Məhkəmə qərarları › İş №2(102)-380/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-380/2021

26.01.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-380/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 cavabdeh Məmmədova Əsmər Hacıverdi qızına və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-380/21 (Açar sözlər: mülkiyyətə maneənin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)307/2019 saylı qətnaməsindən cavabdeh Məmmədova Əsmər Hacıverdi qızının verdiyi kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə Cavabdeh3ya və digərlərinə qarşı iddia qaldıraraq, ona məxsus olan Quba şəhəri, 22-ci məhəllədə yerləşən “Novruz universal market” mağaza binasının giriş-çıxış hissəsinə cavabdehlər tərəfindən qoyulmuş üç ədəd səyyar köşkün oradan götürülməsi barədə qətnamə qəbul edilməsini xahiş edib və tələbini belə əsaslandırıb ki, Quba şəhəri, 22-ci məhəllə, kolxoz bazarı ilə köhnə avtovağzalın arasında, dörd yolun kəsişməsində sağ tərəfdə yerləşən, ümumi sahəsi 236,5 kv.metr olan “Novruz universal market” mağaza binası xüsusi mülkiyyətindədir. Həmin mağaza binasına dair onun adına xx xxxxxx 2002-ci il tarixli Qeydiyyat Vəsiqəsi verilib. Mağa za binasına və anbara giriş-çıxış yolu hazırda cavabdehlər tərəfindən qoyulan köşklər tərəfdəndir. Mağaza binasının qarşısı dörd yol ayrıcı olmaqla avtomobillərin və vətəndaşların sıx işlək yeri olduğundan, darısqaldır. Buna baxmayaraq, 2015-ci ilin iyun ayında cavabdehlər mağaza binasının qarşısına səyyar formada köşklər qoyaraq mağaza binasına olan giriş-çıxış yolunu bağlayıblar və nəticədə mağaza binasına avtomobillə heç bir mal gətirib boşalda bilmir. Dəflərlə cavabdehlərə həmin köşkləri oradan götürmələrini təklif etsə də, bunun heç bir nəticəsi olmayıb. Bu barədə dəfələrlə aidiyyəti orqanlara müraciət edərək, həmin köşklərin mağaza binasının qarşısından götürülməsi barədə müvafiq tədbirlər görülməsini xahiş etsə də, Quba bələdiyyəsi ümumiyyətlə buna əhəmiyyət verməyib, polis orqanı i sə cavabdehləri İnzibati Xətalar Məcəlləsinin 335-ci maddəsinə əsasən cərimə etməklə öz vəzifəsini bitmiş hesab edib. Cavabdehlərin mağaza binasının giriş-çıxışına qoyduqları köşklər bu günədək götürülməyib. Qeyd olunan köşklər mağaza binasının giriş-çıxışını bağladığından mağazanın fəaliyyəti tamamilə dayanıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Quba Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlərin Quba şəhəri, 22-ci məhəllədə yerləşən, “Novruz universal market” mağazasının qarşısına qoyduqları üç ədəd səyyar köşkün onların hesabına oradan götürülməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, cavabdehlər sözügedən köşkləri iddiaçının mülkiyyətində olan mağaza bin asının qarşısına qoymaqla sonuncunun həmin mağaza binasına mülkiyyət hüququnu pozublar. Belə ki, həmin köşklər mağaza binasının girişçıxışına və fəaliyyətinə mane olur. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 164.1, 165.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdehlər qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş ediblər. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər T.O.Quliyev sədrlik edən və məruzəçi, A.Q.Hüseynov və G.F.Tağızadə) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2017- ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və apelyasiya şikayətinə əsasən qətnamənin apelyasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsaslar yoxdur. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 13, 29-cu maddələrinin, Mülki Məcəllənin 152.1, 164.1, 165.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdehlər kasassiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş lər. Kasasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər Ə.A.Mirzəliyev sədrlik edən, məruzəçi, G.A.Quliyev və T.A.Qoldman) kasasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılıb. Kasasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, cavabdehlərə məxsus köşkün iddiaçıya məxsus mağaza binasının giriş-çıxışına maneə yaratmasının ekspert rəyi ilə müəyyən edilməsinə əsaslanın məhkəmə ekspert rəyinin həmin faktın müəyyən edilməsi üçün yetərli və tam olmamasını nəzərə almayıb. Belə ki, ekspert rəyində he ç bir tikinti norma və qaydalarına istinad olunmayıb. Cavabdehlərə məxsus köşkün hansı normativlərə əsasən iddiaçının mülkiyyətində olan mağaza binasının giriş-çıxışından hansı məsafədə yerləşməli olması göstərilməyib. Zərurət olmasına baxmayaraq məhkəmə təkrar və yaxud əlavə ekspertiza təyin etməyib. Cavabdehlər apelyasiya şikayətində iddiaçıya məxsus mağaza binasının üç hissəsindən giriş-çıxış qapısı olmasını göstərsələr də, məhkəmə işin bu halını araşdırmayıb. Apelyasiya instansiyası məhkəməsi səyyar ticarət köşklərinin mübahisə olunan yerə qoyulmasının hüquqi əsasının olmamasını göstərsə də, bununla razılaşmaq olmaz. Belə ki, işin mübahisəsiz halıdır ki, köşklər qoyulan yer Quba bələdiyyəsinə məxsusdur. Bələdiyyə köşklərin yerləşmə sxemini tərtib və təsdiq etməklə apelyasiya məhkəməsin ə təqdim edib. Kasasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası MPM-nin 102, 392.2, 418.1-ci maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər S.A.Qafari sədrlik edən, məruzəçi, L.M.Məmmədova və F.Cavabdeh3) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, cavabdehlər tərəfindən iddiaçıya məxsus mağaza binasının qarşısında quraşdırılmış səyyar ticarət köşkləri mağaza binasının giriş-çıxışına və fəaliyyətinə maneçilik törədir. Tikin ti norma və yanğın təhlükəsizliyi qaydalarına görə mağaza binası ilə səyyar ticarət köşkləri arasındakı məsafə 6,0 metr olmalıdır. Lakin mağaza binası ilə dəmir köşklər arasındakı məsafə 4,90 metr, dəmir köşklərin üzərinə quraşdırılmış dəmir çətirlərlə ara məsafəsi isə 3,25 metr təşkil edir. Bu isə mülkiyyətçi kimi iddiaçının mağaza binasından sərbəst istifadə etməsinə maneçilik törədir. Bu baxımdan iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinin, Mülki Məcəllənin 152.1, 152.5, 180.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri i lə əsaslandırıb. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh3 kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Apelyasiya şikayəti ilə eyni məzmunlu olan kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı Ağahüseyn İsmayılov kasasiya şikayətinə dair etiraz ərizəsində kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edib. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı Ağahüseyn İsmayılov, Cavabdeh3, vəkili Vəkil, digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Quba Bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13, 29-cu maddələri). Mülki Məcəllənin Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (Mülki Məcəllənin 152.1 və 152.5-ci maddələri). Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntunun davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər (Mülki Məcəllənin 164.1, 165.1-ci maddələri). Mülki Məcəllənin 180.4-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Prosessual qanunvericiliyə görə, kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan m əhkəmə üçün məcburidir (MPM-nin 420-ci maddəsi). Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPMnin 77.1 və 14.2. maddələri). Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 41 6-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İşdən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşaraq ondan ümumiyyətlə kasasiya şikayəti verməmişlər, Cavabdeh3 isə kasasiya şikayətində qətnamənin ləğv edilib, iddianın rədd olunmasını xahiş etsə də, əslində qətnaməni özünə aid olan hissədə mübahisələndirib. Ona görə də kasasiya instansiyası məhkəməsi hesab edir ki, mübahisənin predmeti bölünən olduğundan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı Cavabdeh3nın kasasiya şikayətinin dəlilləri hüdudlarında yalnız ona aid olan hissədə yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, Cavabdeh3nın kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya inst ansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, Cavabdeh3 apelyasiya şikayəti ilə eyni məzmunlu olan kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın ona aid olan hissədə təmin edilməsi üçün əsasların olmamasını göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Əvvəla, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, xx xxxxxx 2002-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən, Quba şəhəri, 22-ci məhəllədə yerləşən ümumi sahəsi 236.5 kv.metr olan mağaza binası daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. Eyni zam anda Quba bələdiyyəsinin xx xxxxx 2015-ci il tarixli, 06 saylı protokol-qərarına əsasən, Quba şəhərində yaz-yay mövsümündə çoxsaylı qonaqların və turistlərin gəlməsini nəzərə alaraq, mədəniyyət və istirahət parklarının, həmçinin mərkəzi küçələrin geniş şəkilli ərazilərində fiziki şəxslərə səyyar ticarət və ictimai iaşə xidmətlərini təşkil etmələrinə razılıq verilib. Həmçinin Quba bələdiyyəsi ilə Cavabdeh3 arasında bağlanmış xx xxx 2015-ci il tarixli müqaviləyə əsasən, sonuncu ilə Quba şəhəri, 22-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsində pərakəndə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün, aylıq 67 manat ödəmək şərtilə 3 ay müddətinə, xx xxx 2015-ci ildə xx xxxx 2015-ci il tarixədək müqavilə bağlanıb. Quba bələdiyyəsi ilə Cavabdeh3 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli müqa viləyə əsasən, səyyar kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün sonuncu ilə Quba şəhəri, 22-ci məhəllədə yerləşən 9 kv.metr sahəyə görə hər kvadrat metri üçün 0.25 manat ödəmək şərti ilə xx xxxxxx 2015-ci ildən xx xxxxxx 2015-ci il tarixədək müqavilə bağlanıb. Quba rayon Polis Şöbəsinin xx xxxxxx 2015-ci il tarixli məktubundan görünür ki, iddiaçının şikayət ərizəsi ilə əlaqədar olaraq küçə ticarəti ilə məşğul olan şəxslər barəsində Azərbaycan Respublikası İXM-nin 235-ci maddəsi ilə inzibati protokol tərtib edilib. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2016-cı il tarixli ekspert rəyinə əsasən, Quba şəhəri, 22-ci məhəllədə yerləşən, mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınmış, ümumi sahəsi 236,5 kv.metr olan mağaza b inasının qarşısında quraşdırılmış səyyar ticarət köşklərinin yerləşdiyi torpaq sahəsi Quba bələdiyyəsinin ümumi istifadəsində olan torpaq sahəsinə aiddir. Həmin səyyar ticarət köşkləri qeyd olunan ərazidə yerləşən iddiaçıya məxsus mağaza binasının giriş-çıxışına və mağazanın fəaliyyətinə maneçilik törədir. Həmin Mərkəzin xx xxxxxxxx 2019-cu il tarixli ekspert rəyində də qeyd olunan faktlar öz təsdiqini tapmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları araşdırıb haqlı olaraq qeyd etmişdir ki, Quba bələdiyyəsi ilə Cavabdeh3 arasında bağlanmış müqavilədə və həmin müqaviləyə əlavə edilmiş sənədlərdə, o cümlədən bələdiyyə tərəfindən təsdiq edilmiş sxemdə 9 kv.metr sahənin ona Quba şəhər i, 22-ci məhəllənin hansı hissəsindən ayrıldığı və həmin sahənin iddiaçının mülkiyyətində olan mağaza binasına hansı məsafədə yerləşdiyi məlum deyil. Sözügedən sahənin aidiyyatı orqanların, o cümlədən bələdiyyənin səlahiyyətli nümayəndəsi tərəfindən yerində müəyyən edilib Cavabdeh3ya təhkim edilməsi mülki iş materialları ilə təsdiq olunmur və sonuncu bu barədə etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim etməyib. Halbuki, qeyd olunan prosessual normaların mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Əksinə, işə əlavə edilmiş xx xxxxxxx 2016-cı il və xx xxxxxxxx 201 9-cu il tarixli ekspert rəyləri ilə müəyyən olunur ki, Quba şəhəri, 22-ci məhəllədə yerləşən, mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınmış, ümumi sahəsi 236,5 kv.metr olan mağaza binasının qarşısında quraşdırılmış səyyar ticarət köşklərinin yerləşdiyi torpaq sahəsi Quba bələdiyyəsinin ümumi istifadəsində olan torpaq sahəsinə aiddir. Həmin səyyar ticarət köşkləri qeyd olunan ərazidə yerləşən iddiaçıya məxsus mağaza binasının giriş-çıxışına və mağazanın fəaliyyətinə maneçilik törədir. İddiaçının mülkiyyətində olan mağaza binasının qarşısında quraşdırılmış səyyar ticarət köşkləri həmin mağaza binasından yanğın təhlükəsizliyi baxımından 6,0 metr aralı məsafədə quraşdırılmalıdır. Daha sonra, həmin ekspert rəylərindən görünür ki, ekspert tərəfindən tədqiq olunan obyektlərə yerində baxış keçirilərkən müəyyən edilmişdir ki, Quba şəhəri, 22-ci məhəllədə yerləşən “Novruz” mağaza binası ilə dəmir köşklər arasındakı məsafə 4,90 metr, dəmir köşklərin üzərinə quraşdırılmış dəmir çətirlərlə ara məsafəsi isə 3,25 metr təşkil edir. Apelyasiya instansiyası məhkəməsi sözügedən ekspert rəylərini işə əlavə edilmiş digər sübutlarla, o cümlədən apelyasiya şikayətinin dəlilləri müqayisəli şəkildə araşdırıb haqlı olaraq belə qənaətə gəlmişdir ki, Cavabdeh3 tərəfindən iddiaçıya məxsus mağaza binasının qarşısında quraşdırılmış səyyar ticarət köşkləri həmin binanın giriş-çıxışına və mağazanın fəaliyyətinə maneçilik törətməklə yanaşı, yanğın təhlükəsizliyi baxımından tikinti norma və qaydalarına, habelə yanğın təhlükəsizliyi qaydalarına cavab vermir. Belə ki, həmin dəmir köşk iddiaçının mülkiyy ətində olan mağaza binasından yanğın təhlükəsizliyi baxımından 6,0 metr aralı məsafədə quraşdırılmalı olduğu halda, 4,90 metr məsafədə, dəmir köşkün üzərində olan dəmir çətirlər isə 3,25 metr məsafədə quraşdırılıb. Göründüyü kimi Cavabdeh3 bu qanunsuz hərəkətləri ilə iddiaçının mağaza binası üzərində qanunla qorunan mülkiyyət hüququnu pozur, məhdudlaşdırır. Halbuki, yuxarıda qeyd olunan maddi hüquq normalarının mənasına görə, hər bir şəxs mülkiyyətində olan əmlakdan sərbəst, öz iradəsinə uyğun olaraq sahiblik, istifadə etmək və sərəncam vermək hüququna malikdir və mülkiyyət hüququna hər cür müdaxilə qanunla qadağan edilir. Eləcə də, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntunun davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Həmçinin tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bu baxımdan kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, Cavabdeh3nın kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyindən, həmin dəlillərin yenidən araşdırılmasına lüz um yoxdur və belə qənaətə gəlir ki, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh Məmmədova Əsmər Hacıverdi qızının kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-307/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə cavabdeh Məmmədova Əsmər Hacıverdi qızının kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar