Məhkəmə qərarları › İş №2(3-10)-150/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-150/2026

23.04.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-150/2026 23.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, cavabdeh2, üçüncü şəxslər maraqlı şəxs2 və Qax Rayon Notariat ofisinə qarşı “miras qalmış əmlaklarda tam payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “miras qalmış əmlaklarda tam payın müəyyən edilməsi” tələbi, ləğv, qismən təmin) Hakimlər X4 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh cavabdeh1 və üçüncü şəxs maraqlı şəxs2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, cavabdeh2, üçüncü şəxslər maraqlı şəxs2 və Qax Rayon Notariat ofisinə qarşı “miras qalmış əmlaklarda tam payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, cavabdeh2, üçüncü şəxslər maraqlı şəxs2 və Qax Rayon Notariat ofisinə qarşı «miras qalmış əmlaklarda tam payın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək Qax rayonu, Ləkit kəndində yerləşən Yusifov Fazil Hacıkazım oğluna, Yusubova Şəkər ibrahim qızına, maraqlı şəxs2 və İddiaçı reyestr nömrəsi ************, qeydiyyat nömrəsi ********** olan 0.3686 ha və reyestr nömrəsi ************, qeydiyyat nömrəsi ********** olan 0.5578 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən mərhum atası Yusifov Fazil Hacıkazım oğlunun və mərhum anası Yusubova Şəkər ibrahim qızının paylarına tam hissədə miras payının müəyyən edilməsi və vəkilə hüquqi yardım üçün ödənilmiş 300 manat, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh cavabdeh1 alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qax rayonu, Aqrar Islahat Komissiyasının qərarına əsasən Yusifov Fazil Hacıkazım oğluna, X3, maraqlı şəxs2 və İddiaçı Qax rayonu, Ləkit kəndində 0.3686 ha və 0.5578 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. Torpaq sahələrinin mülkiyyətçilərindən anası X3 ## ######## 2006-cı il tarixdə, atası Yusifov Fazil Hacıkazım oğlu isə ## ### 2010-cu il tarixdə vəfat etmişlər. Mərhumların vəfatından sonra həmin torpaq sahələri onun tərəfindən idarə edilmiş, əkin biçin işləri aparılmış, torpaq sahəsində yerləşən fındıq məhsulları onun tərəfindən yığılmış və torpaq sahəsinin vergiləri onun tərəfindən ödənilmişdir. Mərhum valideynlərindən miras qalmış torpaq sahələrinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Qax rayon Notariat Ofisinə müraciət etmişdir. Qax rayonu, Notariat Ofisi tərəfindən ## ###### 2025-ci il tarixdə müraciətinə imtina verilmiş, imtina məktubunda qeyd olunmuşdur ki, mirasın bölüşdürülməsi barədə miras şərikləri arasında ixtilaf olduğu üçün məhkəməyə müraciət etməlidir. Mülki iş üzrə cavabdehlərdən cavabdeh1 Qax rayonu, Ləkit kəndində yaşasada təsərrüfatı ayrı olmuş, heç vaxt miras qalmış əmlakları idarə etməmiş, təsərrüfat onun tərəfindən idarə edilmişdir. Digər cavabdeh cavabdeh2 1986-cı il tarixdən çıxıb Ukrayna Respublikasına getmiş, Ukrayna Respublikası vətəndaşı olmaqla hal-hazırda orada yaşayır. maraqlı şəxs2 torpaq sahələrində payı olsa da oda həmçinin heç vaxt təsərrüfatı idarə etməmiş, təsərrüfat onun tərəfindən idarə edilərək mirası faktiki qəbul etmişdir. Miras əmlakları faktiki qəbul etdiyindən miras əmlak üzərində tam hissədə vərəsəlik hüququ tanınmalıdır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Qax rayonu, Ləkit kəndində yerləşən Yusifov Fazil Hacıkazım oğluna, Yusubova Şəkər ibrahim qızına, maraqlı şəxs2 və İddiaçı reyestr nömrəsi ************, qeydiyyat nömrəsi ********** olan 0.3686 ha və reyestr nömrəsi ************, qeydiyyat nömrəsi ********** olan 0.5578 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən mərhum atası Yusifov Fazil Hacıkazım oğlunun və mərhum anası Yusubova Şəkər ibrahim qızının paylarına tam hissədə miras payının müəyyən edilməsi və vəkilə hüquqi yardım üçün ödənilmiş 300 manat, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh cavabdeh1 alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Qax Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə (sərdlik edən hakim: Mirheydər Zeynalov) iddiаnın qismən təmin edilməsi, iddiaçı İddiaçı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, ************ reyestr №li, ## ###### 2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Qax rayonu, Ləkit kəndində yerləşən 0.5578 ha torpaq sahəsinin X3 payına düşən ¼ hissəsi üzərində ¼ hissə və Yusifov Fazil Hacıkazım oğlunun payına düşən ¼ hissəsi üzərində ¼ hissə və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, ************ reyestr №li, ## #### 2024-cü il qeydiyyat tarixli Çıxarışa əsasən Qax rayonu, Ləkit kəndində yerləşən 0.3686 ha torpaq sahəsinin X3 payına düşən ¼ hissəsi üzərində ¼ hissə və Yusifov Fazil Hacıkazım oğlunun payına düşən ¼ hissəsi üzərində ¼ hissə payının müəyyən edilməsi, iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun və hüquqi xidmət üçün vəkilə ödənilmiş 300 manat xidmət haqqının iddiaçının özünə aid edilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1245, 1301-ci maddəsinə istinad etmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Qax rayon Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 134 №li, ## ###### 2025-ci il tarixli məktubdan görünür ki, mərhum anası X3 miras qalmış əmlakın qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, əsas kimi mirasın şərikləri arasında ixtilaf olması göstərilmişdir. Qax rayon Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 135 №li, ## ###### 2025-ci il tarixli məktubdan görünür ki, mərhum atası Yusifov Fazil Hacıkazım oğlundan miras qalmış əmlakın qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, əsas kimi mirasın şərikləri arasında ixtilaf olması göstərilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, ************ reyestr №li, ## ###### 2022-ci il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Qax rayonu, Ləkit kəndində yerləşən 0.5578 ha torpaq sahəsi İddiaçı, maraqlı şəxs2, Yusifov Fazil Hacıkazım oğlu və X3 ümumi birgə mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, ************ reyestr №li, ## #### 2024-cü il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Qax rayonu, Ləkit kəndində yerləşən 0.3686 ha torpaq sahəsi İddiaçı, maraqlı şəxs2, Yusifov Fazil Hacıkazım oğlu və X3 ümumibirgə mülkiyyətinə verilmişdir. Ölüm haqqında AZ-İ 419290 №li şəhadətnamənin surətindən görünür ki, Yusifov Fazil Hacıkazım oğlu ## ### 2010-cu ildə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında ## #### 2010-cu il tarixdə 15 № ilə qeydiyyat aparılmışdır. Ölüm haqqında AZ-İ 192081 №li şəhadətnamənin surətindən görünür ki, Yusubova Şəkər ibrahim qızı ## ######## 2006-cı ildə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında ## ######## 2006-cı il tarixdə 13 № ilə qeydiyyat aparılmışdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı atası Yusifov Fazil Hacıkazım oğlu, anası isə X3r. Qax RIHB-in Ləkit kənd IƏDÜN-in verdiyi 196 №li, ## #### 2024-cü il tarixli arayışdan görünür ki, Yusifov Fazil Hacıkazım oğlu ##.##.2010-cu ildə ölmüşdür. Mərhumun aşağıdakı vərəsələri vardır: oğulları cavabdeh1, cavabdeh2, qızları İddiaçı və maraqlı şəxs2dır. Qax RIHB-in Ləkit kənd IƏDÜN-in verdiyi 197 №li, ## #### 2024-cü il tarixli arayışdan görünür ki, X3 ##.##.2006-cı ildə ölmüşdür. Mərhumun aşağıdakı vərəsələri vardır: oğulları cavabdeh1, cavabdeh2, qızları İddiaçı və maraqlı şəxs2dır. Qax RIHB-in Ləkit kənd IƏDÜN-in verdiyi 198 №li, ## #### 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Qax rayonu Ləkit kəndində qeydiyyatdadır və yaşadığı təsərrüfatda özündən başqa heç kəs qeydiyyatda yoxdur. Ləkit Bələdiyyəsinin verdiyi Arayışdan görünür ki, İddiaçı Qax rayonu ləkit kəndi ərazisində yerləşən valideyinlərinə məxsus torpaq sahələrini idarə etmiş, torpaq sahələrinin vergilərini ödəmişdir.

6. Qətnаmədən nаrаzı qаlаn iddiaçı İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. Iddiaçı İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Mülki Məcəllənin 1243.2ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlakasahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununlada mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbule dilmiş sayılır. Mülki iş üzrə o mərhum valideynlərinə məxsus əmlakları idarə etmişdir. Bunu mülki iş materialına əlavə edilmiş Bələdiyyə, şahid ifadələri və icra nümayəndəliyi tərəfindən verilmiş arayışlar ilə öz təsdiqini tapır. Qeyd olunan əsaslar mülki işə baxan məhkəmə tərəfindən nəzərə alınsa da yekun qətnamə qəbul edərkən maddi hüquq normasının tələbləri pozulmuş, mirasın yalnız onun tərəfindən qəbul edilməsi nəzərə alınmamışdır. Mülki işə baxan birinci instansiya məhkəməsi miras əmlakın cavabdeh1 və digər vərəsələr tərəfindən qəbul edilməməsini nəzərə almamış, miras əmlakda payları bərabər şəkildə bölmüşdür. Halbuki cavabdeh1 və digər cavabdehin məhkəmədə vermiş olduğu izahatlardan görünür ki, iddiaçı mirası faktiki qəbul etdiyi təqdirdə, miras əmlakın tərəflər arasında hər birinin payının müəyyən edilməsi maddi hüquq normasının pozulmasıdır. Məhkəmə qərarında sübut növü olaraq işin hallarını tam araşdırmamış, mülki iş materiallarına əlavə edilən, arayışları, şahid ifadələrini nəzərə almamışdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət verməlidir. ##.##.2025-ci il tarixdə elektron kabinetə ərizə daxil edilərək qeyd olunmuşdur ki, ##.##.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında mülki iş üzrə 5 nəfər şahiddən 2-si dindirilmiş, hakim şahidlərin kifayət etməsini bildirmişdir. 2 nəfər şahid dindirildikdən sonra hakim tərəfindən qabaqcadan şahidlərin öyrədildiyi bildirilmiş, öyrədilmiş şahidlərdir ifadəsi işlənmişdir. Qeyd olunan ifadə ilə bağlı hakimə etirazını bildirmişdir. Etirazında bildirmişdir ki, hakimin məhkəmə iclasında bildirdiyi ifadə bir daha təsdiq edir ki, mülki işin obyektiv və hərtərəfli araşdırılıb ədalətli qərar qəbul edilməsini şübhə altına alır. Məhkəmə iclasına 5 nəfər şahidin dəvət olunduğunu digər şahidlərində dindirilməsini tələb etməyini bildirdikdən sonra, yenidən 1 nəfər şahid dindirilmişdir. Sonda dindirilmiş 1 nəfər şahid şahid3 məhkəmə iclasına gəlməməsi ilə bağlı cavabdeh tərəfindən təzyiq olunduğunu qeyd etmiş, cavabdehdə bunu təsdiq etmişdir. Buradan görünür ki, məhkəmə mülki iş ilə bağlı qabaqcadan mövqe bildirməsi, cavabdehin açıq aşkar şahidlərə təzyiq etməsini qətnamə qəbul edərkən nəzərə almaması, nəticədə mülki iş üzrə ədalətli qərar qəbul edilməməsi ilə nəticələnmişdir. Bundan əlavə cavabdeh tərəfindən elektron kabinetə məhkəmə baxış iclasında ##.##.2025-ci il traixdə vəsatət yüklənərək vəsatətdə qeyd olunmuşdur. Mülki iş üzrə məhkəmə sübutları tam araşdırmamışdır. Mülki iş üzrə dindirilmiş cavabdehcavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahat verərək göstərdi ki, işi məhkəməyə o verməmişdir, iddiaçı özü vermişdir. Bu vaxta qədər torpaqlardan mənim tərəfimdən istifadə edildiyin bildirmişdir (izahatı protokola qeyd olunmuşdur) O övlad olaraq ata və anadan miras qalan əmlakdan özünə düşən payı götürmək istəyir. Qardaşı da ona vəkalət vermişdir ki, miras payı götürsün. Torpaq sahəsi bu il yəni 2025-ci il tarixdə onun istifadəsindədir. Atadan qalan evdə, digər əmlaklarda gözü yoxdur, lakin torpaq sahəsindən özünə düşən payı götürəcəkdir. O payından imtina etir. Qardaşı da ona etibarnamə vermişdir. Iddiaçının təqdim etdiyi şahidlər də, bacısı Kəmalənin keçmiş qonşularıdır. Onlar hərəsi bir yerdə ərdədirlər. Ata anası ölənə qədər orada yaşamış və ərə gedib başqa yerdə yaşayırlar. Digər şahid isə təsərrüfat nədir bilmir. O miras əmlakdan öz haqqını tələb edir. Bu saat Kəmalə həmin torpaq sahəsini və evi də satmaq istəyir və müştəri axtarır. O, imkan verə bilməz ki, onun yeri satılsın. Istifadə edirsəetsin. Kəmalə evi torpağı satıb Bakı şəhərinə getmək istəyir. Onun pulunu əlindən alacaqlar və üç dörd ildən qayıdıb gələcək. maraqlı şəxs2 iştirak etdiyi məhkəmə iclasında izahat verərək göstərmişdir ki, cavabdeh1 özü deyir ki, o vaxtı atası onu çağırdı və evi bacısına verməsini dediyini, bacısının tək olduğunu tək dolandığını demişdir. Iddiaçı bunu öz ağzı ilə deyir. Atası məsləhət etdi bacıya verdilər. Bacı heç bir yerdə işləmir, heç bir yerdə təsərrüfatı yoxdur. Indi torpağı veribsə bacısının bu ahıl yaşında təzədən nə üçün alır. O, öz payını bacısına bağışlayır. Çünki orada illərin əməyi, zəhməti vardır. 40 ilin zəhmətini necə alıb kiminsə əlinə versinlər. Əgər miras əmlakdan qardaşı Xalidə pay veriləcəksə o da öz payını tələb edir. Məhkəmə qərarında qeyd edir ki, iş materiallarından bəlli olur ki, vərəsələr iddiaçı tərəfindən miras əmlakın faktiki qəbul edilməsini mübahisələndirməmişlər. Onlar miras əmlaklardan iddiaçıya qanunla düşən payın verilməsinə etiraz etmir, payın tam olaraq iddiaçıya verilməsinə etiraz edirlər. Eyni zamanda digər vərəsələr miras əmlakdan özlərinin də payının olduğunu qeyd edirlər. Eyni zamanda iş materiallarından bəlli olur ki, iddiaçı torpaq sahələrindən istifadə etməklə, vergiləri ödəməklə miras əmlakı idarə etməklə mirası faktiki qəbul etmişdir. Bu şahid ifadələri ilə də müəyyən olunur. Eyni zamanda şahid ifadələri ilə cavabdeh1 da həmin torpaq sahəsini istifadə etdiyi müəyyən olunmuşdur. Həmçinin müəyyən olunmuşdur ki, vərəsələrdən cavabdeh2, İddiaçı və maraqlı şəxs2 Qax rayonu, Ləkit kəndində yerləşən 0.5578 ha və 0.3686 ha torpaq ha pay torpaq sahələri üzərində ümumbirgə payları vardır və onlar miras əmlakı faktiki qəbul etmiş hesab olunurlar. Sadalanan hallarda iddia tələbində qeyd olunan miras əmlaklar üzərində iddiaçının payının tam müəyyən edilməsi mümkün deyildir. Məhkəmə cavabdeh2 Qax rayonu, Ləkit kəndində yerləşən 0.5578 ha və 0.3686 ha torpaq ha pay torpaq sahələri üzərində ümumbirgə paylarının olduğunu qeyd etsədə ümumiyyətlə cavabdeh2 torpaq sahəsində payı yoxdur. Sonuncunun torpaq sahəsində payının olmaması çıxarış ilədə öz təsdiqini tapır. Cavabdeh tərəfindən dəvət olunuş şahidlərin ifadələri bir biri ilə ziddiyyət təşkil edir. Şahid şahid2 izahat verərək bildirir ki, mübahisəli torpaq sahəsi 2012- 2013-cü illərdə İddiaçı, digər şahid şahid1 isə izahatında bildirir ki, mərhumlar vəfat etdikdən sonra torpaq sahəsi cavabdeh1 istifadəsində olmuşdur. Onun cavabdeh1 ilə qardaş bacı münasibətləri normal olmamışdır. Bundan əlavə mülki iş üzrə cavabdeh cavabdeh2 Xalid oğlu ümumiyyətlə Azərbaycanda yaşamamış, uzun illər Ukraynada yaşayır və ora vətəndaşıdır Onun ümumiyyətlə torpaq sahələrinin harada yerləşməsi, kimin tərəfindən istifadə olunması heç maraqlı belə olmamışdır. Mirası faktiki qəbul etmədiyi, miras əmlaklara sahiblik etmədiyi təqdirdə onun mirasda payının müəyyən edilməsi Mülki Məcəllənin tələblərinə ziddir. Yuxarıda qeyd etdiklərindən bir daha görünür ki, iddia əsaslıdır və təmin olunmalıdır.

8. Odur ki, Qax Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı ##.##.2025-ci il saylı qətnaməsinin qismən, yəni cavabdehlərin hər birinin miras əmlak üzərində ¼ hissəsində payın müəyyən edilməsi, iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və hüquqi xidmət üçün vəkilə ödənilmiş 300 manat xidmət haqqının iddiaçının özünə aid edilməsi hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmişdir, üçüncü şəxs Qax Rayon Notariat ofisi məhkəməyə nümayəndəsini göndərməmişdir.

12. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Qax Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı ##.##.2025-ci il saylı qətnaməsinin qismən, yəni cavabdehlərin hər birinin miras əmlak üzərində ¼ hissəsində payın müəyyən edilməsi, iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və hüquqi xidmət üçün vəkilə ödənilmiş 300 manat xidmət haqqının iddiaçının özünə aid edilməsi hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdilər.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Qax Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs maraqlı şəxs2 şikayətin təmin edilməsini, Qax Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı ##.##.2025-ci il saylı qətnaməsinin ləğv edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras qoyana sağlığında məxsus olan bütün hüquq və vəzifələr deyil, yalnız hüquqi təbiətinə görə başqasına verilə bilən hüquq və vəzifələr vərəsəlik qaydasında keçmək qabiliyyətinə malikdir. 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə olan vərəsələrə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) aiddir. 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1301-ci maddəsinə əsasən, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

21. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

22. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

23. Apellyasiya şikayəti verən iddiaçı İddiaçı Qax Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, həmçinin maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılazşmır və hesab edir ki, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən əsaslıdır.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair ## ###### 2023-cü il tarixli qərarında qeyd edilir ki, dövlət təminatı altına alınan əsas hüquqlardan biri də mülkiyyət hüququdur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və II hissələri).

27. Mülkiyyət hüququ fərdin əşya üzərindəki hakimiyyət səlahiyyətini təminat altına almaqla, bir tərəfdən fərd üçün heç kəsin müdaxilə edə bilməyəcəyi xüsusi sahə yaradır, digər tərəfdən fərdin əməyinin qarşılığı olan əşyasını təminat altına almaqla ona həyatını yönləndirmək və gələcəyini istədiyi kimi şəkilləndirmək imkanı verir. Ona görə də fərdin azadlığı ilə mülkiyyət hüququ arasında sıx əlaqə vardır.

28. Şəxsi mülkiyyətin davamlılığı isə vərəsəlik institutunun varlığına bağlıdır. Belə ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyi-nəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element bir-birini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar.

29. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. Istər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir.

30. Əsas hüquq və azadlıqların böyük bir hissəsi, o cümlədən vərəsəlik hüququnun realizəsi də sahəvi qanunvericilik normaları ilə tənzimlənir. Konstitusiya vərəsəlik hüququnu təsbit edərkən yalnız bu hüququn mövcudluğuna deyil, miras qoyanın mirasının vərəsələrinə keçməsini təmin edən qanuni mexanizmin mövcudluğuna da dövlət təminatı yaradır. Çünki belə bir hüquqi mexanizmin mövcud olmaması vərəsəlik hüququnun konstitusiya təminatını formal etmiş olar.

31. Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. 32 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair ## ###### 2023-cü il tarixli Qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.

33. X6 Məhkəməsinin Plenumu qeyd etmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir.

34. Hazırki iş üzrə miras 2006 və 2010-cu ildə açılmış və hüquq münasibətləri də həmin illərdə yaranmışdır.

35. Belə ki, işdə olan ölüm haqqında AZ-İ 419290 №li şəhadətnamənin surətindən görünür ki, Yusifov Fazil Hacıkazım oğlu ## ### 2010-cu ildə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında ## #### 2010-cu il tarixdə 15 № ilə qeydiyyat aparılmışdır.

36. Işdə olan ölüm haqqında AZ-İ 192081 №li şəhadətnamənin surətindən görünür ki, X3 ## ######## 2006-cı ildə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında ## ######## 2006-cı il tarixdə 13 № ilə qeydiyyat aparılmışdır.

37. Odur ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair ## ###### 2023-cü il tarixli qərarının qəbulundan əvvəl mövcud olmuş müvafiq maddi hüquq normalarına istinad edilməlidir.

38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əvvəlki redaksiyasında verilmiş 1246cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

39. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir.

40. Yuxarıda da qeyd olunduğu kimi mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsin- vərəsənin iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığını tələb etmir.

41. “G. Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.

42. Iş materiallarından, tərəflərin və şahidlərin izahatlarından görünür ki, cavabdehlər cavabdeh1 və cavabdeh2 ayrı təsərrüfatlarda yaşamışlar, cavabdeh2 isə ümumiyyətlə Ukrayna Respublikasının vətəndaşı olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşamış və hal-hazırda Ukraynada yaşayır, bir sözlə cavabdehlər tərəfindən mirasın faktiki olaraq qəbul edilməsi, mirasın idarə edilməsi, mirasa faktik sahiblik edilməsinə dair heç bir sübut təqdim edilməmişdir.

43. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin iş üzrə tam və hərtərəfli araşdırma aparılmamasına dair dəlili ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi digər vərəsələrin – cavabdehlərin paylarını müəyyən etməklə MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyekti araşdırılması prinsiplərinin tələblərini diqqətə almamışdır.

44. Halbuki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.

45. Bundan başqa məhkəmə kollegiyası apellyasiya şikayətinin miras qalmış əmlaklarda iddiaçının tam payın müəyyən edilməsi hissəsinə qiymət verərək, hesab edir ki, həmin hissədə apellyatorun şikayəti təmin edilməməlidir.

46. Belə ki, iş üzrə həm iddiaçı, həm də üçüncü şəxs maraqlı şəxs2 mübahisəli miras əmlakların ümumi birgə mülkiyyətçiləridir. Onlar, X3 və Yusifov Fazil Hacıkazım oğlunun vərəsələridir, eyni zamanda mübahisəli əmlaklara dair ümumi birgə mülkiyyət hüququ əsasında sahiblik edirlər. Iddiaçı və bacısı Zümraya Mirzəyeva mirasın, yəni mübahisəli torpaq sahələrinə bir hissəsinə sahiblik etdiklərinə görə mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, onlar, bərabər şəkildə mirası qəbul etmiş hesab edilirlər.

47. Beləliklə, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddia tələbini qismən, yəni vərəsələrin miras əmlaklardan ¼ hissə üzrə payları müəyyən etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən mаhiyyəti üzrə isə düzgün olmadığındаn iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Qax Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilməlidir.

48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Iddiaçı İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. Iş üzrə Qax Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, cavabdeh2, üçüncü şəxslər maraqlı şəxs2 və Qax Rayon Notariat ofisinə qarşı “miras qalmış əmlaklarda tam payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. Iddiaçı İddiaçı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli, ## ###### 2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Qax rayonu, Ləkit kəndində yerləşən 0.5578 ha torpaq sahəsinin X3 payına düşən ¼ hissəsi üzərində ½ hissədə və Yusifov Fazil Hacıkazım oğlunun payına düşən ¼ hissəsi üzərində ½ hissədə və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli, ## #### 2024-cü il qeydiyyat tarixli Çıxarışa əsasən Qax rayonu, Ləkit kəndində yerləşən 0.3686 ha torpaq sahəsinin X3 payına düşən ¼ hissəsi üzərində ½ hissədə və Yusifov Fazil Hacıkazım oğlunun payına düşən ¼ hissəsi üzərində ½ hissədə payı müəyyən edilsin. Iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 50 (əlli) manatı və hüquqi xidmət üçün vəkilə ödənilmiş 300 manat xidmət haqqının 150 (bir yüz əlli) manatı cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı İddiaçı ödənilsin. Həmin torpaq sahələrinin miras qalmış digər ½ hissələri üzərində isə iddia tələbi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar