Məhkəmə qərarları › İş №2(102)-3795/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3795/2020

24.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3795/2020 24.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, iddiaçı “xxxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qızına və Cavabdeh5 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə əsas borcun, faiz borcunun və cərimə borcunun alınması, tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinə tutma yönəldikdə və o, sa tıldıqda əmlakın boşaldılması tələbinə dair mülk iş üzrə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh1 Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin evin qiyməti ilə bağlı olan hissədə və dəbbə pulunun 26.144 ABŞ dolları məbləğ olan hissədə ləğv edilməsini, işin yenidən bu hissədə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı “xxxxxxxxx” ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qızına və Cavabdeh5 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə əsas borcun, faiz borcunun və cərimə borcunun alınması, tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinə tutma yönəldikdə və o, satıldıqda əmlakın boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəmkir rayon məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.Paşayev, iş № 2(076)-582/2018) iddia qismən təmin edilmiş, “xxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014–cü il tarixli 1962/14 saylı kredit müqaviləsi ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə Cavabdeh1 əsas kredit borcu üzrə 19.000 (on doqquz min) ABŞ dolları, faiz borcu üzrə 7.700 (yeddi min yeddi yüz) ABŞ dolları, dəbbə pulu üzrə 1.900 (bir min doqquz yüz) ABŞ dolları olmaqla, cəmi 28.600 (iyirmi səkkiz min altı yüz) ABŞ dolları ödənildiyi günə Azərbaycan manatına olan məzənnəsi üzrə alınıb iddiaçı “xxxxxxxxx” ASC–yə verilməsi, tələb, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX ******* saylı, xx.xx.2014–cü il tarixli, ********** qeydiyyat nömrəli, **********48–10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında ipoteka ilə yüklü edilmiş, cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qızının və Cavabdeh5 ümumi birgə mülkiyyətində olan, Şəmkir rayonu, Xuluf kəndi, A.Məmmədov küçəsində yerləşən 0.08 ha torpaq sahəsinə, həmin torpaq sahəsində yerləşən Cavabdeh1 tam mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 146.6 kv.m ümumi, 51.8 k v.m yaşayış, 94.8 kv.m yardımçı sahədən ibarət, 1 mərtəbəli, 1 otaqlı, 105.0 kv.m ümumi, 22.2 kv.m yaşayış, 82.8 kv.m yardımçı sahədən ibarət 96 nömrəli fərdi yaşayış evinə, onun tərkibindəki həyətyanı tikili və qurğulara yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 22.000 (iyirmi iki min) manat məbləğində müəyyən edilməsi, həmin ipoteka predmeti açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına cəmi 28.600 (iyirmi səkkiz min altı yüz) ABŞ dolları ödənildiyi günə Azərbaycan manatına olan məzənnəsi üzrə alınıb “xxxxxxxxx” ASC–yə verilməsi, ipoteka predmeti satıldıqdan sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qızı və Cavabdeh5 həmin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evi, onun tərkibindəki həyətyanı tikili və qurğuların boşaldılmas ı, Cavabdeh1 iddiaçı “xxxxxxxxx” ASC–nin xeyrinə hüquqi yardıma görə xərcin əvəzi olaraq 30 (otuz) manat məbləğində pulun tutulması, iş üzrə ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi, Cavabdeh1 30 (otuz) manat pul alınıb “xxxxxxxxx” ASC–yə verilməsi, Cavabdeh1 aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat məhkəmə xərcinin alınması, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Mehtiyev (sədrlik edən və məruzəçi), L.Süleymanov və A.Bayramov, iş № 2(104)727/2019) Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Şəmkir Rayon Məhkəməs inin xx xxxxxxxx 2018-ci il tarixli 2(076)-582/2018 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin 22.000 (iyirmi iki min) manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilmiş və ipoteka predmetinin qiymətinin 60.000 (altmış min) manat məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissədə və Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılması, xx xxxxxxxx 2019-cu il tarixli 5740 saylı ekspertiza rəyinin alınması üçün keçirilmiş ekspertizanın dəyəri 200 (iki yüz) manat məbləğində pulun Cavabdeh1 tutularaq Dövlət Xəzinədarlığı Agentliyinin hesabına ödənilməsi, mütəxəssis rəyinin əldə edilməsi üçün 300 (üç yüz) manat məbləğində pulun Cavabdeh1 alınaraq «xxxxxxxxxxxxx» MMC-nin ”xxxxxxxxx” ASC-də olan hesabına ödənilməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh 1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin evin qiyməti ilə bağlı olan hissədə və dəbbə pulunun 26.144 ABŞ dolları məbləğ olan hissədə ləğv edilməsini, mülki işin yenidən bu hissədə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxıl masını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məh kəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 ilə iddiaçı bank arasında bağlanmış xx xxxxxx 2014–cü il tarixli 1962/14 saylı kredit müqaviləsinə əsasən bank cavabdehə 24 ay müddətinə illik 22 % olmaqla evin təmiri məqsədilə 19.000 ABŞ dolları məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsinin təminatı kimi cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qızının və Cavabdeh5 ümumi birgə mülkiyyətində olan, Şəmkir rayonu, Xuluf kəndi, A.Məmmədov küçəsində yerləşən 0.08 ha torpaq sahəsi, həmçinin, həmin torpaq sahəsində yerləşən X1 tam mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 146.6 kv.m ümumi, 51.8 kv.m yaşayış, 94.8 kv.m yardımçı sahədən ibarət, 1 mərtəbəli, 1 otaqlı, 105.0 kv.m ümumi, 22.2 kv.m yaşayış, 82.8 kv.m yardımçı sahədən ibarət 96 nömrəli fərdi yaşayış evi, onun tərkibindəki həyətyanı tikili və qurğular bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini vaxtında və lazımınca icra etməmiş, ödəməli olduğu krediti və hesablanmış faizləri ödəməkdən yayınmışdır. Hazırda cavabdehin iddiaçı banka 19.000 ABŞ dolları əsas kredit borcu, 16.769,84 ABŞ dolları faiz borcu, 26.144 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 61.913,84 ABŞ dolları borcu yaranmışdır. Dəfələrlə cavabdehə xəbərdarlıq edilməsinə və bildiriş göndərilməsinə baxmayaraq, o, banka olan borcunu ödəməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tərəf banka olan borcunu ödəməmişdir. Nəticədə onun yuxarıda qeyd olunan miqdarda borcu yaranmışdır. Ona görə də iddiaçı yuxarıda qeyd olunan iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. “xxxxxxxxxxxxxx” MMC-nin xx xxxx 2019-cu il tarixli rəyin görə, Şəmkir rayonu, Xuluf kəndi, A.Məmmədov küçəsində 0.08 ha torpaq sahəsində yerləşən 96 saylı fərdi yaşayış evinin hazırki bazar dəyəri 60.000 manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.5, 399.1, 385.1, 203.3.1, 269.7, 317.1, 319.1, 442, 443.2, 472.2, 739.1- ci maddələrini, “İpoteka Haqqında ” Azərbaycan Respublikası Qanununun 36, 39.3, 39.3.3, 33, 34.1, 59.1, 59.3-cü maddələrini tətbiq etmişdir. Kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, ona istinad etmişdir ki, ipoteka predmeti ilkin satış qiyməti düzgün müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlili apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab oluna bilməz. Belə ki, məhkəmə tərəfindən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və “xxxxxxxxxxxxxx” MMC-nin xx xxxx 2019-cu il tarixli rəyinə görə, Şəmkir rayonu, Xuluf kəndi, A.Məmmədov küçəsində 0.08 ha torpaq sahəsində yerləşən 96 saylı fərdi yaşayış evinin hazırki bazar dəyəri 60.000 (altmış min) manat təşkil etməsi müəyyən edilmişdir. Cavabdeh ilki n satış qiymətini mübahisələndirmiş olsa da müvafiq sübutlarını apelyasiya instansiya məhkəməsinə təqdim etməmişdir. Apelyasiya məhkəməsi isə haqlı olaraq cəlb edilmiş qiymətləndiricinin rəyi ilə razılaşmış və həmin rəyə uyğun olaraq ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etmişdir. Kassasiya şikayətinin digər dəlili isə dəbbə pulunun məbləği ilə bağlı hissə ilə bağlıdır. Lakin nəzərə alınmalıdır ki, məhkəmələr Mülki Məcəllənin 467-ci maddəsinə istinad edərək dəbbə pulunu ağlabatan həddə azaltmışdır. Cavabdehin göstərdiyi məbləğ ondan dəbbə pulunun tutulması müəyyən olunmur. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgü n tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Bundan əlavə kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 verdiyi kassasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar