Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3794/2023 06.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Gədəbəy rayon notariat ofisinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olması; iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X9 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Gədəbəy rayon notariat ofisinə qarşı mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü hesab edilərək uzadılması tələbinə dair iddia ərizəsi ilə bağlı Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasın ın 2(104)-980/2023 nömrəli iş üzrə 15 may 2023-cü il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Gədəbəy rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş çıxarışa görə, X19 və X5 05 fevral 1961-ci il tarixdə nikaha daxil olmuşlar, nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir;
2. Doğum haqqında şəhadətnamənin surətinə əsasən, X10 xx xxxxxx 1960-cı il tarixdə doğulmuş, ata qrafasında X19, ana qrafasında X4 qeyd edilmişdir;
3. Nikahın bağlanması haqqında şəhadətnamənin surətinə görə, X11 və X10 05 yanvar 1981-ci il tarixdə nikaha daxil olmuşlar, nikah bağlandıqdan sonra arvada Cəfərova soyadı verilmişdir;
4. Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş 11 oktyabr 20 19-cu il tarixli 437 nömrəli arxiv arayışına əsasən, Gədəbəy rayon Dövlət Arxivi mühafizəsində olan 19911995-ci illərə dair Novoivanovka kənd İƏD üzrə nümayəndəliyin 04 saylı təsərrüfatbaşına kitabın 281 şəxsi hesab nömrəsinə əsasən X12 ailə tərkibi özü, arvadı X4 və X7 ibarət olmuşdur. Onun adına 0.25 ha torpaq sahəsi və 1975-ci ildə tikilmiş 40 kv.m. yaşayış evi qeyd edilmişdir;
5. JN-303D KOD 50500028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq edilmiş surətinə görə, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1998-ci il tarixli 08 nömrəli qərarı ilə X12 və onun ailə üzvləri olan X2 və X13 ümumi mülkiyyətinə Gədəbəy rayonu Novoivanovka kəndində 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir;
6. Ölüm haqqında arayışlara əsasən, X19 17 mart 2006-cı il tarixdə, X4 04 iyun 2012-ci il tarixdə ölmüşdür;
7. Gədəbəy rayon notariat ofisi tərəfindən verilmiş 22 oktyabr 2019-cu il tarixli 447 nömrəli məktuba əsasən, vərəsəliyin qəbulu müddətini keçdiyi əsası ilə İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir;
8. Gədəbəy Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli 2(042)-1019/2019 nömrəli qətnaməsinə görə, İddiaçı cavabdeh X16 qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia tələbi təmin edilməmişdir;
9. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyun 2021-ci il tarixli 2(104)-1195/2021 nömrəli qətnaməsinə əsasən, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Gədəbəy Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır;
10. Azərbaycan Re spublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 noyabr 2021-ci il tarixli 2(102)-5970/2021 nömrəli qərarına görə, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mirasın qəbuluna dair buraxdığı müddətin üzrlü hesab edilərək uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddianın əsaslarına görə, Gədəbəy rayonu Novoivanovka kəndində 0.25 ha torpaq sahəsi üzərində yerləşən 40 kvadratmetrdən ibarət ikiotaqlı fərdi yaşayış evi atası mərhum X17 məxsus olmuşdur. Atası xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra o, a nası X4 ilə birlikdə qeyd edilən daşınmaz əmlakda yaşamışlar. Anası xx.xx.2012-ci ildə vəfat etmişdir. Anasının vəfatından sonra həmin əmlakda bir müddət yaşamış, lakin sonradan qardaşı oğlu X20 onu həmin evdən qovmuş və valideynlərinə məxsus həmin fərdi yaşayış evində yaşamağa başlamışdır. 2019-cu ildə o, cavabdeh Gədəbəy Rayon Notariat Ofsinə müraciət edərək, atasından miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin ona məktubla mirasın qəbuluna dair müddətin ötürülməsi əsas gətirilməklə şəhadətnamə verilməsindən imtina edilmişdir. O, hüquqi savadsızlığı səbəbindən 6 ay ərzində notariat ofisinə ərizə verilməli olduğunu bilməmiş, bu səbəbdən də üzrlü səbəbdən mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti ötürmüşdür.
13. Gədəbəy Rayon Məhkəməsin in 2(042)-66/2023 nömrəli iş üzrə 19 yanvar 2023cü il tarixli qətnaməsi ilə (hakim F.Mirzəquliyev) iddia rədd edilmişdir.
14. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... iddiaçı Gədəbəy Rayon Notariat Ofisinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, valideynləri X19 və X1 qalmış əmlakın miras kimi qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa edilərək, uzadılmasını xahiş etmişdir. Məhkəmə araşdırması ilə iddiaçının atası X12 2006-cı ildə, anası X2 isə 2012-ci ildə öldükləri və onlardan miras qalmış əmlakın nəvələri X20 tərəfindən vəsiyyətnamə üzrə qəbul etdildiyi müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı atası X6 ölümündən 16 ildən, anası X2 ölümündən isə 10 ildən artıq müddət keçmişdir. İddiaçı bu kifayət qədər böyük müddət ərzində mirası q əbul edə bilməməsinin ağlabatan və məntiqi səbəblərini göstərə bilməmiş, eyni zamnda, bu səbəbləri əsaslandıran halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də iddia tələbi təmin edilməməlidir. Bu nəticəyə gələrkən məhkəmə həm də o halı nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi müddətinin uzadılmasına dair mübahisə yalnız vərəsələr arasında yarana bilər. Yəni, iş üzrə cavabdeh qismində mirası qəbul etmiş vərəsə cəlb edilməli olduğu halda, məhkəmə tərəfindən iddiaçıya müvafiq təklif edilsə də, o, mirası qəbul etmiş vərəsəni işə cavabdeh kimi cəlb etməkdən imtina etmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 54.2-ci maddəsinin tələblərini nəzərə alaraq, işə baxmışdır.” b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
15. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti vermişdir.
16. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-980/2023 nömrəli iş üzrə 15 may 2023-cü il tarixli qətnaməsi ilə (İ.Həsənov (sədrliyi və məruzəsi ilə), hakimlər A.İsgəndərova və A.Hüseynzadədən ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia rədd edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Məhkəmə kollegiyasının iclasında isə müəyyən olundu ki, İddiaçı Gədəbəy rayonu Novoivanovka kəndində 0.25 ha torpaq sahəsi üzərində yerləşən 40 kv.m ikiotaqlı fərdi yaşayış evinin mərhum atası X17 məxsus olduğunu, atası 17 mart 2006-cı il tarixdə öldüyünü, onun ölümündən sonra anası X4 ilə birlikdə həmin evdə yaşadığını, anası 04 iyun 2012-ci il tarixdə vəfat etdiyini, anasının vəfatından sonra həmin əmlakda bir müddət yaşadığını, lakin sonradan qardaşı oğlu X13 onu həmin evdən qovduğunu, 2019-cu ildə atasından miras qalmış əmlakın qəbulu ilə bağlı Gədəbəy rayon notariat ofisinə müraciət etmiş, lakin mirasın qəbuluna dair müddətin ötürüldüyünə görə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edildiyini, hüquqi savadsızlığı səbəbindən 6 ay ərzində notariat ofisinə ərizə verməli olduğunu bilmədiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddiaçı tərəfindən mirasın qəbul edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddətdən uzun müddət keçməsini və kifayət qədər uzun müddət ərzində mirası qəbul edə bilməməsinin səbəblərini əsaslandıran halları təsdiq edən sübutları təqdim edə bilməməsi əsası ilə iddianı təmin etməmişdir. Bundan əvvəldə qeyd edildiyi kimi məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iddiaçı mərhum atasından qalmış miras əmlakı qəbul etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməsi, onun vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair notariat orqanına müraciət etməsi və notariat orqanının bundan imtina etməsi işin mübahisələndirilməyən hallarıdır. İddiaçı digər vərəsələrin də buna razılıqları olduğuna, bu barədə notarial qaydada təsdiqlənmiş ərizələrin olduğuna istinad etməklə, notariat orqanına qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsi üçün ötürülmüş müddətin üzrlü hesab edilərək uzadılması dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.... Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericilik mülki məhkəmə icraatında tərəflərin dairəsini müəyyən edir. Normanın məzmunundan aydın olur ki, tərəflər işdə iştirak edən şəxslərdir. Bu zaman tərəf ifadəsinin işlədilməsi isə təsadüfi deyildir. Mülki məhkəmə icraatının bu iştirakçılarının bir-biri ilə konkret mübahisəli hüquq münasibəti bağlayır və onlar bu münasibətlərdə bir-birinə qarşı olan maraqlara malikdirlər. Tərəf ifadəsi həm də onu bildirir ki, bu iştirakçıların mübahisəsinə baxılması üzrə məhkəmə icraatında hərəsi bir və ya bir neçə nəfərdən ibarət olmaqla iki qarşı-qarşıya duran tərəf mövcuddur. Tərəflər i şdə iştirak edən şəxslər üçün nəzərdə tutulmuş ümumi hüquqlara malikdirlər. Mülki prosesdə tərəflər iddiaçı və cavabdeh adlanır. İddiaçı hüquq və mənafelərinin müdafiəsi üçün məhkəmədə iddia qaldırmış şəxsdir. Cavabdeh isə iddia tələbinin yönəldiyi şəxsdir. O, iddiaçının hüququnu və ya qanuni maraqlarını pozduğu güman edildiyinə, yaxud onun iştirak etdiyi hüquq münasibəti mübahisələndirildiyinə görə prosesə cəlb edilir və tərəf olur. Hazırkı işdən isə müəyyən olunur ki, İddiaçı mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü hesab edilərək uzadılması tələbinə dair iddianı cavabdeh Gədəbəy rayon notariat ofisinə qarşı qaldırmışdır. Göründüyü kimi iddia, ona cavab verməli olmayan şəxsə qarşı verilmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi mübahisənin maddi hüquqi əsaslarını ümumiyyət lə düzgün müəyyən etməməklə iddianın rədd edilməsi barədə iş üzrə qanuni və əsaslı hesab edilməyən qətnamə qəbul etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia ona cavab verməli olmayan şəxsə qarşı verilməsi əsası ilə təmin edilməməlidir.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv olunub, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayətinin dəlilləri mübahisənin mahiyyəti ilə bağlı olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
29. Mülkiyyət hüququ Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir; Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 22. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya və siyyət üzrə və ya hər iki əsasla keçir; Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər), bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar; Maddə 1243.1. Vərəsə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul etməlidir; Maddə 1243.2. Vərəsə mirasın açıldı ğı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahilik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; Maddə 1248. Mirasın qəbul edilməsi vaxtının uzadılması Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər; Maddə 1255. Qəbul edilm iş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa; Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.5 apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını ta mamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları “A.Səlimzadənin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərar: “... məhkəmə qətnaməsinin qanunvericiliyin tələblərinə əməl olunmadan çıxarılması həmin qətnaməni ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir.” “X3 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərar: “Qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsasl anan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol v ermir. Təsadüfi deyildir ki, MPM-nin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.” “K.Bunyatovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 12 yanvar 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərar: “... kassasiya qaydasında işə baxılması yalnız formal xarakter daşımamalı və məhz şikayətçi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülən dəlillərin yoxlanılmasına xidmət etməlidir.” “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərar: “Apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır.”
26. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarı: Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyə tli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
27. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx.xx.2020-ci il tarixli 04/2020 nömrəli Qərardadı: Bənd
24. Qanunvericiliyin bu tələbləri, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun MPM-in 420-ci maddəsinin şərh edilməsinə dair qərarında əks olunmuş hüquqi mövqeyi baxımından məhkəmə tərkibi bildirir ki, kassasiya icraatı qaydasında m əhkəmə aktının yoxlanılması apelyasiya icraatında olduğu kimi şikayətin obyekti həddində olsa da, predmetinə münasibətdə fərqlidir. Belə ki, apelyasiya icraatından fərqli olaraq kassasiya icraatı qaydasında məhkəmənin yoxlaması, prosessual normalara riayət edilməsi istisna olmaqla, şikayətdə irəli sürülmüş dəlillərin həddi ilə məhdudlaşır. Eyni zamanda qeyd edilməlidir ki, kassasiya şikayətində irəli sürülmüş hüquqi dəlili araşdırarkən kassasiya məhkəməsi şikayətçi tərəfindən bu dəlilə verilmiş hüquqi qiymətdən asılı olmamaqla “iura novit curia” - “məhkəmə hüququ bilir” hüquqi prinsipinə əsasən kassasiya şikayətinin yuxarıda qeyd edilən hədlərində qaldırılmış məsələnin yenidən hüquqi qiymətləndirilməsinə əsaslanaraq maddi və ya prosessual hüquq normalarına uyğun olmadığı üçün apelyasiya mə hkəməsinin qərarını ləğv edə və ya dəyişdirə bilər. Şikayətin predmetinə daxil olan prosessual normalara riayət edilibedilməməsi məsələsində isə qətnamənin hansı hissəsinin mübahisələndirilməsindən və verilmiş şikayətin prosessual pozuntularla bağlı irəli sürülmüş dəlillərindən asılı olmayaraq, kassasiya məhkəməsi qətnaməni bütövlükdə və şikayətin dəlillərinə bağlı olmadan yoxlamalıdır. Həmçinin, yoxlama zamanı nəzərə alınmalıdır ki, MPM-in 418.4.1-418.4.3-cü və 418.4.6-418.4.9-cu maddələrində nəzərdə tutulmuş və kobud prosessual pozuntular adlanan halların aşkar edilməsi qətnamənin ləğv edilməsinə şərtsiz əsasdır. Eyni zamanda, apelyasiya icraatında olduğu kimi, kassasiya icraatında da digər prosessual pozuntuların qətnamənin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından a sılı olaraq yuxarı instansiya məhkəməsi həll edir. Bu halda nəzərə alınmalıdır ki, qətnamənin apelyasiya icraatı qaydasında mübahisələndirilməyən hissəsində yoxlanılması, tərəflərin məhkəmə aktlarından şikayət vermək və əsaslandırılmış dəlillərini irəli sürmək kimi fundamental hüquqlarını məhdudlaşdırdığından, qətnamənin ləğvinə əsas verən əhəmiyyətli prosessual pozuntudur. Həmçinin, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən yol verilmiş böyük əhəmiyyət kəsb etməyən prosessual pozuntular məhkəmənin yekun nəticəsinə təsir göstərməmişdirsə və ya göstərə bilməmişdirsə, onlar qərarın ləğvi üçün əsas ola bilməz. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı tam yoxlanılır.
30. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuş, bu da iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
32. İlk olaraq, məhkəmə kollegiyası bildirir ki, MPM-in normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur.
33. Həmçinin, ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmay araq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” AR Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək, onun əsas mahiyyətinə toxunmamalıdır.
34. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məh kəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir.
35. MPM-də məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran bir sıra amillər nəzərdə tutulmuşdur. Belə məhdudlaşdırıcı tədbirlərdən biri də eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, yenidən qaldırılan iddianın yolverilməzliyi ilə bağlıdır. Belə ki, qeyd olunan hallarda yenidən verilmiş iddia ərizəsinin qəbulundan MPM-in 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar məhkəmənin icraatına qəbul edildiyi halda isə MPM-in 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir (§23).
36. Bu kontekstdə, işdə olan, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-1019/2019 nömrəli iş üzrə 26 noyabr 2019-cu il tarixli qətnaməsi, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1195/2021 nömrəli iş üzrə 07 iyun 2021-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-59 70/2021 nömrəli iş üzrə 15 noyabr 2021-ci il tarixli qərarından məlum olur ki, hazırkı mübahisənin tərəfləri arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur.
37. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarından məlum olduğu kimi, İddiaçı cavabdeh X18 və üçüncü şəxslər Gədəbəy notariat ofisi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir ərazi idarəsinə qarşı iddia qaldıraraq, mərhum atasından miras qalmış Gədəbəy rayonu Novoivanovka kəndində yerləşən ümumi sahəsi 40 kv.m. olan iki otaqlı fərdi yaşayış evi və 0,25 ha həyətyanı torpaq sahəsi, eləcə də ayrı-ayrılıqda hər birinin sahəsi 2.397 kv.m, 8.700 kv.m, 1.500 kv.m və 2.984 kv.m. olmaqla, ümumilikdə 1,55 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsindən ibarət mirasın faktiki olaraq onun tərəfindən qəbul olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
38. İddianın əsaslarına görə, onlar iki qardaş və bir bacıdırlar. Valideyinləri sağlığında, yəni 1975-ci ildə fərdi yaşayış evi inşa etdirmişlər. Atası 17 mart 2006-cı il tarixdə, anası isə 04 iyun 2012-ci il tarixdə vəfat etmişlər. Hazırda fərdi yaşayış evində müvəqqəti olaraq cavabdeh M.Hüseynov yaşasa da, anasının vəfatından sonra miras əmlakı faktiki olaraq qəbul etmiş və idarə etmişdir. Lakin cavabdeh onu miras əmlaka buraxmır. Halbuki, bacısı və qardaşları miras qalmış daşınmaz əmlakları onun adına rəsmiləşdirlməsinə etiraz etmirlər. Bu barədə Gədəbəy notariat ofisinə müraciət etmiş, lakin 22 oktyabr 2019-c u il tarixli məktubla müddəti ötürdüyünə görə imtina edilmişdir. Qardaşı oğlu cavabdeh miras əmlakı onun adına rəsmiləşdirilməsinə dair razılıq ərizəsi verməmişdir. Həmçinin, DƏDRX-in məktubunda daşınmaz əmlakın qeydiyyatdan keçməməsi, eləcə də mərhum atasından qalmış miras əmlaka vəsiyyət üzrə və mirasın vərəslər arasında bölgüsü ilə ilə bağlı notariat ofisinə müraciət etməsi qeyd olunmuşdur.
39. Göründüyü kimi, hazırkı mübahisə üzrə işin tərəfləri, iddianın faktiki əsasları və predmeti ilə Gədəbəy Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli qətnaməsi ilə həll edilən mübahisənin tərəfləri, iddianın faktiki əsasları və predmeti eyni olmuş, hər iki iddia ilə iddiaçının son hüquqi hədəfi pozulduğunu irəli sürdüyü vərəsəlik hüququnun təmin edilməsi ilə bağlı olmuş, qeyd edilən işdə də Gəd əbəy notariat ofisi 22 oktyabr 2019-cu il tarixli məktubla eyni əsasla, yəni müddəti ötürdüyünə görə iddiaçının müraciətini təmin etməkdən imtina edilmişdir.
40. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi də öz qətnaməsində göstərmişdir ki, “Bu nəticəyə gələrkən məhkəmə həm də o halı nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi müddətinin uzadılmasına dair mübahisə yalnız vərəsələr arasında yarana bilər. Yəni, iş üzrə cavabdeh qismində mirası qəbul etmiş vərəsə cəlb edilməli olduğu halda, məhkəmə tərəfindən iddiaçıya müvafiq təklif edilsə də, o, mirası qəbul etmiş vərəsəni işə cavabdeh kimi cəlb etməkdən imtina etmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 54.2-ci maddəsinin tələblərini nəzərə alaraq, işə baxmışdır.”
41. Be ləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir.
42. Göstərilənlərə əsasən və MPM-in 261, 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-980/2023 nömrəli iş üzrə 15 may 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.