Məhkəmə qərarları › İş №2(102)-3789/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3789/2023

02.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3789/2023 02.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi ilə əlaqədar mübahisələr, öhdəlik münasibətləri, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-608/2023 nömrəli, 02 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 02 oktyabr 20 23-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC (bundan sonra “iddiaçı” və ya “Bank”) ilə Cavabdeh (bundan sonra “cavabdeh” və ya “Borclu”) arasında illik 23 faizlə 48 ay müddətinə 11.424 ABŞ dolları məbləğində kreditin verilməsinə dair xx.xx.2015-ci il tarixdə kredit müqavilə bağlanmışdır. Borclu müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməyi öhdəsinə götürmüşdür.

2. Mübahisə həmin kredit müqavilə ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı 17 avqust 2021-ci il tarixdə iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 10484.15 ABŞ dolları əsas və 9446.54 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1993 0.69 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi belə əsaslandırılmışdır ki, müqaviləyə əsasən cavabdehə şəxsi məqsədləri üçün illik 23 faizlə 48 ay müddətinə 11.424 dollar məbləğində kredit verilmişdir. Lakin cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin müddəaları pozularaq, müqavilədə göstərilən öhdəlikləri lazımınca icra etməmişdir. xx.xx.2015-ci il tarixli 00-xx-xx-0277772 saylı kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh bu müqavilənin 1 saylı əlavəsindəki cədvələ uyğun olaraq ona ayrılmış krediti və həmin məbləğə hesablanmış faiz ödənişlərini vaxtında ödəməmişdir.

5. İddiaçı cavabdehin 22 iyun 2019-cu il tarixinə 10484.15 ABŞ dolları əsas və 9446.54 ABŞ dolları fai z borcunun olması ilə bağlı 08 iyun 2021-ci il tarixli maliyyə arayışı təqdim etmişdir.

6. İddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 428.4, 442, 445.1, 445.2, 445.4, 448.1 və 449.1-ci maddələrinə istinad edilmişdir.

7. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək, mübahisəyə iddia müddətinin tətbiq edilməısini xahiş etmiş, məhkəmə iclasında isə iddiaya etiraz edərək cavabdehin iddiaçıya borcunun olmadığını bildirmişdir.

8. Ağdam Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(013)-2212/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Rafiq Məmmədov)

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan Bankla cavabdeh arasında bağlanmış 22.062015-ci il tarixli, 00-xx-xx02777 2 saylı kredit müqaviləsinin və həmin kredit müqaviləsinin 1 saylı əlavəsini sürətləri və digər sənədlərin sürətləri lazımi qaydada təsdiq olunmamışdır. Belə ki, yuxarıda qeyd olunan sürətlərin üzərinə əl yazma ilə “əsli ilə düzdür” yazılmış və soyadı, adı və atasının adı, həmçinin vəzifəsi göstərilməyən şəxs tərəfindən imza edilmiş, həmin sürətlərin üzərinə “Muğanbank ASC arayışlar üçün” yazılmış ştamp vurulmuşdur. Məhkəmə tərəfindən iddiaçıya kredit müqaviləsi üzrə sübutların məhkəməyə təqdim edilməsi barədə məktub göndərilsə də, iddiaçı tərəfindən məhkəmənin məktubuna cavab verilməmiş və məktubda göstərilən sənədlər məhkəməyə göndərilməmişdir.

10. Birinci instansiya məhkəməsi cavabdehin ərizəsinə münasibətdə qeyd etmişdir ki, ərizədə ifadə edilən mövqe Azərbaycan Respublikası Mülki Məcə lləsinin tələblərinə ziddir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 373.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 77.3, 89.1 və 89.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, məhkəmə iclasında onların iştirakı təmin edilmədiyindən çəkişmə prinsipi pozulmuşdur.

14. Apellyasiya instansiyası məhkəməsi cavabdehin 08 iuyn 2019-cu il tarixinə borcunun miqdarını müəyyən etmək məqsədilə 24 fevral 2023-cü il tarixli qərardadla mühasibatlıq ekspertizası təyin etmişdir.

15. Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2023-cü il tarixli, 9/2212 saylı rəyinə əsasən cavabdehin 08 iyun 2019-cu il tarixinə (sual üzrə tarixə) Banka olan borcu 17165.61 ABŞ dolları, o cümlədən 10484.15 ABŞ dolları əsas, 6681.46 ABŞ dolları faiz borcu təşkil edir.

16. İddiaçı apellyasiya instansiyası məhkəməsinə 02 mart 2023-cü il tarixli maliyyə arayışı təqdim etmişdir. Arayışda cavabdehin Banka 22 iyun 2019-cu il tarixinə 10484,15 ABŞ dolları əsas, 4724,24 ABŞ dolları faiz borcu olmaqla, cəmi 15208,39 ABŞ dolları borcunun olmasını göstəmişdir.

17. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-608/2023 nömrəli, 02 iyun 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmış, iddia qismən təmin olunmuş, cavabdehdən 10484,15 ABŞ dolları əsas, 6681,46 ABŞ dolları faiz məbləği olmaqla, cəmi 17165,61 ABŞ dolları məbləğində borc məbləğinin ödəniş anına manata məzənnə ilə, manat e kvivalentində və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq, iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. (hakimlər Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev, İslam Həsənov)

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddianı rədd edən birinci instansiya məhkəməsi kredit müqaviləsinin və onun 1 saylı Əlavəsinin əslinin məhkəməyə təqdim edilməməsini əsas gətirərək iddianı rədd etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Hərçənd ki, cavabdeh tərəf həmin müqavilənin mövcudluğunu birinci instansiya məhkəməsində mübahisələndirməyərək, yalnız iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsini xahiş etmişdir.

19. Apellyasiya instansiy ası məhkəməsinin mövqeyinə görə iddianı təsdiq edən sənədlərin əsli o zaman mühüm əhəmiyyət kəsb edə bilər ki, cavabdeh tərəf həmin sənədlərin mötəbərliyini şübhə altına almış olsun. Hazırkı işin hallarına görə isə cavabdeh birinci instansiya məhkəməsinə təqdim edilmiş müqavilənin və onun əlavəsinin mötəbərliyini mübahisələndirməməklə, həmin müqavilənin mövcudluğunu inkar etməmişdir.

20. Digər tərəfdən mülki qanunvericiliyə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanılır ki, borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsinin yazılı formada bağlanması qanunvericiliyin tələbidir. Bu formaya riayət edilməməsi isə həmin əqdin etibarsızlığına əsas versə də, Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbi baxımından əqdin etibarsızlığı halında tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa borclu hesab olunur. Bu baxımdan, birinci instansiya məhkəməsi kredit müqaviləsinin əsli təqdim edilmədiyi və təqdim edilmiş kredit müqaviləsinin surətini sübut kimi qəbul etmədiyi halda belə, etibarsız əqdin nəticəsi qismində cavabdehin iddiaçı qarşısında öhdəliyinin yaranıbyaranmamasını müəyyən etməli idi. Yuxarıda qeyd olunduğu kimi cavabdeh birinci instansiya məhkəməsinə təqdim edilmiş müqavilənin və onun əlavəsinin mötəbərliyini mübahisələndirməməklə, həmin müqavilənin mövcudluğunu inkar etməmiş, iddiaçı isə müqavilənin əslini apellyasiya instansiyasına təqdim etmişdir ki, bununla da tərəflər arasında etibarsız borc müqaviləsinin bağlanması müəyyən edilməmişdir. Buna görə də qeyd olunan əsasla iddianı rədd edən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixli, 00-xx-xx-0227772 saylı kredit müqaviləsi bağlanaraq sonuncuya illik 23 faizlə 48 ay müddətinə 11.424 dollar məbləğində borc pul verilmiş, cavabdehin müqavilə şərtlərini pozaraq müəyyən edilmiş ödəniş cədvəlinə əsasən əsas borc və faiz məbləğlərini vaxtında ödəməyərək, müqavilə üzrə öhdəliyin icrasının son müddətinə 10484,15 ABŞ dolları əsas, 6681,46 ABŞ dolları faiz məbləği olmaqla, cəmi 17165,61 ABŞ dolları məbləğində iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliyin icrası üç ün müəyyən edilmiş müddətdən sonrakı dövrə görə də, yəni 08 iyun 2021-ci il tarixinədək olan dövrə görə faiz məbləği hesablanmaqla tələb edilmişdir ki, iddiaçının müqavilə üzrə öhdəliyin icrası üçün müəyyən edilmiş müddətdən sonra faiz hesablaması düzgün olmamışdır.

22. Apellyasiya instansiyası məhkəməsi cavabdehin ödənilmiş pulların əsasən faiz məbləğinə silinməsi ilə bağlı etirazına münasibətdə göstərmişdir ki, iş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş ödənişlərə dair cədvəl və ekspert rəyinə əsasən cavabdeh tərəfindən ümumilikdə 6418,74 ABŞ dolları ödəniş edilmişdir ki, həmin məbləğin 939,85 ABŞ dolları əsas borc məbləğinə, 5478,89 ABŞ dolları isə faiz məbləğinə silinmişdir. İş materiallarında əlavə edilmiş ödəniş cədvəlinə əsasən isə cavadbeh hər ay 407,71 ABŞ dolları ö dəməli olduğu halda, yalnız müqavilə bağlandıqdan 4 ay ərzində gecikdirmə ilə hər ay üçün 407 ABŞ dolları ödəmiş, sonrakı aylarda isə əsas borc məbləğindən ödəniş etməməklə yanaşı, aylıq faiz məbləğlərini də tam ödəməmiş, 2017-ci ilin sentyabr ayından isə, ümumiyyətlə, ödəniş etməmişdir. İddiaçı bankın edilmiş ödənişləri ilk öncə hesablanmış faizlərdən silməsi isə Mülki Məcəllənin 432.4-cü maddəsinin tələbinə uyğun olmuşdur.

23. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə əsasən belə nəticəyə gəlib ki, faiz borcu hissəsində iddia tələbi qismən əsaslıdır və faiz borcu 6681,46 ABŞ dolları məbləğində müəyyən edilməlidir.

24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 329.1, 337.5, 432.4, 739.1, 740.1, 740.2-ci, Mülki Prosessual Məcəllənin 14.1 və 77.1-ci maddəl əri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin təkrar apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, cavabdeh 6418.74 ABŞ dolları pul vəsaitini iddiaçıya ödəsə də, əsassız olaraq həmin məbləği faiz borcundan silinmişdir. Faiz məbləği ekspertiza mərkəzi tərəfindən düzgün hesablanmadığından məhkəmə öz təşəbbüsü ilə yenidən ekspertizanın keçirilməsini təşkil etməli idi. Yəni faizin 90 gün müddətində hesablanması qanuni şəkildə olmalı olduğu halda, onların müddəti kifayət qədər çox hesablanmışdır. İddiaçı qərəzli olaraq iddia ərizəsi ilə məhkəməyə gec müraciət etmiş, iddiaçının faizlərin hesablanmasının davam etdirilməsi üçün 2017-ci ildən (sonuncu ödəniş tarixindən) deyil, 2021-ci il tarixində məhkəməyə müraciət etməsinə məhkəmə hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə iddiaçının etirazı daxil olmuşdur. Etirazda apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin əsaslandırılması, işin tam və obyektiv araşdırılması və bu səbəbdən kassasiya şikayətinin dəlillərinin əsassız olması göstərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsız dır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam b axdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilm əsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası m əhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

29. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.

30. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kredit müqaviləsi üzrə idd ianın əsas borc məbləği hissəsində düzgün nəticəyə gəlib.

32. İşin müəyyən edilmiş hallarına görə iddiaçı ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixli, 00-xx-xx-0227772 saylı kredit müqaviləsi bağlanaraq sonuncuya illik 23 faizlə 48 ay müddətinə 11.424 dollar məbləğində borc verilmiş, cavabdeh müqavilə şərtlərini pozaraq müəyyən edilmiş ödəniş cədvəlinə əsasən əsas borc və faiz məbləğlərini vaxtında ödəməmişdir.

33. Cavabdehin müqavilə üzrə öhdəliyin icrasının son müddətinə əsas borcunun 10484,15 ABŞ dolları miqdarında olması mühasibatlıq ekspertizasının rəyi ilə təsdiqini tapmışdır.

34. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin kredit müqaviləsi üzrə əsas borcla bağlı hissəsində gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları işin həmin hissədə müəyyən edilmiş halına uyğu n olmuşdur. Buna görə də həmin hissədə qətnamənin ləğvinə əsas yoxdur.

35. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin kredit müqaviləsi üzrə faiz borcunun məbləğini ekspert rəyinə əsasən müəyyən edərkən düzgün nəticəyə gəlməyib.

36. Belə ki, işdən görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2023-cü il tarixli, 9/2212 saylı rəyində cavabdehin 08 iyun 2019-cu il tarixinə (sual üzrə tarixə) 6681.46 ABŞ dolları faiz borcu vardır.

37. Eyni zamanda iddiaçının apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi 02 mart 2023-cü il tarixli maliyyə arayışında cavabdehin Banka 22 iyun 2019-cu il tarixinə 4724,24 ABŞ dolları faiz borcu olması göstərilib. (İİ cild, i.v.39)

38. Göründüyü kimi, ekspert rəyi ilə iddiaçının təqdim etdiyi maliyyə aray ışındakı faiz borcu məbləğində təxminən 2000 ABŞ dollarına qədər fərq vardır. Başqa sözlə, iddiaçının maliyyə arayışında faiz borcu aşağı miqdarda göstərilmişdir.

39. Apellyasiya instansiyası məhkəməsi isə qeyd edilən maliyyə arayışına qiymət vermədən, həmin arayışla bağlı iddiaçının nümayəndəsinin mövqeyini öyrənmədən faiz borcunun məbləği ilə bağlı ekspert rəyini əsas götürmüş, cavabdehin apellyasiya baxışında təxminən 10000 manat ödəniş etməsinə baxmayaraq, həmin məbləğin əksər hissəsinin faizə silinməsi barədə dəlillərinə əhəmiyyət verməmişdir.

40. Mülki Prosessual Məcəllənin 9.3-cü maddəsinə görə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərl ə əsaslandırmalıdır.

41. Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə cavabdehin irəli sürdüyü dəlilləri müzakirə etməməklə, Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsinin tələblərini pozmuşdur.

42. Nəzər alınsa ki, cavabdeh kassasiya şikayətində də 6418.74 ABŞ dolları pul ödəməsinə baxmayaraq, həmin məbləğin əsassız olaraq faiz borcundan silinməsini bildirir, belə olan halda, həmin xüsusat işin faktiki halları ilə bağlı olduğu və işə mahiyyəti üzrə baxan məhkəmə tərəfindən müəyyən edilmədiyi üçün cavabdehin həmin dəlillərinin əsaslı olub-olmamasına və faiz borcu hissəsində gəlinən nəticənin əsaslılığına məhkəmə kollegiyası qiymət verə bilmir.

43. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası kredit müqaviləsi üzrə faiz borcu hissəsində apellyasiya məhkəməsinin mövqeyini əsaslı saymır.

44. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehdən tutulan faiz borcu hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, kassasiya şikayəti qalan hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır.

45. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-608/2023 nömrəli, 02 iyun 2023-cü il tarixli qətnaməsi cavabdehdən tutulan faiz borcu hissəsində ləğv edilsin. İş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin, qətnamə qalan hissədə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar