Məhkəmə qərarları › İş №2(102)-3785/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3785/2019

03.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3785/2019 03.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh4 və vəkili X3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.01.2019-cu il tarixli 2(103)681/2019 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər “X4” MMC-nə, X1, Cavabdeh1 və Cavabdeh4 qarşı “borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə 07.09.2016-cı il tarixdə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin (hakim Z.Əliyev) 14.12.2017-ci il tarixli, 2(009)-297/2017 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, “X4” MMC, X2, Cavabdeh1 və Cavabdeh4 İddiaçı ASC-nin xeyrinə 200000 manat əsas və 58963.85 manat faiz (30713.86 manat kapital və 28249.99 manat gecikdirmə faizi) olmaqla, cəmi 258963.85 manat məbləğində borcun, 19.06.2014-cü il tarixli, 002 saylı kredit razılaşması üzrə 175000 manat əsas və 50820 manat faiz (29601.25 manat kapital və 21218.75 manat gecikdirmə faizi) olmaqla, cəmi 225820 manat məbləğində borcun, iddia ərizəsinin verilməsi və ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş cəmi 60 manat dövlət rüsumunun müştərək qaydad a tutulması, tutmanın ipoteka predmetləri Cavabdeh4 məxsus Bakı şəhəri, *********************** saylı qeyri-yaşayış binasına və Cavabdeh1 məxsus Bakı şəhəri, ******************* saylı mənzilinə yönəldilməsi, həmin daşınmaz əşyaların açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına İddiaçı ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi, adları çəkilən daşınmaz əşyalar satıldıqdan sonra 1 ay müddətində Cavabdeh4 Bakı şəhəri, *********************** saylı qeyri-yaşayış binasından, Cavabdeh1 isə Bakı şəhəri, *********************** saylı mənzilindən çıxarılmaları (iddiaçıya satılacağı təqdirdə), İddiaçı ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetlərinin hərracda satışından əldə edilmiş pul vəsaitinin qalan hissəsinin müvafiq olaraq Cavabdeh4 və Cavabdeh1 qayta rılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pulun “X4” MMC, X2, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.İmanov, A.Hüseynov, V.Sadıqov) 16.01.2019-cu il tarixli 2(103)-681/2019 nömrəli qətnaməsi ilə Cavabdeh4 apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 14.12.2017-ci il tarixli, 2(009)-297/2017 nömrəli qətnaməsinin tutmanın ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməklə hərraca çıxarılması hissəsində dəyişdirilməsi, ipoteka predmeti olan Cavabdeh4 məxsus Bakı şəhəri, *********************** saylı qeyri-yaşayış binasının hərracdan ilkin satış qiymətinin 409000 manat və Cavabdeh1 məxsus Bakı şəhəri, ******************** saylı mənzilin hərracdan ilkin satış qiymətinin 260000 manat məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissədə Cavabdeh4 münasibətdə dəyişdirilmədən saxlanması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 500 manatın Cavabdeh4 tutularaq “xxxx” MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh4 və vəkili X6 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.01.2019-cu il tarixli 2(103)-681/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəmənin (hakim M.Əhmədova) 22.04.2019-cu il tarixli, 2(102)-3785/2019 saylı qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilərək, məhkəmə iclası 10.06.2019-cu il tarixə, saat 11:20-ə təyin edilmişdir. 29.05.2019-cu il tarixdə “X4” MMC və vəkili X6 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.01.2019-cu il tarixli 2(103)-681/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti ilə müraciət etmişlər. Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 417.1.7-ci maddəsinə əsasən, kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 407-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin 22.04.2019-cu il tarixli “işin icraata qəbul edilməsinə” dair qərardadı ləğv edilməli və iş kassasiya baxışından çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 404-409, 417ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin 22.04.2019-cu il tarixli “işin icraata qə bul edilməsinə” dair qərardadı ləğv edilsin və iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar