Məhkəmə qərarları › İş №2(102)-38/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-38/2021

28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-38/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddia tələbini sübutetmə yükü 28.01.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-224/2020 nömrəli iş üzrə 07 may 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 28 yanvar 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qəra rı qəbul etdi. İşin halları

1. İş materiallarında olan qəbzlərdən görünür ki, cavabdeh X5 İddiaçı 20.01.2018-ci il tarixdə 2900 manat və 2400 manat borc pul almışdır..

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 may 2019- cu il tarixli 10000 saylı ekspert rəyindən görünür ki, 1. ekspertizaya təqdim edilmiş, mülki işin 7-ci vərəqində yerləşən olan dama-dama dəftər vərəqi üzərində “Qəbz Mən X1 2400 (iki min dörd yüz manat) borc pul aldım. Mən bu borcumu 2 ay müddətinə qaytaracam, İmza Cavabdeh1 20.01.2018 də AZE 07871222 055889- 44”sözləri ilə bitən yazılar; 9-cu vərəqində olan dama-dama dəftər vərəqi üzərində “Qəbz MənCavabdeh1 İddiaçı 2900 (iki min doqquz yüz manat) borc pul aldım. Mən bu borcumu 2 ay müddətinə qaytaracam İmza Cavabdeh1 20.01.2018 də AZE 07871222 055889-44-44” sözləri ilə bitən yazılar – X5 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2. ekspertizaya təqdim edilmiş, mülki işin 7-ci və 9-cu vərəqlərində olan X5 ilə İddiaçı adlarından olan 20 yanvar 2018-ci il tarixli borc qəbzlərində “İmza:” qrafaları qarşısındakı imzalar – X5 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissədində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart.2020- ci il tarixli, 4678 nömrəli ekspert rəyindən görünür ki: - ekspertizaya təqdim edilmiş, mülki işin 24-cü vərəqində olan 2900 manat pula dair 20.01.2018-ci il tarixli “Qəbz” də olan yazılar, imzalar və mülki işin 25-ci vərəqəsində olan 2400 manat pula dair 20.01.2018-ci il tarixli “Qəbz” də olan yazılar və imzalar-öz aralarında eyni şəxs tərəfindən icra olunmuşdur. - ekspertizaya təqdim edilmiş, mülki işin 70-ci vərəqində olan 2900 manat pula dair 20.01.2018-ci il tarixli “Qəbz” də olan yazılar, imzalar və mülki işin 71-ci vərəqəsində olan 2400 manat pula dair 20.01.2018-ci il tarixli “Qəbz” də olan yazılar və imzalar-öz aralarında eyni şəxs tərəfindən icra olunmuşdur. - ekspertizaya təqdim olunmuş mülki işin 24-cü vərəqəsində olan 2900 manat pula dair 20.01.2018-ci il tarixli “Qəbz”də olan yazılar, imzalar və mülki işin 25-ci vərəqəsində olan 2400 manat pula dair 20.01.2018-ci il tarixli “Qəbzdə” olan yazılar və imzalar; mülki işin 70-ci vərəqində olan 2900 manat pula dair 20.01.2018-ci il tarixli “Qəbz” də olan” yazılar, imzalar və mülki işin 71- ci vərəqəsində olan 2400 manat pula dair 20.01.2018-ci il tarixli” “Qəbz”də olan yazılar və imzalarCavabdeh2 tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh X4 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 ondan almış olduğu 5300 manat borc məbləğinin və 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir

5. İddiaçı vəsatətlə məhkəməyə müraciət edərək, cavabdehin həyat yoldaşı Cavabdeh2 iş üzrə cavabdeh kimi cəlb edilməsi xahiş etmiş və Cavabdeh2 cavabdeh kimi cəlb edilmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərə 20 yanvar 2018-ci il tarixdə iki dəfə 2900 manat və 24 00 manat borc pul verimişdir. Həmin pullar verilərkən ona yazılı qəbzlər verilmişdir. Həmin qəbzlərdə borcun verilməsi qeyd edilmişdir. Qəbzlər Ceyhunun adından yazılsa da, qəbzləri Aynur yazmışdır.

7. Yevlax Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 26 sentyabr 2019-cu il tarixli, 2(039)-821/2019 saylı qətnaməsi ilə (hakim R.Əlizadə) iddia tələbi təmin edilməmiş, İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiasının rədd edilməsi qət olunmuşdur.

8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə sübut etmə yükü iddiaçının üzərinə düşməsinə baxmayaraq iddiaçı tərəfindən 5300 manat pulun verilməsinə dair məhkəməyə sübut təqdim edilməmişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prosses ual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.

11. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 19 mart 2020- ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki: - ekspertizaya təqdim edilmiş, mülki işin 24-cü vərəqində olan 2900 manat pula dair 20.01.2018-ci il tarixli “Qəbz” də olan yazılar, imzalar və mülki işin 25-ci vərəqəsində olan 2400 manat pula dair 20.01.2018-ci il tarixli “Qəbz” də olan yazılar və imzalar-öz aralarında eyni şəxs tərəfindən icra olunmuşdur. - ekspertizaya təqdim edilmiş, mülki işin 70-ci vərəqində olan 2900 manat pula dair 20.01.2018-ci il tarixli “Qəbz” də olan yazılar, imzalar və m ülki işin 71-ci vərəqəsində olan 2400 manat pula dair 20.01.2018-ci il tarixli “Qəbz” də olan yazılar və imzalar-öz aralarında eyni şəxs tərəfindən icra olunmuşdur. - ekspertizaya təqdim olunmuş mülki işin 24-cü vərəqəsində olan 2900 manat pula dair 20.01.2018-ci il tarixli “Qəbz”də olan yazılar, imzalar və mülki işin 25-ci vərəqəsində olan 2400 manat pula dair 20.01.2018-ci il tarixli “Qəbzdə” olan yazılar və imzalar; mülki işin 70-ci vərəqində olan 2900 manat pula dair 20.01.2018-ci il tarixli “Qəbz” də olan” yazılar, imzalar və mülki işin 71- ci vərəqəsində olan 2400 manat pula dair 20.01.2018-ci il tarixli” “Qəbz”də olan yazılar və imzalarCavabdeh2 tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur.

12. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya i nstansiyası məhkəməsi) 2(107)-224/2020 nömrəli iş üzrə 07 may 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2(039)-821/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, ekspertiza tədqiqatının dəyəri olan 124 (bir yüz iyirmi dörd) manat pulun İddiaçı alınaraq Dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə, iddia tələbinin faktiki halları qanuni əsasların” şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun olmadığından birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.

14. Bundan başqa iş materiall arında olan “Qəbz”lərə gəldikdə apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı həmin qəbzlıərdəki xətt və imzaların gah cavabdeh Ceyhun Niftallyev, gah da sonuncunun arvadı Cavabdeh2 tərəfindən yazıldığını və imza edildiyini bildirsə də iddia tələbinin və apelyasiya şikayətinin bu dəlilləri iş üzrə verilmiş ekspert rəyləri ilə tamamilə təkzib olunur.

15. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi iddiaçı tərəfin “dərs gündəliyindən edilmiş çıxarışlarla” bağlı ekspertiza keçirilməsinə, rəydə həmin sənədlərə qiymət verilməməsinə dair mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, əvvəla həmin sənədlər surət, həm də əldə olunma mənbəyi qeyrimüəyyən olmaqla eksperiza tədqiqatı üçün keçərli deyil. Çünki məhkəmə iclasında İddiaçı özü etiraf etmişdir ki, həmin sənədləri cavabdeh tərəfin xəbəri olmadan, cavabdehlərin uşağının dərs gündəliyindən öz fotoapatı ilə çəkərək əldə etmişdir. Ona görə də həmin sənədləri qeyri-mötəbər, tərəfin bu dəlilləri isə əsassızdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şika yətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədi yi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

21. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını y oxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

24. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüqu qu vardır. (maddə 385.1)

25. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1)

26. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (maddə 739.2)

27. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. (maddə 740.1)

28. Borc müqaviləsi predmetinin məbl əği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (maddə 740.2) Mülki Prossesual Məcəllə

29. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

30. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

31. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

32. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdır ılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

33. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

34. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-224/2020 nömrəli iş üzrə 07 may 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar