Məhkəmə qərarları › İş №2(102)-3774/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3774/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3774/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-108/2020 nömrəli iş üzrə 08 oktyabr 2020-ci il tarixli qərardadından ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya ş ikayəti üzrə işə 16 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 18 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 illik 30 faiz ödəmək şərti ilə 24 ay müddətinə 5115 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq bankla Cavabdeh2 arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2017-ci ilin oktyabr ayında “xxxx” ASC borclu və zaminə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbindən banka cəmi 4657,54 ABŞ dolları məbləğində borcunun yaranmasını əsas göstərməklə borclu və zamindən müştərək qaydada həmin borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 2(061)-2598/2017 saylı, 11 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim: M.S.Məmmədov) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2401,37 ABŞ dolları əsas, 1170,58 ABŞ dolları faiz, 85,59 ABŞ dolları cərimə borcu olmaqla, qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla, cəmi 3657,54 ABŞ dolları və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun “xxxx” ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Gəncə Apellyasiy a Məhkəməsi Mülki Kollegiyasının 2(104)-108/2020 saylı, 06 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.S.Süleymanov (sədrlik edən və məruzəçi), F.Ə.Mehtiyev və A.V.Bayramov) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək, Tərtər Rayon Məhkəməsinin 11 dekabr 2017-ci il tarixli, 2(061)-2598/2017 saylı qətnaməsi dəyişdirilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada cəmi 737,16 manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-108/2020 saylı, 06 fevral 2020-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan “İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-108/2020 saylı, 23 iyul 2020-ci il tarixli qərardadı ilə kassasiya şikayəti vermə müddəti ötürüldüyündən kassasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra iddiaçı ləğv prosesində olan “İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti, habelə kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-108/2020 saylı, 06 fevral 2020ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-108/2020 saylı, 08 oktyabr 2020-ci il tarixli qərardadı ilə kassasiya şikayəti vermə müddətinin bərpasından imtina edilmiş, kassasiya şikayəti geri qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən iddiaçının kassasiya şikayəti vermə müddətinin ötürülməsinin üzürlü hesab edilməsi üçün əsas kimi göstərdiyi xüsusi karantin rejiminin tətbiqi barədə dəlilini əsassız hesab etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinə görə iddiaçı hüquqi şəxsdir və xüsusi karantin rejiminin tətbiqi cəmiyyətin fəaliyyətinin kassasiya şikayətini vaxtında verməyə imkan verməyən hal kimi qəbul edilə bilməz. Cəmiyyətin fəaliyyəti mövcud olmuş və məhdud olsa da, iş rejimi davam etdirilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin qanuni əsası kimi Azərbaycan Respublikası MPM-nin 133, 405 və 408-ci maddələrinə əsaslanmışdır. Kassasiya şikayətin in və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qərardaddan kassasiya şikayəti verərək qərardadın prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərərək ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 405.0.1 Qətnamə işdə işti rak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Maddə 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qərardadın ləğv edilməsi tələb olunduğundan, kollegiya hesab edir ki, qərardadın qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi prosessual müddətin bərpasından imtina edərkən iddiaçı ləğv prosesində olan “xxxx” ASC tərəfindən kassasiya şikayətinin verilməsi üçün qanunda müəyyən olunmuş müddətin ötürülməsinə əsaslanmış və hesab etmişdir ki, müddətin ötürülməsinin üzrlü sayılması üçün əsaslar yoxdur. İş materiallarından görünür ki, mübahisələndirilən 06 fevral 2020-ci il tarixli qətnamənin surəti iddiaçıya 10 mart 2020-ci il tarixdə çatdırılmış, kassasiya şikayəti isə 25.06.2020-ci il tarixdə poçt daşıma xidmətinə təqdim edilmiş və 02.07.2020-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 405.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, iddiaçı tərəfindən kassasiya şikayəti qanunda müəyyən olunmuş müddət ötürülməklə verildiyindən müddətin bərpası üçün qanuni əsaslar yoxdur. Göstərilən vəziyyətdə kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır v ə hesab edir ki, qərardad mülki prosessual qanunvericiliyin tələblərinə uyğun çıxarıldığından və qərardadın ləğv edilməsi üçün əsaslar olmadığından kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-108/2020 nömrəli iş üzrə 08 oktyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar