Məhkəmə qərarları › İş №2(102)-3796/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3796/2021

10.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3796/2021 10.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh2 ASC-yə və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3796/21 (Açar sözlər: maddi, mənəvi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu sədrlik edən, məruzəçi, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı, vəkili Vəkil, Cavabdeh: Cavabdeh2 ASC-nin nümayəndəsi X9 və vəkili X7, Cavabdeh: Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Yevlax rayon filialının vəkili X5 iştirakları ilə, Şəki Apellyasiya M əhkəməsi Mülki Kollegiyasının 23 fevral 2021-ci il tarixli, 2(107)383/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 10 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, onlardan hər ay 190 manat olmaqla, 01 avqust 2019-cu ildən 01 sentyabr 2020-ci il tarixədək 13 ay ödənilməmiş ödəncin ödənilməsi, bu ödəncin Cavabdeh2 ASC-ti tərəfindən hər ay ödənilməsi və hər bir cavabdehdən ona dəymiş maddi zərərə görə 1.000 manat, mənəvi zərərə görə 5.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin 22 sent yabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim R.Ə.Əlizadə) iddia qismən təmin edilərək, Cavabdeh2 ASC hər ay ödənilən aylıq ödəncin 01 avqust 2019-cu ildən 01 yanvar 2020-ci il tarixədək ödənilməyən hər ay 180 manat, 01 yanvar 2020-ci ildən 01 sentyabr 2020-ci il tarixədək ödənilməyən hər ay 190 manat hissəsinin tutulub iddiaçıya ödənilməsi, qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçı, “Yevlax Kəndtikinti” 57 saylı X2 işlədiyi dövrdə əmək zədəsi alıb, 60 faiz əmək qabiliyyətini itirib və ona müddətsiz İİ qrup əlillik təyin edilib. Bundan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 oktyabr 2005-ci il tarixli, 314 s saylı Sərəncamı ilə “Yevlax Kəndtikinti” 57 saylı X4 Cavabdeh2 ASC-nin bal ansına verilib. X6 23 iyun 2009-cu il tarixli, 001352 saylı göstərişinə əsasən həmin Müəssisədə xəsarət almış iddiaçıya 01 yanvar 2019-cu il tarixədək hər ay aylıq ödənc verilib. Bu faktlar işin mübahisə olunmayan hallarıdır. Cavabdeh2 ASC-ti iddiaçıya aylıq ödənci hüquqi əsası olmadan, hər hansı qərara əsaslanmadan dayandırıb. İddiaçı, iddianın maddi və mənəvi zərərin əvəzinin ödənilməsi hissəsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməyib. Eyni zamanda yaşayış minimumu ölkə üzrə 01 yanvar 2019-cu ildən 180 manat, 01 yanvar 2020-ci ildən 190 manat müəyyən edilib. Tərəflər arasındakı hazırki mübahisəli məsələ ilə bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi var. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 1096.1, 1097.1-ci maddələrinin və digər maddi, pr osessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh2 ASC-ti apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.A.Mahmudov sədrlik edən, məruzəçi, Ə.T.Məcidov və M.A.Əsədli) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Yevlax Rayon Məhkəməsinin 22 Sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon filialının 24 avqust 2020-ci il tarixli arayışına əsasən, iddiaçı İİ qrup əlilliyə görə 233.20 manat əmək pensiyası alır. İddiaçının xəsarət alması ilə nəticələnmiş istehsalatda baş vermiş bədbəxt hadisədə işəgötürənin təqsirli olması, həmin hadisəyə görə işəgötürənin hüquqi məsuliyyətə cəlb olunması müəyyən edilmir. Buna görə də iddiaçı, istehsalat xəsarəti nəticəsində sağlamlığının pozulmasına görə nə işəgötürən “Yevlax Kəndtikinti” 57 saylı X1, nə də ki, həmin müəssisənin birləşdiyi Cavabdeh2 ASC-ti hər hansı ödənc tələb edə bilməz. Həmçinin işdə, istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində iddiaçıya sağlamlığının pozulmasına görə işəgötürən tərəfindən müavinət ödənilməsi və ya həmin müavinətin kəsilməsinə dair heç bir sübut yoxdur. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi iddianı təmin etməklə gəldiyi nəticə üçün m ühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmayıb və iş üçün əhəmiyyətli olan hallar sübut edilmir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 239-cu maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normaların ın tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh2 ASC-nin nümayəndəsi Tale Kazımov, vəkili Məhəmməd Quliyev və cavabdeh DSMF X8 Yevlax rayon filialının vəkili Aygül Rəfiyeva məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Həmin Məcəllənin 239-cu maddəsinin 1-ci hissəsinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Həmin Maddənin 3-cü hissəsində göstərilir ki, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tar ixli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği haqqında” Qaydaların 1.1-ci bəndində göstərilir ki, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir. Həmin “Qaydaları”ın 1.3-cü bəndinə görə, digər sənədlə rlə yanaşı, istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt olduqda da, təqsirkar işəgötürən əmək xəsarətinə görə işçiyə dəyən zərəri ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdu r. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, işdən görünür ki, İddiaçı “Yevlax Kəndtikinti” 57 saylı X2 İV dərəcəli “suvaqçı” işində işləyib və istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət alıb. Bu barədə “İZ” formalı Aktı tərtib edilib. Tibbi Sosial Ekspert Komissiyasının 28 yanvar 2005-ci il tarixli müayinə aktına əsasən, İddiaçı 60 faiz əmək qabiliyyətini itirməklə, müddətsiz İİ qrup əlillik verilib. Bundan sonra, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 oktyabr 2005-ci il tarixli, 314 “S” saylı Sərəncamı ilə “Yevlax Kəndtikinti” 57 saylı X4 Cavabdeh2 ASC-nin balansına verilib. Eyni zamanda, qanuni qüvvəyə minmiş Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 fevral 2020-ci il tarixli qət naməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilərək, iş üzrə Yevlax Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə, Cavabdeh2 ASC hər ay ödənilməli olan aylıq ödəncin 01 yanvar 2019-cu ildən 01 avqust 2019-cu il tarixədək ödənilməyən 966 manat hissəsinin tutulub İddiaçı ödənilməsi qət edilib. Hazırda iddiaçı, 01 avqust 2019-cu il tarixədək aylıq ödənci Cavabdeh2 ASC aldığını, həmin tarixdən sonra aylıq ödəncin verilməsinin dayandırdığını göstərib, hər ay 190 manat olmaqla, 01 avqust 2019-cu ildən 01 sentyabr 2020-ci il tarixədək 13 ay ödənilməmiş ödəncin ödənilməsini, bu ödəncin Cavabdeh2 ASC tərəfindən hər ay ödənilməsini və hər bir cavabdehdən ona dəymiş maddi zərərə görə 1.000 manat, mənəvi zərərə görə 5.000 manat pulun tutulma sını iddia edir. Cavabdeh2 ASC isə baş vermiş bədbəxt hadisədə işəgötürənin təqsirinin tam və ya qismən də olsa sənədlərlə sübuta yetirilmədiyini, bədbəxt hadisə barədə tərtib edilmiş “İZ” formalı Aktda hadisənin baş vermə səbəbinin göstərilmədiyini, həmin Aktda işəgötürənin təqsirliliyi barədə hər hansı qeydə rast gəlinmədiyini, “Yevlax Kəndtikinti” 57 saylı X4 Cavabdeh2 ASC balansına verilsə də, özəlləşdirilmədiyini və bu günədək sonuncunun hüquqi varisinin aşkar edilmədiyini göstərib, iddiaya etiraz edir. Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Yevlax rayon filialı da hazırki iddia tələblərinin onlara heç bir aidiyyətinin olmadığını göstərib, iddiaya etiraz edir. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının xəsarət alması ilə nəticələnmiş istehsalatda baş vermiş bədbəxt hadis ədə işəgötürənin təqsirli olmadığını və buna görə də iddiaçının, sağlamlığına dəymiş maddi və mənəvi zərərə görə nə “Yevlax Kəndtikinti” 57 saylı X1, nə də həmin müəssisənin birləşdiyi Cavabdeh2 ASC hər hansı ödənc tələb etməkdə haqlı olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Əvvəla, İddiaçı “Yevlax Kəndtikinti” 57 saylı X2 “suvaqçı” işləməsi, əmək vəzifələrini yerinə yetirərkən istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində 60 faiz əmək qabiliyyətini itirməsi, ona müddətsiz İİ qrup əlillik təyin edilməsi, 01 avqust 2019-cu il tarixədək hər ay əvvəl “Yevlax Kəndtikinti” 57 saylı X1, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 oktyabr 2005-ci il tarixli, 314 “S” saylı Sərəncamından sonra isə Cavabdeh2 ASC ödənc alması faktları, tərəflərin iştirak e tdikləri başqa bir mülki iş üzrə artıq qanuni qüvvəyə minmiş Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 fevral 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilib. Azərbaycan Respublikası MPM 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə tək rar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutun un əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının əmək vəzifələrini yerinə yetirərkən bədbəxt hadisə nəticəsində xəsarət alması, məhz “Yevlax Kəndtikinti” 57 saylı X3 təqsirkar müəssisə sayılması, 01 avqust 2019-cu il tarixədək iddiaçıya hər ay ödəncin verilməsi və sair faktlar sözügedən mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən, işdə iştirak edən şəxslər tərəfindən həmin faktlar yenidən mübahisələndirilə bilməz. Apellyasiya instansiyası məhkəməsi, bu hallara diqqət yetirmədən gəldiyi nəticəni qeyd olunan prosessual normanın tələbləri baxımından kifayət qədər araşdırmayıb. Digə r tərəfdən, “İZ” formalı Aktda bədbəxt hadisənin səbəbinin və müəssəsinin təqsirinin bilavasitə göstərilməməsi, iddiaçının tələblərinin açıq-aşkar əsassız olması nəticəsinə gəlməyə əsas vermir. Çünki, yuxarıda göstərilən normativ hüquqi aktın tələblərinə görə, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq ona dəyən zərərin əvəzi ödənilməlidir. Bunun üçün istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada Aktın tərtib edilməsi kifayətdir və təqsirkar işəgötürən əmək xəsarətinə görə işçiyə dəyən zərəri ödəməlidir. Bundan başqa, işdən görünür ki, iddiaçının işləmiş olduğu “Yevlax Kəndtikinti” 57 saylı X4 sonradan Nazirlər Kabinetinin 21 oktyabr 2005-ci il tarixli, 314 “S” saylı sərəncamı ilə Cavabdeh2 ASC balansına verilib. Mülki Məcəllənin 56.2-ci maddəsinə əsasən, hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. Maddənin mənasına görə, hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda öz hüquqi statusunu itirərək qoşulduğu hüquqi şəxsin tərkibinə daxil olur. Odur ki, qoşulan hüquqi şəxsin bütün hüquq və vəzifələri, hüquq varisliyi qaydasında və təhvil aktına əsasən, hüquqi şəxs kimi öz fəaliyyətini davam etdirən qoşulduğu hüquqi şəxsə keçir. Beləliklə də, qoşulan hüquqi şəxsin öhdəlikləri üzrə məsuliyyət onun qoşulduğu hüquqi şəxsin üzərinə düşür. Ona görə də kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, “Yevlax Kəndtikinti” 57 saylı X4 Cavabdeh2 ASC balansına verildiyindən, öz hüquqi statusunu itirə rək qoşulduğu hüquqi şəxsin tərkibinə daxil olub və bütün hüquq və vəzifələrini hüquq varisliyi qaydasında və təhvil aktına əsasən Cavabdeh2 ASC ötürüb. Bu baxımdan “Yevlax Kəndtikinti” 57 saylı X3 öhdəlikləri üzrə məsuliyyət Cavabdeh2 ASC üzərinə düşür. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən ba xılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 fevral 2021-ci il tarixli, 2(107)-383/2021 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar