Məhkəmə qərarları › İş №2(102)-3781/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3781/2023

24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3781/2023 24.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun qaytarılması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Abbasov Aqil Əzizağa oğlu, X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3576/2023 nömrəli, 12 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. xx.xx.2022-ci il tarixli borcun etirafı barədə yazılı iltizama əsasən, Cavabdeh həmin tarixdə İddiaçı 30.500 manat borcu olduğunu etiraf etmiş və hər ayın 30-u 1.000 manat ödəmək öhdəliyini öz üzərinə götürmüşdür.

2. İddiaçı həmin borc sənədinə istinad edərək aşağıdakı tələbi irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçıya borclu olduğu 30.500 manat və onun tərəfindən dövlət rüsumu kimi ödənilmiş 181,5 manat, cəmi 30.681.5 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh şifahi qaydada müəyyən edilmiş şərtlərlə razılığını «raspiska»nı (qəbzini) öz xətti ilə yazaraq və imza ilə təsdiqləyərək bildirmişdir. Lakin buna baxmayaraq, borcun ödənilmə vaxtı çatanda cavabdeh müxtəlif bəhanələrlə borcun qaytarılma vaxtını uzadaraq üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməmiş, bu günədək iddiaçıya olan 30.500 manat borcundan bir manat da qaytarmamışdır. Cavabdeh, sözü gedən məbləği könüllü ödəməkdən yayındığına görə, iddiaçı, hüquqlarının müdafiəsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Məhkəmə iclasında cavabdeh məhkəməyə yazılı etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi 4 iltizam üzrə iddiaçı ona pul verməmişdir. 20202022-ci illər ərzində iddiaçının güclü şantaj, hədə-qorxu, təkid və tələbi nəticəsində cavabdeh iddiaçıya 7300 manat ödəmişdir. Təəssüf olsun ki, 2012-2018-ci illər ərzində onun iddiaçıdan hissə-hissə al dığı, cəmi 12-13 min manat və 4.000 ABŞ dolları borc pulun alınması və həmin borcun faizləri ilə birlikdə qaytarılması barədə qeydlər bugünə qədər saxlanılmamışdır.

6. Cavabdeh məhkəmə iclasında etiraz ərizəsinə uyğun izahat verərək, borc məbləğinin iddia ərizəsində qeyd ediləndən daha az olduğunu, iddiaçının hədə-qorxusu altında yazdığı iltizamda borc məbləğini əslində olandan çox yazdığını bildirmişdir. Həmçinin, borc məbləğindən ödənişlər etdiyini, lakin həmin məbləğlərin aralarında olan razılığa zidd olaraq əsas borca hesablanmış faiz adı ilə silindiyini, lakin qeyd etdiyi halları heç bir şahid ifadəsi və ya digər sübutlarla sübuta yetirə bilmədiyini qeyd etmişdir.

7. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (hakim: Ə.Mehriban) 30 noyabr 2022ci il tarixli, 2(005)-3601/2022 saylı qətnam əsi ilə iddia təmin edilmiş, cavabdehdən 30.500 manat borc, 181.5 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 30.681,5 manat pul məbləğinin iddiaçının xeyrinə tutulması qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında mübahisələndirilən yeganə məsələ borcun məbləği və qaytarılıb-qaytarılmaması ilə bağlıdır. İddiaçı cavabdehin ona 30.500 manat borcu olduğunu bildirmiş, bunun təsdiqinə dair xx.xx.2022ci il tarixdə yazılmış, cavabdehin imzası ilə təsdiq edilmiş yazılı sübutu (iltizamı) məhkəməyə təqdim etmişdir. Cavabdeh tərəflər arasında borc münasibətlərinin olmasını, xx.xx.2022-ci il tarixli yazılı sübutdakı imzanın cavabdehə məxsus olmasını təsdiq etməklə yanaşı borcun məbləğini mübahisələndirərək, borc aldığını, lakin məbləğin iltizamda göstərilləndən q at-qat aşağı olmasını, 2012-2018-ci illər ərzində 12000-13000 manat və 4000 ABŞ dolları, 2020-2022-ci illər ərzində 7300 manat borc aldığını və hamısını qaytardığını; iltizamı hədə-qorxu, təkid altında imzaladığını bildirsə də, dediklərinə dair heç bir sübut təqdim edə bilməmişdir.

9. Birinci instansiya məhkəməsi cavabdehin məhkəmə iclasında iddia ərizəsinə etiraz olaraq bildirdiyi hallarla bağlı qeyd etmişdir ki, cavabdeh həmin iltizamı hədə-qorxu altında imzaladığını, həmçinin ödədiyi pul məbləğlərinin əsassız olaraq əsas borca hesablanmış faiz borcuna çıxarıldığını bildirmişdir. Lakin məhkəmə iclasında hakim cavabdehə etirazlarını sübut etmək üçün şahid dəvət edilməsini, və ya hər hansı digər sübutun təqdim olunması üçün məhkəmə iclasının təxirə salınmasını təklif etsə də, cavabdeh de diyi halları təsdiq edəcək sübut təqdim edə bilməmişdir.

10. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı məhkəməyə cavabdehin ona borcu olmasını təsdiqləyən sübutları məhkəməyə təqdim etmiş, lakin cavabdeh iddiaya etirazın əsası kimi göstərdiyi heç bir halı sübut edə bilməmişdir.

11. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 448.1, 448.2, 739, 740-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarına, Azərbaycan Respublikası Mül ki Prosessual Məcəlləsinin 9.1, 9.3, 76.3, 77, 119.1, 217.1, 217.3-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi və 106 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə 30500 manat borc pul verməmişdir. Həmin məbləğ iddiaçının cavabdehə həmin tarixə qədər müxtəlif vaxtlarda faizlə verdiyi pulların onun özü tərəfindən hesablanan və cavabdehə məlum olmayan məbləğdir ki, onu zorla, hədə-qorxu ilə cavabdehin boynuna qoymuş və ondan yazılı iltizam almağa nail olmuşdur.

14. Bakı Apell yasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər: S.X.Bəhrəmzadə (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) 2(103)-3576/2023 saylı, 12 iyul 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun cavabdehin özünə aid edilməsi qət edilmişdir.

15. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdeh tərəfindən borcunun etirafı qaydasında yazılı iltizam verərkən hədəqorxu, təkid altında imzaladığını bildirsə də, bu barədə hər hansı bir sübut təqdim edilməmişdir. Cavabdehin mübahisələndirdiyi borcun etirafına dair müqaviləyə dair hüquqi proseslər barəsində iddiaçının mü qavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət edərək öz razılığı çərçivəsində müəyyənləşdirilmişdir. Beləliklə də, hər hansı aldatma və ya zorakılıqdan, bəhs etmək mümkün deyildir. Borcunu etiraf etməsi barədə yazılı müqavilənin mahiyyətcə qeyriobyektiv olması və həqiqəti əks etdirmədiyi təsdiq edilmir. Eyni zamanda cavabdeh bununla bağlı hüquq mühafizə orqanlarına da müraciət etmədiyini qeyd etmişdir.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin iddiaçının qarşısında 30.500 manat məbləğində pul öhdəliyi vardır. İddiaçı həmin öhdəliyin borc münaibətlərindən yaranan öhdəlik olduğunu bildirir. Öhdəliyin hansı əqdə əsasən yaranmasından asılı olmayaraq onun mövcudluğu və məbləği cavabdehin etirafı ilə öz təsdiqini tapır. İddiaçının hazırkı tələbi kredit müqaviləsinə deyil, “mövcud borcun etirafı haqqında” mücərrəd müqaviləyə əsaslanır. Həmin müqavilənin anlayışı Mülki Məcəllənin 882-ci maddəsində verilmişdir.

17. Tərəflərin arasında xx.xx.2021-ci il tarixdə bağlanmış müqavilə (yazılı iltizam) “mövcud borcun etirafı haqqında” mücərrəd müqavilədir. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh iddiaçının qarşısında pul öhdəliyinin olduğunu “mövcud borcun etirafı haqqında” mücərrəd müqavilə bağlamaqla etiraf etdiyindən məhkəmə kollegiyası Mülki Məcəllənin 385 və 882-ci maddələrinin göstərişinə əsaslanaraq hesab etmişdir ki, borcun ödənilməsi barədə iddia tələbi əsaslıdır.

18. Belə olan halda, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən borc münasibətlərində n irəli gələn öhdəlik kimi yanaşılmaqla bu konteksdə maddi hüquq normalarına istinad edilsə də, buna baxmayaraq ümumilikdə Mülki Məcəllənin tələbləri baxımından öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməklə işin faktiki halları (tərəflər arasında olan səs yazıları və s.), tərəflərin qarşılıqlı münasibətləri nəzərə alınmaqla düzgün olaraq pulun tutulması nəticəsinə gəlindiyindən qətnamənin ləğv edilməsinə əsas yoxdur.

19. Məhkəmə kollegiyası məhkəmə xərclərinə dair məsələyə də münasibət bildirərək hesab etmişdir ki, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinə dair məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, tələbin olub-olmamasına bağlı deyildir.

20. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 448.1, 739, 882, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 384.0.1, 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, 2015-ci ildən başlayaraq müxtəlif vaxtlarda mütəmadi olaraq hər ay borc məbləğinin 10 faiz miqdarında ödəməklə iddiaçı cavabdehə pul öd əmişdir. Həqiqətən də iddiaçının cavabdehə faizlə pul verməsi Bakı Apellyasiya Məhkəməsində bir daha sübut edilmişdir. 10 iyul tarixində keçirilən proses zamanı hakim iddiaçıya rus dilində sual verərək pulu borca və ya faizə verdiyini soruşmuşdur. Cavabında İddiaçı pulu faiz ilə verməsini təsdiq etmişdir. Məhkəməyə təqdim olunmuş iltizamlardan bəlli olur ki, cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda borc pul almışdır:xx.xx.2015-ci ildə 14000 manat, xx.xx.2018-ci ildə 13000 manat, və 1000 ABŞ dolları,xx.xx.2021-ci ildə 21 ABŞ dolları. Deməli cavabdehin yazılı iltizamları iləiddiaçı özü təsdiq edir ki, xx.xx.2022-ci ilə qədər, yəni 30500 manat borca qədər o, cavabdehə 22000 ABŞ dolları və 27000 borc pul vermişdir. Məhkəmə bu faktı araşdırmamış, iddiaçı özü də aydınlıq gətirməmişdir ki, əgər xx. xx.2022-ci il tarixə qədər cavabdehin ona 27.000 manat və 22.000 ABŞ dolları borcu olmuşdursa və xx.xx.2022-ci ilədək aldığı borcu qaytarmamışdırsa, onda nə üçün iddiaçı ona əlavə olaraq 30500 manat təkrar borc vermişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazda göstərmişdir ki, iddiaçı ona borc pulları hər ay 10 faiz əlavə qaytarmaq şərti ilə vermişdir. O, xx.xx.2022-ci ilədək aldığı borcların əsas hissəsini qaytarmış, müəyyən faiz məbləğlərini qaytara bilməmişdir. Məhkəmə işə birtərəfli baxmaqla mübahisənin həllinə səthi yanaşmışdır və onunla da obyektivsizliyə yol vermişdir. Məhkəmə işdəki sübutlara qiymət verməyərək birtərəfli, əsassız qətnamə qəbul etmişdir və nəticədə cavabdehin Konstitusion hüquqlarım kobud sürətdə pozulmuşdur.

23. Kassator şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339, 739, 740.2, 741, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 88, 418.1, 418.2, 418.3-cü maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Mülki Məcəllə

25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2- ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

27. Maddə

739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

28. Maddə

882. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik mün asibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Mülki Prosessual Məcəllə

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməs i kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyi instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. üçün apellyasiya Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Belə ki, iddiaçının tələbi cavabdehin imzaladığı borcun etirafı sənədinə əsaslanı r. Qanuna əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin (§ 28).

38. Cavabdeh həmin sənəddə göstərilən məlumatların həqiqi olmadığını və iddiaçıdan götürdüyü borcu qaytardığını bildirsə də, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işdəki sübutları araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçı, alacağının olmasını yazılı borc sənədi ilə sübuta yetirmiş, cavabdeh etirazının əsasında duran halları sübuta yetirə bilməmişdir.

39. Halbuki, qanuna əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (§ 30).

40. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

41. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olar aq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

43. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3576/2023 nömr əli, 12 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar