Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3775/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARI Kateqoriya (açar sözlər): borcun qaytarılması 19.11.2024 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1158/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 19 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı Cavabdeh onun etibarından sui-istifadə edərək ondan ümumilikdə 12000 manat pul aldığına dair şikayət ərizə ilə poliş şöbəsinə müraciət etmiş, araşdırma zamanı izahatı alınmış Cavabdeh isə həmin məbləğdə pulu borc olaraq aldığını bildirmiş, şəxsin əməlində cinayət tərkibi olmadığından xx.xx.2022-ci il tarixdə toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12.000 manat məbləğində əsas borcun və 126 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 12.126 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, oğlu X5 Azərbaycan Respublikasının hərbi qulluqçusu olmuş və Vətən Müharibəsi zamanı baş nahiyyəsindən xəsarət alaraq hərbi xidmətdən təxris olunmuşdur. Xəsarət alsa da, oğluna əllilik təyin edilməmişdir. Səhhətində olan ciddi narahatlıq həm oğlunu, həm də onu narahat etmiş, əvvəllər tanıdığı Nailə adlı xanım bu barədə köməklik edəciyini bildirmiş və əlliliyin təyini üçün 12.000 manat pul istəmişdir. O, dost-tanışından 5000 manat pul tapmış, 2022-ci ilin avqust ayında Naliyə vermiş, Nailə oğlunun əlillik məsələsinin 1 aya həll edəcəyini bildirmişdir. Lakin həmin müddətdə əlillik təyin edilməmişdir. 2022-ci ilin sentyabr ayının əvvəllərində Nailə əlilliyin təyini üçün əlavə olaraq 7000 manat pul istəmiş, o da oğlunun əlilliyinin təyini məqsədi ilə 7000 manatı tapıb Nailəyə vermişdir. Lakin sonradan məlum olmuşdur ki, Nailə onun etibarından sui-istifadə edərək dələduzluq yolu ilə ondan oğlu Rəsula əlillik təyin edilməsi üçün 12.000 manat almışdır. Məsələ ilə əlaqədar Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət etmiş, Polis Bölməsi tərəfindən xx.xx.2022-ci ildə “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Bir daha bildirir ki, 12.000 (7000+5000) manat məbləğində pulu Cavabdeh oğlu Rəsula əlillik təyin edilməsi üçün vermişdir.
4. Zəngilan Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2(034)-560/2023 nömrəli qiyabi qətnaməsi ilə (hakim Gülsarə İmanova) iddia təmin edilmiş, Cavabdeh 12.000 manat məbləğində pul vəsaiti və 126 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
5. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək qiyabi qətnamənin ləğv edilməsi, işə mahiyyəti üzrə baxılmasının təzələnməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(034)-174/2024 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Zəngilan Rayon Məhkəməsinin 18 dekabr 2023cü il tarixli, 2(034)-560/2023 nömrəli qiyabi qətnaməsi ləğv edilmişdir.
7. Zəngilan Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 2(034)-174/2024 nömrəli qətnaməsi ilə (hakim Gülsarə İmanova) iddia qismən təmin edilmiş, Cavabdeh 10.000 manat məbləğində pul vəsaiti və 126 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı oğluna əlillik düzəldilməsini istəmiş, bunun üçün cavabdeh 12.000 manat məbləğində pul lazım olmasını bildirmiş, iddiaçı ilk olaraq 2022-ci ilin avqust ayında 5000 manat pulu cavabdehə vermiş, cavabdeh isə oğlunun əlillik məsələsinin 1 aya həll oluncağını bildirmiş, lakin cavabdehin qeyd etdiyi müddət ərzində oğlunun əlillik məsələsi həll olunmamış, 2022-ci ilin sentyabr ayının əvvəllərində Nailə əlilliyin təyini üçün əlavə olaraq 7000 manat pul istəmiş, o da oğlunun əlilliyinin təyini məqsədi ilə 7000 manat pulu Nailəyə vermişdir. Lakin sonradan məlum olmuşdur ki, Nailə onun etibarından sui-istifadə edərək dələduzluq yolu ilə ondan 12.000 manat pul almışdır.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının məhkəmə iclasında bildirdiyinə görə cavabdeh aldığı puldan 2000 manat məbləğində pulu onun qardaşına ödəniş etmiş, qalıq məbləği isə bu günə kimi qaytarmamışdır. Cavabdeh iddiaçıdan 5000-7000 manat məbləğində pul almasını Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsində verdiyi izahatında etiraf etsə də, məhkəmə iclasında iddiaçıdan heç bir pul almadığını, polis bölməsində onun adından yazılmış izahatı onun yazmadığını, hətta imzanın belə ona aid olmadığını bildirmişdir. Eyni zamanda iddiaçının qardaşına 2000 manat pul qaytardığını etiraf etsə də, bunun səbəbini məhkəməyə bildirməkdən imtina etmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1 739.1 və 739.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavab deh apellyasiya şikayəti verərək Zəngilan Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 2(034)-174/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbində pulun verilməsi yalnız iddiaçının subyektiv mülahizəsinə əsaslanaraq yeganə olaraq Binəqədi rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı göstərilmişdir. Qərardan görünür ki, İddiaçı şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və ona mülki qaydada məhkəməyə müraciət etmək izah edilmişdir. İş materialarında olan Cavabdeh Binəqədi RPİ-nin 6-cı Polis Bölməsində verdiyi izahatında İddiaçı 5000-7000 manat m əbləğlərində pul almasını öz imzası ilə təsdiq etməsi göstərilmişdir. Qərarda Cavabdeh izahatında göstərir ki, 5000 manat pulu iddiaçının bacısı mərhum Arifə xanımı müalicə edərkən xəstə uşağının müalicəsi üçün ona vermişdir. Göstərilən fakt Qobu polis bölməsində təhqiqatçı X2 xx.xx.2022-ci tarixdə verilmiş izahatla da öz təsdiqini tapır. Şikayətə əlavə edilmiş xəstəlik sənədlərindən də göründüyü kimi xx.xx.2007-ci il təvəllüdlü X1 epilepsiya xəstəsi olması təsdiq olunur. Əlavə edilmiş sertifaktdan da göründüyü kimi Cavabdeh hind təbabəti üzrə kurs keçərək iynə müalicəsi üzrə mütəxəssis olması müəyyən olunur. Qətnamə ilə əsaslandırmanın hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə istinad edilsə də, qeyd edilən maddənin tələbləri düzgün nəzərə al ınmamışdır. Cavabdeh 5000 manat pulu iddiaçının bacısı mərhum Arifə xanımı müalicə edərkən xəstə uşağının müalicəsi üçün almışdır. Həmin pulun bir qismini məhrum sağlığında ona göstərdiyi xidmət haqqı olaraq silmiş, qalan 2000 manata yaxın hissəsini isə oğulluğuna ödəməsini bildirmişdir. Göstərilən fakt Qobu polis bölməsində təhqiqatçı X2 xx.xx.2022-ci il tarixdə verilmiş izahatla da öz təsdiqini tapsa da, iddiaçı özgə şəxsə məxsus olmuş və bir qismi ödənilmiş pulu tələb etməkdə subyektiv hüquqa malik olmamışdır. Məhkəmədən iddiaçının oğluna pensiya təyin edilib-edilməməsinə dair aidiyyəti orqana sorğu verilməsi xahiş edilsə də, vəsatət təmin edilməmiş, təqdim edilmiş sənədlər iş materiallarına əlavə edilməmişdir.
13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1158/2024 n ömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi hakim), Ayaz Mahmudov və Səyyad Qafari) apellyasiya şikayətinin qismən təmin edilməsi, Zəngilan Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli 2(034)-174/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılması, iddianın qismən təmin edilməsi, Cavabdeh 10000 manat və 126 manat ödənilmiş dövlət rüsumunun alınaraq, İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etsə də, şikayətin dəlillərindən və cavabdehin nümayəndəsinin məhkəmə kollegiyasının icl asında verdiyi izahatından göründüyü kimi, o, əslində iddia tələbini qismən qəbul edərək, qətnaməni ondan tutulan 10000 manat pulun 5000 manatı hissəsində mübahisələndirmişdir.
15. Belə ki, cavabdeh iddiaçıdan 7000 manat, iddiaçının mərhum bacısından isə 5000 manat aldığını bildirməklə, iddiaçının bacısından aldığı 5000 manat pulu tələb etməsi üçün iddiaçının subyektiv hüquqa malik olmamasını iddia etmişdir.
16. Məhkəmə kollegiyası cavabdehin iddiaçıdan deyil, məhz onun mərhum bacısından 5000 manat borc alması ilə bağlı apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında nə iddiaçıdan, nə də ki, onun bacısından ümumiyyətlə hər hansı bir məbləğdə borc pul almadığını bildirsə də, apellyasiya şikayətində iddiaçıdan və onun bacısından ümumilikdə 12000 manat borc pul almasını etiraf etmişdir ki, bu hal da cavabdehin iddiaya qarşı münasibətinin səmimiliyini şübhə altına almışdır.
17. Məhkəmə kollegiyasının iclasında iddiaçı cavabdehə verilmiş 5000 manatın bacısının pulu olduğunu, lakin həmin pulu bacısının cavabdehə deyil, ona verdiyini, onun isə həmin pulu cavabdehə verdiyini bildirmişdir ki, iddiaçının bacısının vəfatından sonra cavabdehin 5000 manat pulu məhz ölmüş şəxsdən almasına dair izahatı inandırıcı olmamaqla, öhdəlikdən yayınma ilə bağlı verilmiş izahat qismində qiymətləndirilməsi daha ağabatan hesab olunur.
18. Bu nəticəyə gələrkən məhkəmə kollegiyası nəzərə almışdır ki, cavabdeh polis orqanında verdiyi izahatında iddiaçının mərhum bacısı 5000 manat pulu o na borc verərkən evini satacağı təqdirdə pulu geri istəməyəcəyini və ya özü geri qaytarmaq istədiyi təqdirdə az-az geri qaytara biləcəyini deməsinə dair izahat vermişdir. Məhkəmə kollegiyasının iclasında isə cavabdehin nümayəndəsi cavabdehin bildirdiyinə görə həmin pulu iddiaçının bacısına geri qaytarmasına dair izahat vermişdir. Hərçənd ki, iş materiallarında olan cavabdehin polis orqanlarına verdiyi izahatlarında cavabdeh iddiaçının bacısından aldığını iddia etdiyi pulu geri qaytarmasına dair hər hansı bir izahat verməmişdir. Nəzərə alınmalıdır ki, həmin izahatlar iddiaçının bacısının vəfatından sonra verilmiş izahatlar olmuşdur.
19. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, işdə olan sübutlarla cavabdehin mübahisələndirdiyi 5000 manat pul məbləğinin iddiaçının bacısından deyil, iddiaçının özündən aldığı sübut olunmaqdadır.
20. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmişdir. Belə ki, birinci instnasiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində iddiaçının cavabdehə oğlunun əlilliyi ilə bağlı pul verməsi və nəticə etibarı ilə cavabdehin iddiaçıya maddi zərər vurması qənaətinə gəlsə də, eyni zamanda mübahisəyə Mülki Məcəllənin 739.1 və 739.2ci maddələrini tətbiq etmişdir ki, bu da məhkəmənin digər əsaslandırması ilə ziddiyyət təşkil edir. Belə ki, mübahisəyə Mülki Məcəllənin 739-cu maddəsinin tətbiqi tərəflər arasında borc müqaviləsindən irəli gələn münasibətlərin olması anlamına gəlməkdədir. Buna görə də, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanu ni olmamışdır.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla, cavabdehin iddiaçıdan digər əsasla pul alması istisna olunmaqdadır. Həmçinin cavabdeh iddiaçıdan pulu borc olaraq almasını iddia etməklə, iddiaçı da pulu oğlunun əlilliyinin sənədləşdirilməsi ilə bağlı verilməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir.
22. Buna görə də, məhkəmə kollegiyası işin faktiki hallarına əsasən hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında şifahi qaydada borc müqaviləsi bağlanmışdır. Lakin həmin müqavilə qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd olmaqla etibarsız olmuşdur. Belə ki, hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş Mülki Məcəllənin 740.2-ci maddəsinin tələbinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduğundan yazılı formada bağlanmalı idi. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən isə etibarsız əqd üzrə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa borcludur.
23. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən iddiaçı qarşısında pul öhdəliyi yaranmışdır. Birinci instansiya məhkəməsi isə yuxarıda sadalanan maddi hüquq normalarını tətbiq etməli olduğu halda bunu etməmişdir ki, bununla da qətnamə maddi hüquq normalarının pozulması ilə çıxarılımışdır.
24. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1, 337.3, 337.4, 337.5, 739.1, 740.1 və 740.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən təmin edilməsi hissəsində ləğv edilməsi, apellyasiya məhkəməsində müəyyən edilmiş hallar və əlavə təqdim olunmuş sübutlar əsasında iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmışdır. b)
27. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 329.1. Əgər qanunla başqa h al müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
29. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
30. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
31. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
32. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digə r tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
33. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
34. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
35. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçıs ı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 407.2. Kassasiya şika yətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
44. Maddə 418.3. Prosessual hüquq norma larının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikay ətində qətnamə cavabdeh tərəfindən iddianın qismən təmin edilməsi hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçı ilə cavabdeh arasında şi fahi qaydada borc müqaviləsi bağlanmışdır. Lakin həmin müqavilə qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd olmaqla etibarsız olmuşdur. Belə ki, hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş Mülki Məcəllənin 740.2-ci maddəsinin tələbinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduğundan yazılı formada bağlanmalı idi. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən isə etibarsız əqd üzrə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa borcludur. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
49. Qeyd edilməlidir ki, işin faktiki halları ilə kassasiya instans iyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətində qeyd olunan dəlillər qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
51. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdiri lmədən saxlanılmalıdır.
52. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1158/2024 nömrəli, 24 iyul 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.