Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3775/2021 10.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh1 oğluna və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3775/21 (Açar sözlər: kredit müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu sədrlik edən, məruzəçi, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli, 2(104)-1906/2020 saylı qətnaməsindən İddiaçı kasasiya şikayəti üzrə işə 10 avqust 2021ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, onunla cavabdeh arasında notarial qaydada bağlanmış 30 may 2018-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 iyul 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim C.T.Tağıyev) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən İddiaçı 30 iyun 2018-ci il tarixədək qaytarmaq şərti ilə Cavabdeh1 5.000 manat, 17.000 ABŞ dolları (28.900 manat) borc pul alıb. Həmin kr edit müqaviləsi mülki qanunvericiliyə riayət edilməklə tərtib edilib və həmin müqavilənin etibarlılığını istisna edən hal müəyyən edilmir. Həmçinin işdə olan sənədlərdən görünür ki, borclu İddiaçı tələbkar Cavabdeh1 olan borcunu etiraf edib. Notariat orqanı tərəfindən verilmiş icra qeydinə əsasən borclu İddiaçı Cavabdeh1 15.000 manat pul və 6.000 manat dəyərində material qaytarıb. Kredit müqaviləsi üzrə borclu İddiaçı öhdəliklərini qismən icra edib və hazırda həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 324, 329.1, 337.1, 647-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv ed ilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ə.Mehtiyev sədrlik edən, məruzəçi, R.Ş.Muradov və Ə.İ.Məmmədov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəlləsinin 337.1, 739.1, 739.2-ci maddələrinin və digər madd i, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı, vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Gəncə şəhəri 03 saylı Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 337.1-ci maddəsində göstərilir ki, Mülki Məcəllədə müəyyənləşdərilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnamə sinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın təmin edilməsi ü çün əsasların olmasını göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, tərəflər arasında notarial qaydada təsdiq edilmiş 30 may 2018-ci il tarixli kredit müqaviləsi bağlanıb və həmin müqavilənin şərtlərinə görə, borclu İddiaçı 30 iyun 2018-ci il tarixədək qaytarmaq şərti ilə Cavabdeh1 5.000 manat və 17.000 ABŞ dolları (28.900 manat) məbləğində borc pul alıb. 12 sentyabr 2018-ci il tarixdə notariat orqanı tərəfindən borclu İddiaçı tələbkar Cavabdeh1 xeyrinə 5.000 manat və 17.000 ABŞ dolları (28.900 manat) pulun tutulması barədə icra qeydi verilib. Bundan sonra, Gəncə şəhəri İcra İdarəsinin 18 dekabr 2018-ci il tarixli qərarı ilə icra sənədini 10 gün müdd ətində könüllü icra etməsi barədə borclu İddiaçı təklif göndərib. 01 dekabr 2018-ci il tarixdə borclu İddiaçı imza etməklə bildirişi şəxsən qəbul edib və sonuncu Gəncə şəhəri, İcra İdarəsinə verdiyi 01 dekabr 2018-ci il, 29 mart 2019-cu il, 04 mart 2019-cu il və 13 may 2019-cu il tarixli izahatlarında icra sənədi üzrə borcunu yaxın müddətdə (1-2 ay, 20 gün müddətində) evini satmaqla ödəyəcəyinə söz verib. Eyni zamanda, borclu İddiaçı məhkəməyə təqdim etdiyi 30 dekabr 2017-ci il tarixli yazılı qəbzdən görünür ki, borclu İddiaçı və arvadı Vəfa Ağayeva tələbkar Cavabdeh1 17.000 ABŞ dolları məbləğində borclarının olduğunu etiraf ediblər və həmin borcu 2018-ci ilin mart ayınadək ödəyəcəklərinə söz veriblər. Həmçinin borclu İddiaçı məhkəməyə təqdim etdiyi 17 mart 2020-ci il tarixli hesabdan çıxa rışdan görünür ki, onun tərəfindən məhkəmə qətnaməsinə əsasən borc ödənilib. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsində göstərilir ki, borc müqaviləsini n predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları araşdırıb haqlı olaraq qeyd etmişdir ki, əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələbinə uyğun gələn sənəddə notariusun yaxud bu cür hərəkəti yerinə yetirməyə hüququ olan şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin etibarlı olması üçün qanunvericilikdə müəyyən edilmiş formaya riayət edilməsi zəruridir. Bundan başqa, əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 38-ci bəndinə əsasən notariuslar öz səla hiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar təsdiq etdikləri əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Apelyasiya instansiyası məhkəməsi iddiaçının kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb düzgün olaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi mülki qanunvericiliyə riayət edilməklə tərtib edilib və həmin müqavilənin etibarlılığını istisna edən hallar yoxdur. Həmçinin, işə əlavə edilmiş sübutlarla müəyyən olunur ki, borclu İddiaçı tələbkar Cavabdeh1 olan borcunu etiraf edərək, həmin borcu tələbkar Cavabdeh1 geri qaytarmaq öhdəliyini yerinə yetirdiyini bildirir və icra qeydinə əsasən tələbkar Cavabdeh1 15.000 manat pul və 6.000 manat dəyərində material qaytardığını iddia edir. Göründüyü kimi, sözügedən kredit müqaviləsi üzrə öhdəliklər borclu İddiaçı tərəfindən qismən icra edilib və sonradan onun kredit müqaviləsinin etibarsızlığı barədə dəlillər irəli sürməsi əslində özünü müdafiə xarakteri daşıyır. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, iddiaçının kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətində göstərdiyi digər dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən araşd ırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli, 2(104)-1906/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3775/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3775/2021
10.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver