Məhkəmə qərarları › İş №2(102)-3786/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3786/2020

11.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3786/2020 11.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(104)2276/2019 saylı qətnaməsindən Cavabdeh1 Kamil oğlunun kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(043)-37/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim F.A.Mirabov) iddiaçı “xxxx” KB ASC Cavabdeh1 Kamil oğluna və digərlərinə qarşı “kreditin, ona hesablanmış faizlərin, cərimənin ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddiası qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada ödəniş vaxtı milli manata məzənnədə xx xxxx 2008-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 9.404,57 ABŞ dolları, faiz borcuna görə 1.778,49 ABŞ dolları, hesablanmış cəriməyə görə 100 ABŞ dolları, cəmi 11.283,06 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın xx xxxx 2008-ci il tarixli ipoteka müqaviləsi üzrə Cavabdeh1 mülkiyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, S.Kəsəmənli küçəsi, 65 saylı evə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, evin ilkin satış qiymətinin 60.000 manat müəyyən edilməsi, evin satışından əldə olunan vəsa it hesabına kredit borcunun ödənilməsi, qalan pulun Cavabdeh1 qaytarılması, həmin ev satıldıqdan sonra ən geci 1 ay müddətində cavabdehlərin həmin evdən çıxarılması və iddianın qalan hissədə rədd olunması qət edilib. Cavabdehlər qətnamədən apelyasiyaşikayəti verib. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(104)2276/2019 saylı qətnaməsi ilə (hakimlər F.Ə.Mehtiyev sədrlik edən, məruzəçi, L.S.Süleymanov və A.V.Bayramov) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi cavabdehlərdən müştərək qaydada ödəniş vaxtı milli manata məzənnədə xx xxxx 2008-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 9.404,57 ABŞ dolları, faiz borcuna görə 1.778,49 ABŞ dolları, hesablanmış cə riməyə görə 100 ABŞ dolları, cəmi 11.283,06 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın xx xxxx 2008-ci il tarixli ipoteka müqaviləsi üzrə Cavabdeh1 mülkiyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, S.Kəsəmənli küçəsi, 65 saylı evə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, evin ilkin satış qiymətinin 60.000 manat müəyyən edilməsi, evin satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi hissəsində dəyişdirilərək, cavabdehlərdən müştərək qaydada ödəniş vaxtı milli manata məzənnədə xx xxxx 2008-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 6.085,32 ABŞ dolları, hesablanmış cəriməyə görə 1.150,79 ABŞ dolları, cəmi 7.236,11 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın xx xxxx 2008-ci il tarixli ipoteka müq aviləsi üzrə Cavabdeh1 mülkiyətində olan, Gəncə şəhəri, Kəpəz rayonu, S.Kəsəmənli küçəsi 65 saylı evə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, evin ilkin satış qiymətinin 60.000 manat müəyyən edilməsi, evin satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Cavabdeh1 qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, tələbini belə əsaslandırıb ki, iddiaçı təşkilatla Cavabdeh1 arasında bağlanmış xx xxxx 2008-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 108 ay müddətinə, illik 19 faiz ödəmək şərti ilə 30.000 ABŞ dolları kredit verilib. Öhdəliklərin icrasının təminatı kimi xx xxxx 2008ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, S.Kəsəmənli küçəsində yerləşən 65 saylı ev ipoteka qoyulub. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi xx xxxxxx 2009-cu il tarixli zaminlik müqaviləsinə əsasən digər Cavabdeh2la zaminlik müqaviləsi bağlanıb. Lakin cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməyib və onların iddiaçı təşkilata borcu yaranıb. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiyainstansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozar aq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiyainstansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı “xxxx” KB ASC, Cavabdeh1, vəkili Səadət Seyidli, digər cavabdehlər Cavabdeh2, Ələddin Əhmədov, Validə Osmanova, Ziyafət Babayeva, Esmira Əhmədova və Abdulla Əhmədov məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılm asını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini kredit borcunun tutulması hissəsində dəyişdirib, qalan hissədə qətnaməni dəyişdirilmədən saxlayarkən, tərəflər arasında kredit, ipoteka və zaminlik müqailələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasına, borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öh dəliklərini yerinə yetirməməsinə, qalan hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olmasına istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 442, 443.1, 448.