Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3774/2019 03.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, vəkili X2nun, Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5358/2018 nömrəli iş üzrə 25 dekabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəy yən etdi: Bakı şəhəri Suraxanı rayon məhkəməsinin (hakim Elçin Ağayev) 15 yanvar 2018-ci il tarixli 2(010)-189/2018 saylı qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “xxxx” MMC-nin 19 may 2015-ci il tarixli 02 saylı kredit müqaviləsi və ona 05.08.2016-cı il tarixində edilmiş 01 saylı Əlavəyə əsasən “xxxx” ASC-yə olan ******* ABŞ dolları əsas, 121159,65 ABŞ dolları faiz borcunun, iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun və bildirişlərin ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı 30 manat rüsumun cavabdeh “xxxx” MMC-dən tutulması, tutmanın ilkin satış qiyməti ******* manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1,8693 ha torpaq sahəsinə və onun üzərində yerləşən əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, tutma yönəldildikdə və əmlaklar satıldıqda əmlak kompleksi kimi müəssisəsinin ən geci bir ay ərzində boşaldılması, borcun tutma əmlakının açıq hərracdan satılması hesabına ödənilməsi barədə iddia tələbləri təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Raqib Qurbanov - sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Aida Hüseyn) 25 dekabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 15 yanvar 2018-ci il tarixli qətnaməsi Cavabdeh3 aid hissədə dəyişdirilmədən saxlanılmış, ekspertiza tədqiqatının dəyəri olan 142 manat pulun Cavabdeh3 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı “xxxx” ASC c avabdehlər “xxxx” MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-nin 19 may 2015-ci il tarixli 02 saylı kredit müqaviləsi və ona 05.08.2016-cı il tarixində edilmiş 01 saylı Əlavəyə əsasən “xxxx” ASC-yə olan ******* ABŞ dolları əsas, 121159,65 ABŞ dolları faiz borcunun, iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun və bildirişlərin ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı 30 manat rüsumun cavabdeh “xxxx” MMC-dən tutulması, tutmanın ilkin satış qiyməti ******* manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1.8693 ha torpaq sahəsinə və onun üzərində yerləşən əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, tutma yönəldildikdə və əmlaklar satıldıqda əmlak kompleksi kimi müəssisəsinin ən geci bir ay ərzində boşaldılması, borcun tutma əmlakının açıq hərracdan satılması hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 25 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə işdə olan sübutlara tam, hərtərəfli və obyektiv bax mamışdır. Mübahisələndirilən ipoteka müqaviləsinə 1 saylı Əlavə Sazişdə sənədləşmə nəinki notarial qaydada aparılmamış, yeni kredit kimi rəsmiləşdirilmiş öhdəliyin ödənişlərinin müddətləri və dövriliyi, məbləğlər, mülkiyyət sahibinin məlumatı və imzası olmadan bağlanmışdır. Məhkəmədə işə baxılarkən “xxxx” MMCnin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə bu hallara əhəmiyyət verməyərək səhv nəticəyə gəlmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iclasında cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və vəkili X2 kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkə məsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apel lyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 25 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya ins tansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, “xxxx” ASC ilə “xxxx” MMC arasında 19 may 2015-ci il tarixli 02 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən “xxxx” MMC-yə 24 ay müddətinə nağd şəkildə istifadə olunmaqla ******* ABŞ dolları məbləğində kredit verilmişdir. 19.05.2015-ci il tarixli 02 saylı kredit müqaviləsinə 05.08.2016-cı il tarixdə 01 saylı əlavə edilmişdir. Əlavəyə əsasən borcalana verilmiş ******* ABŞ dolları məbləğində kredit üzrə qalıq ******* ABŞ dolları məbləğində əsas borc hissəsinin geri qaytarılma müddəti tərəflər arasında imzalanmış ödəniş cədvəlinə uyğun olaraq 19.05.2018-ci il tarixədək uzadılmışdır. Kredit müqaviləsinin təminatı kimi “xxxx” ASC ilə Cavabdeh2 arasında 19 may 2015-ci il tarixdə bağlanmış 01 saylı ipotek a müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh2 məxsus Abşeron rayonu, Saray qəsəbəsində mülkiyyətində olan 1.8693 ha torpaq sahəsi və üzərində yerləşən əmlak kompleksi kimi müəssisə ipoteka qoyulmuşdur. İpoteka predmeti ******* manat məbləğində qiymətləndirilmişdir. İddiaçı bildirir ki, cavabdeh “xxxx” MMC müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas kredit borcu ******* ABŞ dolları, faiz borcu isə 121159,65 ABŞ dolları təşkil edir. Cavabdeh3 iddiaya etiraz etmiş və öz etirazını birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində göstərilənlərlə əsaslandırmış və əlavə olaraq bildirmişir ki, “xxxx” ASC ilə Cavabdeh2 arasında 19 may 2015-ci il tarixdə bağlanmış ipoteka müqaviləsindəki imza və onun özünün adından olan eyni tarixli ərizədəki imza saxtalaşdırılmış, həmin imzaları nümayəndə olmuş X3 icra etməmişdir. Tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrinin şərtlərini, Mülki Məcəllənin 269.5, 317-ci maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 59-cu maddələrinə əsaslanaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh3 aid hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Apellyasiya şikayətində göstərilən dəlillərə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh3 vəsatəti əsasında apellyasiya baxışı zamanı iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 29 oktyabr 2018-ci il tarixli 21069 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən mülki işin 18-20-ci vərəqələrində olan “xxxx” ASC ilə “xxxx” MMC və Cavabdeh2 arasında bağlanmış 19 may 2015-ci il tarixli ipoteka müqaviləsinin sonuncu vərəqəsində “İpoteka qoyan” qrafasındakı imza; 19.05.2015-ci il tarixli 7E-05-3993 reyestr nömrəli ərizədə “İmza” qrafasındakı (Abşeron rayonu 2 saylı Notariat Kontoru) imza və “Abbasov” soyadı X3 tərəfindən icra olunmuşdur. Həmçinin tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.1.6-cı bəndində göstərilmişdir ki, borcalan (və ya ipoteka qoyan) kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini, o cümlədən ödəniş qrafikində ardıcıl 2 aylıq ödənişi yerinə yetirməzsə bütün krediti bütövlükdə vaxtı keçmiş hesaba atmaq, ipotekanın (və ya girovun) saxlanma şəraitində və ya hüquqi vəziyyətində mənfi dəyişikliklərə yol verərsə, b orcalanın maliyyə vəziyyətində neqativ tendensiya müşahidə edilərsə və ya hüquq mühafizə orqanları tərəfindən borcalan əleyhinə hər hansı bir qərarın çıxarıldığı məlum olarsa, bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş krediti vaxtından əvvəl bütövlükdə geri tələb etmək hüququ vardır. Bu baxımdan kollegiya hesab edir ki, cavabdeh öhdəliklərini vaxtında icra etmədiyi üçün iddiaçı kredit borcunu vaxtından əvvəl tələb etməkdə haqlı olmuşdur. Bundan başqa iddiaçı tərəfindən pretenziya qaydasına riayət etməsini təsdiq edən sənədlər iş materiallarına əlavə edilmişdir. Həmçinin məhkəmə bildirişləri Cavabdeh3 rəsmi qeydiyyatda olduğu ünvana göndərilmişdir. Bundan başqa kredit müqaviləsini bağlayan şəxslər həmin müqaviləni mübahisələndirməmişlər. Ona görə də, kredit müqaviləsini imzalayan şəxslərin buna səlahiyyətinin olub-olmamasının müəyyən edilməsinə zərurət yoxdur. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Hazırda apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iş üzrə digər cavabdeh “xxxx” MMC kassasiya qaydasında mübahisləndirir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdeh MMC birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmiş, apellyasiya instansiyası məhkəməsi birinci instansiy a məhkəməsinin qətnaməsini yalnız Cavabdeh3 apellyasiya şikayətinə münasibətdə, onun etirazının dəlillərinə əsasən apellyasiya qaydasında yoxlamışdır. Hazırda isə digər cavabdeh “xxxx” MMC apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək yeni etirazlar irəli sürmüşdür ki, bu da Mülki Prosessual Məcəllənin tələblərinə uyğun deyildir. Kassasiya şikayətindən görünür ki, cavabdeh MMC məhkəmə iclaslaslarında MMC-nin nümayəndəsinin iştirakının təmin edilmədiyini bildirmişdir. Lakin məhkəmə kollegiyası şikayətin bu dəlilini əsassız hesab edir. Çünki cavabdeh MMC-nin hüquqi ünvanı ünvan 1 instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən bütün məhkəmə bildirişləri həmin ünvana göndərilmiş, həmçinin apellyasiya instansiyası məhkəməsinin qətnaməsi də cavabdeh MMC tərəfindən həmin ünvandan qəbul edilərək qətnamədən kassasiya şikayəti verilmişdir. İş materiallarına məhkəmə sənədlərinin cavabdeh MMC-nin hüquqi ünvanından qəbul edilməsi barədə poçt xəbərnamələri işə əlavə edilmişdir. Cavabdeh MMC isə məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Məhkəmələr işə cavabdeh MMC-nin iştirakı olmadan baxmaqda prosessual qanunvericiliyin tələblərini pozmamışdır. Belə olan halda, cavabdeh “xxxx” MMC-nin birinci instansiya məhkəməsinin və apellyasiya baxışının predmeti olmayan məsələləri kassasiya şikayətində mübahisələndirməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 125- ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Kon stitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır. Həmçinin hüquqi mənada həqiqət prinsipinin adresatı kimi yalnız birinci və apellyasiya instansiyası məhkəmələri çıxış edirlər. Məhz bu məhkəmələr işin faktiki hallarını müəyyən etmək səlahiyyətinə malikdir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında formalaşdırılmış hüquqi mövqeyə görə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” Plenumunun qərarında göründüyü kimi, işin faktiki hallarının araşdırılması yalnız birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən həyata keçirilə bilər. Kassasiya məhkəməsi isə yalnız apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tədbiq edilib-edilməməsini yoxlayır. Hazırki mübahisədə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh3 apellyasiya şikayətinə münasibətdə, onun etirazının dəlillərinə əsasən apellyasiya qaydasında yoxlamış və iş üzrə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Digər cavabdeh “xxxx” MMC məhkəmələrdə işə mahiyyəti üzrə baxılarkən məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, öz etiraz və dəlillərini irəli sürməmişdir. Ona görə də, kassasiya şikayətində qeyd olunanlar qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsaslı sayıla və təmin edilə bilməz. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 25 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu mad dələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5358/2018 nömrəli iş üzrə 25 dekabr 2018-ci il tarixli qətnaməsi cavabdeh “xxxx” MMC-nin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-3774/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3774/2019
03.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver