Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3778/2020 02.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin vəkili Əzizli Nəvazi Vidadi oğlunun, Cavabdeh1 vəkili Rəhimov Babək Zahid oğlunun iştirakları ilə, Cavabdeh1 və vəkili Rəhimov Babək Zahid oğlunun Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 noyabr 2019cu il tarixli, 2(104)-3646/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikay əti üzrə işə baxaraq Müəyyən etdi: Göygöl Rayon Məhkəməsinin 2(066)-835/2019 saylı, 30 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim Q.Ə.Abbasov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1, X1, Əlizadə x111ndan, Cavabdeh4 42.780,74 ABŞ dolları əsas, 13.857,23 ABŞ dolları faiz, 19 ABŞ dolları cərimə borcu, cəmi 56.656,97 ABŞ dolları məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, habelə 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ üzrə Cavabdeh1 na məxsus 1 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və həmin mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASCyə ödən ilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, nun mülkiyyətində olan 1 nömrəli mənzilinə tutma yönəldikdə və mənzil satıldıqdan 1 ay sonra Cavabdeh1, X2, Əlizadə x111nun, Cavabdeh4, Cavabdeh5 1 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, X3, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 həmin mənzildən çıxarılaraq mənzilin boşaldılması və banka təhvil verilməsi, iş üzrə 145 manat ekspertiza xərcinin Cavabdeh1, X1, Əlizadə x111ndan, Cavabdeh4 müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN-**********, AZ41 NABZ013601**********3944 SWİFT-BİK STREAZ22 Müxbir hesaba ödənilməsi qət edilmişdir. Gəncə Apel lyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 noyabr 2019-cu il tarixli, 2(104)3646/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi Ə.İ.Məmmədov, R.Ş.Muradov və Ş.M.Əliyeva) cavabdehlər Cavabdeh1, X3, Əlizadə x111, Cavabdeh4, Cavabdeh5 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Göygöl Rayon Məhkəməsinin 2(066)-835/2019 saylı mülki iş üzrə 30 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh, X3, Əlizadə x111 və Cavabdeh4 arasında bağlanmış 26.02.2015-ci il tarixli, ********* №-li kredit müqaviləsinə əsasən cavabdehlərə illik faiz dərəcəsi 18 faiz olmaqla 60 ay müddətinə 47.500 (qırx yeddi min beş yüz) ABŞ dolları m əbləğində kredit verildiyini, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC ilə Cavabdeh1 arasında 26 fevral 2015-ci il tarixli ipoteka müqaviləsinin bağlandığını, həmin ipoteka müqaviləsinə əsasən borclu mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən yaşayış evi öhdəliyin təmin edilməsi üçün ipotekaya qoyulduğunu, cavabdeh müqavilənin şərtlərini pozaraq öhdəliyi yerinə yetirmədiyini, dəfələrlə ona xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyi icra etməyərək borcunu ödəmədiyini, bununla da cavabdehlər Cavabdeh1, X2, Əlizadə x111nun və Cavabdeh4 30.10.2017-ci il tarixə 42781,18 ABŞ dolları əsas, 13857,23 ABŞ dolları faiz, 1937,29 ABŞ dolları cərimə borcu ümumilikdə cəmi 58575,70 ABŞ dolları təşkil etdiyini bildirərək, Cavabdeh1, X1, Əlizadə x11 1ndan, Cavabdeh4 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan 42781,18 ABŞ dolları əsas, 13857,23 ABŞ dolları faiz, 1937,29 ABŞ dolları cərimə borcu ümumilikdə cəmi 58575,70 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ üzrə Cavabdeh1 na məxsus Göygöl şəhəri, Aşıq Ələsgər küçəsində yerləşən 18 saylı evin 1 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun həmin mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, nun mülkiyyətində olan 1 nömrəli mənzilinə tutma yönəldikdə və satıldıqdan 1 ay sonra Cavabdeh1, X2, Əlizadə x1 11nun, Cavabdeh4, Cavabdeh5 1 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, sonra Cavabdeh1, X2, Əlizadə x111nun, Cavabdeh4, Cavabdeh5 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh1 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Cavabdeh1 və vəkili Rəhimov Babək Zahid oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası əlavə ekspertizanın keçirilməsinə zərurət olmasına baxmayaraq əlavə ekspertiza təyin etməmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili Rəhimov Babək Zahid oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xa hiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin vəkili Əzizli Nəvazi Vidadi oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 üzrlü səbəb olmadan iştirak etməmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, Cavabdeh1 vəkili Rəhimov Babək Zahid oğlunun, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin vəkili Əzizli Nəvazi Vidadi oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh1 kassasiya şi kayəti qismən təmin olunmalı, qətnamə ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməməsinə görə ləğv olunmalı, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı və qətnamənin digər hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunub-olunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Apelyasiya şikayətinin təmin edilməli olmamasına dair apelyasiya instansiyası məhkəməsinin qətnaməsi işin aşağıda müəyyən edilmiş halları üzrə əsaslandırılmışdır. İş materiallarına əlavə edilmiş kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh, X3, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış 26.02.2015-ci il tarixli, ********* №-li kredit müqaviləsinə əsasən cavak faiz dərəcəsi 18 faiz olmaqla 60 ay müddətinə 47.500 (qırx yeddi min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 26 fevral 2015ci il tarixli ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ünvan 2 ünvanda yerləşən mənzil öhdəliyin təmin edilməsi üçün ipotekaya qoyulmuşdur. İş materiallarında olan 30.10.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 27.02.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 42.781,18 ABŞ dolları əsas, 13.857,23 ABŞ dolları faiz, 1.937,29 ABŞ dolları cərimə borcu ümumilikdə cəmi 58.575,70 ABŞ dolları borcu yaranmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 aprel 2019 -cu il tarixli, 28288 №-li rəyinə əsasən Cavabdeh1 banka 16.12.2016-cı il tarixədək ümumilikdə 11.698,08 ABŞ dolları pul vəsaiti ödəmişdir, həmin məbləğin 4.719,26 ABŞ dolları əsas borca, 6.978,82 ABŞ dolları isə faiz borcuna silindiyi, Cavabdeh1 30.10.2017-ci il tarixə banka olan borcu 42.780,74 ABŞ dolları əsas və 13.992,63 ABŞ dolları faiz borcu olmaqla, cəmi borcun 56.773,37 ABŞ dolları məbləğində olması müəyyən edildiyi göstərilmişdir. İşdə olan İddiaçı ASC-nin cavabdehə ünvanladığı 21.11.2016-cı il tarixli bildirişdən görünür ki, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ünvan 2 ünvanda yerləşən mənzil ipoteka qoyulmuşdur. Cavabdeh bildirişdə göstərilən borcun ödənilməsini kredit müqaviləsinin təminatı kimi ipotekaya qoyulmuş əmlaka yönəldilməsi baradə xəbərdar edilmişdir. Apelyas iya instansiyası məhkəməsi iddia tələbinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 442, 443.1, 445.2.1, 448.1, 449.1, 739.1 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34, 39.1 və 59.3-cü maddəsinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsi bu nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, düzgün hüquqi nəticəyə gəlmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsi istisna olmaqla, digər hissədə qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası m əhkəməsi tərəfindən qeyd olunan digər hissədə düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə həmin hissədə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Lakin bununla belə apelyasiya instansiyası məhkəməsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinin tələbinə əməl etməyərək ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etməmişdir. Buna görə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməməsinə görə ləğv edilməli, qətnamənin digər hissəsi isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessu al Məcəlləsinin 417.1.3 və 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 noyabr 2019-cu il tarixli, 2(104)-3646/2019 saylı qətnaməsi ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməməsinə görə ləğv edilsin, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qətnamənin digər hissəsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3778/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3778/2020
02.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver