Məhkəmə qərarları › İş №2(102)-3788/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3788/2019

28.06.2019 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3788/2019 28.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı1 prosesual hüquqi varisi X5 nümayəndəsi X27, onun və İddiaçı2 vəkili X12 və cavabdeh Məmmədli Əbdül Yusif oğlunun vəkili Məmmədli Ənnağı Əbdül oğlunun iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1594/2019 nömrəli iş üzrə 21 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxara q MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim K.B.Əsədov) 2(001)-3170/2018 nömrəli, 20 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinin qismən təmin edilməsi, Vahid Hüseynbala oğlu X4 arasında hazırkı ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Xırdalan-Masazır yolu, 1-ci küçə. 3-cü döngədəki sahəsi 201.1 kvm olan 13 saylı fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.6 ha torpaq sahəsinin alqı-satqısı barədə Bakı şəhəri 50 saylı Notariat Kontorunda təsdiqlənmiş AN-İ N ******* saylı 12 dekabr 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satı müqaviləsinin bağlandığı andan etibarsız sayılması, hazırkı ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Xırdalan-Masazır yolu, 1 -ci küçə, 3- cü döngədəki 0.6 ha torpaq sahə sində yerləşən sahəsi 201.1 kv.m olan 13 saylı fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 600 kv.m torpaq sahəsinə dair Cavabdeh5 adına Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 14 oktyabr 2017ci il tarixdə **********23-10301 reyestr nömrəsi ilə qeydə alınmış RX seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış və X14 adına 18 dekabr 2017-ci il tarixdə xxxxxxxxxxx reyestr nömrəsi ilə qeydə alınmış RX seriyalı xxxxxxx saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi, hazırkı ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Xırdalan-Masazır yolu, 1 -ci küçə, 3- cü döngədəki 0.6 ha torpaq sahəsində yerləşən sahəsi 201.1 kv.m olan 1 3 saylı fərdi yaşayış evi İddiaçı2 və X6 istifadəsinə qaytarılması, həmin ev üzərində onların sahiblik və istifadə hüquqlarının bərpa edilməsi, hazırkı ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Xırdalan-Masazır yolu, 1-ci küçə, 3- cü döngədəki 0.6 ha torpaq sahəsi X9 mülkiyyətinə qaytarılması, iddia tələbinin Cavabdeh4 münasibətdə və qalan hissədə təmin edilməməsi, iddiaçı Əbdül Yusif oğlu X1 və İddiaçı2 qarşı “fərdi yaşayış evindən çıxarılma və köçürülmə tələbinə dair" iddia ərizəsinin əsassız və qanunsuz olduğundan təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər E.Q.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Ə.Qurbanov və A.Ə.Hüseyn) 2(103)-1594/2019 nömrəli, 21 yanvar 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməsi, Bakı şəhə ri Binəqədi Rayon Məhkəməsinin 20 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Bakı şəhəri 48 saylı Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə, Binəqədi qəsəbə Bələdiyyyəsinə və Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “əqdin etibarsız sayılması, daşınmaz əmlakın dövlət reyestrindəki çıxarışların ləğv edilməsi və evə sahiblik hüququnun bərpası tələbinə dair” iddia ərizəsi rədd edilməsi, iddiaçı X14 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı iddiası təmin edilməsi, cavabdehlər İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Binəqədi rayonu, ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 201.1 kv.m olan fərdi yaşayış evindən və 0.06 ha torpaq sahəsindən çıxarılması və X23 həmin fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Bakı şəhəri 48 saylı Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə, X15nə və Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “əqdin etibarsız sayılması, daşınmaz əmlakın dövlət reyestrindəki çıxarışın ləğv edilməsi və evə sahiblik hüququnun bərpası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh5 cavabdeh X16 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesindəki 7-ci məhəllədə yerləşən 6 sot torpaq sahəsi barədə verd iyi etibarnamənin qismən - həmin torpaq sahəsinin 3 sotu barədəki hissəsinin etibarsız sayılması, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesindəki 7-ci məhəllədə yerləşən 6 sot torpaq sahəsində inşa edilmiş inşa etdirdikləri və yaşadıqları yaşayış evinə dair (hazırkı ünvanı: ünvan 6) X13 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən 18 dekabr 2017-ci tarixli RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi və yaşayış evinin onların istifadəsinə qaytarılması barədə qətnamə, kobud qanun pozuntularına yol vermiş şəxslər barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişlər. Daha sonra, İddiaçı1 “Cavabdeh5 cavabdeh X29 arasında bağlanmış yaşayış evinin alqı-satqısı barədə 12 dekabr 2017-ci il tarixli alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız sayılması və həmin yaşayış evin ə dair verilmiş dövlət reyestrindən çıxarışların ləğv edilməsi” barədə qətnamə qəbul edilməsinə dair iddia ərizəsinə əlavə təqdim etmişdir. İddiaçılar İddiaçı1 və Alidə Nazim qızı X17 Abbasovun cavabdehlər sırasından çıxarılması barədə ərizə vermişlər və X14 nümayəndəsi X19, Cavabdeh1 və digər proses iştirakçıları Cavabdeh4 cavabdehlər sırasından çıxarılmasına etiraz etməmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Cavabdeh1 İddiaçı2 əri, digər İddiaçı1 kürəkənidir (İddiaçı1 İddiaçı2 atasıdır). İddiaçı2 ilə Cavabdeh1 18 fevral 2006-cı il tarixdə nikah qeyd etdirməklə evlənmişlər. Həmin nikahdan onların 03 aprel 2006-cı ilə təvəllüdlü Burhan və 08 noyabr 2007ci il təvəllüdlü Osman adlı uşaqları vardır. Cavabdeh1 Gürcüstan Respublikası vətəndaşıdır, hazırda Azərbaycan Re spublikasında olduğu yer üzrə qeydiyyatda olmaqla yaşayır. Cavabdeh1 ilə İddiaçı2 birgə nikahda olduqları dövrdə 2014-cü ilin iyun ayında Cavabdeh5 istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesindəki 7-ci məhəllədə yerləşən 6 sot torpaq sahəsinin 3 sotunu yaşayış evi tikdirmək məqsədi ilə almışlar. Həmin torpaq sahəsi X9 12 mart 2003-cü il tarixli 86/1 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh4 istifadəsinə ayrılmış, sonradan Cavabdeh4 və Cavabdeh5 qarşılıqlı razılıq ərizələri əsasında həmin torpaq sahəsi X9 12 mart 2003-cü il tarixli 86/1 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh5 istifadəsinə ayrılmışdır. Həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı üçün Cavabdeh5 Bakı şəhəri, Binəqədi rayonu, Bin əqədi şossesindəki 7-ci məhəllədə yerləşən 6 sot torpaq sahəsinin 3 sotu barədə Cavabdeh1 Bakı şəhəri 27 saylı Notariat Kontorunda 14 iyun 2014-cü il tarixdə etibarnamə vermişdir. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesindəki 7-ci məhəllədə yerləşən 6 sot torpaq sahəsinin 3 sotunda İddiaçı2 və Cavabdeh1 tərəfindən bir mərtəbəli, kürsülü, 4 otaqlı ev inşa edilmişdir. Cavabdeh1 tüfeyli həyat sürməyə başladığı üçün İddiaçı2 ilə ailə münasibətləri pozulmuşdur. Cavabdeh1 Gürcüstan Respublikasına getmişdir. 2016-cı ilin yay aylarında xəbər tutmuşlar ki, Cavabdeh1 onların istifadəsində olan və yaşayış evi tikdirdikləri Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesindəki 7-ci məhəllədə yerləşən 6 sot torpaq sahəsinin 3 sotunu etibarnamə əsasında Cavabdeh2 vermişdir. Bu barədə X15nə müraciət edərkən məlum oldu ki, Cavabdeh1 Cavabdeh2 həmin torpaq sahəsi barədə Bakı şəhəri 48 sayl Notariat Kontorunda sentyabr 2016-cı il tarixdə etibarnamə vermişdir. Hər ikisi X15nə gedərək onların istifadəsində olan və yaşayış evi tikdirdikləri Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesindəki 7-ci məhəllədə yerləşən 6 sot torpaq sahəsinin 3 sotunun Cavabdeh2 adına sənədləşdirilməsi barədə ərizə vermişlər və X9 05 oktyabr 2016-cı il tarixli 16 saylı qərarı ilə həmin torpaq sahəsi Cavabdeh2 adına sənədləşdirilmişdir. Onlar bu barədə dərhal müxtəlif səlahiyyətli dövlət və bələdiyyə qurumlarına şikayətlər etmişlər, X9 03 mart 2017-ci il tarixli 8 saylı Qərarı ilə “Cavabdeh2 xxxxxx məhəllədə yerləşən 6 sot torpaq sahəsinin 3 sotunun ayrılması barədə” X9 05 oktyabr 2016-cı il tarixli 47 saylı sayl ı qərarı ləğv edilmiş və həmin qərara əlavə edilmiş eskiz-sxemdəki qeydlər etibarsız hesab edilmişdir. Bu müddət ərzində İddiaçı1 tərəfindən evin təmiri və abadlaşdırılması üçün 27.000 manatdan artıq vəsait xərclənmiş, ev yaşayış üçün yararlı vəziyyətə gətirilmişdir. Evin tikintisinə, tikinti materiallarının alınmasına, usta xərslərinin ödənilməsinə çəkilmiş bütün xərclər İddiaçı1 tərəfindən ödənilmişdir. Cavabdeh2 xxxxxx məhəllədə yerləşən 6 sot torpaq sahəsi barədə (2014-cü ildə Cavabdeh1 verilmiş 3 sot torpaq sahəsi də daxil olmaqla) Cavabdeh5 və ya Natiq Əlqan oğlu X2 adına etibarnamə almış, həmin torpaq sahəsində inşa etdirdikləri və yaşadıqları yaşayış evinə dair sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrindən 18 dekabr 2017-ci tarixli RX seriyalı ******* saylı çıxarış almışd ır. X11 və ya Cavabdeh4 xxxxxx məhəllədə yerləşən 6 sot torpaq sahəsi barədə Cavabdeh3 verdiyi etibarnamə, həmin torpaq sahəsində inşa etdirdikləri və yaşadıqları yaşayış evinə dair sonuncunun adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən 18 dekabr 2017-ci tarixli RX seriyalı ******* saylı çıxarış verildiyi andan etibarsız sayılmalıdır. X3 faktiki sahibliyində olan yaşayış evinə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və Cavabdeh5 və ya Cavabdeh4 tərəfindən Cavabdeh3 verilmiş etibarnamənin etibarsız sayılmasını və ləğv edilməsini istəyirlər. Onların razılıqları olmadan faktiki sahibliklərində olan yaşayış evi özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesindəki 7-ci məhəllədə yerləşən 6 sot torpaq sahəsi barədə Cavabdeh5 və ya Cavabdeh4 tə rəfindən Cavabdeh3 etibarnamə verilərkən, həmin torpaq sahəsində inşa etdirdikləri və yaşadıqları yaşayış evinə dair X14 adına daşınmaz əmlakın dövlət reyestrindən 18 dekabr 2017-ci tarixli RX seriyalı ******* saylı çıxarış verilərkən hüquqları pozulmuşdur, sonuncu sənədləri saxtalaşdırmaqla onların hesabına varlanmışdır, həmin şəxslərin bu hərəkətləri yalnız və yalnız onlara ziyan vurmaq niyyəti ilə həyata keçirilmişdir, onların inşa etdirdikləri və faktiki istifadələrində olan yaşayış evinə dair Cavabdeh3 verilmiş daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdır və həmin qeydiyyat əsassız çıxarılmışdır. Hazırda ailə üzvləri ilə birlikdə yaşadıqları yaşayış evi qanunsuzluqla əllərindən çıxarılmışdır, onların yaşadıqları evə dair başqasının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarı ş verilmişdir. X7, nə də digər şəxslərin həmin evin tikintisinə hər hansı vəsaitləri xərclənməmişdir, onların iradəsi olmadan qadağan edilmiş özbaşınalıqla sahiblikdən məhrum edilmişlər, ona görə də onlar qanunsuz sahib olan cavabdehlərdən sahibliklərinin qaytarılmasını tələb edə bilərlər. Cavabdeh1 həmin ev barədə təkbaşına sərəncam vermək hüququ yoxdur, həmin ev birgə nikah dövründə inşa olunduğu və vəsaitin əsas hissəsi İddiaçı1 tərəfindən sərf edildiyi üçün onların razılığı tələb olunur, aralarında belə bir razılaşma olmamışdır. Onların həmin evə istifadə hüquqları vardır, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayıldığından onlar özgəsinin qanunsuz sahibliyindən öz əmlaklarını geri tələb edə bilərlər. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesindəki 7- ci məhəllədə yerləşən 6 sot torpaq sahəsində yaşayış evinin tikintisinə icazə verilməsi barədə Binəqədi rayon İcra Hakimiyyətinin müvafiq sərəncamı yoxdur, evin layihəsi və texniki pasportu tərtib edilməmişdir, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin əməkdaşları tərəfindən yaşayış evinə baxış keçirilməmişdir, həmin evin hansı sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması onlara məlum deyildir. Cavabdeh5 və ya Cavabdeh4 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesindəki 7-ci məhəllədə yerləşən 6 sot torpaqsahəsi barədə verdiyi etibarnamə və həmin torpaq sahəsində inşa etdirdikləri və yaşadıqları yaşayış evinə dair sonuncunun adına verilmiş daşınmaz əmlakın dövlət reyest rindən 18 dekabr 2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarış verildiyi andan etibarsız sayılmalıdır. Cavabdehlər arasında bağlanmış əqdlər qanunvericiliyin tələblərini pozmaqla bağlandığı üçün etibarsızıdır, ona görə də bağlandıqları andan etibarsız sayılmalıdırlar. Həmin əqdlər bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqdlərdir, həmin əqdlərin bağlanması ilə ağır vəziyyətə düşmüşlər. Həmin müqavilənin bağlanması nəticəsində İddiaçı2 son dərəcə ağır vəziyyətə düşmüşdür. Uşaqları ilə birlikdə yaşamağa digər yaşayış sahəsi yoxdur, ona görə də həmin müqavilələr etibarsız sayılmalıdır. X29 İddiaçı1 və İddiaçı2 qarşı “fərdi yaşayış evindən çıxarılma və köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizə si onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 50 saylı notariat kontorunda bağlanmış 12 dekabr 2017-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, ünvan 5 ünvanda yerləşən, ümumi sahəsi 201,1 kv.m olan fərdi yaşayış evini və hamin evin yerləşdiyi sahəsi 0,06 ha olan torpaq sahəsini Cavabdeh5 110.000 manata almışdır. Alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən ona daşınmaz əmlakın dövlət reyestrindən 18 dekabr 2017-ci tarixli RX seriyalı ******* saylı daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilmişdir. Həmin yaşayış evi onun mülkiyyətində olmasına baxmayaraq, cavabdehlər İddiaçı1 və İddiaçı2 həmin evi başqasına kirayəyə vermişlər. Cavabdehlər İddiaçı1 və İddiaçı2 iddia edirlər ki, həmin yaşayış evi onlara məxsus olmuş və xx tərəfindən satılmışdır. Əslində isə o, yaşayış evini xxdeyil, Cavabdeh5 almışdır. Göstərilənlərə əsasən, onun mülkiyyətində olan xxxxxx ünvanda yerləşən ümumi sahəsi 201.1 kv.m olan fərdi yaşayış evindən və 0.06 ha torpaq sahəsindən çıxarılmaları və onun həmin fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)1594/2019 nömrəli iş üzrə 21 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin təmin edilməsi, və Əbd ül Məmmədovun iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 prosesual hüquqi varisi X5 nümayəndəsi X27, onun və İddiaçı2 vəkili X12 kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştiarak edən cavabdeh vəkili Məmmədli Ənnağı Əbdül oğlu kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiy ası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-1594/2019 nömrəli iş üzrə 21 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş mate riallarında olan: Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Xırdalan-Masazır yolu, 1-ci küçə, 3- cü döngədəki 0,6 ha torpaq sahəsində yerləşən sahəsi 201,1 kv.m olan 13 saylı fərdi yaşayış evi şəxsi mülkiyyət kimi Cavabdeh5 adına 14 oktyabr 2017-ci il tarixdə **********23-10301 reyestr nömrəsi ilə qeydə alınmışdır. Bakı şəhəri x saylı Notariat Kontorunda təsdiqlənmiş AN-İN ******* saylı 12 dekabr 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satı müqaviləsindən görünür ki, Cavabdeh5 şəxsi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Xırdalan-Masazır yolu,l-ci küçə, 3-cü döngədəki sahəsi 201,1 kvm olan 13 saylı fərdi yaşayış evini və həmin evin yerləşdiyi 0,6 ha torpaq sahəsini Cavabdeh3 110.000 manata satmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, xxxxxxx döngədəki 0,6 ha torpaq sahəsində yerləşən sahəsi 201,1 kvm olan 13 saylı fərdi yaşayış evi şəxsi mülkiyyət kimi X14 adına 18 dekabr 2017-ci il tarixdə **********23-10301 reyestr nömrəsi ilə qeydə alınmışdır. X9 12 mart 2003-cü il tarixli 86/1 saylı qərarından görünür ki, Cavabdeh4 ona fərdi ev tikintisi üçün qanunla müəyyən edilmiş qaydada ayrılması rəsmiləşdirilmiş 600 kv.m torpaq sahəsini Cavabdeh5 adına rəsmiləşdirilm əsi barədə verdiyi ərizəsi və sonuncunun bu barədə razılıq ərizəsi nəzərə alınaraq birincinin istifadəsində olan 600 kvm torpaq sahəsinin Cavabdeh5 adına rəsmiləşdirilməsi qərara alınmışdır. Torpaqların alqı-satısına dair müqavilədən görünür ki, Cavabdeh5 X15nə torpaq sahəsi ayrılması barədə 17 iyul 2002-ci il tarixli müraciəti nəzərə alınaraq ona X15 ərazisindən 600 kvm torpaq sahəsinin satılması barədə 12 mart 2003-cü il tarixli 86/1 saylı qərar qəbul edilmişdir, Cavabdeh5 tərəfindən Bələdiyyənin büdcəsinə 2.400.000 AZM manat pul ödənilmişdir. Müqavilə 12 mart 2003-cü il tarixdə imzalanmışdır. Bakı şəhəri Binəqədi rayonu X15 tərəfindən Cavabdeh5 ünvanlanmış 15 sentyabr 2017-ci il tarixli 01-11 Ə-561 saylı məktubdan görünür ki, X9 12 mart 2003-cü il tarixli 86/1 saylı qərarı ilə Cavabdeh5 istifadəsinə 600 kvm torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri Binəqədi rayonu ərazisində tikintisi nəzərdə tutulan fərdi yaşayış evinin eskiz layihəsindən görünür ki, X15 12 mart 2003-cü il tarixli 86/1 saylı qərarı ilə X9 ərazisində yerləşən 1-ci X25 ilə üzbəüz sahədə 0,6 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh5 adına təsdiq edilmişdir. Eskizin üzərində “Cavabdeh5 adına verilib” sözləri yazılmışdır. Binəqədi rayon Prokurorluğunun müstəntiqi tərəfindən qəbul edilmiş 09 mart 2017-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, İddiaçı1 ərizə ilə rayon Prokurorluğuna müraciət edərək qızı İddiaçı2nnın əri Cavabdeh1, qızı Alidə ilə birlikdə nikah dövründə aldıqları torpaq sahəsində tikdirdikləri evi, torpaq sahəsi ilə birlikdə qızının xəbəri olmadan Cavabdeh2 satmış və torpaq sahəsi X9 qərarı ilə addan-ada keçirilmişdir. İddiaçı1 izahatında göstərmişdir ki, kürəkəni Cavabdeh1 2014-cü ildə Binəqədi rayonu Binəqədi şossesi 7-ci məhəllədə yerləşən Cavabdeh5 adına verilmiş ümumi sahəsi 6 sot olan torpaq sahəsinin 3 sotunu baş etibarnamə əsasında almış və qızı ilə birlikdə birmərtəbəli, 4 otaqlı fərdi yaşayış evi tikdirmişdir, lakin torpaq sahəsini və evi öz adına rəsmiləşdirə bilməmişdir. Sonradan Cavabdeh1 ilə qızı arasında münasibətlər pozulmuş və Cavabdeh1 valideynlərinin yanına Gürcüstan Respublikasına getmişdir. Sonralar məlum olmuşdur ki, Cavabdeh1 onlardan xəbərsiz həmin torpaq sahəsinə dair Cavabdeh2 adlı şəxsə etibarnamə vermişdir, sonuncu X15ndən həmin torpaq sahəsi üzrə qan unsuz olaraq yeni qərar və cizgi almışdır. Həmin qərardan görünür ki, izahatı alınmış Cavabdeh2 göstərmişdir ki, Cavabdeh1 həmkəndlisi kimi tanıyır, 2016-cı ilin ortalarında qardaşı Abdulla Məmmədov ona zəng edərək ona borclu olan Cavabdeh1 Binəqədi rayonu ərazisində yerləşən 3 sot torpaq sahəsini yarımtikili ilə birlikdə satmaq istədiyini, əlavə pul ödəmək şərti ilə həmin torpaq sahəsini almaq istədiyini bildirmişdir. X26 Respublikasının vətəndaşı olduğundan torpaq sahəsini öz adına rəsmiləşdirmişdir. 27 sentyabr 2016-cı il tarixdə Cavabdeh1la birlikdə Bakı şəhəri 48 saylı Notariat Kontoruna gedərək torpağın onun adına keçirilməsi üçün lazımi sənədləşdirmə aparmış və sənədləri X15nə təqdim etmişdir. 05 oktyabr 2016-cı il tarixdə X15 47 saylı qərarla 12 mart 2003-cü il tarixli 86/1 saylı q ərara dəyişiklik edərək Cavabdeh5 adına olan 600 kvm torpaq sahəsinin 300 kvm hissəsinin onun adına keçirilməsi barədə qərar qəbul etmişdir. Həmin qərardan görünür ki, izahatı alınmış X9 sədri Aytac Əliyeva bildirmişdir ki, Cavabdeh1 26 sentyabr 2016-cı il tarixdə notarial qaydada təsdiqlənmiş ərizə ilə X15nə müraciət edərək etibarnamə üzrə nümayəndəsi olan Cavabdeh5 adına olan 600 kvm torpaq sahəsinin 300 kvm hissəsini qarşılıqlı razılığa əsasən Cavabdeh2 adlı şəxsin adına rəsmiləşdirilməsini xahiş etmişdir. Cavabdeh2 da eyni qaydada Bələdiyyəyə müraciət etmişdir. Araşdırmalardan sonra Bələdiyyənin 16 saylı 29 sentyabr 2016-cı il tarixli Ümumi iclas protokolu ilə Cavabdeh5 adına olan 600 kvm torpaq sahəsinin 300 kvm hissəsi Cavabdeh2 adına keçirilmişdir. Sonradan İddiaçı2nm müraciəti əsas ında 28 fevral 2017-ci il tarixli qərar ləğv edilmişdir. Həmin qərardan görünür ki, Bakı şəhəri x saylı Notariat Kontorunda təsdiqlənmiş 14 iyun 2004-cü il tarixli xxxxxxx reyestrli etibarnamə ilə Cavabdeh5 adına olan 600 kvm torpaq sahəsinin 300 kvm hissəsi üzərində sərəncam vermə, satma, bağışlama və s. hüquqlarını Cavabdeh1 vermişdir. Cavabdeh1 və Cavabdeh2 27 sentyabr 2016-cı il tarixdə notariat kontoruna qarşılıqlı razılıq ərizələri ilə müraciət edərək 300 kvm torpaq sahəsinin Cavabdeh2 adına rəsmiləşdirilməsini xahiş etmişlər. X9 05 oktyabr 2016-cı il tarixli 47 saylı qərarı ilə Cavabdeh5 adına ayrılmış 600 kvm torpaq sahəsinin 300 kvm hissəsi Cavabdeh2 adına keçirilmişdir. X9 03 mart 2017-ci il tarixli 08 saylı qərarı ilə Cavabdeh2 adına 300 kvm torpaq sahəsi ayrılması haqqındakı 05 oktyabr 2016-cı il tarixli 47 saylı qərar ləğv edilmişdir. İşin araşdırılmış hallarından göründüyü kimi, Bakı şəhəri X9 12 mart 2003-cü il tarixli 86/1 saylı qərarı ilə Cavabdeh4 fərdi yaşayış evinin tikintisi üçün X9 ərazisində yerləşən 1-ci X25 ilə üzbəüz sahədə 0,6 ha torpaq sahəsinin Cavabdeh5 adına rəsmiləşdirilməsi barədə verdiyi ərizəsi və sonuncunun bu barədə razılıq ərizəsi nəzərə alınaraq birincinin istifadəsində olan 600 kv.m torpaq sahəsinin Cavabdeh5 adına rəsmiləşdirilməsi qərara alınmışdır. Cavabdeh5 X15nə müraciəti nəzərə alınaraq ona X15 ərazisindən 600 kvm torpaq sahəsinin satılması barədə 12 mart 2003-cü il tarixli 86/1 saylı qərar qəbul edilmişdir, Cavabdeh5 tərəfindən Bələdiyyənin büdcəsinə 2.400.000 AZM manat pul ödənilmişdir. Müqavilə 12 mart 2003-cü il tarixdə im zalanmışdır. Bakı şəhəri x saylı Notariat Kontorunda təsdiqlənmiş 14 iyun 2004-cü il tarixli xxxxxx reyestrli etibarnamə ilə Cavabdeh5 adına olan 600 kvm torpaq sahəsinin 300 kvm hissəsi üzərində sərəncam vermə, satma, bağışlama və s. hüquqlarını Cavabdeh1 vermişdir. Cavabdeh1 həmin torpaq sahəsində inşa edilmiş ev və torpaq sahəsi barədə 27 sentyabr 2016-cı il tarixdə Bakı şəhəri 48 saylı Notariat Kontorunda Cavabdeh2 etibarnamə vermişdir, 05 oktyabr 2016-cı il tarixdə X15 47 saylı qərarla 12 mart 2003-cü il tarixli 86/1 saylı qərara dəyişiklik edərək Cavabdeh5 adına olan 600 kvm torpaq sahəsinin 300 kvm hissəsinin Cavabdeh2 adına keçirilməsi barədə qərar qəbul edilmiş və ona həmin torpaq sahəsinə dair yeni qərar və cizgi verilmişdir. Eyni zamanda X9 16 saylı 29 sentyabr 2016-cı il tarixl i Ümumi iclas protokolu ilə Cavabdeh5 adına olan 600 kvm torpaq sahəsinin 300 kvm hissəsi Cavabdeh2 adına keçirilmişdir. X9 03 mart 2017-ci il tarixli 08 saylı qərarı ilə Cavabdeh2 adına 300 kvm torpaq sahəsi ayrılması haqqındakı 05 oktyabr 2016-cı il tarixli 47 saylı qərar ləğv edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Xırdalan-Masazır yolu, l-ci küçə, 3-cü döngədəki 0,6 ha torpaq sahəsində yerləşən sahəsi 201,1 kvm olan 13 saylı fərdi yaşayış evi şəxsi mülkiyyət kimi Cavabdeh5 adına 14 oktyabr 2017-ci il tarixdə **********23-10301 reyestr nömrəsi ilə qeydə alınmışdır. Cavabdeh5 şəxsi mülkiyyətində olan həmin fərdi yaşayış evini və həmin evin yerləşdiyi 0,6 ha torpaq sahəsini Bakı şəhəri x saylı Notariat Kontorunda təsdiqlənmiş AN-İ N ******* saylı 12 dekabr 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 110.000 manata satmışdır. Hazırda Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Xırdalan-Masazır yolu, l-ci küçə, 3-cü döngədəki 0,6 ha torpaq sahəsində yerləşən sahəsi 201,1 kvm olan 13 saylı fərdi yaşayış evi şəxsi mülkiyyət kimi X14 adına 18 dekabr 2017-ci il tarixdə **********23-10301 reyestr nömrəsi ilə qeydə alınmışdır. Apellyasiya instnasiyası məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 irəli sürdüyü iddiaya münasibətdə subyektiv hüquqa malik olub-olmamasının müəyyən edilməsi vacib əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qor umaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qa ydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmənin icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 0 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda ifadə olunmuş hüquqi mövqeləri nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia çılar İddiaçı1 və İddiaçı2 yönəltdiyi tələblə bağlı iddiaçı ümumiyyətlə müvafiq subyektiv hüquqa malik şəxs deyildir. Belə ki, Vahid Hüseynbala oğlu X4 arasında hazırkı ünvanı xxxxxxx döngədəki sahəsi 201.1 kvm olan 13 saylı fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.6 ha torpaq sahəsinin alqı-satqısı barədə Bakı şəhəri 50 saylı Notariat Kontorunda təsdiqlənmiş AN-İ N ******* saylı 12 dekabr 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satı müqaviləsi bağlanmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 isə həmin alqı-satqı müqaviləsinin tərəfi olmamışlar. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birb aşa göstərişinin qüvvəsinə görə labüd olduğu halda tələb edə bilər. Yuxarıda qeyd edildiyi kimi, yalnız iddiaçının məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğunluğunun müəyyənləşdirilməsi halında irəli sürülən tələbin təmin edilməsi mümkündür. İddianın əsaslandırıldığı faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğunluğu müəyyən olunmadığı halda tələbin təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların (daha sonra qanunla qorunan) yaradılması nəticəsini doğurur. Xüsusilə qeyd olunmalıdır ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn poz ulub-pozulmadığını araşdırmalıdır. İş materiallarından göründüyü kimi iddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisəli torpaq sahəsinə və tikiliyə dair nə istifadə hüququ, nə sərəncam vermək hüququ, nə də mülkiyyət hüququna malik olmamışlar. İşdə bu halları təsdiq edə bilən heç bir sənəd və sübut yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsaəsən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2, X3 X4 arasında hazırkı ünvanı xxxxxxx döngədəki sahəsi 201.1 kvm olan 13 saylı fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.6 ha torpaq sahəsinin alqı-satqısı bar ədə Bakı şəhəri x saylı Notariat Kontorunda təsdiqlənmiş AN-İ N ******* saylı 12 dekabr 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satı müqaviləsini mübahisələndirmək üçün iddiaçılar İddiaçı1 və İddiaçı2 müvafiq subyektiv hüquqları olmamışdır. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mübahisələndirilən alqı-satqı müqaviləsini etibarsız hesab edərkən birinici instansiya məhkəməsi hazırkı ünvanı xxxxxx döngədəki 0.6 ha torpaq sahəsində yerləşən sahəsi 201.1 kv.m olan 13 saylı fərdi yaşayış evinə və həmin, evin yerləşdiyi 600 kv.m torpaq sahəsinə dair Cavabdeh5 adına Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 14 oktyabr 2017-ci il tarixdə **********23-10301 reyestr nömrəsi ilə qeydə alınmış RX seriyalı ******* saylı Hüquqların D övlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın qanunvericiliklə müəyyən edilmiş qaydada verilməməsinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə də razılaşmayıb qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarından və Cavabdeh1 tərəfindən Binəqədi rayon Məhkəməsinə ünvanlanmış ərizəsindən göründüyü kimi Cavabdeh5 tərəfindən verilmiş etibarnamə əsasında Cavabdeh1 Cavabdeh5 mülkiyyətində və istifadəsində olan torpaq sahəsinin bir hissəsində, yəni 3 sotunda mübahisəli tikilini tikmiş, izahatında göstərdiyi kimi maddi sıxıntısı olduğu üçün həmin sahəni öz dəyərində aşağı qiymətə - 20000 ABŞ dollarına Cavabdeh2 satmışdır. Qeyd olunan 20000 ABŞ dollarının Cavabdeh1 tərəfindən alınmasını məhkəmə kollegiyası iclasında İddiaçı1 təsdiq etmişdir. Sonradan adına verilmiş etibarnamənin ləğv edilməsini Cavabdeh5 xahiş etmişdir. Daha sonra Cavabdeh5 qanunla müəyyən edilmiş qaydada tikilinin sənədləşdirilməsi ilə bağlı 2017ci ildə Binəqədi Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişdir. Ərizəyə Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən qanunla müəyyən edilmiş müddətdə münasibət bildirilmədiyinə görə Cavabdeh5 fərdi yaşayış evinin qeydiyyata alınması üçün AR Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.4-cü maddəsinə görə, tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı tikintiyə icazə ilə fəaliyyət sferasına to xunulan və müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintinin təyinatına uyğun olaraq müəyyən edilən aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərir. Həmin sorğuya layihəsi ekspertizadan keçirilməsi tələb olunan obyektlərə münasibətdə 15 gün, layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə münasibətdə 5 gün müddətində rəy bildirilməlidir. Bu müddət ərzində qurumlar tərəfindən rəy bildirilmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum iradların olmaması prezumpsiyasından çıxış edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əml akın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Göründüyü kimi mübahisəli Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Xırdalan-Masazır yolu, 1-ci küçə, 3-cü döngədəki 0,6 ha torpaq sahəsində yerləşən sahəsi 201,1 kvm olan 13 saylı fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi Cavabdeh5 adına qanunvericiliyin tələbləri pozulmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, X3 X4 arasında hazırkı ünvanı Bakı şəhəri, xxxxx döngədəki sahəsi 201.1 kv.m olan 13 saylı fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.6 ha torpaq sahəsinin alqı-satqısı barədə Bakı şəhəri x saylı Notariat Kontorunda təsdiqlənmiş AN-İ N ******* saylı 12 dekabr 2017-ci il tarixl i daşınmaz əmlakın alqı-satqı müqaviləsinin iddiaçılar tərəfi olmadıqlarından həmin iddia ilə məhkəməyə müraciət etmək üçün müvafiq subyeltiv hüquqa malik olmamışlar, eləcə də həmin müqavilənin etibarsızlığı barədə hər hansı hal müəyyən edilməmişdir. Belə ki, işin qeyd olunan halları ilə mübahisəli torpaq sahəsinə Cavabdeh5 adına verilmiş çıxarışın ləğv edilməsi üçün hər hansı əsas olmamışdır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı X23 Bakı şəhəri x saylı notariat kontorunda bağlanmış 12 dekabr 2017-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, ünvan 5 ünvanda yerləşən, ümumi sahəsi 201,1 kv.m olan fərdi yaşayış evini və hamin evin yerləşdiyi sahəsi 0,06 ha olan torpaq sahəsini Cavabdeh5 110.000 manata al mışdır. Alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən ona daşınmaz əmlakın dövlət reyestrindən 18 dekabr 2017-ci tarixli RX seriyalı ******* saylı daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilmişdir. Göründüyü kimi iddiaçı X23 mübahisəli torpaq sahəsinə dair Cavabdeh5la alqı-satqı müqaviləsi bağlamışdır və həmin alqı-satqı müqaviləsinin etibarsızlığı üçün də əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam, verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndinin tələbinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Göstərilən qanunun normasından göründüyü kimi mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə səlahiyyətləri əhatə edir. Mülkiyyətçinin öz əmlakı üzərində «səlahiyyət üçlüyü» adlanan bu imkanları mülkiyyət hüququnun məzmununu təşkil edir. Mülkiyyətçi öz əmlakı ilə bağlı sahiblik, istifadə və sərəncam səlahiyyətlərindən qanun çərçivəsində öz istədiyi kimi istifadə edə bilər. Yəni mülkiyyətçi özünə məxsus olan əmlakdan şəxsən istifadə edə bilər, onu başqasının istifadəsinə verə bilər və ya istifadəsiz öz mülkiyyətində saxlaya bilər. Bütün bu hallarda onun mülkiyyət hüququ bütövlükdə saxlanılır. Azərbaycan Respub likası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, «mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir». Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, «Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyəni təmin etmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətlər i iştirakçılarının (qanunvericiliklə nəzərdə tutulan hədlərdə) maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir. Bu baxımdan əmlak hüquqlarının reallaşdırılması, öhdəliklərin yerinə yetirilməsilə bağlı münasibətlərə hər hansı qanunsuz müdaxilə edilməsi, maneə yaradılması məqbul hesab oluna bilməz». Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçı X23 hazırki iddia ilə məhkəməyə müraciət etməklə haqlı olmuşdur və onun iddiası təmin edilməklə, cavabdehlər İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Binəqədi rayonu, ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 201.1 kv.m olan fərdi yaşayış evindən və 0.06 ha torpaq sahəsindən çıxarılmaları və X23 həmin fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qan unun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tə ləblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1594/2019 nömrəli iş üzrə 21 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1594/2019 nömrəli iş üzrə 21 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar