Məhkəmə qərarları › İş №2(102)-3778/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3778/2021

22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3778/2021 22.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı mərhum İddiaçı hüquqi varisi X26 oğlunun cavabdehlər Cavabdeh1 Valod oğluna, Şəmkir rayon notariat və Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 11 Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı mərhum İddiaçı hüquqi varisi X26 oğlu və onun vəkili İsayev Emin Ağamməd oğlunun iştirakları ilə, İddiaçı mərhum İddiaçı hüquqi varisi X26 oğlunun cavabdehlər Cavab deh1 Valod oğluna, Şəmkir rayon notariat kontoruna və Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-467/2021 nömrəli, 05 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı mərhum İddiaçı hüquqi varisi X18 və 3-cü şəxslər X4, X11 və Xudiyeva Elnarə Məsim qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30.06.1998-ci il tarixli 52 saylı qərarı ilə Şəmkir rayonu Fizuli kəndi ərazisindən, iddiaçı və ailə üzvülərinə 0.66 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi həmçinin onların adlar ına JN—202 nömrəli “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Mərhum əri X9 2004-cü ildə notariatda təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə torpağı cavabdehə satmış və həmin tarixdən torpaq sahəsi cavabdehin istifadəsindədir. X9 30.07.2008-ci il tarixdə vəfat etmişdir. Mərhumun həyat yoldaşı və uşaqları hazırkı mübahisəni başladaraq onların mülkiyətində olan torpaq sahəsinin satılmasının qanunsuz olmasını iddia edirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı İddiaçı və onun nümayəndəsi (oğlu) X2 Rövşən Valod oğluna, Şəmkir rayon notariat ofisinə və Azərbaycan Respublikası ƏMDK–nin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30.06.1998–ci il tarixli 52 saylı qərarı il ə JN–202 saylı “Torpağa Mülkiyyətə hüququna dair Dövlət Aktı” əsasında ona və ailə üzvülərinə verilmiş, Şəmkir rayonu, Fizuli kəndi ərazisində yerləşən 0.66 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Cavabdeh1 Valod oğlu ilə X9 arasında Şəmkir rayon Dövlət notariat kontorunda (ofisində) 29.05.2004cü il tarixdə bağlanmış və 4Ə-272 nömrəli reyestrdə qeydə alınmış, daşınmaz əmlakın alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.

3. Mülki işə məhkəmədə baxılan zaman iddiaçı mərhum İddiaçı hüquqi varisi X18 tələbin həcminin artırılması barədə əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Şəmkir rayonu, Fizuli kəndi ərazisində yerləşən 0.66 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Cavabdeh1 Valod oğlu ilə X9 arasında Şəmkir ra yon Dövlət notariat kontorunda (ofisində) 29.05.2004-cü il tarixdə bağlanmış və 4Ə-272 nömrəli reyestrdə qeydə alınmış, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə yanaşı, həmin müqavilə əsasında Cavabdeh1 Valod oğlunun adına DƏDRX–in 11 saylı Ərazi İdarəsi tərəfindən 03.01.2019-cu il tarixdə verilmiş, **********44 reyestr, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın da ləğv edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişlər.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu, Fizuli kəndində yaşayan Cavabdeh1 Valod oğlu onlara məxsus həmin 0.66 hektar torpaq sahəsinin 0.45 hektar hissəsini özbaşına zəbt etdiyinə və qanunsuz olaraq istifadə etdiyinə görə o, Şəmkir rayon Məhkəməsinə mü raciət etmişdir. Ondan sonra Cavabdeh1 Valod oğlu həmin torpaq sahəsini guya onlardan satın aldığını bildirmiş və ailə adından yazılmış ərizələri, hətta notariat qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsini və həmin müqavilə əsasında verilmiş, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı məhkəməyə təqdim etmişdir. Ondan sonra o və ailə üzvüləri müqavilədən xəbərsiz olduqlarını bildirmiş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, cavabdehin təqdim etdiyi alqı-satqı müqaviləsi ailə üzvülərinin iradəsini ifadə etmir. Çünki o və ailə üzvüləri həmin alqı-satqı müqaviləsinə imza etməmiş, nə də cavabdehdən mübahisəli torpaq sahəsinə dair pul almamışdır. Hesab etmişdir ki, həmin müqavilə qanunsuz və əsassız olduğuna görə etibarsız sayılmalıdır.

