Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3803/2021 14.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17.03.2021-ci il tarixli, X nömrəli qərardadından cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh7 qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Ali Mə hkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisə kredit borcunun tutulması tələbi ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Ağdam Rayon Məhkəməsinin (hakim S.Seyfullayev) 02 fevral 2017-ci il tarixli, X nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qızından müştərək qaydada 17 dekabr 2014-cü il tarixli. 015R********** saylı kredit razılaşması üzrə 30.000 ABŞ dolları məbləğində kredit borcu, 12.132,70 ABŞ dolları məbləğində faiz borcu və 22 ABŞ dolları məbləğində cərimə, cəmi 42.154,70 (qırx iki min yüz əlli dörd dollar 70 sent) ABŞ dolları borcun, qətnamə icra olunarkən dolların manata ol an nisbəti ilə tutularaq və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
3. Cavabdeh6 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.
4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər F.Mehtiyev (sədrlik edən və məruzəçi), Ə.Rüstəmov və Ş.Rzaquliyev) 14.06.2017-ci il tarixli, X nömrəli qətnaməsi ilə Ağdam Rayon Məhkəməsinin 02 fevral 2017-ci il tarixli, X nömrəli qətnaməsi il apellysaiya şikayəti təmin edilməmiş, Cavabdeh6 münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh7 qızı 17.02.2021-ci il tarixdə Ağdam Rayon Məhkəməsinin 02 fevral 2017-ci il tarixli, X nömrəli qətnaməsindən apelly asiya şikayəti vermişlər.
6. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər L.Süleymanov (sədrlik edən və məruzəçi), Ş.Rzaquliyev və A.Hüseynzadə) 17.03.2021-ci il tarixli, X nömrəli qərardadı ilə Ağdam Rayon Məhkəməsinin 02.02.2017-ci il tarixli, X nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh7 qızı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmişdir.
7. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki cavabdehlər qətnamədən şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüşlər və həmin müddətin bərpasına dair vəsatət verməmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
8. Cavabdehlər Cav abdeh4, Cavabdeh5 və Cavabdeh7 qızı həmin qərardaddan kassasiya şikayəti verərək onun ləğv olunmasını və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər.
9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 17.03.2021-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsində mümkünlük məsələsinə baxılanda hakimlər qeyd etdilər ki, “şikayət etmə müddətini ötürmüşünüz”. Onlar bu fikirlə razılaşmayaraq qeyd etmişlər ki, “əgər tərəfə qətnamə rəsmi qaydada çatmayıbsa, deməli müddəti də ötürülməsi baş verməyib”. Onların məsələsində isə ümumiyyətlə, heç bir sənəd çatmayıb, heç göndərilməyib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
12. Maddə
360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
13. Maddə 363.1.3. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır.
14. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
15. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
16. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
17. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.
19. Belə ki, apellyasiya məhkəməsi şikayəti qeyri-mümkün sayarkən ona əsaslanmışdır ki, Gəncə Apelyasiya Məhkəməsinin 14.06.2017-ci il tarixli, X saylı qətnaməsi ilə Cavabdeh6 Ağdam Rayon Məhkəməsinin 02.02.2017-ci il tarixli, X saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilmə miş, Ağdam Rayon Məhkəməsinin 02.02.2017-ci il tarixli, X saylı qətnaməsinin Cavabdeh6 münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmiş və həmin qətnamə icraya yönəldilmişdir. Cavabdehlər qətnamənin mövcudluğunu onun icrası əmək haqlarına yönəldikdə, yəni 2020-ci ilin fevral ayında bilmiş, həmin vaxtdan onların əmək haqlarından tutulmalar edilmiş və əsas borclu olan Cavabdeh1 tezliklə bütün borcunu ödəyəcəyini bildirdiyi üçün vaxtında şikayət verməmiş, prosessual müddət ötürülmüş və prosessual müddətin bərpasına dair vəsatət verməmişlər.
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyatorların dəlillərindən və onların nümayəndəsi olan vəkili Vəkil izahatından görünür ki, qətnamənin mövcudluğunu onlar qətnamənin icrası əmək haqlarına yönəldikdə, yəni 2020-ci ilin fevral ayında bilmişlər və həmin vaxtdan onların əmək haqlarından tutulmalar edilir. Həmin zaminlər onların əmək haqlarından tutulmalar edildikdən sonra, əsas borclu olan Cavabdeh1 məlumat vermiş və sonuncu tezliklə bütün borcunu ödəyəcəyini bildirmiş və bu səbəbdən qətnamədən şikayət verməmişlər və prosessual müddəti ötürmüşlər. Lakin bir ilə yaxın əsas borclu onları gözlədib ödəmə etmədiyini bildikdən sonra, qətnaməni əldə edib apellyasiya şikayəti vermişlər. Belə olan halda cavabdehlər Cavabdeh5, Cavabdeh4 və Cavabdeh7 qızının apellyasiya şikayəti əsasında işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcud deyildir.
21. Kollegiya bildirir ki, apellyasiya məhkəməsi tərəfindən şikayətin mümkünlüyü ilə bağlı sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi q iymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
22. Kollegiya apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
23. Göstərilənlərə əsasən və MPM-in 417-419 və 421-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17.03.2021-ci il tarixli, X nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.