Məhkəmə qərarları › İş №2(102)-3798/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3798/2020

24.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3798/2020 24.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, iddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh və üçüncü şəxs “xxxxxxxxxx” MMC-yə qarşı vurulmuş maddi zərərin ödənilməsi, müqavilə üzrə öhdəliyin icra edilməsi və pul tələbinə dair mülki iş üzrə Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(104)-2436/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Cavabdeh Gəncə Apelyasiya Məhkəməsinin Mülki K ollegiyasının 10 iyul 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh və üçüncü şəxs “xxxxxxxxxx” MMC-yə qarşı vurulmuş maddi zərərin ödənilməsi, müqavilə üzrə öhdəliyin icra edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağdam Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(013)-277/2019 saylı qətnaməsi ilə (hakim E.Bayramov), iddia tələbi təmin edilmiş, Cavabdeh avtomaşına vurulmuş 9985 (doqquz min doqquz yüz səksən beş) manat məbləğində zərər, icarə haqqı borcu olan 6780 (altı min yeddi yüz səksən) manat pu və iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbl əğində dövlət rüsumu, ümumilkdə 16795 (on altı min yeddi yüz doxsan beş) manat pul tutularaq «xxxxxxxxxxx» MMC-nə verilməsi qət edilmişdir Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Mehdiyev (sədrlik edən və məruzəçi), A.Bayramov və Ə.Məmmədov, iş № 2(104)-2436/2019) apelyasiya şikayəti qismən təmin edilərək, Ağdam Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(013)-277/2019 saylı qətnaməsi Cavabdeh icarə haqqı borcu olan 6780 (altı min yeddi yüz səksən) manat pulun tutularaq «xxxxxxxxxxx» MMC-nə verilməsi hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbi təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmışdır. Kassasiya şikayətlərinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxa rkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Məhkəmə işdə olan sübutları tam və müqayisəli şəkildə tədqiq etməyərək düzgün olmayan nəticəyə gəlmişdir. Avtomaşın 2015-ci il buraxılışlıdır. Həmin avtomaşının dəyəri 10000 manat təşkil edə bilər. Nəzərə alınsa ki, avtomaşınla qəssabxananın ət asılqanına çırpılmış və nəticədə avtomaşına 1000 manat dəyərində zərər dəymişdir. 1000 manat dəyərində zərərin dəyməsini həmin evakuatorla maşını servisə apararkən servisin əməkdaşları bildirmişdir. Ondan dəymiş zərər görə 1000 manat tutulmalı olduğu halda 9985 manat pulun tutulması əsassız və qanunsuzdur. Avtomaşının fotoşəkillərini tələb etmədən, dəymiş zərərin müəyyən edilməsi üçün iş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilmədən işə baxan məhkəmə tərə findən yekun nəticəyə gəlmişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq Cavabdeh izahatı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin işirakını təmin etməmişlər. Məhkəmə kollegiyası onların nümayəndəsinin iştirakı olmadan işə b axılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası mə hkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İlk olaraq qeyd edilməlidir ki, cavabdeh kassasiya şikayətində apelyasiya məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını göstərmiş olsa da onun dəlilləri yalnız dəymiş ziyanın tutulması ilə bağlı məhkəmənin gəlmiş olduğu nəticəsi ilə bağlıdır. Belə olan halda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı kassasiya icraatı yalnız dəymiş ziyanın cavabdehdən tutulması ilə bağlı gəlmiş olduğu nəticəsinin yo xlanması ilə məhdudlaşır. Digər hissə üzrə iddia təmin olunmasa da iddiaçı iddianın rədd olunması hissəsindən şikayaət verməmiş, cavabdehin kassasiya şikayətinin dəlilləri isə iddianın təmin olunmuş hissəsi ilə məhdudlaşır. Apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd etmişdir ki, «xxxxxxxxxxx» MMC-nin istifadəsinə, mülkiyyətçi hazırki mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs «xxxxxxxxxx» MMC ilə bağladığı xx.xx.2017-ci il tarixli, 06/0907/LİZ saylı maliyyə lizinq müqaviləsi əsasında, qeydiyyat nişanı ** PK *** olan, sedan tipli, buraxılış ili 2015, ban 316802, rəngi ağ olan «DONG FENG S 30» minik markalı avtonəqliyyat vasitəsi verilmişdir. xx xxxxxxxx 2017-ci il tarixdə «xxxxxxxxxxx» MMC-nə lisenziyalı taksi fəaliyyəti ilə məşğul olmaqdan ötrü müraciət edən, Cavabdeh ilə iddiaçı «xxxxxxxxxxx» MMC arasında qeydiyyat şəhadətnaməsi nömrəsi AC №982566 olan, ** PK *** qeydiyyat nişanlı, Sedan tipli, Buraxılış ili 2015 olan, mühərrik № ******* olan, Ban 316802 olan, ağ rəngli, yüksüz kütləsi 1598 kub.sm, DONG FENG S 30 minik marka modeli xidməti avtomaşınının xx.xx.2017-ci il tarixdən verildiyi vaxtdan 48 ay müddətinə icarəyə verilməsinə dair icarə müqaviləsi bağlanmış və avtomaşın Cavabdeh istifadəsinə təqdim edilmiş, eyni zamanda mülkiyyətçi-hazırki mülki iddia tələbi üzrə üçüncü şəxs «xxxxxxxxxx» MMC tərəfindən Cavabdeh etibarnamənin alınaraq verilməsi təmin edilmişdir. Sözügedən müqavilə bağlandıqdan sonra xx xxxx 2018ci il tarixdə saat 15:30 radələrində Cavabdeh «DONG FENG S 30» minik markalı ** PK *** dövlət qeydiyyat nişan lı avtomobili Yevlax-Ağdam-Laçın yolunun 31-ci kilometrində Bərdə rayonunun Əliyanlı kəndi ərazisində idarə edərkən Azərbaycan Respublikası İXM-nin 342ci maddəsinin 5-ci bəndində nəzərdə tutulan inzibati xətanı törədərək, yəni avtomaşını nasaz vəziyyətdə idarə edərək, idarə etməni itirməklə yolun sağ tərəfindən olan ət dükanının qarşısında olan ət asılqanına çırpılmaqla avtoqəzanın baş verməsinə və avtomaşının zədələnməsinə səbəb olmuşdur. Sözü gedən hadisə nəticəsində Cəmiyyətin istifadəsində olan həmin avtomaşın yarasız vəziyyətə düşmüş, avtomobilə xeyli miqdarda zərər vurulmuşdur. «X2» avtoservisinin avtomobilə dəyən maddi ziyanın və həmçinin təmirinin hesablanması ilə bağlı defekt aktında həmin məbləğin 9985 manat təşkil etməsi qeyd olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, avtomobil avtoqəza keçirdikdən sonra (iş v.37) defekt aktı tərtib edilmiş və maşına görə ziyanın (iş haqqı da hesablanmaqla) cəmi 9985 manat təşkil etməsi öz təsdiqini tapmışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1, 1108.1 maddələrini tətbiq etmişdir. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mübahisələndirilən hissə üzrə gəldiyi nəticə ilə razılaşaraq apelyasiya şikayətini təmin etmədən, birinci instansiya məhkəməsinin qətnaməsini dəymiş zərərin ödənilməsi ilə bağlı iddianın təmin olunması hissəsində dəyişdirmədən saxlamışdır. Mülki işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq kollegiya aşağıda göstərilənlərə əsasən hesab edir ki, apel yasiya instansiya məhkəməsi vurulmuş ziyanın məbləğini müəyyən edərkən işdə olan sübutları ətraflı araşdırmamış və onlara əlaqəli şəkildə qiymət verməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (ə ldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq qeyd edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya ziyan vurulması faktı işdə olan yazılı sübutlarla təsdiq edilir. Lakin məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr maddi ziyanın məbləğini düzgün müəyyən etməmişlər. Belə ki, məhkəmələr maddi ziyan məbləğinin 9985 manat olmasını müəyyən edərkən «X2» avtoservisinin tərəfindən təsdi q edilmiş xx xxxx 2018-ci il tarixli aktda olan məlumatlara istinad etmişlər. Lakin iş üzrə cavabdehin apelyasiya şikayətində və hazırda kassasiya şikayətində istinad etdiyi məbləği isə 1000 manat həddində olmasını qeyd etmiş və məhkəmədən dəymiş zərərin məbləğinin müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin olunmasını zəruri hesab etmişdir. Lakin iş materialları ilə görünmür ki, apelyasiya məhkəməsi cavabdehin göstərilən dəlillərinin yoxlanması üçün hər hansı prosessual hərəkət etmişdir. Belə olan halda isə, iddiaçıya vurulmuş real zərərin məbləğinin müəyyən edilməsi üçün işdə olan sübutlar ətraflı araşdırılmaqla, müvafiq nəticəyə gəlmək mümkündür. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1- ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halları n yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasınd a müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi 9985 manat maddi ziyan məbləğinin müəyyən edilməsi hissəsində qeyd edilən tələblərə cavab vermir. Məhkəmə işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı bar əsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərinə əsasən əsaslıdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsasdır. Apelyasiya instansiyası məhkəməsinin işə baxarkən mübahisəli hissə üzrə gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instans iyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apelyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi qismən – «Cavabdeh avtomaşına vurulmuş 9985 (doqquz min doqquz yüz səksən beş) manat məbləğində zərər tutularaq «xxxxxxxxxxx» MMC verilməsinə aid hissədə ləğv olunsun və mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar