Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3780/2020 11.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı MMC-nin nümayəndəsi X2 və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-ci il tarixli, 2(104)4253/2019 saylı qətnaməsindən Cavabdeh1 kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(044)-2110/2019 saylı qətnaməsi ilə (sədrlik edən, h akim E.T.Axundov) İddiaçı MMC Cavabdeh1 qarşı “əsas borca görə 25.163,54 manat, borcu vaxtında ödəməyərək gecikdirdiyi üçün illik 5 faiz olmaqla cəmi 272,61 manat, əldən çıxmış faydaya görə 2.500 manat, cəmi 27.936,15 manat pulun tutulması barədə” iddiası qismən təmin edilərək, cavabdehdən əsas borca görə 25.163,54 manat, borcu vaxtında ödəmədiyi üçün illik 5 faiz olmaqla 272,61 manat, dövlət rüsumuna görə 30 manat pulun tutulub iddiaçı təşkilata ödənilməsi və qalan hissədə iddianın rədd olnuması qət edilib. Cavabdeh qətnamədən apelyasiya şikayəti verib. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(104)4253/2019 saylı qətnaməsi ilə (hakimlər Ə.İ.Məmmədov sədrlik edən, məruzəçi, E.İ.Xasməmmədov və Ş.M.Əliyeva) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə G əncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, “əsas borca görə 25.163,54 manat, borcu vaxtında ödəməyərək gecikdirdiyi üçün illik 5 faiz olmaqla cəmi 272,61 manat, əldən çıxmış faydaya görə 2.500 manat, cəmi 27.936,15 manat pulun tutulması barədə” qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübut lara düzgün hüquqi verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Ələmdar Baxşəliyev və vəkili Teymur Baloğlanov kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanlımasını xahiş etdilər. Cavabdeh1 və vəkili Xəqani Əkbərov məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinc i instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən, gəldiyi nəticəni onunla əsaslandırıb ki, xx xxxxxx 2018-ci il tarixdən başlayaraq cavabdeh müxtəlif vaxtlarda iddiaçı təşkilatdan ümumi dəyəri 25.163,54 manat olan qənnadı və şirniyyat məmulatlarının dəyərini ödəmədən nisyə satın alıb. Qənnadı və şirniyyat məmulatlarını təhvil almış cavabdeh onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödmək vəzifəsini icra etməyib. Bu səbəbdən də iddiaçı təşkilat verilmiş qənnadı və şirniyyat məmulatlarının ödənilməsini və ya ödənilməmiş qənnadı və şirniyyat məmulatlarının qaytarılmasını tələb etməkdə haqlıdır. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 567, 600.1, 600.2, 600.3-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsa slandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, iddiaçı təşkilat iddia edir ki, xx xxxxxx 2018-ci il tarixdən başlayaraq cavabdeh, müxtəlif vaxtlarda təşkilatdan ümumi dəyəri 25.163,54 manat olan qənnadı və şirniyyat məmulatlarının dəyərini ödəmədən nisyə satın alıb, lakin öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməyib. Nəticədə cavavbdehin iddiaçı təşkilata ödənilməmiş 25.163,54 manat borcu yaranıb. İddiaçı təşkilat tələbinin əsası kimi istinad etdiyi halları işə əlavə edilmiş qaimə-fa ktura sənədlərinin surətləri ilə sübuta yetirməyə çalışıb. Cavabdeh isə iddia tələbinə etiraz edir və bildirir ki, iddiaçı təşkilata iddia olunan məbləğdə borcu yoxdur və hazırda həmin təşkilata ödənilməmiş 1.900 manat borcu qalıb. Sözügedən borcun təminatı kimi iddiaçı təşkilatla aralarında olan razılaşmaya əsasən 6.000 manat dəyərində birdəfəlik istifadə olunan kağız və plastik qablarını girov qoyub. Əksinə, iddiaçı təşkilatın ona 4.100 manat borcu var. Göründüyü kimi cavabdeh nisyə satın aldığı qənnadı və şirniyyat məmulatlarına görə iddiaçı təşkilata ödənilməmiş 25.163,54 manat borcunun olmasını qəti şəkildə inkar edir və tərəflər arasında sözügedən məmulatların alqı-satqısına dair işdə hər hansı rəsmi müqavilə yoxdur. İşin 30-37-ci vərəqələrində olan qaimə-faktura sənədləri isə kser osurət olmaqla, həmin sənədlərin mötəbərliliyi Azərbaycan Respublikası MPM-nin 89.2, 89.3-cü maddələrinin tələblərinə cavab vermir. Belə ki, həmin maddələrin mənasına görə işə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surətləri əlavə edilməlidir. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar isə məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqilyini müəyyən etmək mümkün olsun. Apelyasiya instansiyası məhkəməsi sözügedən sənədlərin həqiqiliyini müəyyən etmək üçün heç bir araşdırma aparmadan, cavabdehin iddiaçı təşkilata iddia olunan məbləğdə borcunun olmasına dair zəruri əlavə sübutları təqdim etməyi iddiaçı təşkilata təklif etmədən, eləcə də cavabdehin apelyasiya şikayətində göstərdiyi i ddiaçı təşkilata iddia olunan məbləğdə borcunun olmaması, hazırda həmin təşkilata ödənilməmiş 1.900 manat borcunun qalması, eləcə də sözügedən borcun təminatı kimi iddiaçı təşkilatla aralarında olan razılaşmaya görə 6.000 manat dəyərində olan birdəfəlik istifadə olunan kağız və plastik qablarını girov qoyması, əksinə iddiaçı təşkilatın ona 4.100 manat borcunun olmasına dair dəlilləri üzrə heç bir araşdırma aparmadan, həmçinin hansı dəlillərə əsasən apelyasiya şikayətini təmin etmədiyini qətnamədə göstərmədən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.3-cü maddəsində göstərilir ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutları təqdim etməyi tərəflərə təklif ed ə bilər. Həmin Məcəllənin 89.3-cü maddəsində göstərilir ki, işə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surətləri təqdim edilməlidir. Həmin Məcəllənin 89.2-ci maddəsində göstərilir ki, faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqilyini müəyyən etmək mümkün olsun. Həmin Məcəllənin 392.2-ci maddəsinin mənasına görə apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən apelyasiya şikayətini təmin etmədiyini qətnamədə göstərməyə borcludur. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsində göstərilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədik də satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddənin mənasına görə alıcı əşyanın dəyərini alqı-satqı müqaviləsində nəzərdə tutulmuş müddətdə ödəmək vəzifəsini o, vaxt icra etməyə borcludur ki, əşyanı satıcıdan təhvil almış olsun və yalnız bu halda satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Ona görə də işə yenidən apelyasiya qaydasında baxılarkən ilk növbədə cavabdehin iddiaçı təşkilatdan nisyə satın aldığı qənnadı və şirniyyat məmulatlarını sonuncunun ona verib-verməməsini, həmin məmulatları cavabdehin təhvil alıb-almamasını müəyyən etməli və yalnız bundan sonra həmin məmalatların dəyərinin ödənilib-ödənilməməsi araşdırılmaqla hazırki iddia tələbinin əsaslılığına hüquqi qiymət verməlidir. Digər tərəfdən “internet vergi iddarəsi”nin məlumatına görə cavabdeh hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxsdir. Belə ki, həmin məlumata görə cavabdeh xx xxxxxxxx 2007ci il tarixdən vergi ödəyicisi kimi qeydiyyatdadır, iddiaçı təşkilat isə hüququ şəxsdir və hazırki mübahisə əslində onların sahibkarlıq fəaliyyəti ilə bağlı yaranıb. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsində göstərilir ki, sahibkarlıq fəaliyyəti nin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsində göstərilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Sadalanan prosessual normaların mənasına görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması yolverilməzdir. Həmin Məcəllənin 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Sadalanan prosessual normaların mənasına görə, məhkəmə aidiyyəti dedikdə- mülki hüquq münasibətlərindən irəli gə lən mübahisənin və ya digər hüquqi işin ümumi və ya kommersiya məhkəməsinin səlahiyyətinə aid olması başa düşülür. İşlərin kommesiya məhkəmələrinin yurisdiksiyasına aid edilməsinin əsas meyarları işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətinin xarakteri ilə bağlıdır. İşdə iştirak edən şəxslərin subyektiv tərkibinə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər də aiddir. Fiziki şəxs o, halda kommersiya məhkəməsinə aid olan mübahisənin subyekti hesab edilir ki, o hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirsin və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə etmiş olsun. Nəzərə alınmalıdır ki, mübahisə o, vaxt kommersiya məhkəmələrinin yurisdiksiyasına aid edilə bilər ki, mübahisə bilavasitə şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı yaranmış olsun. Hazırki halda iddiaçı təşkilatın kommersiya hüquqi şəxs olması, eləcə də cavabdehin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirməsi və onun qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusuna malik olması və hazırki mübahisənin bilavasitə onların sahibkarlıq fəaliyyətini həyata keçirmələri ilə bağlı yaranması mülki iş materialları ilə istisna olunmur. Apelyasiya instansiyası məhkəməsi sadalanan prosessual normaların tələblərini pozaraq, iştirak edən şəxslərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətinin xarakterini nəzərə almadan, bu barədə heç bir araşdırma aparmadan, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Halbuki sadalanan prosessual normaların mənasına görə sonradan başqa məhkəməyə aid olsa da mülki işə mahiyyəti üzrə həmin məhkəmədə o, vaxt baxıla bilər ki, həmin mülki iş aidiyyət qaydalarına riayət etməklə məhkəmənin icraatına düzgün qəbul edilmiş olsun. Hazırki işdə isə bu hal istisna olunur. Çünki, mülki iş əvvəldən aidiyyət qaydalarına riayət edilmədən ümumi məhkəmənin icraatına qəbul edilib. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsində göstərilir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Beləliklə, kasasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən fa ktiki hallarını və sadalanan prosessual normaların tələblərini əsas tutub, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib, hesab edir ki, kasasiya şikayəti təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh1 kasasiya şikayəti təmin edilsin. İş üzrə Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-ci il tarixli, 2(104)4253/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3780/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3780/2020
11.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver