərtlərinə uyğun olaraq öhdəliyin icra olunmaması kimi başa düşülür və gecikdirilmiş kredit yaranır. İstifadə edilmiş məbləğ növbəti təqvim ayının ilk 10 günü ərzində (güzəşt müddəti müəyyən edildikdə müvafiq ayın ilk 10 günü ərzində) ödənilmədikdə təqvim ayının 11-ci günündən etibarən hər növbəti təqvim ayının 10-dək (ayın 10-u daxil olmaqla) istifadə edilmiş məbləğin qalıq hissəsinə əgər bankın cari qiymət tarifləri və şərtlərinə əsasən ayrı şərt müəyyən edilməmişdirsə 2.5 faiz hesabı ilə komisyon haqqı hesablanır. Tərəflər arasın da bağlanmış müqavilədə əsas borcun ödənilməməsi ilə bağlı faiz borcunun hesablanması nəzərdə tutulmamışdır. Tərəflər yalnız komisyon haqqının ödənilməsi ilə bağlı razılığa gəlmişlər ki, bu da faiz borcunu ehtiva etmir. Birinci instansiya məhkəməsi işin qeyd edilən halını nəzərə almamış, müqavilə üzrə nəzərdə tutulmamış şərtdən çıxış edərək komisyon haqqı kimi tələb ediləcək məbləği faiz borcu kimi iddiaçının xeyrinə tutmaqla müqavilə şərtlərinin və qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən ə şyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Beləliklə də, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin qət naməsini faiz borcunun tutulması hissəsində ləğv edərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul etməklə, iddia tələbinin həmin hissədə təmin etməyərək qətnaməni qalan hissələrdə dəyişdirilmədən saxlayarkən işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən ape llyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.01.2019-cu il tarixli 2(103)60/2019 nömrəli qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar