Məhkəmə qərarları › İş №2(102)-3792/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3792/2019

03.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3792/2019 03.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhmədoğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, İddiaçı QSC “Bank Standard” KB-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2018-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim:T.Kərimov; ) iddiaçı QSC “Bank Standard” KB-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2018-ci il tarixli qərardadı ilə (hakimlər, A.N.İmanov (sədrlik edən və məruzəçi A.Q.Hüseynov,V.N.Sadıqov; 2(103)-14041/18)İddiaçı QSC “Bank Standard” KB-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qeyri-mümkün hesab edilməklə Binəqədi rayon məhkəməsinə geri qaytarılmışdır. İşin halları İddiaçı QSC “Bank Standard” KB-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “xxxx” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək QSC “Bank Standard” KB ilə Cavabdeh1 arasında bağlanmış 08 sentyabr 201 0-cu il tarixli *********** saylı kredit xətti müqaviləsi və həmin müqaviləyə 14 dekabr 2011-ci il tarixli *********** saylı əlavə saziş üzrə öhdəliklərin yerinə yetirilməməsinə cavabdehlərdən müştərək qaydada QSC “Bank Standard” KB-nin xeyrinə 2191.12 manat faiz borcu, 332.79 manat dəbbə pulu olmaqla cəmi 2523.91 manat borcun və 30 manat ödənilməmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslanmışdır ki,QSC “Bank Standard” KB ilə Cavabdeh1 arasında bağlanmış 08 sentyabr 2010-cu il tarixli ************** saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 12 ay müddətinə, illik 24 % olmaqla 6000 manat məbləğində kredit verilmişdir. Bankla Cavabdeh1 arasında bağlanmış 14 dekabr 2011-ci il tarixli *************** saylı əlavə sazişə əsasən cavabdehə 6000 manat və əlavə olaraq 293 manat məbləğində kredit xətti verilmiş, kreditin ödənilməli olduğu son tarix 14 dekabr 2013-cü il müəyyən edilmişdir.Eyni zamanda QSC “Bank Standard” KB ilə Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış 08 sentyabr 2010-cu il tarxili zaminlik müqaviləsinə əsasən sonuncular Cavabdeh1 bank qarşısında öhdəliklərini tamamilə icra etmədiyi təqdirdə bütün məsuliyyəti öz üzərilərinə götürmüşlər.Dəfələrlə kredit və kredit üzrə yığılmış faizlərin təcili ödənilməsi barədə bank tərəfindən Cavabdeh1 müraciət edilmiş, lakin sonuncu verdiyi vədlərə əməl etməyərək tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini kobud surətdə pozmuşdur. Kassasiya şikayətinin dəlilləri İş üzrə iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilərək mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, bank tərəfindən dövlət rüsumu elektron qaydada ödənilməklə rüsumunun ödənilməsi barədə çıxarış apellyasiya şikayətinə əlavə olunmuşdur və sistemin başqa hər hansı formada rüsumun həqiqiliyini təsdiq etməsinə ehtiyac yoxdur. Belə ki, ödənilmiş bütün rüsumların göndərilmiş formada çıxarışlarının sağ yuxarı hissəsində mədaxil qəbzinin nömrəsi göstərilməklə, hər rüsum çıxarışının öz nömrəsi var.Həmin nömrələr həqiqi olmayan rüsumların və istifadə olunmuş rüsumların təkrar istifadəsini mümkünsüz edir. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qərardadıprosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmış, işin faktiki halları araşdırılmamış, nəticədə prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qərardad qəbul edilmişdir. Tərəfin izahatı Cavabdeh1 Mülki Prosessual məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyi üçün işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və digər cavabdehlər heç bir üzürlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı mad dəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının öz qərardadını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 362.1.2-ci madəsinə istinad etməklə onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsini təsdiq edən hökumət ödəniş portalından olan çıxarışın həqiqətən də portaldan edilmiş çıxarış olması müəyyən edilmir.Çünki, hökumət ödəniş portalından çıxarış edildikdə çıxarışda müvafiq internet saytına istinad edilən qeyd mövcud olmalıdır.Lakin apellyas iya şikayətinə əlavə edilmiş sənəddə bu kimi qeyd yoxdur. Digər tərəfdən qeyd edilməlidir ki, əgər həmin sənəd Hökumət ödəniş portalından olan çıxarış deyilsə, onda həmin sənədin üzərində dövlət rüsumunu qəbul etmiş müvafiq müəssisənin möhürü və ştampı olmalıdır.Lakin qeyd edilən sənəddə hər hansı möhür və ya ştamp yoxdur. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -263.6-cı maddəsinin tələbinə əsasən məhkəmə tərəfindən qərardad, işdə iştirak edən şəxslərin çəkişmə, hüquq bərabərliyi prinsipinin təmin edildiyi, bu məcəlləyə müvafiq olaraq məhkəmə baxışının ümumi müddəalarına əməl olunduğu bir şəraitdə qəbul edilir. -363.1, 363.1.2 –ci maddələr inə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 366.1-366.2-ci maddələrinə görə isə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. İş materiallarından görünür ki, Bakı şəhər i Binəqədi rayon Məhkəməsinin yuxarıda qeyd olunan 08 oktyabr 2018-ci il tarixli 2(001) -7231/2018 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya bankının ləğvedicisi Əmanətlərin Sığortalanması fondu tərəfindən apellyasiya şikayəti verilmişdir və apellyasiya şikayətinə 15 manat dövlət rüsumunun ödənilməsi barədə 16.11.2018-ci il tarixli ********* N-li mədaxil qəbzi əlavə edilmişdir. İddiaçı kassasiya şikayətinə dövlət rüsumunun ödənilmə ardıcıllığını çap olunmuş şəkildə əlavə etməklə kassasiya şikayətində göstərmişdir ki: “Bank tərəfindən dövlət rüsumu elektron qaydada ödənilməklə dövlət rüsumunun ödənilməsi barədə çıxarış apellyasiya şikayətinə əlavə olunmuşdur və sistemin başqa hər hansı formada rüsumun həqiqiliyini təsdiq etməsinə eh tiyac yoxdur. Belə ki, ödənilmiş bütün rüsumların göndərilmiş formada çıxarışlarının sağ yuxarı hissəsində mədaxil qəbzinin nömrəsi göstərilməklə hər rüsum çıxarışının öz nömrəsi var.Həmin nömrələr həqiqi olmayan rüsumların və istifadə olunmuş rüsumların təkrar istifadəsini mümkünsüz edir.Müvafiq sayt (www.gpp.az) dövlət rüsumunun ödənilməsini hər hansı başqa formada təsdiqləmir. Bakı Apellyasiya məhkəməsinin Mülki Kollegiyası məhkəmə iclasının vaxtı və yeri barədə işdə iştirak edən şəxslərə lazımi qaydada məlumat vermədən yuxarıda göstərilən əsaslarla apelyasiya şikayətini qeyri –mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 9-cu maddəsinin tələblərinə əsasən Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin məcə llənin 47.2-ci maddəsinə görə isə işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. Apellyasiya şikayətinin mümkünlüyünə dair işə baxılması barədə işdə iştirak edən şəxslərə o cümlədən apellyasiya şikayəti vermiş iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməməi nəticəsində iddiaçı məhkəmə iclasında iştirak etməklə prosessual hüquqlarından istifadə edərək öz dəlillərinin doğru olmasını təsdiq edən sübutları təqdim etmək imkanından məhrum olmuş, nəticədə prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.4, 418.4.5-ci maddələrinin tələbinə əsasən işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa apellyasiya instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələbləri pozulduğuna görə qərardad ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin olunsun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə apellya siya şikayətinin mümkünlüyünə dair 12 dekabr 2018-ci il tarixli qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar