Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-378/2020 28.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X1 və cavabdehin vəkili X2 iştirakıilə, İddiaçı Cavabdeh qarşıpul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il qətnaməsi ilə (hakim N.Misirzadə) iddianın qismən təmin edilməsi, ödəniş gününə qüvvədə olan məzənnə ilə 118650 ABŞ dolları məbləğində əsas borcun, gecikdirilmiş vaxt üçün hesablanmış illik beş faiz olmaqla 17797,5 ABŞ dolları məbləğində faizin, cəmi 136447,5 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatının və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən A.İmanov, hakimlər İ.Xəlilov və V.Sadıqov) cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il qətnaməsinin Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılm ası qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Mə hkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli qəbzdən görünür ki, İddiaçı Cavabdeh xx.xx.2014-cü il tarixdə 90000 ABŞ dolları məbləğində borc pul vermişdir. Həmçinin iş materiallarında olan xx.xx.2014-cü il tarixli qəbzdən görünür ki, İddiaçı Cavabdeh xx.xx.2014-cü il tarixdə 35000 ABŞ dolları məbləğində borc pul vermişdir. Bundan başqa iş materiallarında olan xx.xx.2017-ci il tarixli məktubun surətindən görünür ki, iddiaçı borcun qaytarılması barədə cavabdehə xəbərdarlıq məktubu göndərmişdir. İş materiallarında olan Azərbaycan Res publikası Məhkmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli, ekspert rəyindən görünür ki, mülki işin 93-cü vərəqəsinə olan, üzərində “Mən Cavabdeh...” sözləri ilə başlayıb, “...İmza CavabdehM” sözləri ilə bitən xx xxxxxx 2014-cü il tarixli borc qəbzindəki yazılar və “...Hüseynov. S.M” yazıları qarşısındakı imza və 94-cü vərəqəsində olan, üzərində “Mən, Cavabdeh...” sözləri ilə başlayıb, “...Hüseynov. S.M.” sözləri ilə bitən xx.xx.2014-cü il tarixli borc qəbzindəki yazılar və “Cavabdeh” yazısından əvvəl yerləşən imza-Cavabdeh tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflə rin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci və 217.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası qeyd olunan hüquq normalarına əsaslanaraq qeyd edir ki, məhkəmələr yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında araşdırma aparır. Bu sübutların təqdim edilməsi iş üzrə tərəflərin birbaşa vəzifəsidir. Cavabdeh iddiaçıdan 90000 ABŞ dolları məbləğində borcun alınmasına dair xx.xx.2014-cü il tarixli, o cümlədən 35000 ABŞ dolları məbləğində borcun alınmasına dair xx.xx.2014-cü il tarixli əlyazma qəbzlərdə olan imzaların ona məxsus olmasını cavabdeh öz etirafı və iş üzrə təyin edilmiş ekspert rəyi ilə təsdiq edildiyindən, iddiaçı tələbinin cavabdehə qeyd edilən məbləğləri verməsini sübut etmək yükündən azad olmuş, həmin məbləğin əslində ona deyil, başqasına verilməsini sübuta yetirmək vəzifəsi isə Cavabdeh keçmişdir. Lakin cavabdeh bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi Cavabdeh iddiaçı ilə aralarında olan razılaşmaya əsasən iddiaçıdan borc məbləğini almış və qeyd edilən məbləğdə pul vəsaitini iddiaçıya ödəməyi öhdəsinə götürmüş, aldığı borcu tam şəkildə qaytarmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 329.2-ci madəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 425.1-ci maddısinə əsaəsn öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 439.1-ci maddəsinin tələbinə görə, pul öhdəliyi manatla ifadə edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası iddianın “borca görə hesablanmış 18000 ABŞ dolları məbləğində faizin cavabdehdən tutulması”na dair hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hi ssədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1 -ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Həmin Məcəllən in 439.3-cü maddəsinə əsasə, qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda miiəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdiribmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Sadalanan xüsusatlara və qanunvericilik aktına əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin üzərinə düşən pul öhdəliyini 3 il müddətində icra etməməsi nəticəsində ban k faizinin uçot dərəcəsi əsas götürülməklə hesablanmış faizlər 17797,5 ABŞ dolları məbləğində təşkil edir. Belə ki, 118650 ABŞ dolları məbləğində əsas borcun bir illik faiz məbləği 5932,5 ABŞ dolları (118650/100x5=5932,5) məbləğində, 5932,5 ABŞ dolları məbləğin 3 il üçün faiz məbləği isə 17797,5 ABŞ dolları (5932,5/12x36=17797,5) məbləğində təşkil edir. Buna görə də, iddia qismən təmin edilərək, iddiaçının pul vəsaitini qanunsuz saxlamaqla, həmin pul vəsaitini qaytarmaqdan boyun qaçırmaqla ondan faydalanmağa görə bank faizinin uçot dərəcəsi əsas götürülməklə faizlər, yəni 17797,5 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehdən tutulmalıdır. İş materiallarından görünür ki, cavabadehin nümayəndəsi apellyasiya şikayətinə iddia müddətinin tətbiqi edilməsinə dair ərizə əlavə etməklə iddianın r ədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini əsassız hesab edərək qeyd edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, cavabdeh məhkəmədə gedən icraat barədə məlumatlı olmuş, hətta xx.xx.2018-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq iddiaçı tərəfindən iddia edilən hər tələbin yalan və qurma olduğunu, iddiaçının şəxsən ona borc olaraq heç bir məbləğdə pul verilmədiyini, bütün pul məsələləri İddiaçı və Abdulla Cəlilov arasında olmuş məsələ olduğunu bildirmişdir. Göstərilən hal təsdiq edir ki, ərizəçi iddia müddətinin tətbiqi barədə ərizəni birinci instansiya məhkəməsində verə biləcəyi halda, bunu etməmişdir. Bu isə apellyasiya icraatı zamanı iddia müddətinin tətbiqi barədə ərizənin verilməsini istisna edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan R espublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehkassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-378/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-378/2020
28.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver