Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3776/2023 02.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh xxx qızına qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər; pul tələbi, cavabdehin etirazının dəlillərinin sübut edilməməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), X1 və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-859/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 02 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdak ı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında qonşuluq münasibəti olmuşdur.
2. Cavabdeh 23 aprel 2021-ci il tarixdə qəbz verərək İddiaçı 9.520 manat borcu qaldığını bildirmişdir.
3. Cavabdeh 07 fevral 2022-ci il tarixli qəbzdə İddiaçı borc qismində aldığı 9.520 manat məbləğində pul vəsaitini və çəkisi 50 qram olan, 750 əyyarlı boyunbağını 2022-ci ilin may ayının sonunadək qaytarmaq öhdəliyini üzərinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ödənilməmiş əsas borcun əvəzi qismində 9.520 manatın, iddiaçıya məxsus çəkisi 50 qram olan,750 əyarlı boyunbağının naturada, bu mümkün olmadıqda isə həmin qızıl-zinət əşyasının əvəzi qismində 5.700 mana tın və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 136 manatın, cəmi 15356 manat məbləğində pul vəsaitinin Cavabdeh (bundan sonra “cavabdeh”) iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə qonşuluqda yaşadığı üçün uzun illərdir ki, onu tanıyır. Onlar arasında səmimi münasibət olmuşdur. 2021-ci ilin aprel ayında cavabdeh iddiaçıya ipoteka ilə ev almaq istədiyini, lakin ilkin ödəniş etmək üçün vəsaitinin müəyyən hissəsinin çatmadığını bildirərək, iddiaçıdan borc pul verməsini xahiş etmişdir. İddiaçı cavabdehə 3 ay ərzində qaytarmaq şərti ilə 10000 manat məbləğində pul vəsaitini borc vermişdir. Bundan sonra cavabdeh həmin pul vəsaitinin ipoteka ilə mənzil almaq üçün ilkin ödənişə kifayət etmədiyini demiş və qı zıl-zinət əşyalarını lombarda girov qoyub, kredit almaq üçün 2-3 ay ərzində geri qaytarmaq şərti ilə ona verməsini xahiş etmişdir.
6. İddiaçı cavabdehə 10000 manat borc verməklə yanaşı, özünə məxsus çəkisi 50 qram olan 750 əyyarlı Azərbaycan Respublikasında istehsal olunmuş boyunbağısını da 23 ay ərzində geri qaytarmaq şərti ilə cavabdehə vermişdir. Cavabdeh isə yalnız borcunun 480 manat məbləğində hissəsini qaytarmış 9.520 manat məbləğində borcunu və iddiaçıya məxsus çəkisi 50 qram olan 750 əyyar boyunbağını müxtəlif bəhanələrlə hazırki tarixədək qaytarmamışdır. Sonuncu dəfə iddiaçı cavabdehdən borcunun və qızıl-zinət əşyasının qaytarılmasını tələb etdikdə, cavabdeh bu barədə qəbz yazaraq, iddiaçıya təqdim etmişdir.
7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 425.1, 442, 445.2 və 448.1-ci maddələrinə istinad etmişdir.
8. İddiaçının təqdim etdiyi 27 sentyabr 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən həmin tarixə nəzərən yerli istehsal olan 750 əyyarlı qızılın 1 qramının dəyəri 78 manat, xarici istehsal olan 750 əyyarlı qızılın 1 qramının dəyəri 110 manat təşkil edir.
9. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmişdir.
10. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1151/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən iddiaçıya məxsus çəkisi 50 qram olan, 750 əyarlı boyunbağı, ödənilməmiş əsas borcun əvəzi qismində 9.520 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 130 manat 26 qəpik məbləğində pul vəsaitinin alınıb iddiaçıya verilməsi, boyunbağının verilməsi mümkün olmadıqda isə həmin qızıl-zinət əşyasını n əvəzi qismində 3.900 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Camal Quliyev)
11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn münasibətlər üzrə iddiaçı tərəfindən cavabdehə verilmiş pul vəsaitinin 9.520 manat məbləğində hissəsi, habelə tərəflər arasında qarşılıqlı inama əsasən sonradan qaytarmaq şərti ilə iddiaçı tərəfindən cavabdehə verilmiş çəkisi 50 qram olan, 750 əyyarlı boyunbağı cavabdeh tərəfindən iddiaçıya qaytarılmamışdır. Qeyd olunan xüsusatlar cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş qəbzlə təsbit edilmişdir.
12. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən cavabdehə borcun verilməsi zamanı onlar arasında yazılı borc müqaviləsi bağlanmasa da, sonradan sadə yazılı əqd formasında cavabdehin borcun etirafına dair iddiaçıya verdiyi qəbzdə öz borcunu etiraf etməsini nəzərə alaraq hesab etmişdir ki, cavabdehin iddiaçı qarşısındakı öhdəlikləri müqavilə xarakterli öhdəliklər olsa da, qızıl-zinət əşyasına münasibətdə həmin öhdəliklər əsassız varlanmadan irəli gəlir. Belə ki, borc müqaviləsi üzrə yaranmış münasibətlər zamanı bir tərəf pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürməsi nəzərdə tutulur. Lakin iddiaçı həmin qızıl-zinət əşyasını cavabdehin mülkiyyətinə, eləcə də istifadəsinə deyil, yalnız lombarddan kredit alıb, sonradan qızıl-zinət əşyasını qaytarmaq şərti ilə müvəqqəti sahibliyinə vermişdir. Cavabdeh isə həmin qızıl-zinət əşyasını sonradan iddia çıya qaytarmamışdır
13. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, iddiaçı özünə məxsus çəkisi 50 qram olan, 750 əyyarlı boyunbağının naturada, bu mümkün olmadıqda isə 5.700 manat təşkil edən dəyərinin cavabdehdən alınıb ona verilməsini tələb etməklə yanaşı, həmin boyunbağını cavabdehin müvəqqəti sahibliyinə verdiyini sübuta yetirsə də, mülki işin məhkəmə tədqiqi zamanı boyunbağının məhz Azərbaycan Respublikasında deyil, xarici ölkədə istehsal olunmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, bununla yanaşı öz izahatında da həmin qızılın Azərbaycan Respublikasında istehsal olunduğunu bildirmişdir. İşdə olan mütəxəssis rəyində isə 27 sentyabr 2022-ci il tarixinə nəzərən yerli istehsal olan 750 əyyarlı qızılın 1 qramının dəyərinin 78 manat olduğu göstərilmişdir.
14. Birin ci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 427.3, 448.1, 448.2, 529.3, 739.1, 882.1, 1091.1, 1091.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayətinin dəlilləri belə olub: - məhkəmə işə cavabdehin iştirakı olmadan baxmışdır. Cavabdeh qətnamənin mövcudluğunu icraçı çağıran zaman bilmişdir; - cavabdehin iddiaçıya borcu yoxdur; - cavabdeh iddiaçıdan 8000 manat pulu borc alıb 9500 manat faizə götürmüşdür. İddiaçı cavabdehin yaxın qohumu deyil ki, ona 8000 manatı borc verə. İddiaçı pulu faizə verib; - c avabdeh götürdüyü 8000 manat pulu evinin sənədini girov qoyub 8000 manat pul götürüb iddiaçıya vermişdir. Bu pulun faizini, yəni 9500 manatı iddiaçıya qaytarmışdır. Bu fakt iddiaçı ilə onun arasında olan telefon danışığında tam təsdiq olunur. Orada iddiaçı cavabdehə 8000 manat və 9500 manat faizi qaytardığını etiraf etmişdir; - 3900 manatlıq qızıl əşyasını da cavabdeh iddiaçıya qaytarıb. Belə olan halda məhkəmənin cavabdehdən pul tutulmasını qət etməsinin hüquqi əsası yoxdur.
17. Cavabdeh apellyasiya baxışında əlavə olaraq bidirmişdir ki, iddiaçıdan ayda 30 faiz əlavə ödəmək şərtilə 8000 manat pul borc almış, 5-6 ay faizə ödədikdən sonra ödəniş edə bilməmiş, ona görə də bankdan kredit götürərək borcunu bağlamışdır. Ümumilikdə, iddiaçıya 9500 manat pul qaytarmışdır. Sonuncu ödənişi 1299 man at, digər aylarda isə 500, 600, 800 manat olmaqla ödənişlər etmişdir.
18. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-859/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi), Loğman Süleymanov, Afiq Hüseynzadə)
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn münasibətlər olsa da, onların arasında borc müqaviləsi bağlanmamışdır. Belə ki, iş materiallarındakı qəbzlərdən və tərəflərin izahatlarından, həmçinin iş materiallarına əlavə edilmiş səs yazısından görünür ki, iddiaçı tərəfindən cavabdehə borc olaraq pul vəsaiti verilmiş, cavabdeh ona verilmiş pul vəsaitinin 9.520 manat məbləğində hissəsi, habelə tərəflər arasında qarşılıqlı inama əsasən sonradan qaytarmaq şərti ilə iddiaçı tərəfindən cavabdehə verilmiş çəkisi 50 qram olan, 750 əyarlı boyunbağı cavabdeh tərəfindən iddiaçıya qaytarılmamışdır.
20. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, cavabdehin iddiaçıya 9520 manat borcunun olması və iddiaçıdan lombarda girov kimi qoyması üçün 50 qram çəkidə qızıl boyunbağını götürməsinə dair iltizamı verdikdən sonra bankdan götürdüyü kreditdən 8000 (səkkiz min) manatı iddiaçıya verdiyini bildirmiş olsa da, araşdırma zamanı cavabdehin bankdan krediti 2020-ci ildə götürdüyü məlum oldu. Cavabdeh apellyasiya şikayətinin dəlillərində həmin pulun ödənildiyini qeyd etmiş olsa da, məhkəm ə iclasında şikayətinin dəlillərini təsdiq edən mötəbər sübut təqdim etməmişdir.
21. Cavabdehin iddiaçıdan sonradan qaytarmaq şərti ilə götürdüyü çəkisi 50 qram olan, 750 əyyarlı boyunbağını, 9520 (doqquz min beş yüz iyirmi) manat məbləğdə pulu qaytarmaqdan imtina etdiyinə, iddiaçı isə onları tələb etdiyinə görə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur.
22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 427.3, 442, 448.1, 448.2, 529.3, 739.1, 740, 882.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 106.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh (Vəkil) kas sasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən araşdırılması üçün Gəncə Apellyasiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tətbiq edilən normalrın hüquqi əsası yoxudr. Çünki cavabdeh iddiaçıdan 9000 manat pul alıb, evini banka girov qoyub pul götürməklə 8000 manatı qaytarıb. Ümumilikdə iddiaçıya faizlə birlikdə 9500 manat pul qaytarmışdır. Bu faktı təkzib edilməz qaydada iddiaçı ilə cavabdeh arasında olan telefon danışığı tam təsdiq edir. Həmin telefon danışığında iddiaçı 8000 manat pul veridiyini, verdiyi pula görə ondan 9500 manat pul aldığını etiraf edir. Qızıl əşyalarını da iddiaçıya qaytarmışdır. Belə olan halda, məhkəmə apellyasiya şikayətini təmin etmək əvəzinə bankdan kreditin 202 0-ci ildə götürülməyini əsas götürməklə şikayəti təmin etmədən saxlamışdır. Əgər cavabdeh evini girov qoyub bankdan pul götürübsə, onda telefon danışığında iddiaçı niyə cavabdehin ona 8000 manat borca görə 9500 manat qaytarmağını etiraf edirdi. Bu fakt onu sübut edir ki, məhkəmə qeyd olunan maddi hüquq normasını tətbiq etməklə şikayəti təmin etmədən saxlayan zaman düzgün nəticəyə gəlməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə b orcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirm əyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəd də göstərməlidir. İcranı tamamilə və ya hissəhissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda qalması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiq təsdiqləyir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə
740. Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya mə bləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şi kayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəmə sində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti iddianın təmin edilən hissəsi olub, qətnamə də həmin hissə üzrə qəbul edilib. Bu baxımdan, qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülür.
25. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhə miyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib, apellyasiya şikayətinin dəlillərinə tam qiymət verib.
28. İddia tələbi borcun tutulması və qızıl əşyasının və y a onun dəyərinin alınması barədə olmuş, iddiaçı tələbinin əsası kimi cavabdehin imzaladığı qəbzlərə istinad etmişdir. Cavabdeh isə borcunu, eləcə də aldığı qızıl əşyasını iddiaçıya qaytarmasını bildirsə də, etirazının əsası kimi istinad etdiyi bu halları işə mahiyyəti üzrə baxan məhkəmələrdə, o cümlədən apellyasiya baxışında sübut edə bilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Nəzərə alınsa ki, qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur, belə olan halda, cavabdeh kredit müqaviləsi üzrə borcunu tam qaytarmasını, bununla da hazırda borcunun qalmamasını sübut etməli idi. Qe yd edildiyi kimi, işə mahiyyəti üzrə baxan məhkəmələrdə iddiaçı tələbinin əsası kimi istinad etdiyi halı cavabdehin imzaladığı qəbzlərlə sübut edə bilsə də, cavabdeh etirazının əsası kimi istinad etdiyi halı sübut edə bilməmiş, təqdim etdiyi səs yazısını isə apellyasiya instansiyası məhkəməsi mötəbər sübut kimi qiymətləndirməmiş, əksinə, həmin səs yazısını iddianın təsdiq edilməsi kimi qiymətləndirmişdir.
30. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Mülki Məcəllənin 529.3-cü maddəsi öhdəliyə icra nəticəsində xitam verilməsini nizama salır. Həmin normaya görə borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir.
31. Göründüyü kimi, Mülki Məcəllənin 529.3.-cü maddəsi öhdəliyə icra nəticəsində o zaman xitam verilməsini nəzərdə tutur ki, borc sənədi borcluda olsun. Hazırki iş üzrə isə borc sənədinin borcluda, yəni cavabdehdə olması işə mahiyyəti üzrə baxan məhkəmələrdə müəyyən olunmayıb.
32. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyasının gəldiyi nəticəni yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələbi baxımından düzgün hesab edir.
33. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız sayır. Belə ki, bu dəlillər alınmış pulun qaytarılması barədə işin faktiki halları ilə bağlı olmaqla apellyasiya şikayətinin də dəlilləri olub və məhz həmin dəlillərə qiymət verməklə apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etməiyb.
34. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-859/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.