Məhkəmə qərarları › İş №2(102)-3796/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3796/2020

11.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3796/2020 11.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı1 vəkili X6, Cavabdeh2 və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(104)3502/2019 saylı qətnaməsindən İddiaçı1 və digərlərinin (cəmi 6 nəfər) kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Göygöl Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(066)-473/2019 saylı qətnaməsi ilə (sə drlik edən, hakim Q.Ə.Abbasov) İddiaçı1 və digərlərinin (cəmi 6 nəfər) Cavabdeh2 və digərlərinə qarşı “torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddiası qismən təmin edilərək, X2 ilə Cavabdeh2 arasında Göygöl rayonu, Qızılca kəndində yerləşən 2,22 ha torpaq sahəsinə dair notarial qaydada bağlanmış xx xxxxx 2003-cü il tarixli alqı-satqı müqaviləsinin iddaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 mülkiyyətlərində olan torpaq sahəsinə aid hissədə ləğv edilməsi qət edilib. Cavabdeh2 qətnamədən apelyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(104)3502/2019 saylı qətnaməsi ilə (hakimlər Ə.İ.Məmmədov sədrlik edən, məruzəçi, R.Z.Mamedov və A.H.Hüseynzadə) apelyasiya şikayəti tə min edilərək, iş üzrə Göygöl Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd olunub. İddiaçı1 və digərləri qətnamədən kasasiya şikayəti veriblər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçılar (cəmi 6 nəfər) məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, Göygöl rayonu, Qızılca kəndində yerləşən 2,22 ha torpaq sahəsinə dair “X2 ilə Cavabdeh2 arasında notarial qaydada bağlanmış xx xxxxx 2003-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələb lərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı1 vəkili İlham Əliyev kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh2 və vəkili Şahlar Tağıyev məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən, kasasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdilər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, onların vəkili Xəqani Əkbərov və cavabdeh Göygöl rayon X5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilməd ən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edərkən, iddiaçıların mübahisəli torpaq sahəsinə dair hazırda mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddianın onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülməməsinə, iddianı təmin etməklə birinci instansiya məhkəməsinin səhv nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllə nin 347.1, 354.1, 354.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi, prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, JN-176 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Göygöl rayon AİK-nın xx xxxxxx 199 8-ci il tarixli, 02 saylı qərarı ilə Göygöl rayonu, Qızılca kəndində yerləşən 2,22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ üzrə Qənbər Rüstəmov, İddiaçı3, İddiaçı5, Mahizər Rüstəmova, İddiaçı1, İddiaçı4 və İddiaçı6 adına qeydə alınıb. xx xxxxx 2003-cü il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Qənbər Rüstəmov sözügedən torpaq sahəsini 3.990.000 manata (AZM) Cavabdeh2 satıb. Eyni zamanda notariat işinə əlavə edilmiş razılıq ərizələrindən görünür ki, İddiaçı3, İddiaçı2 və İddiaçı5 Qənbər Rüstəmova məxsus olan Xanlar rayonu, Qızılca kəndində yerləşən torpaq sahəsinin satılmasına etiraz etmədiklərini bildirmişlər. Eyni zamanda iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi Qənbər Rüstəmovun Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitə sinə ünvanladığı ərizəsi ilə müəyyən olunur ki, Qənbər Rüstəmov JN-176 saylı Dövlət Aktına əsasən onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş Göygöl rayonu, Qızılca kəndində yerləşən 2,22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satmaq istədiklərini bildirib və torpaq sahəsinin normativ qiyməti barədə arayış verilməsini xahiş edib. Ərizədə ailə üzvlərinin onlara məxsus torpaq paylarının satılmasına etiraz etmədiklərini bildirmişlər və həmin ərizəni mərhum Qənbər Rüstəmov, İddiaçı3, İddiaçı2 və İddiaçı5 şəxsən imzalamışlar. Eyni zamanda həmin ərizədə olan qeydlə müəyyən olunur ki, hazırki iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı4 və İddiaçı6 həmin vaxt azyaşlı olduqları üçün onların əvəzinə razılıq ərizəsini valideynləri imza etmişlər. Alqı-satqı müqaviləsi üzrə tərəf ol an Qənbər Rüstəmov isə xx xxxxxx 2013-cü il tarixdə ölüb. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, kasasiya şikayəti ilə eyni məzmunlu olan iddia ərizəsinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən tətbiq edilməli olan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə tətbiq etməməklə səhvə yol verib və nəticədə iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Belə ki, iddia ərizəsinin üzərində olan qeyddən görünür ki, iddiaçılar hazırki iddia ərizəsi ilə məhkəməyə xx xxxxxx 2019-cu il tarixdə, yəni mübahisəli torpaq sahəsinə dair xx xxxxxx 2003-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanmasından 15 il müddət keçdikdən sonra müraciət etmişlər. Kasas iya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, aşağıdakılara görə kasasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Belə ki, əvvəla, alqı-satqı müqaviləsi Mülki Məcəllənin 29-cu fəslinin normaları ilə tənzimlənir, alqı-satqı müqaviləsinin anlayışı isə, Mülki Məcəllənin 567-ci maddəsində nəzərdə tutulub. Həmin maddənin mənasına görə, alqı-satqı müqaviləsi üzrə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddənin mənasına görə, alqı-satqı müqaviləsi hər zaman konsensual xarakterlidir və tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəldikləri andan alqı-satqı müqaviləsi bağlanmış hesab edilir. Həmçinin alq ı-satqı müqavilənin etibarsızlığı dedikdə- onun qanunun tələblərinə uyğun olmadan tərtib edilməsi və bağlanması başa düşülür və yalnız bu halda alqı-satqı müqaviləsi müəyyən hüquqi nəticə doğurmaya bilər. Nəzərə alınmalıdır ki, alqı-satqı müqaviləsində tərəflərin hərəkətləri müəyyən hüquqi nəticənin əldə olunmasına yönəlir. Bu baxımdan alqı-satqı müqaviləsinin etibarlılığı üçün: alqı-satqı müqaviləsinin subyektiv tərkibinin qanunilyi; alqı-satqı müqaviləsinin məzmununun qanunilyi; alqısatqı müqaviləsi üzrə tərəflərin iradə və iradə ifadəsinin uyğunluğu; alqı-satqı müqaviləsinin formasının qanuniliyi şərtlərinin olması zəruridir. Alqı-satqı müqaviləsinin subyektiv tərkibinin qanunilyi-alqı-satqı müqaviləsinin hüquq və fəaliyyət qabiliyyətinə malik olan şəxslər tərəfindən bağlanmasını nəzərd ə tutur. Alqı-satqı müqaviləsinin məzmunu dedikdə- alqı-satqı müqaviləsində əksini tapan şərtlərin məcmusu başa düşülür. Bu şərtlər qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verməlidir. Bundan başqa, alqı-satqı müqaviləsində iradə və iradə ifadəsinin vahidliyi, yəni üst-üstə düşməsi olduqca əhəmiyyətlidir. Çünki iradə və iradə ifadəsinin vahidliyi olmadığı halda, alqı-satqı müqaviləsi mübahisə ediləndirsə məhkəmə qərarı əsasında, yox əgər əhəmiyyətsizdirsə, o zaman belə qərar olmadan da etibarsız sayıla bilər. İradə ifadəsinin olmaması isə o, zaman baş verir ki, birincisi, ortada iradə ifadəsi olur, lakin onu formalaşdıran daxili iradə olmur (məsələn: hədə-qorxu, zorakılıq, öz hərəkətlərinin mənasını başa düşməyən və onlara rəhbərlik edə bilməyən şəxsin bağladığı əqd); ikincisi, ira də ifadəsi daxili iradəni düzgün olaraq əks etdirir, lakin bu ifadə əsl istəyin formalaşmasına mane olan faktorların təsiri altında baş verir (məsələn: aldatma, şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan suiistifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd); üçüncüsü, iradə ifadəsi daxili iradəni düzgün olaraq əks etdirmir (məsələn: bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi) (Mülki Məcəllənin 339.1, 339.2, 339.3, 339.4-cü maddələri). Göründüyü kimi mübahisəli torpaq sahəsinin iddiaçıların atası, yəni ailə başçısı Qənbər Rüstəmov tərəfindən notarial qaydada təsdiq edilmiş xx xxxxxx 2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən qab aqcadan əvəzi ödənilməklə 3.990.386 manata (AZM) Cavabdeh2 satması və həmin vaxtdan torpaq sahəsinin sonuncunun sahibliyində, istifadəsində olması, iddiaçılar tərəfindən isə hazırki iddianın alqı-satqı müqaviləsinin icrasınabaşlanıldığı gündən 15 ildən sonra irəli sürülməsi mülki iş materialları ilə istisna olunmur. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, mübahisəli torpaq sahəsinə dair X4 Qəfərli arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığının nəticələrinin tətbiqi haqqında hazırki iddianı iddiaçılar onun icrasına başlanıldığı gündən 15 ildən sonra irəli sürdüklərindən və beləliklə kəsici müddəti də ötürdüklərindən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddianı rədd etməklə apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və Mülki Mə cəllənin 347.1, 354.1 və 354.2-ci maddələrinin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Belə ki, həmin maddələrin tələblərinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Mülki Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Sadalanan maddələrin mənasına görə kəsici müddət- şəxsin müəyyən zaman ərzində öz hüququ ndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kasatorlar, kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini, mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdərilmiş şərtlərin pozulmaqla bağlanmasını və sair göstərsələr də, tələblərinin əsası kimi istin ad etdikləri halları təsdiq etmək üçün məhkəməyə heç sübut təqdim etməmişlər. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəfl ərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Əksinə, mərhum Qənbər Rüstəmovun öz sağlığında, yəni xx xxxxxx 2013-cü il tarixdə ölənədək sözügedən alqı-satqı müqaviləsini məhkəmə qaydasında mübahisələndirməməsi və yalnız onun ölümündən sonra iddiaçıların hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmələri də iddianın əsassız olması qənaətinə gəlməyə əsas verir. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessu al hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiyainstansiyası məhkəməsi kasatorların kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdikləri dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiyainstansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 kasasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(104)-3502/2019 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar