Məhkəmə qərarları › İş №2(102)-3799/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3799/2023

06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3799/2023 06.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Ləğv prosesində olan "xxxx" KB ASC-nin (ləğvedici Əmanətlərin Sığortalanması Fondu) cavabdehlər “X11 Azqida” MMC və Cavabdeh3 qarşı (Əliyev Sücayət Əli oğlunun müstəqil tələb sürməyən üçüncü şəxs qismində cəlb edildiyi) iş üzrə QƏRARİ Açar sözlər: (kredit borcunun tutulması, sübutetmə, tələbin qanuni əsası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Zaur Əli oğlu, Abbasov Aqil Əzizağa oğlu və X2 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 may 2023-cü il tarixli, 2(104)-105/2023 nömrəli qətnaməsindən cavabdeh “X11 Azqida” Məhdud Məsuli yyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 2. "xxxx" ASC tərəfindən cavabdeh “X11 Azqida” MMC-yə 84 ay müddətinə illik 6% olmaqla ******* (iki milyon) manat kredit verilməsinə dair xx.xx.2014-cü il tarixli kredit müqaviləsi; "xxxx" ASC tərəfindən cavabdeh X11 Azqida MMC-yə 120 ay müddətinə illik 4% olmaqla, ******* (bir milyon beş yüz əlli iki min) manat məbəğində kredit verilməsi barədə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi rəsmiləşdirilmişdir. 3. xx.xx.2014-cü il tarixli, 24 saylı kredit müqaviləsindən irəli gələn tələb hüqu qunun təminatı kimi Cavabdeh3 mülkiyyətindəki ünvan 1 ünvanında olan, 0.0187 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə dair xx.xx.2014-cü il tarixli, 24 saylı Sonrakı ipoteka müqaviləsi sənədləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Ləğv prosesində olan "xxxx" KB ASC (ləğvedici Əmanətlərin Sığortalanması Fondu, bundan sonra – iddiaçı və ya Bank) cavabdehlər “X11 Azqida” MMC-yə və Cavabdeh3 qarşı iddia qaldıraraq cavabdeh “X11 Azqida” MMC-dən Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli 24 saylı kredit müqaviləsi üzrə ******* manat əsas borc, 629.796.17 manat faiz borcu, xx.xx.2015-ci il tarixli 213 nömərli kredit müqaviləsi üzrə 1.552.000 manat əsas borc, 221.071.0 54 manat faiz borcu olmaqla, cəmi 4402.867.71 (dörd milyon dörd yüz iki min səkkiz yüz altmış yeddi manat, yetmiş bir qəpik) manat kredit borcun, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, borcun tam mülkiyyət hüququ üzrə Cavabdeh3 mülkiyyətində olan ünvan 2 ünvanında olan 0.0157 ha torpaq sahəsində yerləşən 426.10 kv.m ümumi, 274. kv.m yardımçı, 152.1 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaitinin Ləğv prosesində olan "xxxx" KB ASC-nə olan kredit borcunun ödənilməsinə yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlak hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində həmin əmlakın boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia belə əsaslandırılmışdır ki, hazırda xx.xx.2019-cu il tarixə “X11 Azqida” MMCnin xx.xx.2014-cü il tarixli 24 saylı kredit müqaviləsi üzrə 200000 manat əsas borc, 629.796.17 manat faiz borcu, xx.xx.2015-ci il tarixli 213 nömrəli kredit müqaviləsi üzrə 1.552.000 manat əsas borc, 221.071.054 manat faiz borcu olmaqla, cəmi 4402.867.71 manat borcu vardır. Lakin cavabdeh öz üzərinə düşən kredit öhdəliklərini lazımınca icra etməmişdir. Dəfələrlə cavabdehə borcunu ödəməsi barədə xəbərdarlıq edilib bildiriş verilməsinə baxmayaraq cavabdeh banka olan borcunu ödəməmişdir.

6. Məhkəmə iclasında işt irak etmiş Cavabdeh3 izahatında bildirmişdir ki, ipoteka müqaviləsi bağlanan zaman qeyd olunan əmlak onun adına olmamışdır. O ipoteka müqaviləsinə qol çəkməmiş, iddia tələbi ona aid deyildir.

7. Bərdə Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 29 iyun 2021-ci il tarixli, 2(021)-56/2021 saylı qətnaməsi ilə (hakim Q.Əbilov) iddia qismən təmin edilərək, cavabdeh “X11 Azqida” MMC-dən xx.xx.2014-cü il tarixli 24 saylı kredit müqaviləsi üzrə ******* (iki milyon) manat əsas, 629796.17 (altı yüz iyirmi doqquz min yeddi yüz doxsan altı manat on yeddi qəpik) manat faiz borcu, xx.xx.2015-ci il tarixli 213 saylı kredit müqaviləsi üzrə ******* (bir milyon beş yüz əlli iki min) manat əsas borc, 221071.54 (iki yüz iyirmi bir min yetmiş bir manat əlli dörd qəpik) manat faiz borcu o lmaqla, cəmi 4402.867,71 (dörd milyon dörd yüz iki min səkkiz yüz altmış yeddi manat, yetmiş bir qəpik) manatın və 30 manat dövlət rüsumunun cavabdeh “X11 Azqida” MMCdən tutularaq, Ləğv prosesində olan "xxxx" ASC -yə ödənilməsi qət edilmişdir.

8. Məhkəmə kredit borcunun tutulması hissəsində qeyd etmişdir ki, bank kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdeh “X11 Azqida” MMC müqavilələr üzrə öhdəliklərinin lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini pozmuşdur.

9. Məhkəmə iddia tələbinin borcun tam mülkiyyət hüququ üzrə Cavabdeh3 mülkiyyətində olan ünvan 3 ünvanında olan 0.0157 ha torpaq sahəsində yerləşən 426.10 kv.m ümumi, 274. kv.m yardımçı, 152.1 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaitinin Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlak hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində həmin əmlakın boşaldılması hissəsində qeyd etmişdir ki, həmin qeyd olunan əmlak faktiki olaraq girov qoyulmadığından, müqavilə bağlandığı zaman həmin əmlak Cavabdeh3 mülkiyyətində olmadığından və həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubuna əsasən, Bakı şəhər, Akim Abbasov küçəsi ev 12 mənzil 1 saylı fərdi yaşayış evinin ipotekanının dövlət qeydiyyatı xx.xx.2017-ci il tarixli **** ****** nömrəli "xxxx" ASC –nin müraciətinə əsasən ləğv olunduğundan təmin oluna bilməz.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 6.2, 385.1, 442, 445, 448.1, 739.1. 739.2, 741, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 119-cu maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh “X11 Azqida” MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, proses iştirakçılarının hər iki subyekt tərkibi - istər iddiaçı Bank və istərsə də Cavabdeh1 MMC kommersiya hüquqi şəxlərdir. Belə olan təqdirdə onlar arasında yaranmış mübahisənin predmetini müqavilə öhdəliklərinin yerinə yetirilmədiyi təşkil etdiyi və tərəflər arasında hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğu üçün həmin mübahisə yalnız Kommersiya Məhkəmələrinin yurisdiksiyasına aid edilməli və işin baxılıb həll edilməsi məqsədi ilə o, Gəncə Kommersiya Məhkəməsinə göndərilməli idi. Bundan başqa vəkil sorğusu ilə əldə edilən sənədlərə əsasən müəyyən edilmişdir ki, 200000 (iki yüz min) manat dəyərində qiymətləndirilən Bakı şəhər, Akim Abbasov küçəsi, ev 12, mənzil 1 saylı fərdi yaşayış evi X7 tərəfindən ipoteka qoyularaq 26 iyul 2013-cü il tarixli, “Kredit müqaviləsi № 605”-ə əsasən "xxxx" KB ASC-dən 200000 (iki yüz min) manat həcmində kredit götürülmüşdür. Göründüyü kimi Bankın məsul şəxsləri Bakı şəhər, Akim Abbasov küçəsi, ev 1 2, mənzil 1 saylı fərdi yaşayış evinin X7 tərəfindən həmin banka ipoteka qoyulduğunu bildikləri halda, sənədləri və imzaları saxtalaşdıraraq 30 iyul 2014-cü il tarixli, “Kredit müqaviləsi № 24”-ün təminatı kimi həmin fərdi yaşayış evinin guya Cavabdeh3 tərəfindən “ipoteka qoyulması”-na dair görüntü yaratmışlar. Bununla da onlar X3 aldadaraq həmin fonddan külli miqdarda - ******* (iki milyon) manat həcmində dövlət vəsaitini mənimsəmişlər. 30 iyul 2014-cü il tarixli, “Kredit müqaviləsi və 30 iyul 2014-cü il tarixli kredit müqaviləsi hansısa birində və yaxud da hər ikisində və ÇEK T № 105387 çekdə də (hətta həmin çekdə Sücayət adı səhv olaraq Sucaət kimi göstərilmişdir) borc alan olaraq Cavabdeh1 MMC-nin direktoru Əliyev Sücayət Əli oğlunun imzası saxtalaşdırılmışdır. İşin mühüm faktiki halın ı təşkil edən bu xüsusat birinci instansiya məhkəməsinin diqqətindən yayınmışdır. Belə saxtalaşdırma əsas verir ki, 30 iyul 2014-cü il tarixində Cavabdeh1 MMC tərəfindən iddiaçı Bankdan ******* (iki milyon) manat məbləğində pul vəsaiti kredit kimi götürülməmişdir. Digər tərəfdən “Vəkil sorğusu”-na əsasən əldə edilmiş “Kredit dosye”-lərində 24 dekabr 2015-ci il tarixli, “Kredit müqaviləsi üzrə ******* (bir milyon beş yüz əlli iki min) manat həcmində kredit məbləğinin Bank tərəfindən Cavabdeh1 MMC-nə verilməsini sübut edən hər-hansı bir sənəd olmamışdır. Bu da öz növbəsində həmin kredit müqaviləsi üzrə iddiaçı Bank, Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 MMC-yə qarşı iddiasının əsassız olduğunu sübut edir.

13. İş üzrə müstəqil tələb sürməyən üçüncü şəxs qismində işə cəlb edilən Cava bdeh1 əvvəlki ditektoru Əliyev Sücayət Əli oğlu kredit müqavilələrindəki və 105387 nömrəli çekdəki imzaların isə onun imzasına oxşadılmaqla icra edildiyini, onun direktor olduğu dövrdə həmin kredit müqavilələri üzrə borc götürülməsindən məlumatsız olduğunu bildirmişdir.

14. Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyun 2022-ci il tarixli, 4/776-5/602 saylı rəyinə əsasən, ekspertizaya təqdim edilmiş 30 iyul 2014-cü il tarixli 24 nömrəli kredit müqaviləsinin kserosurətlərinin 1-3-cü vərəqlərində “borc alan” qrafasında əks olunmuş imzalar; 24 dekabr 2015-ci il tarixli 213 nömrəli kredit müqaviləsinin 1-4-cü vərəqlərində “Borc alan” qrafalarındakı imzalar (05 ədəd); 30 iyul 2014-cü il tarixli və 24 dekabr 2015-ci il tarixli ərizə blanklarında Cavabdeh1 MMC-nin direktoru Əliyev Sücayət Əli oğlu” yazı ları qarşısında yerləşən “İmza” qrafasındakı imzalar; 30 iyul 2014-cü il tarixli Г1 seriyalı 105387 nömrəli çekin üz tərəfində “İmzalar” qrafasındaki imzadan, arxa tərəfində “İmzalar” və “Çekdə göstərilən məbləği aldım İmza:” qrafasında imzalar-Əliyev Sücayət Əli oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş 24 dekabr 2015-ci il tarixli 213 nömrəli kredit müqaviləsinin, 30 iyul 2014-cü il tarixli və 24 dekabr 2015-ci il tarixli ərizə blanklarının, 30 iyul 2014-cü il tarixli Г1 seriyalı 105387 nömrəli çekin üzərində olan möhür əksləri relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmuşlar. Tədqiqata təqdim edilmiş 24 dekabr 2015-ci il tarixli 213 nömrəli kredit müqaviləsinin, 30 iyul 2014-cü il tarixli və 24 dekabr 2015-ci il tarixli ərizə blankları nın, 30 iyul 2014-cü il tarixli Г1 seriyalı 105387 nömrəli çekin üzərində olan “Azərbaycan Respublikası Bərdə rayonu Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh1 məzmunlu möhür əksi ekspertizaya təqdim edilmiş eyni məzmunlu möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edir.

15. Məhkəmə Ekspertizası Mərkəzinin 10 yanvar 2023-cü il tarixli 4/1546 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Cavabdeh1 MMC-nin direktoru Əliyev Sücayət Əli oğluna ünvanlanmış 30 iyul 2014-cü il tarixli 452A saylı bildirişdə “Bildirişi qəbul etdim” yazılarından aşağıda “Əliyev S.Ə.” sözlərinin qarşısındakı imza, 30 iyul 2014-cü il tarixli 24 nömrəli kredit müqaviləsinin kserosurətininin 1-3-cü vərəqlərində “Borc alan” qrafasında əks olunmuş imzalar, 30 iyul 2014-cü il tarixli ərizə blankında Cava bdeh1 MMC-nin direktoru Əliyev Sücayət Əli oğlu” yazıları qarşısında yerləşən “İmza” qrafasındakı imza, 30 iyul 2014-cü il tarixli l"1 seriyalı 105387 nömrəli çekin üz tərəfində “İmzalar” qrafasındakı imza, arxa tərəfində “İmzalar” və “Çekdə göstərilən məbləği aldım İmza:” qrafasındakı imzalar – eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 24 dekabr 2015-ci il tarixli, 213 nömrəli kredit müqaviləsinin 1-4-cü vərəqlərində “Borc alan”” qrafalarındakı imzalar (05 ədəd), 24 dekabr 2015-ci il tarixli ərizə blankında Cavabdeh1 MMC-nin direktoru Əliyev Sücayət Əli oğlu” yazıları qarşısında yerləşən “İmza” qrafasındakı imza - eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 01 dekabr 2015-ci il tarixli 128 saylı, 03 dekabr 2015ci il tarixli 129 nömrəli (02 ə dəd), 04 dekabr 2015-ci il tarixli 130 nömrəli (05 ədəd) və 05 dekabr 2015-ci il tarixli 131 nömrəli (02 ədəd) əmrlərdə Cavabdeh1 MMCnin direktoru” qrafalarındakı imzalar - eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Cavabdeh1 MMC-nin direktoru Əliyev Sücayət Əli oğluna ünvanlanmış 30 iyul 2014-cü il tarixli 452A saylı Bildirişdə “Bildirişi qəbul etdim” yazılarından aşağıda “Əliyev S.Ə.” sözlərinin qarşısındakı imza - Əliyev Sücayət Əli oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Nəticənin “1.1”, “1.2” və “1.3” bəndlərində göstərilən tədqiq olunan imzalar müvafiq olaraq öz aralarında - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Əliyev Sücayət Əli oğlunun 03 vərəqədə olan eksperimental imza nümunələrində - imzaların hər hansı qeyri-adi vəziyyətdə və ya qeyriadi şəraitdə (yorğunluq, ayaq üstə, qəsdən dəyişdirmə, xəstəlik və s.) icra olunma əlamətləri müşahidə olunmadı.

16. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsindən sorğuya cavab olaraq bildirilmişdir ki, Cavabdeh1 MMC-nin vergi orqanına təqdim etdiyi 2014-2017-ci illər üzrə Mənfəət vergisi bəyannamələrinin 1 saylı Əlavələrinin bank kreditləri üzrə öhdəliklərinə dair 2.2.1.1-ci bəndlərindən göründüyü kimi, 2014-cü il üzrə hesabat dövründə ******* manat kredit vəsaiti daxil olmuş, hesabat dövrünün sonuna kredit borcu ******* manat təşkil etmişdir. 2015-ci il üzrə hesabat dövründə ******* manat kredit vəsaiti daxil olmuş, hesabat dövrünün sonuna kredit borcu ******* manat təşkil etmi şdir. 2016-cı il üzrə hesabat dövründə ******* manat kredit vəsaiti daxil olmuş, hesabat dövrünün sonuna kredit borcu ******* manat təşkil etmişdir.

17. Gəncə Apellyasiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2-2(104)-35/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh1ndən ******* (üç milyon dörd yüz min) manat əsas borc, 84999 (səksən dörd min doqquz yüz doxsan doqquz) manat faiz, 200000 (iki yüz min) manat cərimə məbləği olmaqla, cəmi ******* (üç milyon altı yüz səksən dörd min doqquz yüz doxsan doqquz manat) manat borc məbləği və iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçı ləğv prosesində olan "xxxx" X9 Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

18. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra - apellyasiya instansiya məhkəm əsi) 5 may 2023-cü il tarixli, 2(105)-105/2023 nömrəli qətnaməsi ilə (hakimlər Afiq Hüseynzadə - sədrlik edən və məruzəçi, Şamil Rzaquliyev və İslam Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Məhkəmə kollegiyası ilk öncə birinci instansiya məhkəməsinin məhkəmə aidiyyəti qaydalarını pozmaqla işə baxmasına dair apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, hazırkı iş üzrə iddia ərizəsi 20 avqust 2019-cu il tarixdə Bərdə Rayon Məhkəməsinə verilmişdir ki, həmin vaxt qüvvədə olmuş Mülki Prosessual Məcəllənin 30-cu maddəsinin tələbinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi inzibati-iqtisadi məhkəməyə aid idisə həmin tələblərə ümumi məhkəmədə ba xılmalı idi. Hazırkı iş üzrə isə ipoteka predmetinin yönəldilməsinə dair tələb Cavabdeh3 qarşı yönəldiyindən birinci instansiya məhkəməsi iddia ərizəsini icraata götürməklə məhkəmə aidiyyəti qaydasını pozmamışdır. Mülki Prosessual Məcəllnin 30-cu maddəsi 09 iyul 2019-cu il tarixli “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dəyişdirilmişdir ki, həmin qanun 2-ci maddəsinə əsasən qanun 01 yanvar 2020-ci il tarixdən qüvvəyə minmişdir. İddia ərizəsi məhkəməyə verildiyi vaxt, o cümlədən hazırda qüvvədə olan Mülki Prosessual Məcəlləsinin 31.2-ci maddəsinin tələbinə görə isə aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmə də həll edilməlidir.

20. Məhkəmə kollegiyası borcun cavabdeh tərəfindən götürülməməsinə dair apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, apellyasiya icraatı zamanı təyin olunmuş məhkəmə xətşünaslıq ekspertizasının 20 iyun 2022-ci il tarixli rəyi ilə 30 iyul 2014-cü il tarixli 24 nömrəli kredit müqaviləsinin kserosurətlərinin 1-3-cü vərəqlərində “borc alan” qrafasında əks olunmuş imzaların, 24 dekabr 2015-ci il tarixli 213 nömrəli kredit müqaviləsinin 1-4-cü vərəqlərində “Borc alan” qrafalarındakı 05 ədəd imzaların, 30 iyul 2014-cü il tarixli və 24 dekabr 2015-ci il tarixli ərizə blanklarında Cavabdeh1 MMC-nin direktoru Əliyev Sücayət Əli oğlu” yazılarının qarşısında yerləşən “İmza” qrafasındakı imzaların, 30 iyul 2014-cü il tarixli Г1 seriyalı 105387 nömrəli çekin üz tər əfində “İmzalar” qrafasındaki imzanın, arxa tərəfində “İmzalar” və “Çekdə göstərilən məbləği aldım İmza:” qrafasında imzaların Əliyev Sücayət Əli oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması müəyyən edilsə də, 24 dekabr 2015-ci il tarixli 213 nömrəli kredit müqaviləsinin, 30 iyul 2014-cü il tarixli və 24 dekabr 2015-ci il tarixli ərizə blanklarının, 30 iyul 2014-cü il tarixli Г1 seriyalı 105387 nömrəli çekin üzərində olan möhür əkslərinin relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulması, tədqiqata təqdim edilmiş 24 dekabr 2015-ci il tarixli 213 nömrəli kredit müqaviləsinin, 30 iyul 2014-cü il tarixli və 24 dekabr 2015-ci il tarixli ərizə blanklarının, 30 iyul 2014-cü il tarixli Г1 seriyalı 105387 nömrəli çekin üzərində olan “Azərbaycan Respublikası Bərdə rayonu Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh1 məzmunlu möhürün əksi ekspertizaya təqdim edilmiş eyni məzmunlu möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etməsi müəyyən edilmişdir ki, bununla da qeyd olunan sənədlərdəki möhürün Cavabdeh1 MMC-yə məxsus möhür vasitəsi ilə möhürlənməsi öz təsdiqini tapmışdır.

21. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, yuxarıda qeyd olunan sənədlərdəki imzanın həmin vaxt Cavabdeh1 MMC-nin direktoru olmuş Əliyev Sücayət Əli oğluna məxsus olmaması, o cümlədən 24 dekabr 2015-ci il tarixli 213 nömrəli kredit müqaviləsi üzrə kassa məxaric çekinin mövcud olmamasını apellyasiya şikayətinin əsaslı olması və iddianın rədd edilməli olması nəticəsinə gəlməyə əsas verməməklə, kredit təşkilat tərəfindən tələb edilən borc məbləğinin cavabdeh tərəfindən götürülməsini istisna etməmişdir. Belə ki, məhkəmənin sorğusu əsasında əldə edilmiş və iş materiallarına əlavə edilmiş Cavabdeh1 MMC-nin vergi orqanına təqdim etdiyi 2014-2017-ci illər üzrə Mənfəət vergisi bəyannamələrinin 1 saylı Əlavələrinin bank kreditləri üzrə öhdəliklərinə dair 2.2.1.1ci bəndlərindən görünür ki, Cavabdeh1 MMC-yə 2014-cü il üzrə hesabat dövründə ******* manat kredit vəsaiti daxil olmuş, hesabat dövrünün sonuna kredit borcu ******* manat təşkil etmişdir. 2015-ci il üzrə hesabat dövründə ******* manat kredit vəsaiti daxil olmuş, hesabat dövrünün sonuna kredit borcu ******* manat təşkil etmişdir. 2016-cı il üzrə hesabat dövründə ******* manat kredit vəsaiti daxil olmuş, hesabat dövrünün sonuna kredit borcu ******* manat təşkil etmişdir. İddiaçı Ləğv prosessində olan "xxxx" X9 Səhmdar C əmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun məhkəməyə təqdim etdiyi siyahıdan görünür ki, Cavabdeh1 MMC Dekabank” X9 Səhmdar Cəmiyyətindən 30 iyul 2014-cü il tarixdə ******* manat, 30 iyun 2014-cü il tarixdə ******* manat, 24 dekabr 2015-ci il tarixdə ******* manat, 28 dekabr 2015-ci il tarixdə 100000 manat, 18 yanvar 2016-cı il tarixdə 88118 manat, 06 may 2016-cı il tarixdə isə ******* manat kredit götürülməsi qeyd olunmuşdur ki, həmin siyahıda göstərilən, o cümlədən hazırkı iddia üzrə tələb olunan kredit müqavilələri üzrə məbləğlər barədə Cavabdeh1 MMC tərəfindən vergi orqanına bəyannamələrlə məlumat verməsi təsdiq olunmuşdur. Məhkəməyə təqdim edilmiş siyahıda 30 iyun 2014-cü il tarixli müqavilə üzrə ******* manat götürülmüş kredit müqaviləsi üzrə qalıq borcun mövcud olma ması nəzərə alındıqda, 2015-ci il üzrə hesabat dövrünün sonuna olan ******* manat kredit borcu məhz hazırkı iddia tələbinin premeti olan xx.xx.2014-cü il tarixli, 24 saylı kredit müqaviləsi üzrə götürülmüş ******* (iki milyon) manat və xx.xx.2015-ci il tarixli, 213 saylı saylı kredit müqaviləsi üzrə isə götürülmüş ******* (bir milyon beş yüz əlli iki min) manat, o cümlədən hazırkı iddianın predmeti olmayan 28 dekabr 2015-ci il tarixli kredit müqaviləsi 100000 manat kredit məbləğinin cəmi olmuşdur. Əlavə olaraq isə qeyd olunur ki, Gəncə Apellyasiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2-2(104)- 35/2020 saylı qətnaməsi ilə də Cavabdeh1 MMC-dən iddiaçı ləğv prosesində olan "xxxx" KB ASC-nin xeyrinə 06 may 2016-cı il tarixli 08/06 nömrəli kredit müqaviləsi üzrə ******* (üç milyon dörd y üz min) manat məbləğində borcun tutulması qət edilmişdir. Bununla da məhkəmə kollegiyası hesab etmişdir ki, işdə olan sübutlarla cavadbehin iddiaçı Ləğv prosessində olan "xxxx" X9 Səhmdar Cəmiyyətindən xx.xx.2014cü il tarixli, 24 saylı kredit müqaviləsi üzrə ******* (iki milyon) manat, xx.xx.2015-ci il tarixli, 213 saylı kredit müqaviləsi üzrə isə ******* (bir milyon beş yüz əlli iki min) manat borc pul götürməsi sübut olunmuşdur.

22. Məhkəmə kollegiyası həmçinin əlavə olaraq qeyd etmişdir ki, xx.xx.2014-cü il tarixli, 24 saylı kredit müqaviləsi üzrə ******* (iki milyon) manat borc məbləği illik 6 faiz, xx.xx.2015-ci il tarixli, 213 saylı kredit müqaviləsi üzrə isə ******* (bir milyon beş yüz əlli iki min) manat borc məbləği illik 4 faiz ödənilməklə verilmişdir ki, həmin kredit müqaviləl əri üzrə ödənişlərin demək olar ki, olmaması nəzərə alındıqda həmin kredit müqavilələri üzrə hesablanmış faiz məbləğlərinin də əsaslı olması öz təsdiqini tapmışdır. Belə ki, əsas borcdan ödənilmədiyi təqdirdə ******* manat üçün illik ödənilməli olan faiz məbləği 120000 manat, ******* manat üçün isə 62080 manat təşkil edir ki, maliyyə arayışının tərtib edildiyi tarixə, yəni 22 iyul 2019-cu il tarixnə tələb olunan faiz məbləğlərinin əsassız olması da şübhə doğurmamışdır.

23. Apellyasiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 385, 386, 421, 442, 448 və 739.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğ v edilərək mülki işi yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, keçirilmiş ekspertiza rəylərinə əsasən, tədqiq olununan sənədlərdəki möhürlərin "xxxx" MMC-yə məxsus olması müəyyən edilsə də, həmin sənədlərdə mübahisələndirilən “Kredit müqavilələri”-nin bağlandığı an həmin müəssisənin direktoru vəzifəsində çalışmış Əliyev Sücayət Əli oğluna məxsus olmadığı müəyyən edilmişdir. Belə ki, məlum olmuşdur ki, cavabdeh "xxxx" MMC tərəfindən 30 iyul 2014-cü il tarixli 24 saylı kredit müqaviləsi üzrə 2 000 000,00 (iki milyon) manat alınmasına dair imzalar saxtalaşdırılmış və 24 dekabr 2015-ci il tarixli 213 saylı kredit müqaviləsi üzrə 1 552 000,00 (bir milyon beş yüz əlli iki min) manat həcmi ndə kreditin alınmasını sübut edən heç bir “Ödəniş tapşırığı” və ya “Kassa məxaric orderi” olmadığı halda apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini vergi orqanının təqdim etdiyi “Mənfəət vergi Bəyannamələri”-nə istinad edərək əsaslandırmağa çalışmışdır. Halbuki, həmin bəyannamələrin təqdim edilməsi ilə məhkəməyə ünvanlanmış məktubun özündə “Vergi ödəyicisi tərəfindən müvafiq bəyannamələr elektron formada təqdim edildiyi üçün bəyənnamələri təqdim etmiş səlahiyyətli şəxsin kimliyini müəyyən etmək mümkün deyil” kimi göstərilmişdir. Mülki qanunvericilikdə kreditin götürülməsinin dolayı yollarla, yəni vergi bəyannamələrinə istinad etməklə sübut olunması nəzərdə tutulmamışdır.

26. Məhkəmələr işə baxarkən 30 iyul 2014-cü il tarixli “Sonrakı ipoteka müqaviləsi № 24”-in sadə yazılı formada tərtib edildiyinə diqqət yetirməmiş və Bakı şəhər, Akim Abbasov küçəsi, ev 12, mənzil 1 saylı fərdi yaşayış evinin 4-Ə-01/34 reyestr nömrəsi ilə Bakı Şəhər notariusu Əli Hüseynov tərəfindən təsdiq edilmiş 05 fevral 2012-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı Müqaviləsi”nə əsasən həmin tarixdən X5 mülkiyyətinə keçməsinə hüquqi qiymət verməmişdir. Notariat qaydasında təsdiq edilmiş həmin müqavilədə satıcıya məxsus imza Cavabdeh3 tərəfindən icra edilməmişdir. Belə ki, ipoteka qoyan qismində çıxış edən Cavabdeh3 məhkəmədə izahat verərək bildirmişdir ki, 30 iyul 2014-cü il tarixli “Sonrakı ipoteka müqaviləsi № 24”-dəki imza ona məxsus deyildir. 4-Ə-01/34 reyestr nömrəli, 05 fevral 2012-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı Müqaviləsi”ndə də satıcı qismində çıxış edən Cavabdeh3 yerinə e yni şəxs imza etmişdir. Bu hal da məhkəmələrin nəzərindən qaçırılmışdır. Göründüyü kimi Bankın məsul şəxsləri Bakı şəhər, Akim Abbasov küçəsi, ev 12, mənzil 1 saylı fərdi yaşayış evinin X7 tərəfindən həmin banka ipoteka qoyulduğunu bildikləri halda, sənədləri və imzaları saxtalaşdıraraq 30 iyul 2014-cü il tarixli, “Kredit müqaviləsi № 24”-ün təminatı kimi həmin fərdi yaşayış evinin guya Cavabdeh3 tərəfindən “ipoteka qoyulması”-na dair görüntü yaratmışdırlar. Bununla da onlar X3 aldadaraq həmin fonddan külli miqdarda – ********* (iki milyon) manat həcmində dövlət vəsaitini mənimsəmişdirlər. Bu hal apellyasiya instansiyası məhkəməsi tərəfindən ümumiyyətlə araşdırılmamış və ona hüquqi qiymət verilməmişdir. Kassator hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qeyd edilənləri nəzərə almam aqla maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası:

28. Maddə 60, hissə

1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X6 X4:

29. Maddə 6, hissə.

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

31. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

32. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

33. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

34. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

35. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

36. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

37. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icr asını tələb etmək hüququ vardır.

38. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

39. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

40. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

41. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

42. Maddə 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər.

43. Maddə 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır.

44. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.

45. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilə n əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

46. Maddə 741 (əvvəlki redaksiya). Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

47. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görülə cək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

48. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

49. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qər əzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

53. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

59. Hazırkı işdə Bank, cavabdeh MMC-yə qarşı pul tələbinin əsası kimi aralarında bağlanmış kredit müqavilələrinə istinad edərək, həmin əqdlərdən irəli gələn, lakin icra edilməmiş öhdəliyin yerinə yetirilməsini, yəni kredit borcunun müqavilə faizləri ilə birlikdə qaytarılmasını tələb edir (§ 4-5).

60. Cavabdeh MMC-nin nümayəndəsi isə bildirmişdir ki, 30 iyul 2014-cü ildə cəmiyyət tərəfindən iddiaçı Bankdan 2.000.000 manat kredit götürülməmiş, həmin tarixli kredit müqaviləsi və onunla bağlı digər sənədlərdə cəmiyyətin direktoru Sücayət Əliyevin imzası saxtalaşdırılmışdır. 24 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 1.552.000 manat həcmində kredit məbləğinin Bank tərəfindən MMC-yə verilməsini sübut edən sənəd yoxdur (§ 12, 25).

61. İşə mahiyyəti üzrə baxmış məhkəmələr tələbin qanuni əsası kimi Mülki Məcəllənin 739.1 və 741-ci maddələrini tətbiq edərək, Bankın MMC- yə qarşı kredit müqaviləsindən irəli gələn tələb hüququna malik olduğu qənaətinə gəlmiş və iddianı qismən təmin etmişlər (§ 7-8, 10, 18-23).

62. Kassasiya məhkəməsi aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

63. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı tələbini əqdə əsaslanan alacaq kimi irəli sürmüş, məhkəmələr də iddianı eyni əsasla qismən təmin etmişlər.

64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin e tibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir”.

65. Eyni yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı hal da, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 №-li, 14 iyun 2022-ci il tarixli qərardadında əks olunmuşdur (2627-ci bəndlər).

66. İşdən görünür ki, cavabdeh MMC, iddiaçı Bankın istinad etdiyi 30 iyul 2014-cü il tarixli kredit müqaviləsini ümumiyyətlə bağlamadığını (imzalamadığını) bildirməklə onun etibarlılığını, 24 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə isə kredit məbləğinin ona verildiyini mübahisələndirmişdir.

67. Məhkəmə bu halları işin düzgün həlli üçün əhəmiyyətli sayaraq xətşünaslıq ekspertizaları keçirmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi rəylərlə tədiqat obyekti olan sənədlərdəki imzaların MMC-nin qanuni təmsilçisinə məxsus olması təsdiqlənməmişdir (§ 14-15).

68. Ape llyasiya instansiyası məhkəməsi qeyd olunan sənədlərdəki imzanın MMC-nin direktoru Sücayət Əliyevə məxsus olmamasının, o cümlədən 24 dekabr 2015-ci il tarixli 213 nömrəli kredit müqaviləsi üzrə kassa məxaric çekinin yoxluğunun apellyasiya şikayətinin əsaslı sayılaraq iddianın rədd edilməsinə əsas vermədiyini vurğulamış, vergi orqanından alınmış məlumatlar əsasında tələb edilən borc məbləğinin MMC tərəfindən götürülməsi nəticəsinə gəlmiş və iddianı təmin edilən hissədə müqavilədən irəli gələn öhdəlik çərçivəsində haqlı saymışdır (§ 21).

69. Bununla belə, məhkəmə nəzərə almamışdır ki, müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Əqdin tərəfinin iradəsi müqavilənin qurucu ünsürüdür. Başqa sözlə, tərəf arzu olunan hüquqi nəticəni əmələ gətirmək barədə razılığını-iradəsini bəyan edilmədiyi halda müqavilənin bağlanmasından söhbət gedə bilməz. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Qayda olaraq, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Sadə yazılı müavilələrdə iradə tərəfin imzası ilə təsdiqlənir və həmin əqd imzalandığı andan andan bağlanmış hesab edilir (§ 30-31, 39-41, 43-44).

70. Odur ki, iddiada göstərilən hər iki müqavilə üzrə qeyd olunan xüsusatlara dair mübahisəli halların dairəsi müəyyənləşdirilməli, həmin hallar üzrə sübutetmə yükü tərəflər arasında düzgün şəkildə bölüşdürülməli, bu hallara dair təqdim olu nmuş sübutlar çəkişmə prinsipinə uyğun qaydada tədqiq olunaraq mötəbərlilik, aidedilənlik və mümkünlük meyarları ilə qiymətləndirilməlidir.

71. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımd an tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur (§ 48-49).

72. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu ümumi qaydanın bəzi istisnaları vardır. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya, yaxud normal bir vəziyyətin əksi olan hala istinad edirsə ümumi qayda işləmir.

73. Belə ki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (§ 50).

74. Baxılan işdə isə hər iki müqavilə üzrə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına uyğun bir araşdırma aparılması təmin edilməmiş, cavabdeh tərəfin irəli sürdüyü dəlillərə lazımi şəkildə qiymət verilməmiş, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır (§ 47, 52, 55).

75. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. İşin düzgün həlli üçün əhəmiyyətli olan halları müə yyən etmədən və onlara qiymət vermədən çıxarılan qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.

76. Bu qaydalara riayət edilməməsi həm Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, həm də İnsan Hüquqlarının və X6 X1 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir (§ 28-29).

77. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsho lz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).

78. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəm ələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).

79. Qeyd olunanları nəzərə alaraq, kassasiya kollegiyası bu qənaətə gəlir ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.

80. Təkrar apellyasiya baxışında tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar üzrə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlar əsasında hər iki kredit müqaviləsinin Bankla MMC arasında qanunvericiliyə uyğun qaydada bağlanıb-bağlanmamsına, əgər müqavilə qanunla müəyyən edilmiş formada bağlanmışsa tərəflərin üzərlərinə götürdükləri əsas və əlavə öhdəliklərin (verilməli olan borcun məbləği, onun qaytarılma tarixi, faiz barədə razılaşmaların şərtləri və s.) nədən ibarət olmasına, həm kreditor, həm də borclu tərəfindən öhdəliklərin icra edilib-edilməməsinə hüquqi qiymət verilməli, hər hansı müqavilənin etibarsızlığı aşkar edilsə belə, iddiaçı Bank tərəfindən MMC-yə faktiki olaraq pul vəsaitinin verilib-verilmədiyi aydınlaşdırılmalı, əgər verilmişsə sonuncunun iddiaçı qarşısında qanunda irəli gələn öhdəlik çərçivəsində məsuliyyət daşıyıb-daşımadığı müəyyənləşdirilməli, yekun olaraq cavabdeh MMC-nin Bank qarşısında icra edilməmiş öhdəlikləri təsbit edilərsə bu öhdəliklərin qanuni əsası dəqiq göstərilməklə hər bir tələb (əsas borclar və faizlər) müvafiq normaya uyğun şəkildə h əll edilməlidir.

81. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 may 2023-cü il tarixli, 2(104)-105/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar