Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3782/2023 02.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: pul tələbi, zaminin reqress hüququ ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X3 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” nə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-827/2023 nömrəli, 03 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 02 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh ilə (bundan sonra “cavabdeh”) "xxxx" ASC-nin Tovuz filialı arasında xx.xx.2012-ci il tarixli iş-1010f saylı kredit müqaviləsi bağlanıb, müqavləyə əsasən borcluya 5000 manat məbləğində kredit verilib. İddiaçı (bundan sonra “iddiaçı”) həmin kredit müqavilıəsi üzrə zamin olub.
2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-949/2014 nömrəli, 14 aprel 2014-cü il tarixli qətnaməsinə əsasən cəmi 6880 manat məbləğində kredit borcunun müştərək qaydada Cavabdeh, X7 və İddiaçı tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.
3. İddiaçı xx.xx.2018-ci il tarixində həmin kredit üzrə öhdəlik tam olaraq icra olunmuşdur. 4. "xxxx" ASC-nin 11 noyabr 2022-ci il tarixli hesabdan Çıxarışına əsasən verilmiş kredit üzrə cəmi 7462,76 manat ödəniş edilmişdir ki, həmin ödənişin 2362,76 manat hissəsi Cavabdeh, 5100,00 manat hissəs i isə İddiaçı tərəfindən aparılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi (tələbin artırılması barədə ərizə) ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 13978,81 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı Tovuz rayonu Əlibəyli kəndində yaşayır. Cavabdehlə yaxın münasibətləri olmuşdur. Belə ki, onlar uzun illər sinif yoldaşı olmuşlar və münasibətləri bu yolla yaranmışdır. Yaxın münasibətləri olduğu üçün cavabdeh iddiaçıya bildirmişdir ki, hazırda kreditə ehtiyacı vardır, ona görə də iddiaçıdan zamin olmağı xahiş etmişdir.
7. İddiaçı cavabdehlə aralarında yaxın münasibətləri olduğu üçün xx.xx.2012-ci il tarixdə “Turan Bank”ın Tovuz fili alından 5000 manat kredit götürmüşlər. Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və bu zaman banka olan borcu tam şəkildə iddiaçı ödəyərək, xx.xx.2018-ci il tarixdə banka olan borcu bağlamışdır.
8. Cavabdeh sonra borcundan az-az, cəmi 100 manat ödəmişdir.
9. Cavabdeh 2015-ci il tarixdə iddiaçıya bildirmişdir ki, həmkəndliləri X1 3000 manat borcu vardır. Buna görə də, həmin borcun ödənilməsi üçün iddiaçıdan 3000 manat borc pul istəmişdir. İddiaçı aralarında olan münasibətə görə X1 borcu ödəmək məqsədilə 3000 manat pulu cavabdehə vermişdir. Onların razılaşmalarına əsasən cavabdeh pulları qısa zaman ərzində geri ödəyəcəkdi.
10. Cavabdeh xx.xx.2016-cı ildə adı iddiaçıya məlum olmayan bir şəxsə borcu olduğu üçün həmin borcu qaytarmaq məqsədi ilə 1000 manat pula ehtiyacı olduğunu bildirm iş, iddiaçı cavabdehə “Kapital Bank” vasitəsilə 1000 manat pulu göndərmişdir.
11. Sonuncu dəfə 2016-cı il tarixində cavabdeh iddiaçıya ünvan 1 ünvanında yaşayan X4 1500 manat borcu vardır olmasını bildirərək, həmin borcu ödəmək üçün yenidən iddiaçıdan 1500 manat pul almışdır.
12. Beləliklə, iddiaçı cavabdehə müxtəlif vaxtlarda 3000 manat, 1000 manat, 1500 manat pulu borc olaraq vermiş, 5000 manat məbləğində isə kredit ödəmişdir.
13. Cavabdeh borc pullardan və kredit ödənişindən iddiaçıya heç bir ödəniş etməmişdir.
14. İddiaçı cavabdehə güvənərək pulu ödəyəcəyini düşünmüşdür. Cavabdeh borc pulu yaxın müddət ərzində ödəyəcəyinə vəd etmiş, lakin bu günədək verdiyi həmin borcdan və kreditdən heç bir ödəniş etməmiş, qalan borcu ödəməkdən boyun qaçırmışdır. Hətta cavabdeh iddiaçıya demişdir ki, “dörd göz” Mersedes maşınını əlindən almışlar və bu barədə Tovuz Rayon Məhkəməsində iddia qaldırmışdır ki, maşını geri aldıqda borcu geri ödəyəcəkdir.
15. İddiaçının cavabdehə pul verməyi barədə şahidlərin müvafiq səs yazısı, vatsap yazışmaları, pulu ödədiyi qəbzlərin surəti vardır.
16. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 442, 739 və 740-cı maddələrinə istinad etmişdir.
17. Cavabdeh iddiaya yazılı etiraz vermişdir. Etirazın dəlilləri: - cavabdeh iddiaçını uşaqlıqdan tanıyır, onunla bir sinifdə oxumuşlar. 2012-ci ildə iddiaçı ona bir dost kimi müraciət edib ki, "xxxx"dan kredit götürmək istəyir, ona zamin dursun. Dəfələrlə "xxxx"a getsələr də, iddiaçıya kredit verməyiblər. Cavabdeh məcbur olaraq öz adına 5000 (beş min) manat kredit götürüb iddiaçıya vermişdir. Həmi n krediti iddiaçı ödəməli idi; - kredit götürülən zaman iddiaçı və iddiaçının qardaşı zamin olublar. İddiaçının iddia ərizəsində qeyd etdiyinə görə guya cavabdehlə yaxın münasibəti olduğuna görə cavabdehə zamin durub. Əslində pul cavabdehə çatmırdı və bunun ən böyük sübutu iddiaçının qardaşının da kreditə zamin durmasıdır; - iddiaçı ilə onun heç bir qohumluq münasibəti yoxdur. İddiaçı öz şəxsi marağına görə qardaşını da zamin qoymuşdur. Cavabdehə 2016-cı ildə "xxxx"ın Tovuz fılialının rəhbəri dəyişilən zaman məlum olmuşdur ki, götürlən həmin kredit ödənilmir. - iddiaçı Bakı şəhər Nizami rayonunda qeydiyyatda olduğuna görə Nizami Rayon Məhkəməsındə işə baxılmış, məhkəmənin qərarına əsasən cavabdehdən pul tutulmağa başlanmışdır. Cavabdeh ondan tutulmuş pulun geri qaytarılması üçün dəfələrlə iddiaçıya müraciət etsə də, iddiaçı cavabdehi aldadaraq pul qaytarmamışdı.r Daxılı İşlər Nazirliyinə şikayət etdikdən sonra iddiaçı cavabdehə 1000 manat məbləğində pul göndərib, indi iddiaçı həmin pulu da borc kimi istəyir; - "xxxx"dan kredit götürüb iddiaçıya verən zaman X10 buna şahid olub.
18. Tovuz Rayon Məhkəməsinin 2(062)-2570/2022 nömrəli, 28 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 12.979,81 (on iki min doqquz yüz yetmiş doqquz) manat 81 (səksən bir) qəpik pul və ödənilmiş dövlət rüsumunun əvəzi olan 121 manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Zaur Hünmətov)
19. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehin götürdüyü kreditə görə ayrı-ayrı vaxtlarda iddiaçı nın əmək haqqından tutulmalar həyata keçirilmiş və cavabdehin banka olan borcu iddiaçı tərəfındən tam olaraq ödənilərək öhdəliyə xitam verilmişdir. Bununla da iddiaçıya hesabdan çıxarışda əks edilmiş həddə 12979,81 manat ziyan dəymışdır.
20. Birinci instansiya məhkəməsi cavabdehin etirazının dəlilinə münasibətdə qeyd edib ki, cavabdeh məhkəmə iclaslarında iştirak edərək, yaxud da istirak etməyərək etirazının əsası kımı istinad etdiyi halları sübut edə bilməmişdir. Həmçinin iddiaçı da olaraq cavabdehə əlavə pullar verməsini qeyd etsə də, o da bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir.
21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 460.1. 475.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya i nstansiyası məhkəməsindəki icraat
22. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Apellyasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuzdur; - iddiaçının məhkəməyə təqdim etdiyi ilkin iddia ərizəsində 121 manat dövlət rüsumu tələb edir, iddia tələbi qiymətləndirilən iddialar aid olmaqla ümumilikdə 10500+100=10600 manat üçün 120 manat + 600 manatın 0,3 faizi = 121 manat 80 qəpik dövlət rüsumu keçirilməli olduğu halda cəmi 120 manat dövlət rüsumu ödənilmişdir; -həmçinin iddia tələbinin artırılaraq 13978,81 manat məbləğində müəyyən edilərkən belə əlavə dövlət rüsumu ödənilməli idi, lakin qətnamənin qət etdi hissəsində cəmi 1 21 manat dövlət rüsumu qət edilib. İddia tələbi isə 12979,81 manat hissədə qismən təmin edilib. Bu da qətnamənin özü-özlüyündə qanunsuz bir qətnamə olmasını sübut edir; - kredit götürülmüş 5000 manat İddiaçı verilməmişdisə onda o, hansı marağa cavabdehin kreditini ödəyirdi; - qətnaməyə əsasən kredit cavabdehin pensiyasından tutulacaqdı. Hətta iddiaçı qorxusundan cavabdehin pensiyasından tutulmuş 1000 manat pulu qaytarmışdır, indi isə həmin pulu guya ona borc verdiyini iddia edir; - bundan əlavə iddiaçı onun əvəzinə heç bir şəxsə borc ödəməyib. X8 borcu olub, həmin borcu özü ödəmişdir. İddiaçı cavabdehin əvəzindən Furiddin Əmirxanova 3000 (üç min) manat pul ödəməyib. Real həyatda iddiaçının cavabdehə borcu olub. Cavabdehin iddiaçıya heç vaxt borcu olmayıb; - "xxxx"dan kredit götürüb iddiaçı ya verən zaman X10 buna şahid olub. Hakim həmin etiraza qətnamədə toxunsa da yalnız İddiaçı yalandan onun əvəzinə kiməsə borc ödədiyi hissəsini üstüörtülü şəkildə aradan çıxarmışdır. Belə ki, ilkin iddiada olan pul məbləği cəmi 10500 manat təşkil edirdi, həmin məbləğin 1000 manatı guya iddiaçını cavabdehə göndərdiyi pul idi, 3000 manatı guya X2 əvəzindən ödədiyi borc idi. Banka görə guya ödədiyi məbləğ 6500 manat təşkil edirdi. Sonradan 12979,81 manat məbləğində pul hansısa hesabdan çıxarışa əsasən müəyyən edilmişdir. 5000 manat kreditə görə 12979,81 qəpik pul ödənilməsi, yəni 7979,81 manat əlavə pul ödənilməsi inandırıcı deyildir. Axı Bakı şəhər Nizami Rayon Məhkəməsinin 14 aprel 2014-cü il tarixli qətnaməsinə əsasən 6880 manat borc müəyyən edilmişdir. Həmin məbləğ heç vaxt arta bilməzdi. İddiaçı necə oldu ki, 12979,81 manat ödədi. Bütün bunlar iddiaçının cavabdehdən yalan yerə pul tələb etməsini sübut edir.
24. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-827/2023 nömrəli, 03 may 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş, cavabdehdən 6100 (altı min yüz) manat pul və 82 (səksən iki) manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakimlər Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi), Loğman Süleymanov, Afiq Hüseynzadə)
25. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli 15 saylı arayışa əsasən Cavabdeh ilə "xxxx" ASC-nin Tovuz filialı arasında bağlanmış xx.xx.2012-ci il tarixli iş-1010f saylı kredit müqaviləsinə əsasən 5000 manat məbləğində kredit verilmiş və xx.xx.2018-ci il tarixində bu kredit üzrə öhdəlik müştərinin zamini İddiaçı tərəfindən tam olaraq icra olunmuşdur. Həmin kredit müqaviləsi üzrə hesabdan çıxarışa əsasən kredit üzrə İddiaçı müxtəlif vaxtlarda 5100,00 manat ödəniş etmişdir. Bundan başqa, xx.xx.2014-cü il tarixli “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə **********13 nömrəli köçürmənin alınmasına dair bildirişlə İddiaçı tərəfindən Cavabdeh adına 1000 manat pul köçürülməsi öz təsdiqini tapmışdır.
26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehin ona 13978,81 manat borcunun olduğunu göstərmiş olsa da, işdəki mötəbərliyi şübhə doğurmayan sübutlarla iddiaçının cavabdehə sürətli pul köçürmə sistemi vasitəsi ilə 1000,00 manat və cavabdehin kredit müqaviləsi üzrə 5100,00 manat ödəniş etdiyi təsdiq olunur.
27. Apellyasiya instansiyası məhkəməsi iddiaçı 5100,00 manat məbləğində pulu "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə, zamin kimi ödəmişdir. Buna görə də qanunvericiliyin tələblərinə görə iddiaçı kredit müqaviləsi üzrə zamin kimi icra etdiyi öhdəliklə bağlı ödədiyi 5100,00 manat miqdarında pulu cavabdehdən tələb etməkdə haqlıdır. Həmçinin iddiaçı cavabdehdən ona borc kimi verdiyi 1000 manat pulu da tələb etməkdə haqlıdır. Bundan başqa iddiaçı 121 manat dövlət rüsumu ödəmişdir ki, onun da 82 manat hissəsi cavab dehdən alınaraq iddiaçıya ödənilməlidir
28. İddia tələbinin digər hissəsinə münasibətdə isə apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olub ki, iddiaçı tələbinin qalan hissəsini təsdiq edəcək mötəbər sübut təqdim etməmiş, cavabdeh isə iddianı etiraf etməmişdir. Odur ki, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
29. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edib ki, cavabdeh şikayətində iddiaçıya borcunun olmadığını göstərmiş olsa da, şikayətinin həmin dəlili işdəki mötəbər sübutlarla, o cümlədən iddiaçının zaminliyi ilə cavabdehlə bağlanmış kredit müqaviləsi üzrə iddiaçı tərəfindən ödənişlərin edildiyini təsdiq edən bank hesabından çıxarışla və iddiaçı tərəfindən cavabdehin adına 1000 manat miqdarında pul köçürüldüyünü təsdiq ed ən pul köçürməyə dair sənədlə təkzib olunur.
30. İddiaçı tərəfindən onun adına köçürülmüş 1000 manat pulun kredit müqaviləsi üzrə yaranmış borca görə onun pensiyasından aparılmış tutmalara görə edilmiş ödənişin olması ilə barədə apellyasiya şikayətinin dəlili ilə bağlı apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, işdə olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 aprel 2014-cü il tarixli qətnaməsi şikayət verilmədiyi halda 15 may 2014-cü il tarixdə qüvvəyə minməli və bundan sonra icraya yönəldilməli, icraçı tərəfindən icra sənədi icraata qəbul edilərək icraya yönəldilməli, könüllü icra üçün verilmiş 10 günlük müddət bitdikdən sonra məcburi icra tədbirləri görülə bilərdi. Köçürmə sənədindən isə görünür ki, cavabdehə pul vəsaiti xx.xx.2014-cü il tarixdə köçürülmüşdür. Bundan başqa, ca vabdeh həmin kredit müqaviləsi üzrə daha bir neçə dəfə ödənişlər etmişdir ki, bunlar da apellyasiya şikayətinin dəlillərinin həqiqətə uyğun olmadığını təsdiq edir.
31. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 442, 443.1, 448.2, 472.1, 472.2, 475, 739.1, 739.2-ci, Mülki-Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
32. Cavabdeh (Vəkil Musafiq oğlu) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
33. Kassasiya şikayəti iddiya etirazın və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb. (bax: 17 və 23-cü bəndlər) b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə iddiaçının yazılı etirazı daxil olmuşdur. Etirazda işin faktiki hallarına istinad edilməklə kassasiya şikayətini təmin edilməməsi xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkə n tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş d igər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiy a şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qə tnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərarda dın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.
37. Məhkəmə kollegiy ası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib, apellyasiya şikayətinin dəlillərinə tam qiymət verib.
40. İddia tələbi zamin kimi ödənilmiş pulun reqress qaydasında geri tələb edilməsi və borcun tutulması barədə olmuş, iddiaçı tələbinin əsası kimi bankın sənədlərinə, borcun verilməsi barədə pul köçürmə sənədinə istinad etmişdir.
41. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı zamin olaraq cavabdehin banka olan borcunu ödədiyi üçün Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən ödədiyi pulu geri tələb etmək hüququ vardır və apellyasiya instansiya məhkəməsi də haqlı olaraq iddianı həmin hissədə təmin etmişdir.
42. Mülki Məcəllənin 475.1-ci maddəsinə görə də öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kredit ora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.
43. Həmçinin iddiaçının cavabdehə xx.xx.2014-cü il tarixli “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 1000 manat pul vəsaitini borc verməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilib, belə olan halda, həmin məbləğə münasibətdə borc haqqında normaların tətbiqi işin hallarına uyğun olmuşdur.
44. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları müvafiq sənədlərlə sübuta yetirə bilsə də, cavabdeh etirazının əsası kimi istinad etdiyi bu halları işə mahiyyəti apellyasiya baxışında sübut edə bilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazların ın əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Nəzərə alınsa ki, qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur, belə olan halda, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları sübut etməli idi.
46. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyasının gəldiyi nəticəni yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələbi baxımından düzgün hesab edir.
47. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız sayır. Belə ki, bu dəlillər işin faktiki halları ilə bağlı olmaqla apellyasiya şikayətinin də dəlilləri olub və məhz həmin dəlillərə qiymət verməklə apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etməyib.
48. Məhkəmə kollegiyası qeyd olunanla ra əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-827/2023 nömrəli, 03 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.