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfin dən müəyyən edilmiş həqiqi hallarından görünür ki, xx xxxx 2008-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 108 ay müddətinə, illik 19 faiz ödəmək şərtilə 30.000 ABŞ dolları kredit verilib. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi xx xxxx 2008-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, S.Kəsəmənli küçəsində yerləşən 65 saylı ev iddiaçı təşkilatın xeyrinə ipoteka qoyulub. Eyni zamanda kredit müqaviləsinin təminatı kimi xx xxxxxx 2009-cu il tarixli zaminlik müqaviləsinə əsasən digər Cavabdeh2la zaminlik müqaviləsi bağlanıb. Lakin cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini vaxtlı-vaxtında icra etməyib və onların iddiaçı təşkilata yuxarıda göstərilən məb ləğdə kredit borcu yaranıb. “xxxx” MMC xx xxxxxxxx 2018-ci il tarixli mütəxəssis rəyinə görə Cavabdeh1 mülkiyyətində olan ipoteka predmetinin ilkin satış qiyməti 60.000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə, əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz sa xlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları araşdırıb müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini düzgün müəyyən etsə də, sözügedən kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada tutulacaq əsas və faiz borcunun məbləğini düzgün müəyyən etməyib. Belə ki, mülki iş materilları ilə təsdiq olunur ki, borclu Cavabdeh1 iddiaçı təşkilata olan əsas borcunun məbləği 9.404,57 ABŞ dolları deyil, 6.085,32 ABŞ dolları, f aiz borcunun məbləği isə 1.778,49 ABŞ dolları deyil, 1.150,79 ABŞ dolları təşkil edir. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, kredit borcunun məbləği birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilmədiyindən, apelyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsinə kredit borcunun məbləğinə aid hissədə dəyişiklik edilərək, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılıb və sadalanan maddi hüquq normalarının tələbləri hazırki mülki mübahisəyə düzgün tətbiq edilib. Cavabdeh1 kasasiya şikayətində ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilmədiyini, 2008-ci ildən ötən müddət ərzində ABŞ dollarının məzənnəsi dəyişdiyi nə görə kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirə bilmədiyini və sair göstərsə də etirazının əsası kimi istinad etdikləri halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə, iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təs diqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiyainstansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Əksinə, alqı-satqı və ipoteka müqaviləsində tərəflərin razılaşması ilə ipoteka predmetinin ilkin satış qiyməti 43.000 manat məbləğində müəyyən edilib, lakin sonradan ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı tərəflər arasında mübahisə, fikir ayrılığı yarandığı üçün müstəqil qiymətləndiricinin rəyinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti 60.000 manat müəyyən edilib. Kredit razılaşması üzrə ödənişin müddəti çatanadək ABŞ dollarının Azərbayca n manatına nisbətdə dəyərinin (məzənnəsinin) artmasına gəlincə isə kasasiya instansiyası məhkəməsi hesab edir ki, ölkədə baş vermiş devalivasiya iddiaçı təşkilatın vəsaiti hesabına kompensasiya edilməklə aradan qaldırıla və kredit müqaviləsinin şərtləri iddiaçı təşkilatın ziyanına təfsir oluna bilməz. Çünki, Azərbaycan manatının devalivasiyası nəticəsində cavabdehlərlə yanaşı iddiaçı təşkilatın özünə də zərər dəyməsi mülki iş materialları ilə istisna olunmur. Ölkədə baş vermiş devalivasiyanın nəticələri isə yalnız dövlətin müdaxiləsi, maliyyə yardımı, eyni zamanda kredit müqaviləsi üzrə tərəflərin qarşılıqlı razılaşması ilə aradan qaldırıla bilər. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda mü əyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kassatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənatə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh o lunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh1 Kamil oğlunun kasasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(104)-2276/2019 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar