Məhkəmə qərarları › İş №2(102)-3785/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3785/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3785/2021 16.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: zaminə qarşı qanunvericilikdə nəzərə tutulmuş tələb etmə müddətinin axımının müəyyənləşdirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-503/2021 nömrəli iş üzrə 28 yanvar 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətin ə dair işə 16 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 10493,46 ABŞ dolları əsas borcun, 2806,26 ABŞ dolları faiz borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İşin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında 24 noyabr 2014-cü il tarixli kredit sazişi bağlanmışdır. Həmin sazişə əsasən iddiaçı tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 27% faiz hesablanmaqla 11000 (on bir min) ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh2 zamin kimi Cavabdeh1 bank qa rşısında müqavilə üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öhdəsinə götürmüşdür.

3. İşin materiallarına əlavə edilmiş 02 mart 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 10493,46 ABŞ dolları əsas, 2806,26 ABŞ dolları faiz borcu vardır.

4. Həmçinin işin mübahisə edilməyən halları ilə müəyyən olunur ki, hazırkı icraatdan əvvəl İddiaçı ASC 10.02.2016-cı ildə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia qaldırmış və Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 04.05.2016-cı il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh2 ərizəsi əsasında Kəpəz Rayon Məhkəməsinin 19.06.2019-cu il tarixli qərardadı ilə sözügedən qiyabi qətnamə ləğv edilmiş və mülki işin baxışı davam etdirilmişdir. Gənc ə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 10.07.2019-cu il tarixli qərardadı ilə tərəflər məhkəməyə gəlmədikləri üçün iddia baxılmamış saxlanılmışdır. İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, iddiaya mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmiş, lakin Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 24.01.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. 03.03.2020-ci il tarixdə iddiaçı hazırkı iddia ilə yenidən ümumi əsaslarla məhkəməyə müraciət etmişdir.

5. İddiaçının münayəndəsi bildirir ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 24.11.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 27% olmaqla 11000 ABŞ dolları məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkd ən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Hazırda həmin müqavilə üzrə Cavabdeh1 banka 10493,46 ABŞ dolları əsas, 2806,26 ABŞ dolları faiz borcu vardır. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Cavabdeh2 (zamin) həmin sazişə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 aid bütün öhdəlikləri icra etməlidirlər.

6. Cavabdeh2 bildirir ki, zaminlik müqaviləsindəki imza ona məxss deyildir.

7. Digər Cavabdeh1 heç bir üzürlü səbəb göstərmədən işə məhkəmə b axışlarında iştirak etməmiş və işin halları barədə izahat verməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli, 2(043)1455/2020 nömrəli qətnaməsi ilə (sədrlik edən Z.Hüseynov) iddia qismən təmin edilmiş, Cavabdeh1 10493,46 ABŞ dolları əsas borc və 2806,26 ABŞ dolları faiz borcu olmaqla, cəmi 13299,72 (on üç min iki yüz doxsan doqquz dollar yetmiş iki sent) ABŞ dolları pulun (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun alınaraq İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmış dır ki, iddiaçı ilə Cavabdeh1 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit məbləğini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini Cavabdeh1 tələb etməkdə haqlıdır.

10. Məhkəmə, eyni zamanda iddia tələbinin digər Cavabdeh2 qarşı olan hissəsini də araşdıraraq hesab etmişdir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməlidir.

11. Belə ki, bank zaminə qarşı qanunla müəyyən edilmiş müddə t ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, yəni müqavilə müddətinin başa çatdığı 24.11.2017-ci il tarixdən ən geci bir il ərzində iddia irəli sürməli olduğu halda, bu hüququndan istifadə etməmiş və bu müddətdə zaminə qarşı tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminin öhdəliyinə xitam verilmiş hesab edilir.

12. Eyni zamanda nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil ol araq belə tələblə çıxış etməsi tələb olunmur.

13. Məhkəmə öz mövqeyini Azərbaycan respublikası Mülki Məcəlləsinin 385.1, 442, 470.1, 477.0.4, 739.1, 739.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 107, 119.1, 217.4, 218.3-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir.

15. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-503/2021 nömrəli iş üzrə 28 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər L.Süleymanov - sədrlik edən və məruzəçi, Ş.Rzaquliyev və A.Hüseynzadə) apelyasiya şikayəti təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19.05.2020-ci ii tarixli, 2(043)-1455/2020 nömrəli qətnaməsi iddianın təmin edilməmiş hissəsində ləğv edilmiş, iddi anın tam təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10.493,46 ABŞ dolları əsas borc, 2.806,26 ABŞ dolları faiz borcu olmaqla, cəmi 13.299,72 (on üç min iki yüz doxsan doqquz dollar yetmiş iki sent) ABŞ dolları pulun ödəniş gününə ABŞ dollarının manat məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.

16. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 24.11.2014-cü il tarixli kredit sazişinin müddəti 36 ay müəyyən edilmişdir. Həmçinin, tərəflər arasında kredit münasibətlərin tənzimlənməsi ilə bağlı digər şərtlər "xxxx" ASC-nin 23.08.2014-cü il tarixli Müştərilərinə Kreditləşmə və Xidmət Şərtləri ilə müəyyən olunmuşdur ki, həmin Şərtlərin 9.3-cü bənd ində öhdəlik üzrə kredit, faizlər, komisyon haqlar və digər pul tələbləri üzrə öhdəliklərin Bankın xeyrinə icra olunduğu andan qüvvədən düşməsi təsbit edilmişdir. Yəni, tərəflər arasındakı kredit sazişi həmin saziş üzrə öhdəliklər tam icra olunduğu vaxta kimi qüvvədədir.

17. Kollegiya hesab etmişdir ki. tərəflər arasında bağlanmış kredit sazişinin ayrılmaz tərkib hissəsi olan Xidmət Şərtlərinin 9.3-cü bəndi Mülki Məcəllənin 477.0.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla şərh olunmalı və qeyd olunmalıdır ki. hazırkı kredit sazişi üzrə zaminlik konkret müddət təyin edilmədən verilmişdir və buna görə də. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam v erilməlidir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. Tərəflər arasında bağlanmış kredit sazişində tərəflər razılaşdırmışlar ki, borcalan aldığı krediti 36 ay müddətinədək. yəni 24.11,2017-ci il tarixinə qədər qaytarmalıdır. Borcalan Cavabdeh1 kredit sazişi üzrə öz öhdəliklərini tam və vaxtında yerinə yetirmədiyinə görə iddiaçı Bank tərəfindən kredit sazişi üzrə müəyyən edilmiş müddət (24.11.2017) başa çatmamış, yəni 10.02.2016-cı il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia qaldırmış və Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 04.05.2016-cı il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh2 ərizəsi əsasında Kəpəz Rayon Məhkəməsinin 19.06.2019-cu il tarixli qərardadı il ə sözügedən qiyabi qətnamə ləğv edilmiş və mülki işin baxışı davam etdirilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 10.07.2019-cu il tarixli. 2(043)-2405/2019 saylı qərardadı ilə tərəflər məhkəməyə gəlmədikləri üçün iddia baxılmamış saxlanılmışdır. İddiaçı X ASC ərizə ilə məhkəməyə müraciət edərək, iddiaya mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmiş, lakin Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 24.01.2020-ci il tarixli, 2(043)-2405/2019 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı Bankın nümayəndəsi 28.02.2020-ci il tarixdə ərizə yazaraq, həmin mülki iş üzrə sənədlərin əsillərini geri götürmüş və 05.03.2020-ci il tarixdə hazırkı iddia ilə yenidən ümumi əsaslarla məhkəməyə müraciət etmişdir.

18. Göründüyü kimi, zaminliklə təmin edilmiş əsas öhdəliyin icrası müddəti baş a çatmamış iddiaçı X ASC tərəfindən Bordan Cavabdeh1 və Zamin Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddia irəli sürülmüşdür ki, bu hal Cavabdeh2 zaminliyinə xitam verilməsi halını aradan qaldırır.

19. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki. birinci instansiya məhkəməsi iddia tələbini cavabdeh (zamin) Cavabdeh2 münasibətdə təmin etməməkdə haqlı olmamışdır və apellyasiya şikayətinin dəlilləri əsaslı olmaqla, qətnamənin həmin hissədə ləğvi üçün əsasdır.

20. Kollegiya həmçinin qeyd etmişdir ki, X ASC-nin Gəncə filialı ilə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 24.11.2014-cü il tarixli kredit sazişinin tərkib hissəsi olan Xidmət Şərtlərinin 6.12-ci maddəsinə görə. Zamin, yəni Cavabdeh2 müqavilədən irəli gələn pul öhdəlikləri Müştəri (Cavabdeh1) tərəfin dən icra edilmədikdə, həmin öhdəliklərin tamamilə icra edilməsi üçün tam məsuliyyəti öz üzərinə götürmüş və Bank qarşısında Müştəri ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Ona görə də, Cavabdeh1 tərəfimdən iddiaçı Banka ödənilməmiş 10.493,46 ABŞ dolları əsas borc və 2.806.26 ABŞ dolları faiz borcu olmaqla, cəmi 13.299.72 (on üç min iki yüz doxsan doqquz dollar yetmiş iki sent) ABŞ dolları pul hər iki cavabdehdən müştərək qaydada tutulmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edil məsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

25. MPM-in 407.2-ci maddəsinə əsasən k assasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

26. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi i lə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Hazırkı kassasiya şikayətində Cavabdeh2 apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

29. Əgər iddi a məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.(maddə 381.1)

30. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.. (maddə 470.1)

31. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ə rzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. (maddə 477.0.4) Mülki Prosessual Məcəllə

32. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)

33. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

34. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

35. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)

36. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədi yini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)

37. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)

38. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. (maddə 418.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəli llərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməklə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh2 aid hissədə ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır.

40. Belə ki, aşağıdakı əsaslara görə apelyasiya məhkəməsinin qətnaməsi Cavabdeh2 aid hissədə qanuni və əsaslı deyildir. (35)

41. İş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, zaminliklə təmin edilmiş əsas öhdəliyin icrası müddəti başa çatmamış iddiaçı X ASC tərəfindən 10.02.2016-cı il tarixdə borcalan Cavabdeh1 və Zamin Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddia irəli sürülmüşdür, bu hal isə hazırkı mübahisə üzrə Cavabdeh2 zaminliyinə xitam verilməsi ha lını aradan qaldırır.

42. Bununla bağlı qeyd edilməlidir ki, Bank hazırkı icraatdan əvvəl 10.02.2016-cı il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia qaldırmış və Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 04.05.2016-cı il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh2 ərizəsi əsasında Kəpəz Rayon Məhkəməsinin 19.06.2019-cu il tarixli qərardadı ilə sözügedən qiyabi qətnamə ləğv edilmiş və mülki işin baxışı davam etdirilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 10.07.2019-cu il tarixli qərardadı ilə tərəflər məhkəməyə gəlmədikləri üçün iddia baxılmamış saxlanılmışdır. İddiaçı X ASC ərizə ilə məhkəməyə müraciət edərək, iddiaya mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmiş, lakin Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 24.01.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı 03.03.2020-ci il tarixdə hazırkı iddia ilə yenidən ümumi əsaslarla məhkəməyə müraciət etmişdir.

43. Göründüyü kimi hazırkı icraatdan əvvəl verilmiş iddia üzrə icraat davam etdirilməmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 24.01.2020-ci il tarixli qərardadı ilə işə baxılması təzələnməmiş və iddiaçı 03.03.2020-ci il tarixdə hazırkı iddia ilə yenidən ümumi əsaslarla məhkəməyə müraciət etmişdir.

44. Belə ki, Mülki Məcəllənin 381.1-ci maddəsinin məzmunundan göründüyü kimi əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.

45. Bu isə onu deməyə əsas verir ki, iddiaçının zaminə qarşı iddia verməsi üçün qanunvericilikdə nəzərdə tutulm uş tələb etmə müddətinin axımı ilk iddianın verildiyi 10.02.2016-cı il tarixdən deyil, hazırkı iddianın verildiyi 05.03.2020-ci il tarixdən hesablanmalıdır.

46. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi Cavabdeh2 aid hissədə qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır.

47. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

48. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilsin. G əncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-503/2021 nömrəli iş üzrə 28 yanvar 2021-ci il tarixli qətnaməsi Cavabdeh2 aid hissədə ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar