Məhkəmə qərarları › İş №2(102)-3783/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3783/2023

06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3783/2023 06.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı ilk, iddiaçı Cavabdehlər “Azəriqaz” İstehsalat Birliyinə və “Azəriqaz” X2 X7 İdarəsinin Xidmət sahəsinə qarşı qarşılıqlı iddia ərizələrinə dair iş üzrə QƏRARİ Açar sözlər: vurulmuş zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X4 ibarət tərkibdə iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair ilk, iddiaçı Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə və “Azəriqaz” X2 X7 İdarəsinin Xidmət sahəsinə qarşı aktın etibarsız hesab edilməsi tələbi barədə qarşılıqlı iddia ərizələri ilə bağlı Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyası 2(104)- 867/2023 nömrəli iş üzrə 05 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Şəmkir RQİİ-nin əməkdaşları tərəfindən Şəmkir rayonu Təzəkənd kəndində yerləşən, Cavabdeh məxsus istilikxanada 01 iyun 2018-ci il tarixdə yoxlama aparılmış və qeydiyyatsız, yəni sayğacdankənar qanunsuz qoşulma olması və AGİS abonent bazasında abonent kimi qeydiyyatda olmadığı aşkar olunmuşdur. Cavabdeh bu barədə tərtib olunmuş akta imza atmaqdan imtina etmişdir. 2. 01 iyun 2018-ci il tarixli ******* nömrəli akta əsasən sayğacdankənar qaz xətti aşkar olunduğ undan sayğacdankənar qaz xəttinin ləğv edilməsi, qaz işlədicilərdən qazanın maksimal saatlıq qaz sərfi 125 m3 /saat, orta günlük iş rejimi 10 saat və hesabat müddəti 180 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, cəmi 225.000 m3 qazın dəyərinin ödənilməsi barədə qərar qəbul edilmişdir.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixl 10/2339 nömrəli ekspert rəyinə görə, Şəmkir rayonu Təzəkənd kəndində yerləşən istixananın qaz xətlərinin üzərində hər hansı leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilməmişdir. Bununla yanaşı, qaz sayğacları Təzəkənd kəndində yerləşən QPS-in çəpərlənmiş, mühafizə və nəzarət olunan ərazisində yerləşmişdir. Həmin əraziyə kənar şəxslərin girişinə yol verilmir. Bununla yanaşı, rəyin təsviri hissəsində istixananın qaz xətləri yeraltı çəkildiyinə görə, xəttin üzərində hər hansı qoşulmaya məxsus izlərin olub-olmamasını müəyyən etməyin mümkün olmaması, “Azəriqaz” İB-nin əməkdaşlarına baxışın keçirilməsi barədə məlumat verilsə də, baxışda iştirak etmədiklərinə görə iddia olunan qaz xəttinin sayğacdankənar əlavə qoşulma nöqtəsini göstərənin olmaması, həmçinin Cavabdeh məxsus qaz xəttinin yerüstü hissəsində hər hansı qoşulma izlərinin müəyyən edilmədiyi göstərilmişdir.

4. AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/4023 nömrəli ekspert rəyinə əsasən, baxış zamanı Şəmkir rayonu Təzəkənd kəndində yerləşən istixananın qaz xətlərinin üzərində hər hansı qeyri-leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilməmişdir. Bununla yanaşı, “Azəriqaz” İB-nin əməkdaşları iddia etdikləri sayğacdankənar qoşulma nöqtəsini göstərə bilməmişlər. Həmçinin, qaz sayğacları Təzəkənd kəndində yerləşən QPS-in çəpərlənmiş, mühafizə və nəzarət olunan ərazisində yerləşmişdir. Həmin əraziyə kənar şəxslərin girişinə yol verilmir. Həmin rəyin təsviri hissəsində baxış zamanı “Azəriqaz” İB-nin əməkdaşı Kamran Qasımov istilikxanadan kənar ərazini göstərərək həmin ərazidə kənar qoşulmanın olduğunu bildirmiş, lakin aktın yazılmasından 3 il keçdiyinə görə istilikxananın qaz xətlərinin qoşulma nöqtəsini göstərə bilmədiyini qeyd etmişdir. Baxış zamanı qeyd olunan ərazidə hər hansı qaz xətti aşkar edilməmişdir.

5. AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 6/1946 nömrəli ekspert rəyinə görə, tədqiqata təqdim edilmiş qara rəngli plastik materialdan olan boru hissəsinin içərisindən təbii qazın (merkaptan) izlərinin olduğu, Cavabdeh məxsus Şəmkir rayonu Təzəkənd kəndində yerləşən qazanxanadan götürülmüş ayrı-ayrı komponentlər təqdim edilmədiyi üçün onların üzərində tədqiqat aparılmadığı qeyd edilmişdir. Həmin rəyin tədqiqat prosesinin təsviri hissəsində göstərilmişdir ki, təbii qaz iysiz və rəngsiz maddə olduğundan hiss edilməsi üçün tərkibinə merkaptan maddələri vurulur. Buna əsaslanaraq, təqdim edilmiş borunun içərisindən təbii qazın izlərinin olub-olmamasını müəyyən etmək üçün həmin obyektdən ekstrakt nümunələri hazırlanmışdır. Qazın tərkibinə aid olan merkaptanların (qazlar uçucu xüsusiyyətə malik olduqları üçün heç bir izə malik deyildir, lakin merkaptan maddələri iz qoya bilir) əlamətlərini müəyyən etmək üçün hazırlanmış ekstrakt nümunələr üzərində müxtəlif kimyəvi reaksiyalar (test) aparılmış və aparılmış nəticələri ümumiləşdirərək ekspert müəyyən etmişdir ki, tədqiqata təqdim edilmiş boru hissəsinin içərisində təbii qazın (merkaptan) izləri vardır. Həmçinin, rəydə qərardadın 2-ci bəndində qeyd edilmiş halların nəzərə alınması ilə bağlı qoyulmuş sualın fiziki-kimyəvi ekspertizaların həll etdiyi məsələlərə aid olmadığı bildirilmişdir İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istixanada təbii qazdan qanunsuz istifadə nəticəsində Şəmkir RQİİ-nə müəyyənləşdirilmiş dəymiş ziyanın, 45.000 manat vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun alınara q Şəmkir RQİİ-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı Cavabdeh da cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, Şəmkir RQİİ tərəfindən tərtib edilmiş 01 iyun 2018-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Şəmkir Rayon Məhkəməsinin (hakim M.Mustafayev) 2(076)-122/2019 nömrəli iş üzrə 21 fevral 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia rədd edilmiş, qarşılıqlı iddia təmin edilmiş, “Azəriqaz” İB-nin Şəmkir RQİİ-nin 01 iyun 2018-ci il tarixli ******* nömrəli aktı etibarsız hesab edilmiş, 45.000 manat cərimə ləğv edilmiş, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilmişdir.

9. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsasların a görə, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Hazırkı vəziyyətdə qarşılıqlı iddiaçının ona məxsus itilikxanada təbii qazdan sayğacdan kənar qanunsuz istifadə etməklə, ilk iddiaçıya ziyan vurmasını təsdiqləyəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş aktlarda cavabdehə məxsus Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən istilikxanada qeydiyyatsız və sayğacdan kənar qanunsuz qoşulma aşkar edildiyi qeyd edilmişdir. İlk iddiada cavabdehin təbii qazdan sayğacdan kənar qanunsuz istifadəyə görə 45.000 manat borcunun yarandığını qeyd edilsə də, iş materiallarına əlavə edilmiş sənədlərlə Ca vabdeh ona məxsus Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən istilikxanada sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan istifadə etdiyi öz təsdiqini tapmamışdır. İş materiallarına əlavə edilmiş şəkildə iki ədəd kapron borunun yerdəki çaladan çıxmasını əks etdirir. Həmin şəkildə həmin boruların haradan gəlməsi və haraya birləşməsini müəyyən etmək mümkün deyildir. Yerli baxış zamanı ilkin iddiaçının nümayəndəsi cavabdehin təbii qazdan sayğacdan kənar qanunsuz istifadəsini təsdiqləyəcək sübutlar təqdim etməmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, ilk iddia əsassız olduğundan təmin edilməməlidir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan ilk iddiaçı ondan apellyasiya şikayəti vermişdir.

11. Gəncə Apellyasiy a Məhkəməsi Mülki Kollegiyasının (hakimlər N.Quliyev (sədrlik edən və məruzəçi), Ə.Məmmədov və R.Mamedov) 2(104)-2778/2019 nömrəli iş üzrə 20 iyun 2019-cu il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, qarşılıqlı iddia təmin edilən hissədə ləğv edilmiş, həmin hissədə işin icraatına xitam verilmiş, 20 iyun 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia təmin edilən hissədə dəyişdirilmədən saxlanılmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

12. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan ilk iddiaçı ondan kassasiya şikayəti vermişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Əliyev (sədrlik edən və məruzəçi), A.Kalbalıyev və V.İbayev) 2(102)-7710/2019 nömrəli iş üzrə 17 dekabr 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsi qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

14. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyinə görə, “İşin mübahisə olunmayan halları ondan ibarətdir ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Cavabdeh Nurəddin oğluna məxsus Şəmkir rayon Təzəkənd kəndində yerləşən istixanada qeydiyyatsız və sayğacdan kənar qanunsuz qoşulma olduğundan 225000 m3qaz sərfıyyatı hesablanması barədə xx.xx.2018-ci il tarixli akt tərtib olunmuşdur. Eyni zamanda o da mübahisə olunmur ki, cavabdehə məxsus qazanxanada istifadə olunan istilik sobası “ forsunka” qaz, mazut və dizel yanacaqlarını işlədə bilir. Həmçinin cavabdehə məxsus istinaxadan təxminən 200 metr məsafədə istixananın sobasına yeni qaz xəttinin çəkilməsi üçün çəkilmiş boru xəttinin çıxış nöqtəsi vardır. İddiaçı bildirir ki, Şəmkir rayonu Təzəkənd kəndində yerləşən Cavabdeh adma qeydiyyatda olan obyektdə - «istixana»da qaz təsərrüfatına baxış keçirilən zaman sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan istifadə edildiyi aşkar edilmişdir. Belə ki, həmin obyektdən təxminən 1.5 km aralı məsafədən keçən yüksək təyziqli qaz boru kəmərinə müdaxilə olunduğu aşkar olunmuş və həmin yerin yaxınlığında qazıntı işləri aparılan zaman yerdən kapron boru aşkar edilmişdir. Cavabdeh məxsus istixana istiqamətində təxminən iyirmiyə yaxın istixana mövcuddur. İddiaçı hesab edir ki, həmi n istixanalar aşkar edilmiş boru vasitəsilə qanunsuz olaraq yüksək təyziqli qaz boru kəmərinə qoşularaq təbii qazdan istifadə etmişlər. Cavabdeh isə digər istixanalara gedən həmin qanunsuz boruya qoşulmaqla qanunsuz qazdan istifadə etmişdir. Nəticədə həmin ünvan üzrə qaz şəbəkəsinə özbaşına müdaxilə edilməklə «Qazdan istifadə Qaydaları»nm tələbləri pozulmuş böyük həcmdə təbii qazın talanmasına və mənimsənilməsinə səbəbolan qanunazidd əməl törədilmişdir. Bu fakt barədə Şəmkir RQİİ-nin mütəxəssisləri və cavabdehin iştirakı ilə (imzadan imtina barədə aktda qeyd aparılmaqla) xx.xx.2018-ci il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən sayğacdan kənar əlavə xətt vasitəsilə cavabdeh tərəfindən təbii qazdan istifadə edildiyi üçün Şəmkir RQİİ-nə 225 000 m3 təbii qaz sərfi, yən i 45000 manat (qırx beş min manat 00 qəpik) dəymiş ziyan müəyyənləşdirilmişdir. Mütəxəssisləri tərəfindən ünvanda təbii qazdan qanunsuz istifadə faktı aşkarlanan zaman istixana mövsümü artıq başa çatdığından birbaşa istifadəyə dair sübut təqdim edilməsi mümkün olmamışdır. Ona görə də aşkarlanmış faktın tam sübuta yetirilməsi üçün əlavə sübutların və bu qismdə çıxış edən halların təqdiminə ehtiyac yaranmışdır. Məhkəmə icraatı müddətində zəruri hesab edilən belə hallardan biri barədə verilmiş vəsatət təmin edilməmişdir. Halbuki bu vəsatətin təmin olunması və iş üzrə ekspertiza təyini işin hallarını sübut edən və reallığı özündə əks etdirən əsas vasitə idi. Çünki hal-hazırda da abonent qeydiyyatı olmayan obyektdəpərakəndə satışdan əldə edilməsi mümkün olmayan təbii qazdan istifadə əsl həqiqət də qeyri-mümkündür. Belə olan halda obyektdə quraşdırılmış qazanxanada və ayrı-ayrı komponentlərdə təbii qazdan istifadə faktoru olmamalı idi. Cavabdeh bildirir ki, onun Şəmkir rayonu Təzəkənd kəndi ərazisində 0.5 ha istixanası vardır. O istixananın istilik təchizatını ötən mövsüm mazut və işlənmiş yağla təmin etmişdir. Bundan başqa 2017-ci ilin sonu və 2018-ci ilin əvvəlində istixanaya qaz xətti çəkdirmişdir. Qaz sayğacının quraşdırılması ilə bağlı işlər ləngidiyindən, 2018-ci ilin qış-yaz mövsümündə yuxarıda qeyd etdiyi kimi istixanada yanacaq kimi mazut və işlənmiş yağdan istifadə olunmuşdur. İstixanada mazutun saxlanması üçün 10 ton həcmi olan ayrıca çən mövcuddur və həmin çəndə qış mövsümündən istifadə olunmamış az miqdarda mazut qalmışdır. Həmçinin, qazanxanada istifadə olunan “forsu nka” qaz, mazut və dizel yanacaqlarını işlədə bilir. Həmin qazanxananı ikinci əldən işlək vəziyyətdə almışdır. “Azəriqaz” İstehsalat Birliyinin iddia tələbi ehtimallardan başqa heç bir sübutla təsdiq olunmur. 2018-ci ilin iyun ayında onun və ya nümayəndəsinin iştirakı olmadan Şəmkir X7ı İdarəsinin işçiləri tərəfindən guya onların istixananın magistral qaz xəttinə qoşularaq qazdan istifadə etməsi ilə bağlı birtərəfli akt tərtib edilmişdir. Lakin, istixanada heç bir halda qoşulmuş qaz xətti aşkar olunmamışdır. Magistral qaz xəttində kifayət qədər böyük təzyiq var və oraya hər hansı bir fiziki müdaxilə mümkün deyildir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslan dırmışdır ki, iddiaçı cavabdeh tərəfindən sayğacdan kənar əlavə xətt vasitəsi ilə təbii qazdan istifadə edildiyini əsaslandıra və sübut edə bilməmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi tam ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Çünki apelliyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. İş materiallarından göründüyü kimi “Azəriqaz” İB-nin mütəxəssisləri tərəfindən cavabdehə məxsus qazanxanada təbii qazdan qanunsuz istifadə faktı aşkarlanan zaman istixana mövsümü artı q başa çatdığından birbaşa istifadəyə dair sübut təqdim edilməsi mümkün olmamışdır. Lakin eyni zamanda əraziyə yerli baxış zamanı cavabdehə məxsus istinaxadan təxminən 200 metr məsafədə istixananın sobasına yeni qaz xəttinin çəkilməsi üçün çəkilmiş boru xəttinin çıxış nöqtəsi olduğu aşkarlanmışdır. Qeyd olunan faktlar və həmçinin istixanada istifadə olunan sobanın təbii qazla işləmək xüsusiyyətinin olması cavabdeh tərəfindən təbii qazdan qanunsuz istifadə faktının olası üçün əsaslı şübhələr yaradır.” d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

15. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər L.Süleymanov (sədrlik edən və məruzəçi), A.Hüseynzadə və İ.Həsənov) 2(104)-86/2022 nömrəli iş üzrə 23 iyun 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia təmin edilməyən hissədə dəyişdirilmədən saxlanılmışdır. e) Kassasiya instansiyası məhkəməsində ikinci icraat

16. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti vermişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5544/2022 nömrəli iş üzrə 12 dekabr 2022-ci il tarixli hakimlər Z.Əliyev (sədrlik edən və məruzəçi), Ə.Nurməmmədov və A.Hüseynov) qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir.

18. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyinə görə, “Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya in stansiyası məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, baxılan işdə iddia Cavabdeh qaz xəttinə qanunsuz qoşulması nəticəsində “Azəriqaz” İstehsalat Birliyinə vurulan zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlıdır. Cavabdeh isə qaz xəttinə qoşulmadığını bildirməklə iddiaya etiraz edir. Belə olan halda, iddia tələbinin qanuni əsası kimi mülki hüquq pozuntusuna dair Mülki Məcəllənin 1096 və 1097.1-ci maddələri nəzərdən keçirilə bilər. Həmin normalara əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq mə suliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Hazırkı işdə iddiaçı cavabdehin qeyri-hüquqi və təqsirli hərəkəti və bunun nəticəsində düşdüyü zərəri təsdiqləyən sübutlar kimi qaz xəttinə qanunsuz qoşulmanın aşkar olunmasına dair xx.xx.2018-ci il tarixli akta, fotoşəkillərə, itirilmiş təbii qazın hesablanması barədə sənədə istinad etmişdir (§ 4-5). “Azəriqaz” İB həm də xx.xx.2019-cu il tarixli məktubla Şəmkir rayon prokuroruna və Şəmkir rayon Polis şöbəsinin rəsisinə müraciət edərək, təbii qazın talanması ilə bağlı günahkar şəxslərin məsuliyyətə cəlb olunması üçün tədbirlər görülməsini xahiş etmişd ir. Birinci instansiya məhkəməsindəki icraat zamanı hakim tərəfindən yerinə müayinə aparılmış və iddiaçının nümayəndəsi istixanadan təxminən 200 metr məsafədə sobaya yeni qaz xəttinin gəlməsi üçün çəkilmiş boru xəttinin çıxış nöqtəsinin yerləşdiyi çalanı göstərərək qazın həmin boruya qoşulmaqla oğurlandığını və digər halları bildirmişdir (§ 8). Təkrar apellyasiya baxışında iş üzrə iki dəfə mühəndis-texniki ekspertizası keçirilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi sonuncu xx.xx.2021-ci il tarixli rəyə əsasən, baxış zamanı “Azəriqaz” İB-nin əməkdaşı istilikxanadan kənar ərazini göstərərək həmin ərazidə kənar qoşulmanın olduğunu bildirmiş, lakin aktın yazılmasından 3 il keçdiyinə görə istilikxananın qaz xətlərinin qoşulma nöqtəsini göstərə bilmədiyini qeyd etmiş dir. Baxış zamanı qeyd olunan ərazidə hər hansı qaz xətti aşkar edilməmişdir. İddiaçının nümayəndəsi, cavabdehin sahəsinə qanuni şəkildə çəkilmiş qaz xətti tam qoşulmadığına görə təbii qazın verilməsinin mümkünsüz olduğunu, buna baxmayaraq cavabdehə məxsus istixanada və qazanxanada olarkən, borulardan kəskin şəkildə təbii qaz qoxusu gəlməsinin qaz xəttinə qanunsuz qoşulmaya dəlalət etdiyini bildirmiş və bu halın yoxlanması məqsədilə boruların məhkəmə-kimyəvi ekspertiza vasitəsilə yoxlanılması haqqında vəsatət vermişdir. Cavabdehin nümayəndəsi isə ona aid sahəyə 2018-ci ilin əvvəlində qaz xəttinin çəkildiyini, lakin sayğaca birləşdirilmədiyini, istehlak məqsədilə qoşulmadığını bildirsə də, çəkilmiş xətdə qaz sızmasının olub-olmamasının yoxlanılması məqsədilə xəttə yüksək təzyiqlə qaz vuruld uğunu iddia etmişdir. İddia tərəfi bu etirazı qəbul etməmiş, sınaq məqsədilə qaz vurulmasına dair akt, protokol və ya digər sübutun cavabdeh tərəfindən təqdim olunmadığını bildirmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi, materialların məhkəmə ekspertizası (yanacaq və sürtgü materiallarının tədqiqi) üzrə xx.xx.2022-ci il tarixli rəylə müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilmiş boru hissəsinin içərisində təbii qazın (merkaptan) izləri vardır. Apellyasiya kollegiyası kimyəvi ekspertizanın rəyində göstərilən halları cavabdehin bildirdiklərinə əsasən iddianı təsdiqləyən sübut kimi qəbul etməmiş, bu nəticəyə gəlmişdir ki, iddiaçı istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Kollegiya bu mövqe ilə razılaşmır ona görə ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxd ıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (§ 46). Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, kimyəvi ekspertizanın rəyi ilə müəyyən olunmuş halın (boru hissəsinin içərisində təbii qazın izlərinin aşkar olunmasının) qanunsuz qoşulma nəticəsində deyil, qanuna uyğun şəklildə sınaq üçün yüksək təzyiqli qaz buraxılışından qaynaqlandığını iddia edən tərəf cavabdehdir. İddiaçı isə həmin xüsusatı mübahisələndirərək təkzib edir. Belə olan halda, cavabdeh borularda aşkar olunmuş qaz izlərinin qanuni şəkildə sınaq yoxlamasından qalmasını iddia edirsə, bu halı sübuta yetirmək vəzifəsi də ona aiddir. Belə sübutlar təqdim edilmədiyi və araşdırılmadığı halda apellyasiya məhkəməsinin yalnız cavabdehin izahatına əsasən kimyəvi ekspertizanın rəyini nəzərə almaması sübutların qiymətləndirilməsinə dair prosessual normaların tələblərinə uyğun deyil. Kassasiya kollegiyası bildirir ki, hazırkı işin düzgün həlli üçün mübahisəli halla bağlı tərəflərin təqdim etdikləri, məhkəmə icraatı zamanı toplanmış məlumat və sübutlar - qaz xəttinə qanunsuz qoşulma barədə tərtiblənmiş akt, fotoşəkillər, polis və prokurorluq orqanlarına edilmiş müraciətlər, hakimin keçirdiyi yerli müayinə protokolu, mühəndis texniki ekspertizalarının və məhkmə-kimyəvi ekspertizasının rəyləri və digər sənədlər birlikdə qiymətləndirilməklə qanuni və əsaslı nəticəyə gəlinməmişdir. Belə ki, kənar qoşulmaya dair “Azəriqaz” İB-nin çoxsaylı əməkdaşlarının iştirakı ilə tərtib olunmuş aktın mötəbərliliyinə şübhənin nə dən qaynaqlanması, hansı səbəbdən həmin aktın və ona əlavə edilmiş fotoşəkillərin həqiqəti əks etdirməməsi lazımi şəkildə əsaslandırılmamış, iddianın qaldırılmasına əsas olmuş həmin sənəddəki məlumatlar iş materiallarında olan, bu qərarın 66-cı bəndində qeyd edilən digər məlumat və sübutlarla müqayisəli şəkildə təhil edilməmişdir.” f) Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

19. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Rəhman Muradov (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev və Fikrtət Mehdtiyev) 2(104)-867/2023 nömrəli iş üzrə 05 iyun 2023-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, ilk iddia təmin edilmiş, Cavabdeh qanunsuz qoşulma nəticəsində 2 25.000 m3 itirilmiş qazın bərpası üçün zərərin əvəzi 45.000 manatın alınaraq iddiaçı “Azəriqaz” İstehsalat Birliyinə verilməsi qət edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslaına görə, “Şəmkir Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(076)-1299/2023nömrəli qətnaməsinın surətindən müəyyən olunur ki, İslam X1 qarşı ziyan tələbinə dair iddiası üzrə cavabdeh Ramin Seyidov iddianı etiraf etmiş ona görə də məhkəmə qaz xəttinin çəkilişi nəticəsində vurulmuş maddi ziyana görə cavabdehdən 1400 manat alınıb iddiaçı Cavabdeh verilməsini qət etmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə görə, mülki işin icraatı zamanı sübut edilməsinə ehtiyac olmayan faktlar preyudisial faktlardır. Preyudisial faktlar başqa iş üzrə məhkəmənin q anuni qüvvəyə minmiş qətnaməsi və ya hökmü ilə müəyyən edilmiş faktlar olur. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Nəzərə almaq lazımdır ki, bütövlükdə hər hansı məhkəmə aktının və belə aktdan irəli gələn bütün nəticələrin yox, həmin aktla müəyyən olunan konkret faktların və halların preyudisial əhəmiyyəti ola bilər. Qətnamənin preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşdırılır, konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş olmaqla yanaşı, bu fakt həmin işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır. Beləliklə qətnamə ilə müəyyən edilən preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. Bundan əlavə, sonrakı işdə iştirak edən şəxslərdən hər hansı biri artıq qanuni qüvvəyə minmiş qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmamışdırsa, onda həmin qətnamənin müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə malik deyildir və o, belə faktların adi qaydada sübut edilməsini tələb edəcəkdir. Qeyd olunanlara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(076)- 1299/2023 nömrəli qətnaməsi hazırki iş üzrə preyudisial əhəmiyyət daşımır. Eləcədə kollegiya qeyd edir ki, iddiaçı tərəfin təşəbbüsü ilə hazırkı apellyasiya icraatında şahid qismində dindirilmiş Ramin Seyidovun ifadəsi sübut kimi qiymətləndirilə bilməz. İlkin iddia tələbinin əsassız olmasına dair Cavabdeh tərəfindən gətirilən dəlil və sübutlar mötəbər hesab oluna bilməz. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə ed ilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya iddiaçı “Azəriqaz” X2 RQİİ-nin əməkdaşları tərəfindən Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən Cavabdeh məxsus istilikxanada aparılmış yoxlamanın nəticəsi barədə Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nöm rəli aktı, qanunsuz qoşulmanı əks etdirən fotoşəkilləri mötəbər hesab edir. Cavabdeh isə ilkin olaraq Ramin Seyidov tərəfindən işlənmiş boru ilə qaz xəttinin çəkildiyini bildirməmiş, apellyasiya məhkəməsinin qətnaməsi kassasiya instansiyası məhkəməsində ləğv olunub yeni baxışa qaytarıldıqdan sonra sonuncu, belə bir dəlil irəli sürmüş, eləcə də sonradan qaz xəttinin çəkilişi nəticəsində vurulmuş maddi ziyanla bağlı Ramin Seyidova qarşı iddia qaldırmış, sonuncu da öz növbəsində iddianı etiraf etmiş və nəticədə onun iddiası təmin olunmuşdur. Kollegiya Cavabdeh bütün bu növ davranışlarını qanunsuz qoşulma nəticəsində hesablanmış 45000 manat ziyanın ödənilməsindən yayınması kimi qiymətləndirir və hesab edir ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən itirilmiş qazın bərpası üzrə maksimal qaz s ərfi 125 m3/saat, orta günlük iş rejimi 10 saat və hesabat müddəti 180 gün qəbul edilməklə 225000 m3 itirilmiş qazın bərpası üçün 45000 manat zərər hesablanması qanuni və əsaslı olmuşdur.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

21. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, ilk iddianın rədd edilərək, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayətinin dəlillərinə görə, iş materiallarına əlavə edilmiş sənədlərlə Cavabdeh ona məxsus Şəmkir rayonu Təzəkənd kəndində yerləşən istilikxanada sayğacdankənar əlavə xətt vasitəsilə təbii qazdan istifadə etdiyi öz təsdiqini tapmamışdır. İş materiallarına əlavə edilmiş şəkildə iki ədəd kapron borunun yerdəki çaladan çıxmasını əks etdirir. Həmin şəkildə həmin boruların haradan gəlməsi və haraya birləşməsini müəyyən etmək mümkün deyildir. Yerli baxış zamanı ilkin iddiaçının nümayəndəsi Cavabdeh təbii qazdan sayğacdankənar qanunsuz istifadəsini təsdiqləyəcək sübutlar təqdim etməmişdir. İş materiallarında cavabdeh tərəfindən qeyri-qanuni qoşulmanı təsdiq edən heç bir mötəbər sübut yoxdur. İşdə belə sübutlar olmadığı halda onun tərəfindən zərər vurulması nəticəsinə gəlmək düzgün deyildir. Bununla yanaşı, Şəmkir Rayon Qİİ əməkdaşları tərəfindən tərtib edilmiş Akt və onun əsasında hesablanmış 45.000 manat zərərin özü də əsassızdır. Belə ki, onun tərəfindən hansı aylarda və müddətdə istilikxananın işlədilməsini təsdiq edən sənədlər iş materiallarına əl avə edilməmişdir. Apellyasiya instansiyasında icraat zamanı Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qətnaməsi təqdim edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh 2018-ci ildə cavabdehə müraciət edərək Şəmkir rayonu Füzuli qəsəbəsində yerləşən istixana qaz xəttinin çəkilməsində və sənədləşmə işlərində köməklik göstərmisini xahiş etmiş, bu məqsədlə cavadehə 1.400 manat pul vermişdir. Lakin cavabdeh söz verdiyi işləri lazımi qaydada yerinə yetirməmiş, qaz xəttinin çəkilişi zamanı köhnə və işlənmiş borulardan istifadə etmişdir. Cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək, həmçinin verdiyi izahatında ona qarşı irəli sürülmüş iddianı qəbul etmiş, həqiqətən ondan 1.400 manat pul almasını, lakin qaz xəttinin çəkilişi zamanı köhnə və işlənmiş borulardan istifadə etməsini etiraf etmişdir. Hazırki halda isə müəyyən edilir ki, həmin qaz boruları köhnə, işlənmiş borular olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı ilk iddiaçının etirazının dəlilləri onun iddiasının və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına uyğun olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ

24. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə

125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə

129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 25. “İnsan hüquqlarının və əsas azadlıqları n müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərcəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqs irli, hüquqa zidd əməldir; Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 27. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

6. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan v uran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları süb ut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnam ə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Madd i və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarı: “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.

33. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.

36. Məhkəmə kollegiyası hazırkı mübahisənin hüquqi aspektləri ilə bağlı qeyd edir ki, delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və sair xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün dörd şərtin mövcud olma sı tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyət i daşıyır. Digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanunazidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqə hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı deyil. Belə ki, səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci mad dələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb yalnız işin hallarına uyğun olaraq müvafiq qiymətləndirmə nəticəsində bu şərtlər mövcud olduğu təqdirdə təmin edilə bilər.

37. Məhkəmə kollegiyasının qə naətinə görə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə aparılan dəyərləndirmə bu Qərarın 36-cı bəndində qeyd olunan xüsusatları əhatə etmişdir.

38. Bu kontekstdə kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin istilikxanada sayğacdankənar əlavə xətt vasitəsilə təbii qazdan istifadə edilməsinin, cavabdeh tərəfindən qeyri-qanuni qoşulmanı, hansı aylarda və müddətdə istilikxananın işlədilməsini təsdiq edən heç bir mötəbər sübut olmaması və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin təqdim olunması barədə dəlillər əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün olaraq müəyyən edilmişdir ki, “Azəriqaz” X2 RQİİ-nin əməkdaşları tərəfindən Şəmkir rayonu Təzəkənd kəndində yerləşən Cavabdeh məxsus istilikxanada aparılmış yox lamanın nəticəsi barədə Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktı, qanunsuz qoşulmanı əks etdirən fotoşəkillər mötəbərdir, Cavabdeh ilkin olaraq Ramin Seyidov tərəfindən işlənmiş boru ilə qaz xəttinin çəkildiyini bildirməmiş, apellyasiya məhkəməsinin qətnaməsi kassasiya instansiyası məhkəməsində ləğv olunub yeni baxışa qaytarıldıqdan sonra sonuncu belə bir dəlil irəli sürmüş, eləcə də sonradan qaz xəttinin çəkilişi nəticəsində vurulmuş maddi ziyanla bağlı Ramin Seyidova qarşı iddia qaldırmışdır, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1299/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi hazırkı iş üzrə preyudisial əhəmiyyət daşımır, eləcə də iddiaçının təşəbbüsü ilə apellyasiya icraatında şahid qismində dindirilmiş Ramin Seyidovun ifadəsi sübut kimi qiymət ləndirilə bilməz.

39. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-867/2023 nömrəli iş üzrə 05 iyun 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar