Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3774/2020 12.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(104)-386/2019 saylı qətnaməsindən iddiaçı “xxxxxxxxx” ASC-nin ləğvedicisi X1 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Göygöl Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim Q.Ə.Abbasov, iş № 2(066)-1094/2018) iddiaçı “xxxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun qaytarılması, tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə iddia tələbi təmin edilərək, Cavabdeh1 200.000,00 manat əsas kredit borcu, 47.703,29 manat faiz borcu ümumilikdə 247.703,29 manat məbləğində vəsait, iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə ərizənin qeydiyyata alınması üçün ödənilmiş 62 manat dövlət rüsumunun “xxxxxxxxx” ASC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə ilə tutma ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Göygöl rayonu Üçtəpə kəndində yerləşən fərdi yaşayış evi və 0,16 ha torpaq sahəsi ilə birgə və Cavabdeh2 məxsus olan ünvan 2, mənzil 23 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilərək açıq hərracda satılması, Göygöl rayonu Üçtəpə kənində yerləşən fərdi yaşayış evi və 0,16 ha torpaq s ahəsinin satış qiymətinin razılaşdırılmış məbləğinin 150.000 manat və Cavabdeh2 məxsus olan ünvan 2, mənzil 23 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin razılaşdırılmış məbləğinin 40.000 manat müəyyən edilməsi, ipoteka ilə yüklü edilmiş əmlaklar satıldıqdan və mülkiyyətçisi dəyişdikdən sonra əmlakların 1 ay ərzində boşaldılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: F.Ə.Mehtiyev, L.S.Süleymanov və R.Ş.Muradov) cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 200.000 manat əsas kredit borcu, 47.703,29 manat faiz borcu, ümümilikdə 247.703,29 manat məbləğində vəsait, iddia ərizəsi üçün dövlət büd cəsinə köçürülmüş 30 manat, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə ərizənin qeydiyyata alınması üçün ödənilmiş 62 manat dövlət rüsumunun “xxxxxxxxx” ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Göygöl rayonu, Üçtəpə kənində yerləşən fərdi yaşayış evi və 0,16 ha torpaq sahəsi ilə birgə və Cavabdeh2 məxsus olan ünvan 2, mənzil 23 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilərək açıq hərracda satılması, Göygöl rayonu Üçtəpə kəndində yerləşən fərdi yaşayış evi və 0,16 ha torpaq sahəsinin satış qiymətinin razılaşdırılmış məbləği 150.000 manat və Cavabdeh2 məxsus olan ünvan 2, mənzil 23 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin razılaşdırılmış məbləği 40000 manat müəyyən edilməsi hissəsində dəyişdirilmiş, Göygöl Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 200.000,00 manat əsas kredit borcu, 19.148,89 manat faiz borcu ümumilikdə 219.148,89 manat məbləğində vəsait, iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə ərizənin qeydiyyata alınması üçün ödənilmiş 62 manat dövlət rüsumunun “xxxxxxxxx” ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Göygöl rayonu Üçtəpə kəndində yerləşən fərdi yaşayış evi və 0,16 ha torpaq sahəsi ilə birgə və Cavabdeh2 məxsus olan ünvan 2, mənzil 23 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilərək açıq hərracda satılması, Göygöl rayonu Üçtəpə kəndində yerləşən fərdi yaşayış evi və 0,16 ha torpaq sahəsinin satış qiymətinin məbləği 207.3 00 manat və Cavabdeh2 məxsus olan ünvan 2, mənzil 23 ünvanında yerləşən fərdi yaşayış evinin məbləği 40.000 manat müəyyən edilməsi, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 60 ay müddətinə 7 faiz ödəmək şərtilə 200.000 manat məbləğində kredit verilmiş və həmin müqavilə üzrə borclunun öhdəliklərinin təminatı kimi eyni tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Göygöl rayonu, Üçtəpə kəndində yerləşən fərdi yaşayış evi və 0,16 ha torpaq sahəsi ilə birgə və Cavabdeh2 məxsus olan ünvan 2 mənzil 23 ipoteka ilə yüklü edilmişdir. 2016-cı ilin iyul ayında bank iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabd ehin kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən banka ümumilikdə 247.703,29 manat məbləğində borcunun yaranmasını əsas göstərərək həmin borcun, iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracdan satılması və s. dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətlərinin dəlilləri: “xxxxxxxxx” ASC-nin ləğvedicisi X1 qətnamədən kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kasasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Kasasiya kollegiyasının iclasında iddiaçının vəkili verdikləri kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqd an sonra hesab edir ki, kasasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, borclu Cavabdeh1 bankla kredit müqaviləsini bağlamaqla götürdüyü krediti müqavilədə müəyyən olunmuş məbləğdə və qaydada banka qaytarmaq barədə üzərinə öhdəlik götürmüşdür. Lakin Cavabdeh1 borcun qaytarılması ilə əlaqədar üzərinə götürdüyü öhdəliyi lazımınca icra edə bilmədiyi üçün bank hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşə apelyasiya qaydasında baxılarkən kredit razılaşmaları üzrə borcun məbləğinin müəyyən olunması məqsədi ilə eksp ertiza təyin olunmuş və məhkəmə ekspertizası tərəfindən aparılmış ekspertiza tədqiqatı nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə xx xxxx 2016-cı il tarixə əsas borcu 200.000 manat, faiz borcu üzrə 19.148,89 manat təşkil edir. Apelyasiya icraatı zamanı “xxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli qiymətləndirmə hesabatları ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 mülkiyyətində olan Göygöl rayonu, Üçtəpə kəndində mülkiyyətdə olan 0,16 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin hazırki bazar dəyəri 207.300 manat, Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 2 otaqlı 23 saylı mənzilin hazırki bazar dəyəri 40.000 manat təşkil edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə gör ə ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Borcun məbləği və ipoteka predmetlərinin dəyəri ilə əlaqədar mütəxəssis rəylərinin şübhə altına alınması üçün əsaslar olmadığından, eləcə də, bank tərəfindən həmin rəylərin düzgün olmaması barədə məhkəmə kollegiyasına mötəbər sübutlar təqdim olunmadığından, apelyasiya instansiyası məhkəməsinin həmin rəy və hesabatlara əsaslanmaqla borcun məbləğini və ipoteka predmetlərinin ilkin satış qiymətini müəyyən etməsi qanuni və əsaslı olmuşdur. Kollegiya iş üzrə cavabdehlərin kasasiya şikayətinin dəlillərini də müzakirə edərək hesab edir ki, həmin dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Yu xarıda göstərilənlərlə əlaqədar kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisə maddi və prosessual hüquq normalarının tələblərinə və müəyyən olunmuş sübutlara uyğun həll edilməklə qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırıldığından kasasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3774/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3774/2020
12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver