Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3787/2022 12.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında İstehsal və Xidmət X1rşı iş üzrə QƏRARİ Açar sözlər: əmək pensiyasının yenidən hesablanması, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil, iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında İstehsal və Xidmət X1rşı əmək pensiyasının yenidən hesablanıb ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2092/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) əri X4 29 dekabr 2013-cü il tarixdə Bakı şəhərində ölmüşdür. xx.xx.2014-cü il tarixli 111N saylı əmrlə X4 öldüyü üçün onunla olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndinə əsasən xitam verilmişdir.
2. İddiaçının müraciəti ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəss islərinin İdarəetmə Mərkəzi (bundan sonra - Mərkəz və ya cavabdeh) tərəfindən verilmiş 19 avqust 2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, X4 ilə Mərkəz arasında əmək müqaviləsi mövcud olmadığından, heç bir rəsmi öhdəlik, o cümlədən, ona əmək haqqı hesablanmasına dair öhdəlik də mövcud olmamış və məntiqi olaraq buna dair məcburi sosial sığorta haqqı üzrə əməliyyat aparılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 əmək stajının tam hesablaması nəzərə alınmaqla və buraxılmış illər üzrə ödənilməmiş pensiya qalıqlarının toplanaraq birdəfəlik iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 31 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə q ətnamə və cavabdeh barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum əri X4 (xx.xx.1937xx.xx.2013) ümumilikdə Azərbaycanın Məişət Xidməti sahəsində 57 ildən artıq fəaliyyət göstərmişdir. Əri vəfat etdikdən sonra, onun əmək pensiyası müvafiq qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən iddiaçıya təyin edilmişdir. İddiaçı hesab edir ki, X3 əmək pensiyası hesablanarkən bir sıra qanun pozuntularına yol verilərək, yəni mövcud əmək stajı tam hesablanmamış, yalnız 47 il 4 ay sığorta stajı nəzərə alınmışdır. Bu rəsmi faktı Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Bakı şəhəri Nəsimi rayon şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən İlham Hüseynov, 16 yanvar 2020-ci il tarixli cavab məktubunda təsdiqləyir. İddiaçı tərəfin dən DSMF-nin Nəsimi rayon şöbəsinə dəfələrlə rəsmi qaydada müraciət edilərək, mərhum həyat yoldaşı X3 əmək pensiyasının hesablanarkən baş vermiş hüquq pozuntularının aradan qaldırılması və əmək pensiyasının yenidən tam, düzgün hesablanması tələb edilmişdir. DSMF-nin direktor müavini Mətin Əsgər tərəfindən 13 aprel 2020-ci il tarixli cavab məktubunda qeyd etmişdir ki, sığortaedən, yəni Mərkəz tərəfindən həyat yoldaşının əmək haqqı ödənilməməklə bərabər, heç bir sığorta ödənişi də həyata keçirilməmişdir. Belə ki, X4 ilə cavabdeh idarə arasında 30 avqust 1999-cu il tarixində “Əmək Müqaviləsi” (kontraktı) bağlanmış olduğu halda, cavabdeh idarə cavab məktubunda bunu rəsmi olaraq təkzib edir. X3 cavabdeh idarənin balansında olan 7 saylı atelyenin işçisi olması ilə yanaşı, idarə ilə “Əmək Müqavil əsi" bağlamasını bir neçə rəsmi faktlarla sübuta yetir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 14 oktyabr 2021-ci il tarixli, 2(005)-3584/2021 nömrəli qətnaməsi ilə (hakim K.Əmirxanova) iddia tələbi rədd edilmişdir.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki, iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir.
7. Birinci instansiya məhkəməsi iddia tələbinin maddi ziyanın (ödənilməmiş pensiyanın) ödənilməsi barədə hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü faktik i hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə də uzlaşmamaqdadır. Çünki, iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd edilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, iddiaçı ona cavabd ehin qanunsuz hərəkəti nəticəsində zərər vurulduğunu sübut edə bilməmişdir.
8. Bundan əlavə, Əmək Məcəlləsi ilə müəyyən edilmiş 1 illik iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçının əri X4 2014-cü ilin 24 may tarixində ölmüş, iddiaçı isə 2021-ci ilin 1 iyul tarixində məhkəməyə müraciət etmişdir.
9. İddiaçı apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi qeyri-qanuni və əsassız qətnamə qəbul etmiş, iş üçün əhəmiyyətli hallar araşdırılmamışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 05 mart 2022-ci il tarixli, 2(103)-2092/2022 nömrəli qətnaməsi ilə (hakimlər F.Talışinski (sədrlik edən və məruzəçi), A.İmanov və Q.Əsgərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, əmək haqqı tələbi üzrə müddətlər ötürülmüş və qanunvericiliyin müddəalarına müvafiq təfsir edilməsi uyğunsuzluğu müəyyən edilmir. İşəgötürənin işin təşkili ilə bağlı mümkün çatışmazlıqları üzrə müvafiq cinayət təqibi orqanına müraciət edildiyindən, hazırkı mülki mühakimə həddində prosessual cəhətdən müzakirə edilməsi yolverilməzdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
12. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etm iş və kassasiya şikayətini iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlili
13. Kassasiya şikayətinə qarşı cavabdehin hüquqi varisi “X2 və Koordinasiya Mərkəzi” X5 etirazı daxil olmuşdur. Etirazda kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
14. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.
15. Maddə 153.2.1. Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.
16. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
17. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.
18. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
19. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
20. Maddə 417.1.5. Kassasiya məhkəm əsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər Kassasiya baxışının hədləri
21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiy a instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (bundan sonra – İPM)
23. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir (maddə 2.1).
24. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); (maddə 2.2.3). 25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasını n Qanunu
26. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir (maddə 2.0.1).
27. İnzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (maddə 2.0.2). “Əmək pensiyaları” haqqında Azərbaycan Respublikasının Qanunu
28. Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur...1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir;
29. Maddə 30.1. Əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.
30. Maddə 30.1-1. Əmək pensiyalarının təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. 31. 30.2. Əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. İlk növbədə nəzərə alınmalıdır ki, baxılan iş üzrə iddiaçının tələbi mərhum əri “X3 əm ək stajının tam hesablanması nəzərə alınmaqla və buraxılmış illər üzrə ödənilməmiş pensiya qalıqlarının toplanaraq birdəfəlik iddiaçıya ödənilməsi”ndən ibarətdir. İddia ərizəsinin əsaslandırılmasından da göründüyü kimi iddiaçı mərhum ərinin əmək stajının bir hissəsi nəzərə alınmadığı üçün pensiyasının düzgün hesablanmadığına istinad edərək, pensiyanın yenidən hesablanmasını və yaranmış fərqin ona birdəfəlik ödənilməsini xahiş etmişdir.
33. İddiaçı mərhum ərinin əvvəllər işçisi olduğunu iddia etdiyi cavabdehə qarşı əmək haqqı barədə iddia tələbi irəli sürməmişdir. Buna baxmayaraq birinci və apellyasiya instansiyası məhkəməsi iddiaçının tələbini “əmək haqqı və pensiyanın yenidən hesablanması” kimi ifadə edərək işə mahiyyəti üzrə həmin tələblər əsasında əmək qanunvericiliyinə uyğun qiymət ver mişdir.
34. Halbuki MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır və yalnız qanunda birbaşa göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Baxılan iş üzrə iddia tələbindən kənara çıxmaq üçün qanunla müəyyən edilmiş müstəsna hal mövcud olmamışdır.
35. Məhkəmə kollegiyası iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbinin (pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi) mahiyyəti ilə bağlı qeyd edir ki, hazırkı mübahisə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsində nəzərdə tutulan ümumi (publik) hüququn nizamasalma predmetinə aiddir.
36. Belə ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsu si hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.
37. İddia ərizəsinin məzmununa əsasən iddiaçının hüquqi marağı pensiyanın yenidən hesablanması və ya ranmış fərqin birdəfəlik ödənilməsindən ibarətdir. Nəzərə alınmalıdır ki, pensiyaların təyin edilməsi, yenidən hesablanması, ödənilməsi və s. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin müvafiq qurumları tərəfindən publik hüquq sahəsindən irəli gələn hakimiyyət səlahiyyətləri vasitəsilə həyata keçirilir.
38. Ona görə də, iddiaçı publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı müvafiq inzibati orqana (hazırkı halda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə) müraciət etməli, müraciətin nəticəsinə uyğun olaraq zərurət yaranarsa, a idiyyəti üzrə inzibati məhkəmədə həmin tələbi İPM-nin 2-ci maddəsinin tələblərinə uyğun mübahisələndirməlidir.
39. Baxılan iş üzrə iddiaçının öz tələbini pensiyanın yenidən təyin olunması səlahiyyətinə malik olan inzibati orqana deyil, mərhumun ərinin əvvəllər işlədiyi müəssisəyə qarşı qaldırması da iddiaya mülki məhkəmə icraatı qaydasında mahiyyəti üzrə qiymət verilməsinə əsas deyil. Çünki yuxarıda da qeyd olunduğu kimi iddia tələbi özü mahiyyətcə inzibati tələbdir və belə tələb xüsusi hüququn nizamasalma predmetinə aid olmadığı üçün onun xüsusi hüquq subyektlərinə qarşı qaldırılması həmin tələbin mülki məhkəmənin icraatına qəbul edilməsinə əsas verə bilməz.
40. Nəzərə alınmalıdır ki, inzibati prosesdən fərqli olaraq mülki məhkəmə icraatında iddiaçının subyektiv hüququnun olub-olmaması, iddianın əsl cavabdehə qarşı qaldırılıbqaldırılmaması mübahisənin mahiyyəti üzrə baxılarkən həll edilməli olan məsələlərdir. Bu baxımdan mülki işə baxan məhkəmənin ilkin vəzifəsi iddianın yolverilənliyini yoxlamaq, o cümlədən mübahisənin mülki məhkəmə icraatı qaydasında baxılmalı olub-olmadığına qiymət verməkdir. 41. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015-ci il Qərarına görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir (2-ci bənd).
42. MPM-in 261.0.1-ci maddəsinə əsasən iş m əhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.
43. Buna baxmayaraq birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini, hazırkı işin inzibati mübahisə olduğunu nəzərə almadan işə mülki məhkəmə icraatı qaydasında baxmış və mahiyyəti üzrə qərar qəbul etmişdir.
44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.
45. Məhkəmə kollegiyası, həmçinin MPM-in 262.2-ci maddəsinə əsasən izah edir ki, baxılan mübahisə üzrə iddiaçı mərhum ərinin əmək pensiyasının yenidən hesablanması üçün inzibati orqana müraciət etməli, həmin orqanın qərarı ilə razı olmadığı halda isə iddia ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət edə bilər.
46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417.1.5 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2092/2022 nömrəli mülki iş üzrə 05 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında İstehsal və Xidmət X1rşı mərhum əri X3 əmək stajının tam hesablaması nəzərə alınmaqla və buraxılmış illər üzrə ödənilməmiş pensiya qalıqlarının toplanaraq birdəfəlik ödənilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir