Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3775/2019 03.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı ASC “Xalq” Bankının vəkili X3 və Cavabdeh1 vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 oktyabr 2018-ci il tarixli, 2(103)10423/2018 nömrəli qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim R.M.Həsənov) 30 mart 2018-ci il tarixli, 2(003 )-1710/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı ASC «Xalq» Bankının xeyrinə Cavabdeh1 150000 ABŞ dolları əsas borc, 20461,16 ABŞ dolları faiz borcu, 26562,50 ABŞ dolları cərimə, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 197023,66 ABŞ dolları məbləğində borc, iddia ərizəsinin verilməsi üçün 30 manat, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 60 manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 91 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan ***mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 42,12 kv.m ümumi sahədən ibarət, 2 otaqlı 16 nömrəli mənzilə və ***37,4 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsin ə yönəldilməsi, ***mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 42,12 kv.m ümumi sahədən ibarət, 2 otaqlı 16 nömrəli mənzilin 50000 manat, ***37,4 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsinin isə 135000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunacaq vəsait hesabına qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 197023,66 ABŞ dolları məbləğində borc, iddia ərizəsinin verilməsi üçün 30 manat, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 60 manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 91 manat məbləğində dövlət rüsumunun iddiaçı ASC “Xalq” Bankına ödənilməsi, ipoteka predmetləri olan əmlaklara tutma yönəldildikdən və onlar satıldıqdan sonra cavabdehlər Cavab deh1, Cavabdeh2, onun ailə üzvləri və digər şəxslərin ***mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 42,12 kv.m ümumi sahədən ibarət, 2 otaqlı 16 nömrəli mənzili bir ay ərzində tərk etmədikləri halda, həmin mənzildən məcburi qaydada çıxarılmaları, Cavabdeh1 ekspertiza tədqiqatının dəyəri qismində 50 manatın tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi və iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Ə.Qurbanov (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və A.N.İmanov) 02 oktyabr 2018-ci il tarixli, 2(103)10423/2018 nömrəli qətnaməsi ilə iddiaçı ASC «Xalq» Bankı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1710/2018 saylı mülki iş üzrə qəbul etdiyi 30 mart 2018-ci il tarixli qətnaməsi qismən, yəni 08.01.2017-ci il tarixdən 13.03.2018-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanmış 31875 ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) tutulması barədə tələblərin rədd edilməsi hissəsində və 26562,50 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması hissəsində ləğv edilmiş, həmin hissələrdə iddia qismən təmin edilmiş, Cavabdeh1 8750 ABŞ dolları məbləğində əldən çıxmış fayda və 15000 ABŞ dolları məbləğində dəbbə pulunun tutularaq iddiaçı ASC «Xalq» Bankına ödənilməsi qət edilmiş, qalan hissələrdə həmin iddia tələbləri təmin edilməmiş, qətnamə digər mübahisələndirilən hissələrdə, yəni 20461,16 ABŞ dolları faiz bor cunun tutulması hissəsində və 13.03.2018-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın və illik 15 % dərəcəsi ilə hesablanan penyanın tutulması barədə tələblərin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və onun vəkili X2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 oktyabr 2018-ci il tarixli, 2(103)-10423/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ: İddiaçı ASC «Xalq» Bankı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08.01.2013-cü il tarixli 002001/0515/12/09 №-li (İpoteka müqaviləsinə 05.11.2013-cü il tarixli, 11.09. 2014-cü ii tarixli, 10.02.2016-cı il tarixli müvafiq olaraq 01, 02, 03 №-li Əlavə sazişlər nəzərə alınmaqla) və 11.09.2014-cü il tarixli **********12/İP-2 №-li (İpoteka müqaviləsinə 10.02.2016-cı il tarixli 01 №-li Əlavə saziş nəzərə alınmaqla) ipoteka müqavilələri üzrə ipoteka predmetləri olan və Cavabdeh1 məxsus müvafiq olaraq *** küçəsində istifadədə olan 0,5554 ha torpaq sahəsində yerləşən 105 nömrəli, 5 mərtəbəli evin 1-ci mərtəbəsində 42,12 kv.m ümumi, 29,22 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 16 nömrəli mənzilə (“1-ci Əmlak”) və ***binanın zirzəmisində 37,4 kv.m ümumi sahədən ibarət qeyri yaşayış sahəsinə (“2-ci Əmlak”) tutma yönəldilməsi və 08.01.2013-cü il tarixli **********12 №-li Kredit xətti müqaviləsi (Kredit xətti müqaviləsinə 05.11.2013-cü il tarixli, 11.09.2014-cü il t arixli, 08.01.2016-cı il tarixli müvafiq olaraq 01, 02, 03 №-li Əlavə sazişlər nəzərə alınmaqla) üzrə borc- Cavabdeh1 iddiaçı ASC «Xalq» Bankı qarşısında 150000 ABŞ dolları məbləğində əsas borc, 08.01.2017-ci il tarixinədək əsas borc məbləğinə illik 12% dərəcəsi ilə hesablanmış 20461,16 ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği, 08.01.2017-ci il tarixdən 13.03.2018-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanmış 31875 ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, 13.03.2018-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 26562,50 ABŞ dolları məbləğində penya, cəmi 228898,66 ABŞ dolları və 13.03.2018-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmetləri hesabına fakt iki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % dərəcəsi ilə hesablanan penya, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 60 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 91 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetlərinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, 08.01.2013-cü il tarixli 002001/0515/12/09 №-li ipoteka müqaviləsinin predmeti olan mənzil satıldıqdan sonra mənzildə yaşayan Cavabdeh1 və Cavabdeh2, onun ailə üzvləri və digər şəxslər mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları, iddia ərizəsinin verilməsinə görə 30 manat məbl əğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması, ipoteka predmetlərinin ilkin satış qiymətinin ipoteka predmetlərinin müvafiq ipoteka müqavilələrinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyərləri məbləğində 1-ci Əmlak üzrə 130000 manat, 2-ci Əmlak üzrə 46500 manat məbləğində olan qiymətlərlə təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh1 və onun vəkili X2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 oktyabr 2018-ci il tarixli, 2(103)-10423/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv olunması və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edil məsini xahiş etmişlər. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən MPM-nin 14, 88, 217-ci maddələrinin tələblərinə riayət etməməklə, nəticədə qanunvericiliyin tələblərini pozmaqla, əsassız qətnamə qəbul etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Kassasiya instansiyası məhkəməsində işə baxılarkən kassatorun vəkili *** kassasiya şikayətinin məzmununa uyğun izahat verməklə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 oktyabr 2018-ci il tarixli, 2(103)-10423/2018 nömrəli qətnaməsinin ləğv edilməsinə və kassasiya şikayətinin təmin olunmasına dair qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili *** apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qanuni və əsaslı hesab etdiyini bildirərək qətnamənin dəyi şdirilmədən saxlanılması barədə qərarın qəbul olunmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qeyd olunmalıdır ki, Cavabdeh1 kassasiya şikayətində iddia tələbinin faiz və dəbbə pulu borcunun təmin edilməsi, eləcə də ondan 8750 ABŞ dolları məbləğində əldən çıxmış faydanın tutulması hissəsini mübahisələndirdiyindən, hazırda kassasiya şikayəti üzrə araşdırma yalnız həmin hissəyə dair aparılır. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, 2(103)-10423/2018 nömrəli, 02 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətini təmin etməyib, iş üz rə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 mart 2018-ci il tarixli qətnaməsini mübahisələndirilən hissədə dəyişiklik etmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kollegiya qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzi fələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (MPM-nin 2.1-ci maddəsi). MPM-nin 88 və 217.2-ci maddələrinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş işin faktiki hallarından görünür ki, iddiaçı ASC «Xalq» Bankı ilə Cavabdeh1 arasında bağlanmış 08.01.2013-cü il tarixli ********** 12 №-li kredit xətti müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə, illik 12 % ödənilməsi şərti ilə 150000 ABŞ dolları məbləğində bərpa olunan kredit xətti açılmışdır. Həmin müqaviləyə 05.11.2013-cü il, 11.09.2014-cü il və 08.01.2016-cı il tarixdə müvafiq olaraq 01, 02, 03 №-li Əlavə sazişlər bağlanmışdır. Kredit xətti müqaviləsinin təminatı kimi tərəflər arasında 08.01.2013-cü il tarixli 002001/0515/12/39 X9-1İ ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 məxsus *** küçəsində istifadədə olan 0,5554 ha torpaq sahəsində yerləşən 105 nömrəli, 5 mərtəbəli evin 1-ci mərtəbəsində 42,12 kv.m ümumi, 29,22 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 16 nömrəli mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə 05.11.2013-cü il, 11.09.20 14-cü il və 10.02.2016-cı il tarixdə müvafiq olaraq 01, 02, 03 №-li Əlavə sazişlər bağlanmışdır. Həmçinin tərəflər arasında 11.09.2014cü il tarixli 00200 047912/İP-2 №-li ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 məxsus ***binanın zirzəmisində 37,4 kv.m ümumi sahədən ibarət qeyriyaşayış sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsinə 10.02.2016-cı il tarixli 01 №-li əlavə saziş bağlanmışdır. İddiaçı bildirir ki, kredit xətti müqaviləsinin 2.6-cı bəndinə əsasən kreditdən istifadəyə görə faizlər borcun tam ödənildiyi tarixədək hesablanır. Bu faizlər kreditor tərəfindən əldə edilibsə onun gəlirinə (mənfəətinə), əldə edilməyibsə əldən çıxmış faydaya çevrilir. Həmçinin, kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması müddətinin bitdiyi vaxtda n etibarən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixə qədər olan dövr ərzində eyni növlü və oxşar şərtlərlə verilmiş kreditlər barədə statistik məlumatları əks etdirən arayışda qeyd edilən faiz dərəcəsi (18%) əsas götürülməklə 08.01.2017-ci il tarixdən 13.03.2018-ci il tarixinə kimi iddiaçıya 31875 ABŞ dolları məbləğində əldən çıxmış fayda şəklində zərər vurulmuşdur. Həmçinin 13.03.2018-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi və illik 15% dərəcəsi ilə hesablanan penyanın məbləği də Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə Ekspertizası Mərkəzinin 26 fevral 2018-ci il tarixli 19095 №-li ek spert rəyinə əsasən Cavabdeh1 ASC «Xalq» Bankına əsas borcu 150000 ABŞ dolları, faiz borcu 29411,16 ABŞ dolları olmaqla, cəmi 179411,16 ABŞ dolları məbləğində müəyyən edilir. Qüvvədə olan mülki qanunvericiliyin müddəalarına əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (Mülki Məcəllənin 739.1, 739.2-ci maddələri). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445, 448.1, 449.4, 462.1-ci maddələri). Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş kredit borcunun hesablanması barədə arayışı, hesabdan çıxarışı və məhkəmə-mühasibatlıq ekspertizasının 26 fevral 2018-ci il tarixli 19095 №-li rəyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 741-ci maddələrinə əsaslanmaqla faiz borcunun yuxarıda qeyd olunmuş məbləğdə tutulması hissəsində düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi əldən çıxmış faydanın tutulması hissəsində iddia tələbini qismən əsaslı hesab etməklə də düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı ödənilməyən əsas borca illik 18 faizlə hesablanmış əldən çıxmış faydanın tutulması tələbini irəli sürmüşdür. Mülki Məcəllənin 21.2-ci maddəsindən müəyyən olunur ki, əldən çıxmış fayda zərər in tərkib hissəsidir. Həmin Məcəllənin 443.4-cü maddəsində isə göstərilmişdir ki, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Lakin iddiaçı qeyd olunan hallarla bağlı, yəni kreditin verilməsi ilə bağlı ona müraciətlərin olması, bununla bağlı danışıqların və hazırlıq işlərinin aparılması, lakin cavabdeh kredit məbləğini vaxtında ödəmədiyinə görə kreditin verilməsinin mümkün olmaması ilə bağlı sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu nunla yanaşı Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərər in (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi doğru olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda iddiaçı daha böyük məbləği tələb etmək üçün digər əsasları sübut edə bilmədiyi üçün gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin məbləğ isə 8750 ABŞ dolları təşkil edir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə icra müddəti 08.01.2017-ci il tarixdə başa çatmış, lakin cavabdeh həmin tarixə olan 150000 ABŞ dolları əsas borcu iddiaçıya qaytarmalı olduğu halda geri qaytarmamışdır. Eyni zamanda iddiaçı t ərəfindən 18.03.2018-ci il tarixədək əldən çıxmış faydanın tutulması tələbləri irəli sürülmüşdür. Göründüyü kimi Cavabdeh1 kredit müqaviləsi üzrə aldığı 150000 ABŞ dolları ödənilməsini 1 il 2 ay (08.01.2017-ci il tarixdən 18.03.2018-ci il tarixədək) gecikdirmişdir. Bu baxımdan, iddiaçı cavabdehdən gecikdirilmiş 1 il 2 ay vaxt üçün illik beş faiz pulun tutulmasını tələb etməkdə haqlıdır. Həmçinin apellyasiya instansiyası məhkəməsi dəbbə pulunun tutulması hissəsində də düzgün nəticəyə gəlmişdir. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulunun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulunun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi dəbbə pulunu 15000 ABŞ dolları məbləğində müəyyənləşdirməklə əsas borca mütanasib olan ədalətli nəticəyə gəlmişdir. Beləliklə, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiy a instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 oktyabr 2018-ci il tarixli, 2(103)10423/2018 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3775/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3775/2019
03.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver