Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3793/2019 03.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, cavabdehin vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 28 noyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 və onun vəkili Vəkil kassasiya şikayəi üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Мəhkəməsinin 2(001)-1575/2018 saylı iş üzrə qəbul etdiyi 21 may 2018-ci il tarixli qətnaməsi ilə iddia tələb i qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 10313,94 ABŞ dolları əsas borc, 854.28 ABŞ dolları faiz borcu, 1 ABŞ dolları cərimə olunmaqla ümumilikdə 11169,22 ABŞ dolları məbləğində borc öhdəlik icra olunan zaman üçün Azərbaycan Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə və ödənilmış dövlət rüsumunun 25,98 manat hissəsi tutularaq iddiaçı "İddiaçı" QSC-nə ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçının özünə aid edilməsi, iddia tələbinin dəbbə pulunun qalan hissəsində tutulması hissəsində təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 43.3 manatı cavabdehlərdən müştərək qaydada, 6.7 manatı isə iddiaçıdan tutularaq dövlət büdcəsinə keçirilməsi qət edil mişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2018-ci il tarixli, 2(103)-9325/2018 saylı qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova sədrlik edən, məruzəçi X.Sarıyev və E.Şamayev) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Binəqədi rayon Мəhkəməsinin 2(001)-1575/2018 saylı iş üzrə qəbul etdiyi 21 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinə görə ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh1 aid edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “borcun tutulması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10313,94 ABŞ dolları əsas borc, 854,28 ABŞ dolları faiz borcu, 1728,2 ABŞ dolları cərimə olmaqla ümumilikdə 12896,42 ABŞ dolları məbləğin də borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 və onun vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, maddi və prosessual hüquq normaları pozulduğundan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 8 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 28 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələbl ərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı "İddiaçı"QSC ilə Cavabdeh1 arasında 07 may 2008-ci il tarixində bağlanmış **********saylı kredit xətti müqaviləsinə əsasən cavabdehə (borcalana) 60 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xəttinin açılması, kreditlərin tərəflər arasında “Kredit Razılaşmaları” əsasında veriləcəyi nəzərdə tutulmuşdur. 18 iyun 2012-ci il tarixli 623 saylı "kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" sazişlə tərəflər kredit xətti müqaviləsinin müddətinin artırılaraq 169 ay və məbləğinin artırılaraq 30000 ABŞ dolları olması barədə razılığa gəlmişl ər. İddiaçı "İddiaçı"QSC ilə cavabdeh Cavabdeh1 arasında *********** saylı kredit xətti müqaviləsi üzrə 05 sentyabr 2014-cü il tarixdə bağlanmış ******** saylı kredit razılaşmasına əsasən bank tərəfindən borcalana aylıq faiz 2,25 % olmaqla 20000 ABŞ dolları məbləğində kreditin verilməsi, borc alan tərəfindən isə həmın razılaşmanın ayrılmaz tərkib hissəsi olan 1 saylıəlavədə göstərilmişödəniş planına əsasən verilmiş kreditin faizlə birlikdə qaytarılması nəzərdə tutulmuşdur. İddiaçı həmin razılşma ilə üzərinə düşən öhdəliyini icra edərək borc alana 20000 ABŞ dolları məbləğində kredit vermişdir. Cavabdeh1 ilə 05 sentyabr 2014-cü il tarixdə bağlanmış *********saylı kredit razılaşmasına 1 saylı əlavə olan ödəniş planına görə borcalan almış olduğu krediti 08 oktyabr 2014-cü il tarixindən başla yaraq hər ay 1091.66 ABŞ dolları, sonuncu ay isə 1091.52 ABŞ dolları ödəniş etməklə 22 sentyabr 2016-cı il tarixənədək qaytarmalı idi. Tərəflərin imzaladıqları 27.03.2015-ci il tarixli *********** saylı, 30.09.2015-ci il tarixli *********** saylı, 28.01.2016-cı il tarixli *********** saylı, 26.02.2016-cı il tarixli ********** saylı, 14.09.2016-cı il tarixli ********* saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Eləcə də işdən məlum olur ki, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 zaminlik müqavilələrinə əsasən Cavabdeh1 ****** saylı kredit müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olan öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərilərinə götürmüşlər. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki,cavabdehlər qeyd edil ən “Kredit müqaviləsi” və “Zaminlik müqavilələri” üzrə Bank qarşısında üzərilərinə götürdükləri öhdəliklərini icra etməmiş, kreditin və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməkdən yayınmışlar. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehlərə xəbərdarlıq məktubları göndərilməklə borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qnaunla nəzərdə tutulmuş tədbirlərin görüləcəyi nəzərlərinə çatdırılmışdır. Hazırki halda işin mübahisələndirilən halı əsas kredit borcu və faiz borcunyn məbləği ilə bağlıdır. Belə ki, iddiaçı bankın təqdim etdiyi 07 fevral 2017-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh ******* saylı 05 sentyabr 2014-cüil tarixli kredit razılaşması üzrə 17 yanvar 2017-ci il tarixinə bank qarşısında yerinə yetirilməmiş öhdəliyi 10313,94 ABŞ dolları əsas borc, 85 4,28 faiz borcu, 1728,2 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 12896,42 ABŞ dolları təşkil etmişdir. Cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfin həm əsas borc məbləğini, həm də ona hesablanan faizləri artıq göstərdiyini iddia edir. Cavabdehin bu mövqeyi ilə razılaşmaq olmaz. Belə ki, 07.05.2008-ci il tarixli kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan kredit razılaşmaları ilə müəyyən edilir. Həmin müqavilənin 3.1.2-ci bəndinin "a" yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə bank müqavilə yə vaxtından əvvəl xitam vermək, kredit məbləğini, faiz borcunu və hesablanmış cəriməni tələb etmək hüququna malikdir. 05.09.2014-cü il tarixli kredit razılaşması ilə kredit alana aylıq faiz dərəcəsi 2.25% (illik 27%) olmaqla kredit verilməsi nəzərdə tutulmuşdur. 27.03.2015-ci il tarixli 05R000011468S saylı kredit razılaşması ilə kreditin qalıq məbləğinə 06.04.2016-cı il tarixdən aylıq 2,1667%, 06.10.2016-cıil tarixdən aylıq 0% olmaqla faizlərin hesablanması, 28.01.2016-cı il tarixli ******* saylı kredit razılaşması ilə kreditin qalıq məbləğinə 07.03.2016-cı il tarixdən aylıq 2,1667% olmaqla, 05.09.2016-cı il tarixdən aylıq 0% olmaqla faizlərin hesablanması, 26.02.2016-cı il tarixli *********saylı kredit razılaşmasına görə kreditin qalıq məbləğinə 26.02.2016-cı il tarixdən aylıq 1,8333% olmaqla, 05.09.2016-cı il tarixdən aylıq 0% olmaqla faizlərin hesabla nması və 14.09.2016-cı il tarixli ********* saylı kredit razılaşmasına görə kreditin qalıq məbləğinə 14.09.2016-cı il tarixdən aylıq 1,9267% olmaqla, 28.03.2018-ci il tarixdən aylıq 0% olmaqla faizlərin hesablanması nəzərdə tutulmuşdur. Lakin cavabdeh borcun məbləğinin şişirdilməsini təsdiq edən hər hansı sübutu (məsələn adi riyazi hesablamanı) məhkəmələrə təqdim etməmişdir. Bunun əksinə, birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının nəticələrinə dair 05 yanvar 2018-ci il tarixli 21585 saylı rəyindən görünür ki, iş materiallarında olan kassa mədaxil qəbzləri, cari hesabdan çıxarış məlumatları, 05.09.2014-cü il tarixli 05sentyabr 2014-cü il tarixli ********saylı kredit razılaşmasının qeyd olunan şərtləri nəzərə alınmaqla 17 yanvar 2017-ci il t arixinə Cavabdeh1 “xxxx” ASC-yə olan əsas kredit borcu 12046,34 ABŞ dolları, faiz borcu 1145,36 ABŞ dolları olmaqla, cəmi 13191,7 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Həmçinin qeyd edilməlidir ki, bazar iqtisadiyyatı şəraitində devalvasiya və hər zaman gözlənilən bir hadisə hesab olunmalıdır. Milli valyutanın devalvasiyaya uğraması heç bir halda cavabdehi müqavilə üzrə öhdəliklərindən azad etməməlidir. Buna yalnız o halda yol verilə bilər ki, tərəflər arasında bağlanmış müqavilədə milli valyutanın dəyərdən düşməsi halının borc alanın xeyrinə nəzərə alınaraq, buna görə onun faiz və cərimə borcundan azad edilməsi və ya məsuliyyətinin yüngülləşdirilməsi, yaxud ona bu barədə hər hansı bir güzəştin tətbiq olunması ilə bağlı şərt nəzərdə tutulsun. Lakin hazırki kredit müqaviləsində belə bir şərt təsbit olunmamışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən borcalana verilmiş borc məbləği ABŞ dolları ilə ifadə olunduğundan və öhdəliklərin ABŞ dolları ilə icrası nəzərdə tutulduğundan cavabdeh həmin valyutanın Azərbaycan manatına nisbətdə bahalaşmasını əsas gətirərək, öhdəliyin icrasından yayına bilməz. Milli valyutanın dəyərinin dəyişməsi borcalana və borcverənə eyni qaydada təsir göstərir. Beləliklə, tərəflər arasında borcun verilməsinə dair bağlanmış “Kredit müqaviləsi” qanunun tələblərinə uyğun olaraq bağlanmış və iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərin müqavilə şərtlərində qeyd olunan qaydada tələb edilməsi qanuna uyğundur. Bu baxımdan apellyasiya şikayətinin müzakirə edilən dəlili əsassızdır. Apellyasiya instansiyasının məhkəmə kollegiyası mübahisəli münasib ətlərə aşağıdakı maddi hüquq normalarını tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun ü zərinəöhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur(m 443.1). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (m 448.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ysı digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eynı keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə y alnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun nəticəsində o müqavilə bağlanarkən ümid etməyə haqqıçatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 422.1-ci maddəsinə görə, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzər də tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Cavabdeh1 kassasiya şikayətinin dəlili ilə əlaqədar olaraq kollegiya qeyd edir ki, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, ca vabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə kreditor qarşısında müqavilə üzrə öhdəlikləri yaranmışdır. Cavabdeh həmin öhdəliyin icrasından yayındığı üçün iddiaçı bu tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Beləliklə kassasiya icraatı qaydasında işə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə araşdırılarkən maddi və prosessual qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Belə ki, iradə ifadəsi ilə bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən lazımınca icra edilməmiş və nəticədə həmin müqavilənin vaxtında və lazımınca icra edilməməsinə görə məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiklə ri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kоllеgiyаsı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə üzrə tədbiq edilməli olan hüquq normalarını düzgün tətbiq edərək nəticə etibarı ilə qanuni və əsaslı qətnamə çıxarmışdır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz, ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: C avabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 28 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3793/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3793/2019
03.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver