Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3777/2020 24.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı: “XXX” X4 Cavabdehlər: Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 İddia tələbi: borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi Açar sözlər: apelyasiya baxışının hədləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-4643/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq mə hkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları «XXX» X4 (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh1 (bundan sonra borcalan) arasında bağlnmış xx.xx.2012-ci il tarixli kredit xətti müqaviləsi ilə sonuncuya 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2013-cü il tarixli Kredit Razılaşmasına əsasən Borcalan Bankdan 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Həmin öhdəliyin icrasının təminatı kimi Cavabdeh4 Bankla xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi bağlayaraq mülkiyyətində olan Bərdə şəhəri, XXXXXXküçəsi, 17 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evini ipoteka ilə yüklü et mişdir. Bankla bağlanmış xx xxxxxx 2013-cü il tarixli zaminlik müqavilələrinə əsasən Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 sözügedən kreditin qaytarılmamasına görə birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 25R000000832 saylı kredit razılaşması üzrə 10752,71 ABŞ dolları məbləğində kredit borcu, 2653,81 ABŞ dolları məbləğində faiz borcu və 7011,23 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 20417,75 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənil miş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması; tələbin Cavabdeh4 mülkiyyətində olan Bərdə şəhəri, XXXXXXküçəsi, 17 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracdan satılması və ipoteka predmetinin satışından əldə olunan vəsaitin Banka ödənilməsi; hərracda əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması; evə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra yaşayış hüququ olmaqla qeydiyyatda olan cavabdehlər Cavabdeh4 və Cavabdeh5 istifadə hüququnun itirilməsi, həmin fərdi yaşayış evin boşaldılması və alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(013)1485/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu i l tarixli qətnaməsi ilə (hakim E.Bayramov) iddia təmin edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə tənasübsüz surətdə yüksək cərimə borcu hesablamışdır, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən cərimə məbləği silinməlidir. Həmçinin qətnamə ipoteka predmetinin boşaldılması hissəsində əsassızdır, çünki belə tələb hüququ yeni mülkiyyəçtiyə məxsusdur. Məhkəmə göstərilən məzmunda qərar qəbul etməklə “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinin tələblərini pozmuşdur. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(104)-4643/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – F.Mehtiyev (sədrlik edən və məruzəçi), L.Süleymanov və A.Bayramov) apelyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi - cavabdehlərdən müştərək qaydada 25R000000832 saylı kredit razılaşması üzrə 7011,23 ABŞ dolları məbləğində cərimənin qətnamə icra olunarkən dolların manata olan nisbəti ilə tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsində dəyişdirilmiş, cavabdehlərdən müştərək qaydada 25R000000832 saylı kredit razılaşması üzrə 10752,71 ABŞ dolları məbləğində kredit borcu, 1836,37 ABŞ dolları məbləğində faiz borcu və 700 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 13289,48 ABŞ dolları məbləğində borcun qətnamə icra olunarkən dolların manata olan nisbəti ilə, tutularaq iddiaçının xeyrinə ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətini n dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh1 (vəkil X1) apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv olunması, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən sübutlara düzgün hüquqi qiymət verməmiş, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Kassasiya şikayətinə görə apelyasiya instansiyası məhkəməsi ipoteka predmetinin hərracdan satılması, satıldıqdan sonra Cavabdeh4 və onun ailə üzvlərinin həmin evdən çıxarılmasının qanuna zidd olması ilə bağlı apelyasiya şikayətinin dəl ilinə heç bir hüquqi qiymət verməmişdir. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi və cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Kassator məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılıb kassasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə kassasiya şikayəti yalnız Cavabdeh1 tərəfindən verilsə də, apelyasiya instansiya məhkəmələri tərəfindən düzgün olmayan qətnamə qəbul olunması ilə nəticələnən prosessual hüquq normalarının pozuntusuna yol verildiyindən şikayətin dəlillərindən asılı olmayaraq məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq MPM Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (maddə 372.6). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarı Apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini yalnız birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində yoxlamaq hüququna malikdir. Əks halda MPM-in 327.6-cı maddəsi öz əhəmiyyətini itirmiş olardı. Maddi hüquq normalarından fərqli olaraq prosessual hüquq norm alarına riayət olunub-olunmamasını isə apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi MPM-in 372.6-cı maddəsinə əsasən apelyasiya qaydasında işə baxan apelyasiya instansiyası məhkəməsi ilk növbədə məhkəmə aktının hansı hissədə yoxlanıldığını, yəni apelyasiya baxışının hədlərini müəyyən etməlidir. Həmin normaya əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığı onun həm düzünə, həm dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılır. Nəzərə alınmalıdır ki, şikayətin tələb hissəsindən asılı olmayaraq, məhkəmə mübahisələndirilən hissəni müəyyən edərkən, şikayətin dəlillərini və şikayət vermiş şəxsin müvafiq hissəni mübahisələndirməklə bağlı subyektiv hüququnun olub-olmadığın ı nəzərə almalıdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız iş üzrə cavabeh Cavabdeh1 apellyasiya şikayəti vermişdir. İş üzrə digər cavabdehlər apelyasiya şikayəti verməmişlər. Cavabeh Cavabdeh1 şikayətin tələb hissəsində qətnamənin tam ləğv olunmasını tələb etsə də, şikayətin dəlillərindən görünür ki, o, qətnaməni cərimə məbləğinin müəyyən edilməsi və ipoteka predmetinin boşaldılması hissələrində mübahisələndirmişdir. Sonuncu mübahisəli hüquq münasibəti üzrə Borcalan olduğu üçün ipoteka predmetinin boşaldılması hissəsində qətnaməni mübahisələndirməklə bağlı subyektiv hüquqa malik olmamışdır. Həmçinin iş üzrə ipoteka qoyan və onun ailə üzvləri apelyasiya şikayəti vermədiklərindən Borcalanın şikayəti əsasında qətnamənin həmin hissədə yoxlanılması qeyd olunan şəx slərin hüquqlarının əsassız pozulması ilə nəticələnə bilər. Eyni zamanda Cavabdeh1 iddiaçı ilə aralarında yaranmış kredit hüquq münasibətləri üzrə borcalan, digər cavabdehlər isə zamin və ipoteka qoyan olduqlarından borcun tutulması, həmçinin tutmanın ipoteka predmetinə yönəldilməsi tələbləri bölünən tələblər olmuşdur. Beləliklə, hazırkı iş üzrə apelyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin cərimə tələbinin təmin olunmuş hissəsi ilə məhdudlaşmışdır. Buna baxmayaraq apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilməyən qalan hissədə də yoxlayaraq, qüvvədə saxlamaqla apelyasiya baxışının hədlərindən kənara çıxmış, MPM-in 372.6-cı maddəsinin tələblərini pozmuşdur. MPM-in 418.1-ci maddəsinə görə, prosessual hüquq normala rının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, dəbbə pulu məbləğinin azaldılmış hissəsində apelyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Qeyd edilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi apelyasiya baxışının predmetinə aid olmayan hissədə ləğv edilməli, qətnamə dəbbə pulu tələbinin azaldılmış hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda ləğv olunan hissə həmin apelyasiya ba xışnın predmeti olmadığından işin yenidən baxılması üçün apelyasiya baxışına göndərilməsi üçün də prosessual əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-4643/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəbbə pulunu azaldılmış hissəsində dəyidirilmədən saxlanılsın. Qətnamə apelyasiya baxışının predmetinə aid olmayan hissədə - birinci instansiya məhkəməsinin qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3777/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3777/2020
24.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver