Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3788/2021 20.05.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD kassasiya şikayətinin icraata qəbulundan imtina barədə Ali Məhkəmənin hakimi Quliyev X1 Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 Xanbaba oğlunun verdiyi kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı LPO “xxxx” ASC-nin ləğvedicisi XXXnun cavabdehlər Cavabdeh1 Xanbaba oğlu və qeyrilərinə qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 Xanbaba oğlu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası MPM-nin 407.4-cü maddəsinə əsasən, ka ssasiya şikayətinə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Həmin Məcəllənin 408.1.3-cü maddəsinə əsasən, kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti qaytarılır. İş materiallarından görünür ki, kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməmişdir. Həmin Məcəllənin 409-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instans iyası məhkəməsinə göndərilir. Lakin, apellyasiya məhkəməsi tərəfindən həmin maddənin tələbləri pozularaq prosessual qanunvericiliyin tələblərinə cavab verməyən kassasiya şikayəti baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 408 və 409-cu maddələrini rəhbər tutaraq Qərara aldım: Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 Xanbaba oğlunun verdiyi kassasiya şikayəti icraata qəbul edilmədən Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-3788/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-3788/2021
20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver