Məhkəmə qərarları › İş №2(102)-3786/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3786/2019

30.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3786/2019 30.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, iddiaçı x6 vəkili Meybullayeva Şəfiqə Eldar qızının iştirakı ilə, cavabdeh x6 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 noyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7849/2016 saylı, 23 avqust 2016-cı il tarixli qətnaməsi ilə (hakim E.Kazımov) iddia tələbi qismən təmin edilmiş, x2ndan, x3, x4, x5 və x6 müştərək qaydada 17471.74 ABŞ dolları məbləğində əsas kredit borcu, 4375.89 ABŞ dolları məbləğində faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 21947.63 ABŞ dolları borcun Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçı x1nin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12474/2018 saylı, 21 noyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakimlər: A.İmanov, A.Hüseynov və V.Sadıqov) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7849/2016 saylı, 23 avqust 2016-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə x6 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh x6 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12474/2018 saylı, 21 noyabr 2016-c ı il tarixli qətnaməsinin ləğv edilməsi, ona münasibətdə zaminliyə xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, x1 ilə x2 arasında 18.01.2008-ci ildə kredit xətti müqaviləsi bağlanmış və cavabdehə 60 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən borcluya veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. x2 ilə x1 arasında bağlanmış 28.11.2011-ci il tarixli 1324 saylı sazişə əsasən kredit müqaviləsinin məbləği və müddəti artırılaraq müvafiq olaraq 100 000 ABŞ dolları və 120 ay müddətinə verilmişdir. Kredit xətti müqaviləsi üzrə x2na x1 ilə bağladığı 10.12.2014-cü il tarixli 002R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə aylıq 2.1667 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. x2 ilə x1 arasında bağlanmış 12.03.2015-ci il tarixli sazişə əsasən kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmiş, borclu götürdüyü kreditin qalığını və faizlərini yeni ödəniş planına uyğun olaraq banka ödəməyi öhdəsinə götürmüşdür. x2nun kredit razılaşması üzrə 17471,74 ABŞ dolları məbləğində əsas kredit borcu, 4375,89 ABŞdolları məbləğində faiz borcu və 9432.60 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 31280.23 ABŞ dolları borcu vardır. Buna görə də x2ndan, x3, x4, x5 və x6 müştərək qaydada x1nin xeyrinə 17471.74 ABŞ dolları məbləğində əsas kredit borcu, 4375.89 ABŞ dolları məbləğində faiz borcu və 9432.60 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 31280.23 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh x6 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)12474/2018 saylı, 21 noyabr 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi, ona münasibətdə zaminliyə xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı x6 vəkili Meybullayeva Şəfiqə Eldar qızı kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin ed ilməsini xahiş etdi. Cavabdeh x2məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən işin baxılmasında onun iştirakını mümkün hesab etmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçının vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan 18.01.2008-cü il tarixli kredit xətti müqaviləsindən görünür ki, x1 x2na 60 ay müddətinə 20000 ABŞ dolları kredit xətti açılmışdır. İş materiallarında olan 28.11.2011-ci il tarixli kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 1324 saylı sazişdən görünür ki, kredit müqaviləsinin məbləği və müddəti artırılaraq müvafiq olaraq 100 000 ABŞ dolları və 120 ay müddətinə verilmişdir. İş materiallarında olan 18.01.2008-cü il tarixli kredit xətti müqaviləsi üzrə 10.12.2014-cü il tarixli Kredit razılaşmasından görünür ki, bank cavabdeh x2na aylıq faiz dərəcəsi 24 ay müddətinə aylıq 2.1667 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarında olan 12.03.2015-ci il tarixli kredit razılaşması və və ödəniş plannına dəyişiklik edilməsi haqqında sazişdən görünür ki, 10.12.2014-cü il tarixli ödəniş planı ilə müəyyən edilmiş ödəniş məbləğləri və öd əniş tarixləri bu sazişə əlavə olunan 12.03.2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. İş materiallarında olan zaminlik müqavilələrinin surətindən görünür ki, 18.01.2008ci il tarixli kredit xətti müqaviləsinin icrasının təminatı üçün x3, x4, x5 və x6 bank qarşısında zamin durmuşlar. İş materiallarında olan 23.08.2016-cı il tarixli 16248 saylı maliyyə arayışından görünür ki, x2nun x1nə 17471.74 ABŞ dolları məbləğində əsas kredit borcu, 4375.89 ABŞ dolları məbləğində faiz borcu və 9432,60 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 31280,23 ABŞ dolları borcu vardır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması m ülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməmə si dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, x6 zamin qismində öhdəliyin icrası ilə bağlı əsas borclu ilə birgə məsuliyyət daşıyacağı barədə müqavilə bağladığından, əsas, faiz və azaldılmış cərimə borcunun, habelə məhkəmə xərclərinin əsas borclu ilə yanaşı ondan da müştərək qaydada tutulması ilə bağlı iddianı təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Mülki Məcəllənin 500.1-ci maddəsinin tələblərinə görə, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 472-ci maddəsinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulm ayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x6 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar