Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3779/2022 20.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" (Cavabdeh1) Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ İş № 2(102)-3779/22 ( Açar sözlər: kassasiya şikayətinin baxışdan çıxarılması ) Bakı şəhəri, 20 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri, Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" (Cavabdeh1) Açıq Səhmdar Cəmiyyətinə qarşı “kompensasiya” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5441/2021 nömrəli, 4 may 2022-ci il tarixl i qərardadından cavabdeh "xxxx" (Cavabdeh1) ASC tərəfindən verilmiş kassasiya şikayətinə 20 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Ağdaş Rayon Məhkəməsinin 2(014)-1008/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" (Cavabdeh1) Açıq Səhmdar Cəmiyyətinə qarşı qanunsuz quraşdırılmış elektrik xəttinin məcburi sökülməsi barədə iddia tələbi təmin edilərək, 220-330 kv-luq Mingəçevir-Bakı-Abşeron elektrik xəttinin İddiaçı mülkiyyətində olan 1.22 hektar həyətyanı torpaq sahəsinin 15.0 metrliyindən keçən naqil hissəsinin sökülməsi qət edilmişdir.
2. Şəki Apelyasiya Məhkəməsinin 2(107)-33/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarix li, 2(014)-294/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolegiyasının 2(102)-5684/17 saylı, xx.xx.2017-ci il tarixli qərarı Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Ağdaş Rayon Məhkəməsinin 8(014)-129/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon İcra və Probasiya şöbəsi və İddiaçı Ağdaş Rayon Məhkəməsinin 2(014)-294/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsində müəyyən edilmiş icra qaydası və üsulunun dəyişdirilərək kompensasiya ilə əvəz edilməsi barədə ərizə təmin edilmiş, 220-330 kv-luq Mingəçevir-Bakı-Abşeron elektrik xəttinin İddiaçı mülkiyyətində olan 1.22 hektar həyətyanı torpaq sahəsinin 15.0 metrliyindən keçən naqil hissəsinin sökü lməsi hərəkətləri borclu "xxxx" ASC (AZENCO) tərəfindən tələbkar İddiaçı xeyrinə 41175 manat məbləğində kompensasiya ödənilməsi ilə əvəz edilmiş, yuxarıda qeyd edilən 41175 manat pul borclu "xxxx" ASC (AZENCO)-dan tutularaq tələbkar İddiaçı xeyrinə ödənilməsi qərara alınmışdır.
5. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(107)-89/2019 saylı qərardadı ilə Cavabdeh1 ASC tərəfindən verilmiş şikayət təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin 8(014)-129/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı tam ləğv edilmiş, bu qərardadla bağlı 8(014)-129/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı qismən -“şikayət təmin edilməməsi” hissəsində ləğv edilmiş, Ağdaş Rayon Məhkəməsinin 2(014)-294/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsində müəyyən edilmiş icra qaydası və üsulunun dəyişdi rilərək kompensasiya ilə əvəz edilməsi barədə ərizə təmin edilməməsi qərara alınmışdır.
6. Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli “icra sənədinin icrasının mümkün olmaması” barədə qərarı ilə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(014)- 294/2015 saylı icra sənədi İcra haqqında Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə əsasən icrası mümkün olmadığından geri qaytarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" (Cavabdeh1) ASC-dən onun xeyrinə 41.175 manat məbləğində kompensasiyanın və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Sonradan İddiaçı iddia tələbinin dəyişdiri lməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ekspert rəyində evin hazırki bazar dəyərinin 45.000 manat müəyyən olunduğundan, özünə və ailəsinə dəymiş ziyana görə 45000 manat kompensasiyanın cavabdeh "xxxx" ASC (AZENCO)-dan alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən Xətai rayon İcra və Probasiya şöbəsi tərəfindən Nazirlər Kabinetinin qərarını kobud şəkildə pozaraq, quraşdırılmış yüksək gərginlikli elektrik xəttinin sökülməsi ilə bağlı icra vəziyyətində çətinlik yaranmışdır. Belə ki, həmin elektrik xətlərin sökülməsi üçün bir neçə rayona gedən elektrikin dayandırılması nəzərdə tutulduğundan, bununla əlaqədar Xətai rayon İcra və Probasiya Şöbəsi məhkəməyə icra üsulunun dəyişdirilməsi ilə əlaqədar təqdimatla müraciət etmiş, məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadına əsasən qətnamənin icra üsulu dəyişdirilərək cavabdehdən onun xeyrinə 41.175 manat məbləğində kompensasiya alınıb verilməsi qərara alınmışdır, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 13102 saylı rəyindən də, Ağdaş rayon Şıxlı kəndində yerləşən 1,2206 ha həyətyani torpaq sahəsində tikilmiş 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin tikilməsi üçün aparılmış təmir-tikinti işlərinin ümumi dəyəri hazırki bazar qiymətinə uyğun olaraq təqribən 41.175 manat məbləğində müəyyən olunduğu görünür, cavabdeh öz hərəkətləri ilə ona 41.175 manat məbləğində maddi ziyan vurmuşdur, belə ki, o, öz xüsusi mülkiy yətindən, ailəsi ilə birlikdə təhlükəsiz yaşayışından istifadə edə bilmir. O, İİ qrup əlildir, yaranmış mübahisədən sonra cavabdeh tərəf onu işdən azad etmişdir, ekspert evi obyektiv qiymətləndirib və o həmin məbləğdə kompensasiyanı cavabdehin hesabına evi sökülənədək almaq istəyir, kompensasiyanın ödənilməsi cavabdeh üçün yaranmış mübahisədən çıxmaq üçün yeganə çıxış yoludur, əks halda cavabdeh yüksək gərginlikli elektrik hava xəttinin mühafizə zonasından götürülməsinə məcburdur. O, həmçinin bildirmişdir ki, iddia tələbinin təmin ediləcəyi təqdirdə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinin icrasından imtina olunmasına razıdır.
10. Birinci instansiya məhkəməsi baxışı zamanı iddiaçı iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ekspert rəyin də evin hazırki bazar dəyərinin 45.000 manat müəyyən olunduğundan, özünə və ailəsinə dəymiş ziyana görə 45.000 manat kompensasiyanın cavabdeh "xxxx" ASC (AZENCO)-dan alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin (hakim Ş.Əliyev) 2(011)-516/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh "xxxx" ASC (AZENCO)-dən iddiaçının xeyrinə vurulmuş maddi zərərə görə 45000 manat pul kompensasiyasının tutulması qət edilmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, elektrik xəttinin mühafizə zonası qaydalarına əməl edilmədən inşa edilmiş yüksək gərginlikli elektrik xəttinin iddiaçıya məxsus əmlakdan 15 metr məsafədə yerləşən naqil hissəsinin sökülməsi barədə qətnamənin icra edilməsi mümkün olmadığından, həmin qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi məhkəmə tərəfindən təmin olunmadığından, iddiaçı ona məxsus əmlaka dəymiş ziyanın əvəzi qismində cavabdehdən kompensasiyanın alınaraq ona ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmuşdur. Məhkəmə həmçinin “kompensasiya məbləğinin müəyyən edilməsinə münasibətdə hesab etmişdir ki, iddiaçıya dəymiş ziyanın (kompensasiya) məbləği ona məxsus daşınmaz əmlakın hazırki bazar qiymətinə uyğun olaraq 45000 manat həddində müəyyən edilməlidir.
13. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 762, 768, 1096, 1099 və 1115-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 77, 82 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellya siya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh qətnamədənapellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər-Ş.Ə.Məhərrəmova (sədrlik edən və məruzəçi), V.Ə.İbayev və R.M.Həsənov) 15 iyul 2021-ci il tarixli, 2(103)- 5441/2021 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, həmçinin bildirmişdir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, cavabdeh apellyasiya şikayətində yeganə dəlil kim i onun əsl cavabdeh olmamasını qeyd etsə də, cavabdehin izahatı və iş materialları ilə müəyyən edilir ki, Cavabdeh1 ASC Cavabdeh2 ASC-nin tabeliyində olan "xxxx" MMC-nin çevrilməsi nəticəsində yaradılmış və onun hüquqi varisidir, həmçinin cavabdeh podratçı olaraq sifarişçi tərəfindən müəyyən olunmuş layihə əsasında elektrik xəttinin tikintisini yerinə yetirmişdir ki, elektrik xəttinin mühafizə zonası qaydalarına əməl edilməməsi məhz hazırki iş üzrə cavabdehin təqsirli hərəkətləri nəticəsində baş vermişdir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 762, 768, 1096, 1099 və 1115-ci maddələri ilə əsaslandırmışdır.
18. Cavabdeh1 ASC (vəkil X1) qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul ed ilməsini xahiş etmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5441/2021 saylı, 23 noyabr 2021-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5441/2021 saylı, 15 iyul 2021-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır.
20. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5441/2021 saylı, 13 aprel 2022-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5441/2021 saylı, 15 iyul 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə cavabdeh "xxxx" (Cavabdeh1) Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş ərizə təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır.
21. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5441/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5441/2021 saylı, 13 aprel 2022-ci il tarixli qərardadından cavabdeh "xxxx" (Cavabdeh1) Açıq Səhmdar Cəmiyyətinin vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
22. Qərardad onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti elektron kabinet vasitəsi ilə verilsə də kassasiya şikayəti yalnız Vəkil tərəfindən imzalanmış, onun cavabdehin nümayəndəsi qismində imza səlahiyyətlərini təsdiq edən etibarnaməsi kassasiya şikayətinə əlavə edilməmişdir Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh1 ASC (Vəkil) qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və Bakı Apellyasiya Məhkəməsinin xx. xx.2021-ci il tarixli, 2(103)-5441/2021 saylı qətnaməsindən kassasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, şikayətdə həm vəkilin, həm də cavabdehin nümayəəndəsinin adı qeyd edilmiş, vəkil orderi və nümayəndənin etibarnaməsi e-məhkəmə sisteminə yüklənmiş, lakin kassasiya şikayəti vəkilin asan imzası vasitəsilə göndərilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır.
27. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəl lənin402-ci və 407.1-ci maddələrinintələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, şikayət geri qaytarılır.
28. Maddə 417.1.7 Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması müəyyən edərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə Cavabdeh1 ASC tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilərək məhkəmə baxışına təyin edilmişdir.
30. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdehin kassasiya şikayəti MPMnin tələblərinə zidd olaraq icraata qəbul edilmişdir. 31.Belə ki, elektron qaydada verilmiş kassasiya şikayəti yalnız Vəkil tərəfindən imzalanmış, cavabdehin etibarnamə üzrə nümayəndəsi Fuad Rəhimovun etibarnaməsi elektron məhkəmə sisteminə əlavə edilsə də, kassasiya şikayətinin nümayəndə tərəfindən imzalanmış nüsxəsi elektron məhkəmə sisteminə əlavə edilməmişdir.
32. Halbuki qanunvericiliyin tələbinə əsasən kassasiya şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır.
33. Kassasiya şikayəti qanunla müəyyən edilmiş qaydada imzalanmadığından kassasya mümkünlüyü üçün prossesual əsaslar yoxdur.
34. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edi r ki, Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-3779/2022 nömrəli işin icraata qəbul edilməsinə dair qərardadı ləğv edilərək kassasiya şikayəti məhkəmə baxışından çıxarılmalı, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 404-1, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 ASC-nin Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)5441/2021 nömrəli iş üzrə 04 may 2022-ci il tarixli qərardadından verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-3779/2022 nömrəli qərardadı ləğv edilsin. Kassasiya şikayəti məhkə mə baxışından çıxarılsın. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.