5. Şəmkir Rayon Məhkəməs inin 2(076)-2263/2019 saylı mülki iş üzrə 13 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim N.Paşayev) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 Valod oğlu ilə mərhum X9 arasında 0.66 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi barədə 29.05.2004-cü il tarixdə bağlanmış və 4Ə-272 nömrəli reyestrdə qeydə alınmış alqı–satqı müqaviləsinin mərhum İddiaçı, üçüncü şəxslər X4, X5 və Xudiyeva Elnarə Məsim qızının paylarına münasibətdə qismən ləğv edilməsi, DƏDRX– in 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən 03.01.2019–cu il tarixdə Cavabdeh1 Valod oğlunun adına verilmiş, **********44 reyestr, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın mərhum İddiaçı, üçüncü şəxslər X4, X5 və Xudiyeva Elnarə Məsim qızının payla rına münasibətdə qismən ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə iddia tələbini qismən təmin edərkən Mülki Məcəlləsinin 6.2, 144.1, 149.2, 152.1, 215.6, 218.1, 218.2, 218.3, 324.1, 324.2, 324.4, 329.1, 331.1, 334.1, 337.4, 394, 406.1, 407.1, 407.2, 646.1-ci maddələrinə istinad etmişdir.

7. Cavabdeh1 Valod oğlu apellyasiya şikayəti vermişdir Apelyasiya instansiyası məhkəməsindəki icraat

8. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 fevral 2021-ci il tarixli, 2(104)-467/2021 saylı qətnaməsi ilə (sədrlik edən və məruzəçi Ə.Məmmədov, hakimlər R.Muradov və F.Mehtiyev) Cavabdeh1 Valod oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş; Şəmkir Rayon Məhkəməsinin 2(076)-2263/2019 saylı mülki iş üzrə 13 dekabr 2019-cu il tarixli qə tnaməsi tamamilə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə, irəli sürülən iddia əsassız olduğundan təmin edilməmişdir.

9. Apelyasiya instansiyası məhkəməsi qətnamənin hüquqi əsas kimi Mülki Məcəllənin 354.1, 354.2 -ci maddələrinə istinad etmişdir.

10. İddiaçı mərhum İddiaçı hüquqi varisi X18 və 3-cü şəxslər X12, X11 və Xudiyeva Elnarə Məsim qızı kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri 11. iddiaçı mərhum İddiaçı hüquqi varisi X18 və 3-cü şəxslər X12, X11 və Xudiyeva Elnarə Məsim qızı kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

12. Ka ssasiya şikayəti belə əsaslandırılmışdır: məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir.

13. Həmçinin qeyd edilmişdir ki, bağlanmış alqı-satqı müqaviləsi saxta yolla aparılmış, məhkəmə isə bu halları araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçı mərhum İddiaçı hüquqi varisi X26 oğlu və onun vəkili İsayev Emin Ağamməd oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

16. Digər tərəflər məhkəmə iclasının yeri və vaxtı b arədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

17. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

18. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

19. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

20. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakıl ığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

24. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 106.1 İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

26. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ol unub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, Apelyasiya Məhkəməsi iddianın rədd edilməsi ilə bağlı qərar qəbul etməkdə haqlı olmuşdur.

29. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mərhum İddiaçı cavabdehlərə qarşı hazırki iddianı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik kəsici müddəti ötürməklə qaldırmışdır. Belə ki, iş materiallarından müəyyən ed ilir ki, İddiaçı mübahisələndirilən-2004-cü ildə bağlanmış əqdin bağlanmasına özü notarius tərəfindən təsdiq edilmiş yazılı ərizə ilə razılıq vermişdir. İşin apelyasiya baxışı zamanı məhkəməyə gəlmiş tərəflər (o cümlədən iddiaçının hüquqi varisi və üçüncü şəxs) izahatlarında məhz 2004-cü ildən başlamaqla həmin torpaq sahəsinin Cavabdeh1 Valod oğlunun və onun ailəsinin faktiki sahibliyində və istifadəsində olduğunu, iddiaçı tərəfin isə 2004-cü ildən başlamaqla həmin torpaq sahəsindən istifadə etməyə başladıqlarını bildirmişlər. Göründüyü kimi, mərhum iddiaçı mübahisələndirilən əqdin 2004-cü ildə bağlandığından məlumatlı olmuşdur. Həmçinin, işdə iştirak edən üçüncü şəxslər də mərhum iddiaçının övladları olaraq, 2004-cü ildən mübahisəli torpaq sahəsinin cavabdeh tərəfin sahibliyində və istifa dəsində olduğunu, həmçinin mübahisələndirilən2004-cü ildə bağlanmış əqdin bağlanmasını elə həmin vaxtdan bilmişlər və həmin torpaq sahəsindən də məhz 2004-cü ildən başlamaqla özləri istifadə etməmişlər.

30. İşdə olan, JN–202 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın təsdiq edilmiş surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30.06.1998–ci il tarixli 52 saylı qərarı Şəmkir rayonu Fizuli kəndi ərazisindən 0.66 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həmin kənd sakinləri, X3, X7, X4, X5 və Xudiyeva Elnarə Məsim qızının ümumi birgə mülkiyyətlərinə verilmişdir.

31. Şəmkir rayon 1 saylı notariat kontorunun 4-ə-272 saylı notariat işində olan, 29.05.2004–cü il tarixli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, X1 rayon Aqrar İslahat Komissiyasının Şə mkir rayon Aqrar İslahat Komissiyasının 30.06.1998–ci il tarixli 52 saylı qərarı ilə ona məxus olan Şəmkir rayonu Zəyəm qəsəbəsində yerləşən 0.66 ha torpaq sahəsini Cavabdeh1 Valod oğluna həmin vaxt dövriyyədə olan pul vahidi ilə 528.000 (beş yüz iriyi min) manata satmışdır. Həmin notariat İşində olan notariat işinin kserosurətinə əlavə edilmiş, ünvan 1 ünvanlanmış, Şəmkir rayonu, Fizuli kənd sakinləri X13, X12, X11 və Xudiyeva Elnarə Məsim qızı tərəfindən yazılmış ərizələrdən görünür ki, onlar X6 məxsus olan 0.66 hektar pay torpaq sahəsinin satılmasına yazılı qaydada razılıq vermişlər.

32. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən 03.01.2019-cu il tarixdə verilmiş, MH seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Şəmkir rayonu Zəyəm qəsəbəsində yerləşən, 0.45 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 03.01.2019–cu il tarixdə tam mükiyyət hüququ üzrə Cavabdeh1 Valod oğlunun adına ********** nömrə ilə qeydiyyata alınmışdır.

33. Şəmkir rayon prokurorunun böyük köməkçisi X14 tərəfindən 27.08.2019-cu il tarixdə verilmiş, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

34. Şəmkir rayon prokurorunun böyük köməkçisi tərəfindən təyin edilmiş, məhkəmə xətşünaslıq ekspertizasının 20.08.2019-cu il tarixli 17875 nömrəli ekspet rəyinin nəticə hissəsinin 1.1-ci bəndindən görünür ki, 4ə-272 nömrəli notariat işində İddiaçı adından ola n 29.05.2004-cü il tarixli ərizədə “imza” qrafasında “Əliyeva Firuzə” yazıları önündəki imza- İddiaçı tərəfindən icra olunmuşdur.

35. Həmin rəyin nəticə hissəsinin 1.2-ci bəndindən görünür ki, 4ə-272 nömrəli notariat işində X5 adından olan 29.05.2004–cü il tarixli ərizədə “imza” qrafasında “Xudiyeva Vüsalə” yazıları önündəki imza-X11 tərəfindən icra olunmuşdur.

36. Həmin rəyin nəticə hissəsinin 2-ci bəndindən görünür ki, 4ə-272 nömrəli notariat işində X4 adından olan 29.05.2004-cü il tarixli ərizədə “imza” qrafasında “Xudiyeva Qənirə” yazıları önündəki imza-X12 tərfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur.

37. Həmin rəyin nəticə hissəsinin 3-cü bəndindən görünür ki, ekspertizaya təqdim edilmiş, 4ə-272 nömrəli notariat işinin 5-ci vərəqində olan X4 adından olan 29.05.2004-cü il tarixli ərizədə “imza” qarafasında “Xudiyeva Qənirə” yazıları önündəki imzada qrafik materialın azlığı, cizgilərin sadəliyi, imzanın oxşadılmaqla icra olunması səbəbindən həmin imzanın Cavabdeh1 Valod oğlu tərəfindən, X15 tərəfindən və yaxud başqa şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır.

38. Rəyin nəticə hissəsinin 3.2-ci bəndindən görünür ki, ekspertizaya təqdim edilmiş, 4ə-272 nömrəli notariat işinin 7-ci vərəqində olan Xudiyeva Elnarə Məsim qızının adından olan 29.05.2004–cü il tarixli ərizədə “imza” qarafasında “Xudiyeva Elnarə” yazıları önündəki imzada qrafik materialın azlığı, cizgilərin sadəliyi, həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin mövcud olması, təqdim olunmuş sərbəst və eksperimental imza nümunələrinin öz aralarında bir-birindən fə rqlənməsi səbəblərindən həmin imzanın Xudiyeva Elnarə Məsim qızı, Cavabdeh1 Valod oğlu, X16 və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır.

39. Məhkəmə Kоllеgiyası qeyd edir ki, 2004-cü ildən torpağın alqı-satqısı həyata keçirilmiş və torpaq sahəsi cavabdehin istifadəsində olmuşdur. Həmin vaxtdan 16 ildən çox vaxt keçmişdir. Həmin müddətdən sonra alqı-satqı barədə məlumatsız olması ağlabatan deyil. 16 ildən sonra müqşavilənin etibarsız hesab olunması mülki dövriyyənin sabitliini pozmuş olar.

40. İşin faktiki halarının düzgün araşdırılmaması ilə bağlı qeyd olunur ki, kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxl ayır. İşin faktiki halları ilə bağlı sübutlar və araşdırmalar işə mahiyyəti üzrə baxılarkən həll edilən məsələlərdir.

41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya Məhkəməsi mübahisəyə qiymət verərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyi üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı mərhum İddiaçı hüquqi varisi X18 və 3-cü şəxslər X12, X11 və Xudiyeva Elnarə Məsim qızının kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-467/2021 nömrəli, 05 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanıl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar