Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3789/2019 19.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Rüstəmov Əli Məhəmməd oğlundan, Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızının, iddiaçı x1-nın vəkili Məmmədov Natiq Sədrəddin oğlunun iştirakı ilə, iddiaçı x1-nın və cavabdeh x2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 avqust 2018-ci il tarixli, 2(011)412/2018 saylı qətnaməsi ilə (hakim N.Misirzadə) iddianın qismən təmin edilməsi, ödəniş gününə qüvvədə olan məzənnə ilə 5788,12 ABŞ dolları məbləğində əsas borc, 2803,91 ABŞ dolları məbləğində faiz borcu, 75 ABŞ dolları məbləğində cərimə, cəmi 8667,03 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı və 20 manat məbləğində dövlət rüsumunun x2 və x3 müştərək qaydada alınaraq x1-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, 10 manat məbləğində dövlət rüsumunun x2 və x3 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi və ekspertiza tədqiqatının dəyəri olaraq 245 manat məbləğində pul vəsaitinin x2 və x3 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2018-ci il tarixli, 2(103)-11985/2018 nömrəli qətnaməsi ilə (hakimlər E.Nəbiyev, R.Qurbanov və A.Hüseyn) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 avqust 2018-ci il tar ixli, 2(011)-412/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı x1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2018-ci il tarixli, 2(103)-11985/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh x2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2018-ci il tarixli, 2(103)-11985/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: x1 ərizə ilə məhkəməyə müraciət edərək, 02.12.2014-cü il tarixli 2-MZ-5-0-96914 saylı kredit müqaviləsindən irəli gələn 23.08.2016-cı il tarixədək hesablanmış ödənilməmiş 6023,16 ABŞ dolları əsas borc və 1462,97 ABŞ dollar ı faiz borcu, cəmi 7486,13 ABŞ dolları, həmçinin ərizə verilməsi üçün 20 manat dövlət rüsumu əlavə olunmaqla, x2 və x3 birgə qaydada tutulub x1-yə ödənilməsi barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, x2 x1 arasında 02.12.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən bank x2 24 ay müddətinə, illik 24% ödəmək şərti ilə 8500 ABŞ dolları məbləğində kredit vəsaiti vermişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq zamin x3 zaminlik müqaviləsi bağlanmışdır. Hazırda borclular öhdəliklərini icra etmirlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14.09.2016-cı il tarixli məhkəmə əmrinə əsasən 6023.16 ABŞ dolları məbləğində əsas borc, 1462,97 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 7486,13 ABŞ dolları məbləğində pul vəsaiti və 20 manat məbləğində dövlət rüsumunun x2 və x3 müştərək qaydada alınaraq x1-yə ödənilməsi müəyyən edilmişdir. Borclu x2 göstərilən məhkəmə əmrinə etiraz etmiş və məhkəmə əmrinin ləğv edilməsini xahiş etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26.05.2017-ci il tarixli qərardadı ilə qeyd edilən məhkəmə əmri ləğv edilərək, ümumi iddia icraatına keçirilmişdir. İddiaçı x1 sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 11.12.2017-ci il tarixli maliyyə arayışına əsasən hesablanmış 6023,16 ABŞ dolları əsas borcu, 2803,91 ABŞ dolları faiz borcu, 750,49 ABŞ dolları cərimə borcu, cəmi 9577,56 ABŞ dolları və 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilm işdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2018ci il tarixli, 2(103)-11985/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh x2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2018ci il tarixli, 2(103)-11985/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni q ərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı x1-nın vəkili Məmmədov Natiq Sədrəddin oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçının vəkilini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir. İş materiallarında olan cavabdehlərlə iddiaçı x1 arasında 02.12.2014-cü il tarixli, 2MZ-5-0-969-14 saylı bank hesabı, kredit və za minlik müqaviləsinə əsasən cavabdehə illik 24 faiz ödəmək şərti ilə 24 ay müddətinə 8500 ABŞ dolları məbləğində kredit verilmişdir. İşin materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borcunu ödəməsinə dair 20.07.2016-cı il tarixdə xəbərdarlıq məktubu göndərmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdeh x2 qeyd edilən müqavilə üzrə 6023,16 ABŞ dolları məbləğində əsas borcu və 1462,97 ABŞ dolları məbləğində faiz borcu vardır. İş materiallarında olan 11.12.2017-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh x2 qeyd edilən müqavilə üzrə 6023,16 ABŞ dolları məbləğində əsas borcu, 2803,91 ABŞ dolları məbləğində faiz və 750,49 ABŞ dolları məbləğində cərimə borcu vardır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11.07.2017-ci il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 19341 saylı, 16.11.2017-ci il tarixli rəyindən görünür ki, x2 tərəfindən x1-dən alınmış kredit vəsaiti üzrə 23.08.2016-cı il tarixə banka olan borcu əsas borc üzrə 6049,85 ABŞ dolları, faiz borcu üzrə 1272,82 ABŞ dolları məbləğində müəyyən edilir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29.12.2017-ci il tarixli qərardadı əsasında təyin edilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 1530 saylı, 28.03.2018-ci il tarixli rəyindən görünür ki, x2 tərəfindən x1-dən alınmış kredit vəsaiti üzrə 23.08.2016-cı il tarixə banka olan borcu əsas borc üzrə 5788,12 ABŞ dolları, faiz borcu üzrə 1400,08 ABŞ dolları məbləğində müəyyən edilir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10. 05.2018-ci il tarixli qərardadı əsasında təyin edilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 15315 saylı, 25.07.2018-ci il tarixli rəyindən görünür ki, x2 ilə x1 arasında bağlanmış 02.12.2014-cü il tarixli, 2-MZ-5-0-969-14 saylı bank hesab, kredit və zaminlik müqaviləsi və həmin müqaviləyə 03.12.2015-ci il tarixli əlavə üzrə borcalanın x1- yə 11.12.2017-ci il tarixə banka olan borcu əsas borc üzrə 5788,12 ABŞ dolları, faiz borcu üzrə 3038,76 ABŞ dolları məbləğində müəyyən edilir. İş materialları ilə müəyyən edilir ki, cavabdehlərlə iddiaçı x1 arasında 02.12.2014cü il tarixli, 2-MZ-5-0-969-14 saylı bank hesabı, kredit və zaminlik müqaviləsinə əsasən cavabdehə illik 24 faiz ödəmək şərti ilə 24 ay müddətinə 8500 ABŞ dolları məbləğində kredit verilmiş, lakin cavabdehlər bu müqavilə üzrə ö hdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşlar. İddiaçı tərəfindən cavabdehlərə borcunu ödəməsinə dair 20.07.2016-cı il tarixdə xəbərdarlıq məktubu göndərmişdir. İşdə olan əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 15315 saylı, 25.07.2018-ci il tarixli rəyindən görünür ki, x2 ilə x1 arasında bağlanmış 02.12.2014-cü il tarixli, 2-MZ-50-969-14 saylı bank hesab, kredit və zaminlik müqaviləsi və həmin müqaviləyə 03.12.2015-ci il tarixli əlavə üzrə borcalanın x1- yə 11.12.2017-ci il tarixə banka olan borcu əsas borc üzrə 5788,12 ABŞ dolları, faiz borcu üzrə 3038,76 ABŞ dolları məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərə kəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu MM-də nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlakmənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqa vilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər və cərimə ilə birlikdə iddiaçıya ödəməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehlərdən - ödəniş gününə qüvvədə olan məzənnə ilə 5788,12 (beş min yeddi yüz səksən səkkiz dollar 12 sent) ABŞ dolları məbləğində əsas borc, 2803,91 (iki min səkkiz yüz üç dollar 91 sent) ABŞ dolları məbləğində faiz borcu, 75 (yetmiş beş) ABŞ dolları məbləğində cərimə, cəmi 8667,03 (səkkiz min altı yüz altmış yeddi doll ar 03 sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı borcun tutulması barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən işin halları nəzərə alınaraq dəbbə pulunun həcmi əhəmiyyətli dərəcədə azaldılmışdır. Bunu nəzərə alaraq kollegiya hesab edir ki, əsas və faiz borcuna münasibətdə birinci instansiya məhkəməsi tərəfindən tutulması müəyyən edilmiş cərimənin məbləği tam olaraq işin hallarına uyğun olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli p ul vahidi ilə ifadə olunmalı olduğundan, Azərbaycan Respublikasının pul vahidi manat olduğundan, hazırki iddia tələbi xarici valyuta ilə göstərilərsə də, ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ö dənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x1-nın və x2 kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3789/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3789/2019
19.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver