Məhkəmə qərarları › İş №2(102)-379/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-379/2021

02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-379/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdehə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: deliktdən irəli gələn mülki hüquq pozuntusu) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Vəkil1, üçüncü şəxsin nümayəndəsi X8, vəkili X4 iştirakları ilə, İddiaçı Cavabdeh və qeyrilərinə qarşı pul tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-581/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzr ə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aldatma yolu ilə ondan aldığı 20.000 manat, hüquqi yardım üçün ödədiyi 110 manat, dövlət rüsumu qismində ödədiyi 30 manat, cəmi 20.140 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh o4.11.2015-ci il tarixdə özünə məxsus əmlak kimi təqdim etdiyi XXX, 5No-li otağı 20.000 manat almaqla ona satmışdır. Lakin sonradan həmin evin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olması müəyyən edilmiş, iddiaçı bundan sonra hüquq mühafizə orqanlarına müraciətlər etmiş, yoxlamanın nəticəsi olaraq cinayət işin in başlanması rədd edilərək mülki qaydada məhkəməyə müraciət etməsi iddiaçıya izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.İsmayılov, iş N 2(060)-6597/19) iddia tələbi təmin edilərək, 20.000 manat, hüquqi yardım üçün ödədiyi 110 manat, dövlət rüsumu qismində ödədiyi 30 manat, cəmi 20.140 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilmişdir. Məhkəmə iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 386.1-ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Sumqayıt Apellyasiya Məhkəməsinin (hakimlər- L.Məmmədova (sədrlik edən və məruzəçi), A.Abbasov və G.Tağızadə) xx xxxxxx 2020-ci il tarixli, 2(105)-581/20 nömrəli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış, əlavə olaraq deliktdən irəli gələn maddi hüquq normalarının tətbiqini zəruri hesab etmişdir. Kassasiya şikayətinin iştirakçılarının izahatları b) və ona etirazın dəlilləri, məhkəmə icraatı Kassasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kasasiya şikayəti verərək, apelyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti məhkəməyə təqdim etdiyi faktiki hallarla əsaslandırılmış və əla və olaraq qeyd edilmişdir ki, işə baxan məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları Üçüncü şəxsin vəkili X7 və nümayəndəsi Abıyev Hafiz İman oğlu kassasiya şikayətini qəbul etməmiş, satılan mənzilin Müdafiə Nazirliyinin balansında olduğunu, alqı-satqının predmeti olmadığını, cavabdeh bunu bilə-bilə mənzili qeyri-rəsmi olaraq iddiaçıya satmaqla onun vəsaitini ələ keçirdiyini bildirmişdir. İddiaçının vəkili Vəkil1 kassasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və digər üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandı rılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün ç əkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öh dəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi XXX, otaq-5 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olan və hərbçilərin yaşaması üçün nəzərdə tutulan şəhərcikdə yerləşir. Həmin mənzildə yaşamış cavabdeh otağı 20.000 manata iddiaçıya satmış və sonradan satıcının mənzilə heç bir hüququ olmadığı müəyyən edilmişdir. Ona görə iddiaçı cavabdehin öz hərəkətləri ilə ona zərər vurmasına istinad edərək hazırkı tələbi irəli sürmüşdür. Sumqayıt şəhər Pİ-nin 2-ci PB tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, X6 müraciəti əsasında aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, müraciətin müəllifinə Azərbaycan Respublikası MPM-nin 25.1 və 35.1-ci maddəsinə uyğun olaraq aidiyyəti üzrə məhkəməyə müraciət etmə hüququ olması izah edilmiş, qararın surəti məlumat üçün maraqlı tərəflərə göndərilmiş, toplanmış material saxlanılması üçün Sumqayıt şəhər Pl-nin 2-ci PB-nin dəftərxanasına təhvil verilmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, cavabdeh Xəlilova Zahidə Qulam qızı ünvan 1 ünvanında yerləşən 5 saylı otağı heç bir sərəncam vermək hüququ olmadığı halda iddiaçı X1 və bunun müqabilində iddiaçı X2 20.000 manat məbləğində pul almışdır. Apelyasiya instansiyası məhkəməsi işin qeyd olunan faktiki hallarına haqlı olaraq deliktdən və zərərvurmadan irəli gələn maddi hüquq normalarını tətbiq etməklə iddianı təmin etmişdir. Kassasiya şikayət ində işə baxılarkən maddi və prosessual hüquq normalarının pozulmasına istinad olunsa da, həmin pozuntuların konkret olaraq nədən ibarət olması göstərilməmişdir. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-581/2020 nömrəli iş üzrə xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar