Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3795/2024 19.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: Pul öhdəliyinin icra olunması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Şəfiyev İspəndiyar Əsəd oğlunun (məruzəçi), hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı öhdəliyin icra olunması tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-853/2024 nömrəli 16 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağ ıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında dostluq münasibətləri olmuş və iddiaçı cavabdehə şifahi razılaşma əsasında 42.653 manat məbləğində borc pul vermişdir.
2. İddiaçı şikayəti əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağcəbədi Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılmış və xx.xx.2023-cü il tarixdə toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2 və 212-ci maddələrinə əsasən, cinayət işi başlanılmasının rədd olunması haqqında qərar qəbul edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 42.653 manat pulun tutulub ona verilməsinə dair qətna mə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının cavabdehlə normal münasibətləri olmuş, 2023-cü ilin yanvar ayından şərikli işləməklə rus rublunu Azərbaycan manatının kursu ilə dəyişərək qazanclarını yarı bölmüşlər. İddiaçı Ağcabədi rayon qara bazarında pul dəyişən tanışlarından rus rublu götürərək cavabdehə vermişdir. Cavabdeh isə rus rublunu dəyişib iddiaçının pulunu həmişə vaxtında qaytarmış, beləliklə cavabdeh onun tam etibarını qazanmışdır. 2023-cü ilin mart ayının 10-na kimi olan dövr ərzində cavabdehdə Azərbaycan manatı ilə 20.273 manat pulu qaldığı üçün, həmin pulu cavabdehdən istədikdə, cavabdeh həmin pulla çox qazanc əldə etmək üçün Zərdab rayonunda rus rublu aldığını demişdir. Bundan sonra cavabdeh yenidən iddiaçıdan əlavə qazanc məqsədilə rus rublu istəmiş, cavabdehə əlavə olaraq 1.120.000 rus rublu (Azərbaycan manatının kursu ilə 22.380 manat) vermiş və cavabdehə səhəri günü 22.380 manatı və əvvəl verdiyi pulu da gətirib hesablaşmalarını və alverlərini davam etmələrini demişdir. Səhəri gün cavabdeh gəlmədiyinə görə, ona zəng etmiş, cavabdeh bildirmişdir ki, guya rus rublu verdiyi adam Bakı şəhərində Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən tutulmuşdur. Cavabdeh ona olan borcundan 4950 manatını qaytarmış, həmin pulu qaytaranda özündə olan qeydiyyat dəftərinə imza etmişdir.
5. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçını tanımış və normal münasibətləri olmuşdur. İddiaçı ilə 2023-cü ilin yanvar ayından şərikli işləyərək, rus pulunu Azərbaycan manatının kursu ilə dəyişməklə, əldə olunan qazancı aralarında yarı bölmüşlər. İddiaçıdan cəmi 22000 manat faizlə pul götürmüş və 29000 manat faizlə ödəmişdir. Taksi sürücüsü olan X2 ilə 8000 manat, X4 ilə 9000 manat iddiaçıya pul göndərmişdir. Sonra iddiaçının oğlu X1 iki dəfə, birinci dəfə 3000 manat, ikinci dəfə 1500 manat pul köçürmüşdür. Qeyd olunanlara əsasən iddianın rədd olunmasını xahiş etmişdir.
6. Şahid qismində dindirilən X7 ifadəsində bildirmişdir ki, iddiaçı ilə tanışdır. Cavabdehi də iddiaçının vasitəsi ilə tanımışdır. İddiaçı və digər tanışları X8 və X5 ilə birlikdə cavabdehin yaşadığı Zərdab rayonuna gedərək, Ağcabədi körpüsündə cavabdehlə görüşmüşlər. Söhbət zamanı cavabdeh 42.653 manat borcu qaytaracağını demişdir.
7. Şahid qismində dindirilən X8 və X5 şahid X3 ifadəsini təstiq edərək eyni ifadə vermişlər.
8. Şahid qismində dindirilən X2 ifadəsində bildirmişdir ki, cavabdeh onun tanışıdır. Özü Zərdab rayonunda taksi fəaliyyəti ilə məşğul olur. 2023-cü ilin təxminən yanvar ayının əvvəllərində Cavabdeh ona konvertdə pul və pulu çatdırmalı olduğu Vüqar adlı şəxsin mobil nömrəsini vermiş, Vüsalla Ağcabədi körpüsündə görüşərək Vüsalın verdiyi konverti ona vermişdir. Lakin konvertdə nə qədər pul olduğu barədə heç bir məlumatı olmamışdır.
9. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirmişdir ki, cavabdeh onun tanışıdır. Özü Zərdab rayonunda taksi fəaliyyəti ilə məşğul olur. 2023-cü ilin təxminən yanvar ayında Cavabdeh ona konvertdə pul və pulu çatdırmalı olduğu Vüqar adlı şəxsin mobil nömrəsini vermiş, həmin şəxslə Ağcabədi körpüsündə görüşərək Vüsalın verdiyi konverti ona ver mişdir. Lakin konvertdə nə qədər pul olduğu barədə heç bir məlumatı olmamışdır.
10. İddiaçı məhkəmə iclasında əlavə izahat verərək bildirmişdir ki, cavabdeh ona taksi sürücüləri ilə göndərdiyi pul əvvəlki, yəni yanvar ayında olan borca görə göndərdiyi pul olmuşdur, lakin onun hazırda tələb etdiyi 42653 borc pul 2023-cü ilin mart ayının 10-na kimi olan dövr ərzində yaranmış borcdur. Cavabdeh qeyd etmişdir ki, güya onun oğlu Rauf Ömərovun kartına bir dəfə 3000 manat, bir dəfə də 1500 manat pul köçürmüşdür. Lakin bu da doğru deyil, cavabdeh tərəfindən heç bir pul köçürülməmişdir. Buna baxmayaraq, cavabdehin ona borclu olduğu 42.653 manat borcdan öz təşəbbüsü ilə həmin 4500 manat borcu çıxılmaqla hazırda cavabdehdən 38.153 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 4/2039 saylı rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 11-ci vərəqinin üzərindəki “13 mart 2023 Vüsal mənə 47.3 manat verməlidi verdi 49..0 manat qaldı 42.3 manat verməlidi” yazıları və həmin qəbzin orta hissəsindəki imza-Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuş; ekspertizaya təqdim edilmiş, mülki işin 11-ci vərəqinin üzərindəki “47653” rəqəmlərindəki “65” rəqəmləri, “4950” rəqəmlərindəki “5” rəqəmi, “42703” rəqəmlərindəki “70” rəqəmləri tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiqat üçün yararsız olduğundan Azərbaycan Respublikası “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinə əsasən həmin rəqəmlərin Cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra olunubolunmaması haqqında rəy vermək mümkün olmamış; ekspertizaya təqdim edilmiş, mülki işin 11-ci vərəqinin üzərindəki “13 mart 2023 Vüsal mənə 47..3 manat verməlidi verdi 49..0 manat qaldı 42..3 manat verməlidi” yazılarında və həmin qəbzin orta hissəsindəki imzadaCavabdeh yazı və imzasına oxşadılmaqla icra olunmasını xarakterizə edən əlamətlər müəyyən olunmamışdır.
12. Zərdab Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(035)-40/2024 saylı 2 aprel 2024- cü il tarixli qətnaməsi ilə (hakim İlqam Həsənquliyev) iddia qismən təmin edilmiş, Cavabdeh yaranmış borca görə 38.153 manat pulun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur.
13. Məhkəmə qeyd etmişdir ki, cavabdeh iddianı qəbul etmədiyini bildir sə də, öz etirazını məhkəmə iclasında əsaslandıra bilməmiş, iddianın rədd edilməsi üçün məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş diskdə yazılanlar dinlənilmiş, şahidlərin ifadələri alınmış, diskdə yazılanlarla şahid ifadələri uyğun gəldiyi üçün məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş şahidlərin ifadələrini inandırıcı hesab etmişdir.
14. Məhkəmə hesab etmişdir ki, iddiaçı izahatında borcun bir hissəsini taksi sürücüləri ilə qaytardığını bildirsə də, borclu olduğu pulları həqiqətən qaytarmasını sübuta yetirə bilməmişdir. Eyni zamanda məhkəmə iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli əlyazmada yazılmış qəbzin yararsız olması səbəbindən sübut kimi qəbul edilməsini yol verilməz hesab etmişdir.
15. Bundan başqa, məhkəmə cavabdehin izahatına da tənqidi yanaşaraq qeyd etmişdir ki, cavabdeh iddiaçıdan aldığı pulları etiraf etsə də, qaytarmasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilmədiyi üçün məhkəmə onun ifadəsini də inandırıcı hesab etməmişdir.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60.1, 71, 72.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 448.1, 739.1,739.2, 740.1, 740-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh apellyasiya şikayəti verərək mübahisəli qətnamənin dəyişdirilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə qərar qəbul edərkən işi n bir sıra faktiki hallarını və hüquqi məsələlərini nəzərə almamış, səthi araşdırma aparılmış və nəticədə onun ziyanına qərar qəbul etmişdir. Belə ki, məhkəmə prosesində cavabdeh tərəfindən şahid qismində çıxış edən X2 və X4 iddiaçıya cavabdeh tərəfindən pul göndərilməsini etiraf etsə də, məhkəmə bu faktı nəzərə almamışdır. Hansı ki, iddiaçı özü belə sözü gedən şəxslər tərəfindən ona pul verilməsini etiraf etmiş, lakin qeyd etmişdir ki, göndərilən pul guya köhnə borcla bağlı olmuşdur. Lakin köhnə borcun nə zaman yaranması və necə ödənilməsi ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Şahidlər pulu mart ayında aparmalarını bildirsə də, qətnamədə şahidlərin ifadələri təhrif edilərək pulun yanvar ayında aparılması qeyd olunmuşdur. Eyni zamanda şahidlər pulu konvertdə aparmadığını bi ldirsə də, qətnamədə pulun konvertdə aparılması qeyd olunmuşdur. İddiaçı məhkəmə zamanı izahatında qeyd etmişdir ki, “Ağcəbədi rayon qara bazarında pul dəyişən tanışlarından rus pulunu götürüb cavabdehə vermiş, cavabdeh isə rus pulunu aparıb artıq kursa dəyişərək, pulun mayasını özündə saxlamaqla qazancını isə gətirib onunla bölüşmüşdür”. Lakin məhkəmə bu hissədə də işin hallarını düzgün araşdırmamış və iddiaçının formal xarakter daşıyan iddiasını təhlil etməmişdir. Belə ki, izahat təhlil olunsaydı ortaya maraqlı sual çıxardı ki, əgər rus pulunu iddiaçı alırdısa və cavabdeh sadəcə həmin pulu artıq kursa dəyişirdisə niyə pulun mayası cavabdehdə saxlanılırdı? Hansı ki, iddiaçı özü belə etiraf etmişdir ki, bu proses bir müddət belə davam etmişdir. İddiaçı pulun mayası cavabdehdə saxlanıldığı halda yenidən qara bazardan hansı pulla rus rublu aldığını əsaslandırmamış və məhkəmə də bu hissəni aydınlaşdırmamışdır. Rus rublu cavabdeh tərəfindən dəyişdirildikdən sonra maya hissəsi tam şəkildə qazanc hissəsi isə yarı şəklində iddiaçıya qaytarılmışdır. Eyni zamanda iddiaçı məhkəmə prosesi zamanı əlyazma təqdim edərək əlyazmada borcun cavabdeh tərəfindən etiraf olunmasını bildirmişdir. Buna əsasən məhkəmə tərəfindən 13 noyabr 2023-cü il tarixli xətşünaslıq ekspertizası təyin olunmuşdur. 12 yanvar 2024-cü il tarixli ekspertin tədqiqatının nəticəsində qeyd edilmişdir ki, məhkəmə prosesi zamanı İddiaçı tərəfindən təqdim olunan əlyazma və həmin əlyazmada olan imza cavabdeh tərəfindən icra olunmamışdır. Lakin buna baxmayaq məhkəmə iddianı qismən təmin etmişdir.
19. Cavabdeh əlavə olaraq onu da qeyd etmişdir ki, iddiaçıdan 22.300 manat məbləğində pul almışdır və həmin pulu artıqlaması ilə faizləri ilə birlikdə iddiaçıya qaytarmışdır. Belə ki, o, pulu hissə-hissə olaraq, 9400+4800+5000+4500 manat olmaqla iddiaçıya qaytarıb. Diskdəki səs yazısı ona aid olsa da, orda onun borclu olduğu kimi qeyd etdiyi 48.000 vəsait Azərbaycan manatı deyil, rus rubludur.
20. Şəki Apellyasiya Məhkəməsinin (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(107)-853/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Günay Cavadova (sədrlik edən və məruzəçi), Elçin Hüseynov və Tural Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, Zərdab Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tаrixli, 2(035)40/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, CD diskdəki səs yazısındakı tərəflər arasında olan danışıq zamanı cavabdehin iddiaçıya 42.653 manat məbləğində borcu olması öz təsdiqini tapmışdır.
22. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən, iddiaçı Ağcəbədi rayon qara bazarında pul dəyişən tanışlarından müxtəlif vaxtlarda rus pulunu götürüb cavabdehə vermiş, cavabdeh isə rus pulunu aparıb artıq kursa dəyişərək, pulun mayasını özündə saxlamaqla qazancını gətirib iddiaçı ilə bölüşmüşdür. İddiaçının 2023-cü ilin mart ayının 10-na kimi olan dövr ərzində cavabdehdə 20.273 manat pulu qaldığı üçün həmin pulu cavabdehdən istədikdə, cavabdeh həmin pulla çox qazanc əldə etmək üçün Zərdab rayonunda rus rublu aldığını demiş, yenidən iddiaçıdan əlavə qazanc məqsədilə rus rublu istə miş, iddiaçı da cavabdehə əlavə olaraq 1.120.000 rus rubulu (Azərbaycan manatının kursu ilə 22.380 manat) vermiş və cavabdehə səhəri gün 22.380 manatı və əvvəl verdiyi 20.273 manat puluda gətirib hesablaşmalarını və birgə fəaliyyətlərini davam etmələrini demişdir. Lakin sonradan cavabdeh müxtəlif bəhanələrlə iddiaçıya həmin məbləği qaytarmaqdan yayınmışdır.
23. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin mövqeyi əsaslıdır. Belə ki, işdə olan sübutlara, o cümlədən iddiaçı tərəfin təşəbbüsü ilə dindirilmiş şahid ifadələrinə, 3-cü şəxslərin iştirakı ilə iddiaçı və cavabdeh arasında aparılan danışıqların audioyasısına əsasən məlum olmuşdur ki, cavabdehin iddiaçıya qaytarılmayan borcu olmuşdur.
24. Əlavə olaraq cavabdeh özü də nə birinci instansiya məhkəməsində, nə də ki apellyasiya instansiyası məhkəməsində işə baxılması zamanı iddiaçıdan pul aldığını inkar etmişdir. Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında, sonradan isə iş üzrə qəbul edilmiş qətnamədən verdiyi apellyasiya şikayətində iddiaçıdan pul aldığını təsdiq etmiş, lakin həmin pulu tam həcmdə iddiaçıya qaytardığını göstərmişdir.
25. Məhkəmə kollegiyası eyni zamanda bildirmişdir ki, cavabdehin izahatında göstərilənlər qeyri-səmimidir. Çünki cavabdehin göstərdiyi 48.000 rus rublun manat məzənnəsi təqribən 945 manat təşkil etmişdir. Bu baxımdan cavabdehin iddiaçıya qaytarılmalı olan pulun 945 manat məbləğdə olması barədə cavabdehin bildirdikləri ilə cavabdehin həmin pulun Bankdan götürəcəyi kredit hesabına hissə-hissə qaytaracağı barədə iddiaçıya vədlər verməsi ziddiyət təşkil edir.
26. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
27. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 6.2, 386.1, 390.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam ləğv edilərək, işin yenidən Şəki Apellyas iya Məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
29. Kasasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdır ki, birinci instansiya məhkəməsi mübahisəni həlli zamanı Mülki Məcəllənin qüvvədə olmayan 740.1-ci maddəsinə istinad etmişdir. Tərəflər arasında olan mübahisə üzrə pul məbləğinin miqdarı 3000 manatdan çoxdur. Belə olan təqdirdə borc müqaviləsindən danışmaq üçün tərəflər arasında notarial müqavilə olmalı idi. Lakin belə bir müqavilə yoxdur. Bu zaman tərəflər arasında olan mübahisəyə MM-nin 739-cu maddəsi ümumiyyətlə tətbiq edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
33. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsa s ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır.Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinin aktı tam mübahisələndirildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvaf iq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
47. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ə traflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
48. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
49. Birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 740.1-ci maddəsinə istinad olunmasının əsasszız olması barədə kassatorun dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əvvəla bu dəlil cavabdeh tərəfindən apelyasiya şikayətində irəli sürülməmişdi.
50. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi ümumiyyətlə Mülki Məcəllənin 739 və 740-cı maddələrinə istinad etməmiş, mübahisəni Mülki Məcəllənin ümumi öhdəlik hüququndan bəhs edən normalarına istinadla əsaslandırmışdır.
51. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmı ş, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
52. Kassasiya şikayətinin digər dəlilləri işin hallarının tam və hərtərəfli araşdırılmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
53. Məhkəmə kollegiyası hesab edir ki, apell yasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
54. Kassator həmçinin işə şifahi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə məhkəmə baxışında şifahi icraat qadasında baxılması üçün MPMin 414.1-ci maddəsində müəyyən olunan əsaslar olmadığından vəsatəti təmin etməmişdir.
55. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-853/2024 nömrəli 16 iyul 2024-c ü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.