Məhkəmə qərarları › İş №2(102)-3778/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3778/2024

05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3778/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan "xxxx" KB Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh2 və digərlərinə qarşı mülki iş QƏRARİ Açar sözlər:kredit müqaviləsi üzrə borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkkül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-479/2024 nömrəli iş üzrə 4 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 5 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydas ında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" KB QSC ilə Cavabdeh2 arasında 16 iyun 2015-ci il tarixdə 1xx/xx/111814/15 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə illik 27 faizlə 36 ay müddətinə 10000 manat kredit verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Ləğv prosesində olan "xxxx" KB QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada Bankın xeyrinə xx.xx.2015-ci il tarixli, 1xx/xx/111814/15 saylı kredit müqaviləsi üzrə 6804,42 manat məbləğində əsas borc, 4991,9 manat məbləğində faiz borcu, 3319,07 manat məbləğində cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5 faiz hes ablanmaqla 948,1 manat faiz borcu olmaqla, ümumilikdə 16063,49 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank ilə Cavabdeh2 arasında 16 iyun 2015-ci il tarixli, 1xx/xx/111814/15 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən illik 27% ödənilməsi şərti ilə 36 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 ilə iddiaçı Bank arasında 16 iyun 2015-ci il tarixli, 1xx/xx/111814/15 saylı zaminlik müqaviləsi bağlanmışdır. Borclu öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka iddia tələbində göstərilən mi qdarda borcu yaranmışdır.

4. Birinci instansiya məhkəməsi tərəfindən borc məbləğinin müəyyənləşdirilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2021-ci il tarixli rəyinə əsasən, kredit müqaviləsinin müddətinin bitdiyi tarixə, yəni xx.xx.2018-ci il tarixə qədər əsas borc üzrə 6804,42 manat, faiz borcu üzrə 4991,90 manat, cərimə borcu üzrə 3319,07 manat və illik 5 faiz hesablanmaqla əldən çıxmış fayda üzrə 948,10 manat təşkil edir.

5. Abşeron Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, e-2(012)-202/2022 nömrəli qətnaməsi (hakim M.Abbasova) ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 6804,42 manat kredit borcu, 4991,90 manat faiz borcu, 50 manat cərimə borcu, gecikdirilmiş günlər üçün 5% olmaqla 948,10 manat faiz borcu olmaqla, cəmi 12794,42 manat pulun və 30 manat dövlət rüsumunun əvəzinin Bankın xeyrinə tutulması və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.

6. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi qətnaməni tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması, iddiaçının üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsi, yəni müqavilələrdə nəzərdə tutulan pul vəsaitini cavabdehə verməsi, lakin cavabdehin kredit və hesablanmış faizləri hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməməsi, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməməsi ilə əsaslandırmışdır.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcə llənin 385.1, 442, 443.1, 448.1, 462.1, 463.1, 465.2, 467, 472.1, 472.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

8. Cavabdeh2 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə çox ciddi prossesual qanun pozuntuları ilə çıxarıldığı üçün ləğv edilməlidir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı qarşısında olan öhdəlik üzrə borc cavabdeh tərəfindən faktiki olaraq ödənilmişdir. Belə ki, bank tərəfindən verilmiş “hesabdan çıxarış” adlı sənəddən müəyyən olunur ki, cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək cəmi 22538,64 manat ödəniş edilmişdir. İddiaçı tərəfindən məhkəməyə borcu təsdiq edən yalnız maliyyə arayışı təqdim edilmişdir və cavabdeh tərəfindən borcun ödənilməsini təsdiq edən sübutlar təqdim edilmədiyini (edildiyini) məhkəmə nəzərə almamışdır. Məhz bu səbəbdən məhkəmədə borcun vaxtında qaytarılmadığı haqda yanlış fikir yaranmışdır. Məhkəmə cavabdeh tərəfindən aparılan ödənişləri nəzərə almamışdır, borcun yaranma səbəblərini araşdırmamışdır.

10. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-927/2023 nömrəli, 31 may 2023-cü il tarixli qətnaməsi (hakimlər –Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Lətifə Məmmədova) ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Abşeron Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, e-2(012)-202/2022 saylı qətnaməsi mübahisələndiri lən hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat

11. Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, iddiaçı qarşısında olan öhdəlik üzrə borc cavabdeh tərəfindən faktiki olaraq ödənilmişdir. Belə ki, Bank tərəfindən verilmiş “hesabdan çıxarış” adlı sənəddən müəyyən olunur ki, cavabdeh tərəfindən xx.xx.2015 il tarixindən xx.xx.2016-cı il tarixinədək cəmi 22 538,64 manat ödəniş edilmişdir və borcu yoxdur. Prosessual pozuntulara gəldikdə isə, işə cavabdeh və onun vəkili məhkəmə iclasına vaxtında baxıldığı zaman gəlmişlər. Lakin məhkəmə cavabdeh tərəfi məhkəmə iclas zalına dəvət etməmişdir. Yalnız iclas vaxtı keçdikdən sonra sədrlik edən hakim bildirmişdir ki, artıq iclas bitmişdir, cavabdehin kimin şikayəti ilə və hansı məhkəmədə olduğu hakimə məlum olsa da (cavabdehi məhkəmə iclas zalının qarşısında görmüşdür), səhvən onu dəvət etmədən iclas keçirərək qətnaməni elan etmişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3682/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qərarı (hakimlər Mehparə Əhmədova (məruzəçi), Elşanə Vəliyeva və Elşad Şamayev) ilə kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 may 2023-cü il tarixli, 2(105)- 927/2023 saylı qətnaməsi ləğv edilmiş, mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

14. İşə yenidən apellyasiya qaydasında baxılarkən məhkəmənin 29 fevral 2024-cü il tarixli qərardadı ilə tərəflər arasında bağlanmış 16 iyun 2015-ci il tarixli, 1xx/xx/111814/15 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 təqdim etdiyi hesabdan çıxarışa əsasən xx.xx.2015-xx.xx.2019-cu il tarixləri arasında aparılan ödənişlərin əsas borca, faiz borcuna və cərimə borcuna hansı məbləğdə silinməsinin müəyyən edilməsi və iddiaçının nümayəndəsi tərəfindən məhkəmə kollegiyasına təqdim olunan çıxarış cədvəlləri üzrə Cavabdeh2 tərəfindən xx.xx.2015-ci ildən xx.xx.2016-cı il tarixədək Cavabdeh2 kartdan istifadə üzrə götürdüyü kredit məbləğinin 15.326,78 manat olması, götürülmüş həmin kredit üzrə xx.xx.2015- ci ildən xx.xx.2016-cı il tarixədək ümumilikdə 11.214 manat borc məbləğinin ödənilməsi, ödənilən 11.214 manat borcun 2704,80 manat hissəsinin xx.xx.2015-ci ildən xx.xx.2016-cı tarixədək faiz borcuna aid olmasının tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə hazırki mübahisənin faktiki hallarına tam uyğunluğunun müəyyən edilməsi məqsədilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin 16 may 2024-cü il tarixli, 3-16-16/2-9/2374/2024 nömrəli ekspert rəyinə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 16 iyun 2015-ci il tarixli, 1xx/xx/111814/15 sayll kredit xətti müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 iddiaçı Banka sualda qeyd edilə n tarixə, yəni xx.xx.2019-cu il tarixə olan borcu ( əsas borc üzrə 6772,77 manat və faiz borcu üzrə 5328,48 manat olmaqla) 12.101,25 manat məbləğində müəyyən edilmişdir.

16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 4 iyul 2024-cü il tarixli, 2(105)-479/2024 nömrəli qətnaməsi ilə (hakimlər İ.Dəmirov sədrlik edən, məruzəçi, L.Rəhimli və F.Məmmədov) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Abşeron Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, e-2(012)202/2022 nömrəli qətnaməsi Cavabdeh1 aid hissədə ləğv edilmiş, iddia tələbi ona aid hissədə təmin edilməmiş, iş üzrə Abşeron Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, e-2(012)-202/2022 nömrəli qətnaməsi Cavabdeh2 aid hissədə, yəni 6804,42 manat kredit borcunun tutulması hissəsində dəyi şdirilmiş, Cavabdeh2 6772,77 manat məbləğində kredit borcu iddiaçının xeyrinə tutulmuş və qətnamə Cavabdeh2 aid digər hissədə dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə keçirilmiş iclasında Cavabdeh2 bildirmişdir ki, hissə-hissə kart vasitəsilə ümumilikdə 14200 manat məbləğində borc pul götürmüş, götürülmüş həmin pulun müqabilində isə ümumilikdə 15488 manat ödəniş etmişdir.

18. Lakin cavabdehin həmin dəlili iş materiallarına əsasən təsdiq edilmir. Belə ki, iş materiallarına əsasən, 16 may 2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilir ki, iddiaçı tərəfindən ümumilikdə 11268,74 manat borc ödənilmiş, ödənilən həmin borcun 8487,61 manat hissəsi əsas borca, 2781,13 manat hissəsi isə faiz borcuna hesablanmışdır.Bundan əlavə, cavabdeh apellyasiya şikayətində, eləcə də kassasiya şikayətində onun tərəfindən cəmi 22538,64 manat ödəniş edildiyini qeyd etsə də, iş materiallarına, eləcə də cavabdehin özünün yuxarıda qeyd olunan izahatına əsasən bu təkzib olunur.

19. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, ekspert rəyinə əsasən onun 6772,77 manat məbləğində əsas borcu yaranmışdır. Faiz borcunun hesablanmasına münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi ilə faiz borcu üzrə Cavabdeh2 borcu 5.328,48 manat müəyyən edilsə də, iddiaçı iddia tələbində 4991,90 manat faiz borcu tələb etmişdir. Buna görə də məhkəmə kollegiyası iddiaçının iddia tələbinin həcmini nəzərə alaraq qeyd edir ki, faiz borcu iddia tələbi həcmində tutulmaqla cavabdehin faiz borcu üzrə iddiaçıya olan borcu 4991,90 manat müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırki işin halları ilə bağlı isə müstəsna hallar müəyyən edilməmişdir.

20. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə hesablanmış 3319,07 manat cərimə azaldılaraq 50 manat müəyyən edilməlidir.

21. Məhkəmə kolllegiyası birinci instansiya məhkəməsinin mö vqeyi ilə razılaşaraq qeyd etmişdir ki, qətnamə qeyd edilən hissələrdə Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

22. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1xx/xx/111814/15 saylı kredit müqaviləsi 36 ay müddətinə bağlandığından müqavilə üzrə öhdəliklərin icrası cavabdeh zamin Cavabdeh1 dair hissədə xx.xx.2018-ci il tarixdə bitmişdir. Buna görə yuxarıda qeyd edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbləri baxımından onunla xx.xx.2015-ci il tarixli müqavilədən başqa müqavilə bağlanmadığından zaminliyə xitam verilmişdir. Zamin Cavabdeh1 münasibətdə müddətin ötürülməsini iddiaçının nümayəndəsi də məhkəmə kollegiyasının iclasında etiraf etmiş və iddia tələbinin ona münasibətdə təmin olunmamasına etiraz etmədiyini bildir mişdir.

23. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 390.1, 425.1, 442, 443.1, 443.5, 470.1, 477.0.4, 739.1, 739.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh2 kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə nəzərə almamışdır ki, iddiaçı qarşısında olan öhdəlik üzrə borc cavabdeh tərəfindən faktiki olaraq ödənilmişdir. Belə ki, bank tərəfin dən verilmiş “hesabdan çıxarış” adlı sənəddən müəyyən olunur ki, cavabdeh tərəfindən xx.xx.2015-ci ildən xx.xx.2016-cı il tarixinədək cəmi 22.538,64 manat ödəniş edilmişdir və borcu yoxdur. Tərəfindən məhkəməyə ərizə yazılmış və ekspertiza keçirilən zaman Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarının 44-cü bəndində qeyd olunanları, yəni cavabdeh tərəfindən təqdim olunan çıxarışda borcun tam bağlandığı göstərilməsinə xüsusi diqqət yetirilməsi xahiş olunmuşdur. Lakin, 29 fevral 2024-cü il tarixli ekspert rəyində yenidən cavabdehin borcunun mövcüd olduğu göstərilmiş və həmin borcun cavabdeh tərəfindən təqdim olunan çıxarışa nə dərəcədə uyğun gəlməsinə dair heç bir söz deyilməmişdir. Yəni Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarının 44-cü bəndində qeyd olunan məsələ araşdırılmamış və həmin məsələyə aydınlıq gətirilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

29. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

30. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

31. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

32. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya l azımınca icra edilməməsi başa düşülür.

33. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

34. Maddə 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

35. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

36. Maddə 477.0.4. Zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zam inə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

37. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

38. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

41. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

42. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 88 Məhkə mə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəm əsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Cavabdeh2 kasassiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamə kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

48. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

49. Cavabdeh2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

50. Belə ki, apellyasiya in stansiyası məhkəməsi, Cavabdeh2 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdıraraq qeyd etmişdir ki, xx.xx.2024cü il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh XX1 hissə-hissə kart vasitəsilə ümumilikdə 14.200 manat pul götürdüyünü və Banka 15.488 manat ödəniş etdiyini göstərsə də, bu hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Çünki, 16 may 2024-cü il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, borclu Cavabdeh2 tərəfindən Banka cəmi 11.268,74 manat ödəniş edilmiş və həmin məbləğdən də 8.487,61 manat əsas borca, 2.781,13 manat faiz borcuna silinmişdir.

51. Həmçinin apellyasiya instansiyası məhkəməsi, ekspert rəylərini işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə tədqiq edərək, müəyyən etmişdir ki, borclu Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və ekspert rəyinə əsasən onun Banka 6.772,77 manat ödənilməmiş əsas borcu vardır.

52. İddia olunan faiz borcunun hesablanmasına münasibətdə isə apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, ekspert rəyi ilə Cavabdeh2 faiz borcu 5.328,48 manat müəyyən edilsə də, iddiaçı tələbində 4991,90 manat faiz borcu tələb etdiyindən, iddia 4991,90 manat faiz borcu tələbinə aid hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən, məhkəmə işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırki işin halları ilə bağlı isə müstəsna hallar müəyyən edilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi borclu Cava bdeh2 aid hissədə, yəni 6804,42 manat əsas borcun tutulması hissəsində dəyişdirilməli, borclu Cavabdeh2 Bankın xeyrinə tutulacaq əsas borcun məbləği 6772,77 manat məbləğində müəyyən edilməlidir.

53. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi Cavabdeh2 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəllilərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlillərin təkrar araşdıralmasına lüzum yoxdur. Apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məh kəməsinin qətnaməsi mübahisədləndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

54. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 4 iyul 2024-cü il tarixli, 2(105)-479/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar