Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3778/2019 14.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 ilə, İddiaçı Cavabdeh “xxxx” ASC-yə qarşı əmək fəaliyyəti ilə bağlı pultələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 dekabr 2018-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Yasamal rayon Məhkəməsinin 14 fevral 2017-ci il tarixli qətnaməsi ilə (hakim Z.Quliyev) İddiaçı Cavabdeh “xxxx” ASC-yə qarşı əmək fəaliyyəti ilə bağlı pul tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 aprel 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən F.Talışınski, hakimlər S.Hacıyev və R.Eyvazov) Yasamal rayon Məhkəməsinin 14 fevral 2017-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək, Cavabdeh “xxxx” ASC-dən 76046,6 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi və ekspertiza xərci olan 50 manat məbləğdə pul vəsaitinin cavabdehdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 27 avqust 2018-ci il tarixli qərarı ilə (sədrlik edən E.Vəliyeva, hakimlər T.Qo ldman və Ə.Əhmədov) Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 aprel 2018-ci il tarixli qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən X.Mərdanova, hakimlər E.Həsənov və F.Babayev) Yasamal rayon Məhkəməsinin 14 fevral 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 dekabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh-ug qarşı iddia verərək, iş vaxtından artıq vaxtda və istirahət günlərində gördüyü işə görə 101205 (yüz bir min iki yüz beş) manat 60 (altmış) qəpik əmək haqqının, şirkətin ödəməli olduğu ödənişlərə görə 863 (səkkiz yüz altmış üç) ABŞ dolları 77 (yetmiş yeddi) sent və 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh-dən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin mübahisə edilməyən hallarına görə İddiaçı 17 aprel 2012-ci il tarixli əmrlə “xxxx” ASC-yə müddətli əmək müqaviləsi ilə layihə rəhbərinin müavin i vəzifəsinə qəbul edilmişdir. 14 yanvar 2015-ci il tarixli əmrlə iş icraçısı vəzifəsinə keçirilmişdir. 29.01.2016-cı il tarixli əmrlə ƏM-nin 68.2-ci maddəsinin "a" bəndinə əsasən öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. 11.08.2016-cı ildə iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdehdən onun xeyrinə tutulmalı olan 101.205,6 manat və 863,77 ABŞ dolları tələbinin əsası kimi Qazaxıstan Respublikasının Qızılorda şəhərində işləyərkən hər gün 11 saatlıq iş rejimində, həm də istirahət günlərindən istifadə etmədən, hər gün artıq işlədiyi 3 saatlıq əmək sərfinə görə, eləcə də istifadə etmədiyi istirahət günlərinə görə ona “xxxx" ASC tərəfindən 17 aprel 2012-ci ildən 30 noyabr 2014-cü il tarixə qədər hər gün 11 saat olmaqla cəmi 926 gün işləməsinə görə əlavə əmək h aqqı verilməsi, Qazaxıstanda və Ələt - Astara yolunda işlədiyi zaman yol xərci, yemək və yataq xərci firma tərəfindən təmin olunduğu üçün onlara ezamiyyət pulu hesablanıb verilməməsi, Qızılordada ezamiyyətdə olarkən xəstəxanada müalicə almaqla nağd olaraq xəstəxana məsrəflərini də cəmiyyət tərəfindən ona öənilməli olduğu halda ödənilməməsi, Qızılordadan Bakıya gələrkən bir dəfə biletin dəyərini nəğd olaraq ödəməsini, pulun da cavabdehin ödəməli olması ilə əsaslandırmışdır. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmal ıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89-cu maddəsinin tələblərinə görə gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz. Həmin Məcəllənin 99-cu maddəsinin 1-ci bəndinə görə iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Göstərilən maddələrin şərhi onu ehtiva edir ki, müəyyən istisna hallar işəgötürənin əmri və işçinin razılığı ilə gündəlik iş vaxtının müddəti 8 saatdan artıq ola bilər. Bununla yanaşı qeyd edilən maddələrin məzmunu həmçinin onu deməyə əsas verir ki, işəgötürənlə işçi arasında iş vaxtınıın müddəti barəsində mübahisə olduqda və işəgötürən işçinin hər gün normal iş vaxtından, yəni 8 saatdan az işlədiyini iddia etdikd ə bu halın sübut edilməsi vəzifəsi işəgötürənin üzərinə düşür. Çünki normal iş vaxtının müddəti, yəni 8 saatlıq müddət qanunla müəyyən edilmişdir. İşəgötürən və işçi arasında bağlanmış əmək müqaviləsinə görə normal iş vaxtının müddəti 8 saat müəyyən edilmişdir., bağladığı müqaviləyə görə hər gün 8 saat işləmək işçinin vəzifəsidir, o bu vəzifəni yerinə yetirmədiyi halda intizam məsuliyyətinə cəlb edilə bilər. Ona görə də işəgötürən sübut etməlidir ki, işçi hər gün 8 saat deyil, daha az işləmişdir. Lakin işçinin hər gün normal iş vaxtının müddətindən artıq işləməsi barədə tərəflər arasında mübahisə olduqda və bu mübahisə əmək haqqının ödənilməsi ilə bağlı yarandıqda işçinin iş vaxtından əlavə saatlarda işləməsi faktının sübut edilməsi yükü işçinin üzərinə düşür. Çünki iş vaxtından artıq mü ddətdə işləmək işçinin vəzifəsi deyil, hüququdur və işçi bu hüququndan o halda istifadə edə bilər ki, işəgötürən onu iş vaxtından əlavə müddətə işə cəlb etməklə bağlı əmr versin. İşin halları ilə müəyyən edilir ki, hazırkı işdə işəgötürənin belə bir əmr verməsi sübut edilmir. İddiaçı bu halın sübutu kimi əsli olmayan tabel vərəqinə və şahid ifadələrinə istinad edir. Cavabdeh onun tərəfindən belə bir tabel vərəqi tərtib edilmədiyini və həmin sənədin sübut kimi qəbul edilməsinə etiraz edir. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə görə yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinin tələbinə görə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Bununla yanaşı iddiaçının onlarla birlikdə hər gün 11 saat işləmələri barədə şahidlərin ifadələrinə hüquqi qiymət verən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ifadə verən şahidlər iddiaçının tabeliyində olmaqla onunla yaxın münasibətdə olan şəxslər olduğundan onların ifadələrini mötəbər sübut kimi qəbul edilə bilməz. Bununla yanaşı həmçinin o da nəzərə alınmalıdır ki, iddiaçının dəvət etdiyi şahidlərin özlərinin də hər gün iş vaxtından əlavə saatlarda işləməsi faktı işin mübahisə edilməyən halı deyildir. Göründüyü kimi iddiaçı işlədiyi müddətdə əlavə iş saatlarında işə cəlb edilməsi barədə dəlillərini sübuta yetirə bilməmişdir. Bundan başqa məhkəmə kollegiyası iddiaçının əmək haqqısının 3000 manat olma sına əsaslanaraq 8 aylıq məzuniyyət pulunu və müavinəti 850 manatdan hesablanmaqla aldığı üçün, yerdə qalan fərqi, yəni 2150 manat x 8 ay - 17200 pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə tələbinin də əsassız olmasına dair apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşır. Belə ki, məhkəmə baxışında iddiaçının cavabdeh təşkilatda işlədiyi dövrdə əmək haqqının 3000 manat olması öz təsdiqini tapmamışdır. Həmçinin işin materiallarından görünür ki, iddiaçı müalicəsi ilə bağlı cavabdehdən 850 manat əmək haqqı hesabı ilə müavinət almışdır. Bu faktı iddiaçı özü iddia ərizəsində təsdiqləmişdir. İddiaçının müalicəsi ilə bağlı çəkdiyi xərclərin ona ödənilməsi və “cavabdehin qanunsuz əməlləri nəticəsində ona ödənilməli olan, lakin ödənilməmiş 124745 manat və 863,77 ABŞ dolla rı pulun cavabdehdən onun xeyrinə tutulmasına"’ dair tələblərinə dair hissə üzrə apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi əsaslıdır. Belə ki, işə məhkəmə baxışlarında iddiaçının sağlamlığına zərərin vurulmasınagətirib çıxaran təqsirli və hüquqa zidd əmələ və deliktə cavabdehin yol verməsi müəyyən edilməmişdir. Mülki Məcəllənin 21., 1096,1097.1 -ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Bundan başqa iddiaçı verdiyi tələbdə Q ızılordadan Bakıya gələrkən bir dəfə biletin dəyərini nağd olaraq ödəməsini, cavabdehin hesabında pul vəsaiti olmadığından ona biletin dəyərinin ödənilməməsini qeyd etsə də, bu fakt iş materialları ilə təsdiqini tapmamışdır. Belə ki, iddiaçının təqdim etdiyi 09.04.2014-cü il tarixli qəbzdə 51564 Qazaxıstan tengesi məbləğində ödənişin onun tərəfindən aparılması müəyyən edilməmişdir. Eyni zamanda iddiaçı ərizəsində biletin ödənildiyi tarixi də göstərməmiş, bununla bağlı iş materiallarında olan qəbzdə qeyd olunan tarixə dair ezamiyyə vərəqəsi də məhkəməyə təqdim olunmamışdır. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3778/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3778/2019
14.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver